Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-71/2020 25.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Mütəxəssis: X1 iştirakları ilə xx.xx.1981-ci ildə Qusar rayonu Qənərçay kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində iki azyaşlı, iki yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində Qusar rayonu Yuxarı Tahircal kəndi ərazisində yerləşən yaylaqda şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yumruq və sillə zərbələri ilə Zərərçəkmiş şəxs vurub onu yıxmaqla qəsdən həmin şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun tanışıdır, sonuncu Qusar rayonu Tuxarı Tahircal kəndi ərazisində yerləşən yaylaqda qoyun sürüsü saxlamaqla çobanlıq edir. xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs tanışı Şahid1 mobil telefonu ilə ona zəng edərək heç bir əsaslı səbəb olmadan onun anasını söymüş və o, bundan əsəbləşərək həmin şəxsin yanına getmiş, ondan nə üçün anasına söydüyünü soruşmuş, Elxan yenidən onun anasını söymüş və buna görə o, Elxanla qarşılıqlı dalaşmağa başlamış, həmin vaxt Elxanın sifət nahiyəsinə yumruq və sillə zərbələri ilə vurmuşdur. Elxan zərbədən yerə yıxılmış, orada olan Şahid1 onları ayırmış və o, oradan çıxıb getmişdir. Bundan sonra Elxan onun barəsində polisə şikayət etmiş və o, təhqiqata cəlb olunmuşdur.Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, himayəsində iki azyaşlı, iki yetkinlik yaşına çatmayan uşaqlarının olduğunu, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin izahatı, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. O, Qusar rayonu Yuxarı Tahircal kəndi ərazisində yerləşən yaylaqda qoyun sürüsü saxlamaqla çobanlıq edir. xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində o, tanışı Şahid1 mobil telefonu ilə Təqsirləndirilən şəxs zəng edərək nə üçün tanımadığı şəxsin atının onun arxasınca düşüb gəlməsini həmin şəxsə bildirdiyini deyərək onun anasını söymüşdür. Bundan bir qədər sonra Mevlan onun və Məmmədin yanına gələrək onunla mübahisə etmiş, həmçinin yumruq və sillə zərbələri ilə onu vurub yerə yıxmışdır. Həmin vaxt Məmməd onları ayırmış və Mevlan ordan çıxıb getmişdir. Daha sonra o, bu barədə polisə şikayət etmiş və Təqsirləndirilən şəxs təhqiqata cəlb edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə analoji ifadə verərək onun məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 təhqiqat zamanı verdiyi izahatından görünür ki, o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və şahid X3 məhkəmə istintaqı zamanı göstərdikləri xüsusatları təsdiq etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 390 saylı xx xxxx 2020-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-alnın sağ tərəfinin, sağ gözaltı nahiyəsinin, sol dirsəyin arxa səthinin sıyrıqları; sağ gözün üst qapağının qançırı; alt dodağın sol tərəfinin əzilmiş-cırılmış yarası küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yumruq və sillə ilə vurulma nəticəsində dırnağın təsirindən əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 29iyul 2020ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx xxxxxx 2020-ci il tarixli 1034/08-20 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Qusar rayon İHB-nın Sudur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 197 saylı arayışdan görünür ki, Qusar rayonu Qənərçay kəndində yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X2, xx.xx.2004-cü il təvəllüdlü qızı Naira Qasımovadan, xx.xx.2006-cı il təvəllüdlü qızı Bəsirə Qasımovadan, xx.xx.2008-ci il təvəllüdlü oğlu Aleks Qasımovdan və xx.xx.2010-cu il təvəllüdlü qızı Albina Qasımovadan ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Sudur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Qusar rayonu Qənərçay kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə kafi xarakterizə olunur. Məhkəməyə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli ərizələrdən görünür ki, həmin şəxslər barışmışlar, münasibətləri normaldır, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığınınəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(029)-71/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-71/2020
25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver