Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-71/2021 02.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəlihimayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qusar rayonu Mucuq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, 09 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 may 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, 08 iyul 2021-ci il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, 10 iyul 2021-ci il tarixdə barəsində seçilmiş “başqa yerə germəmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmiş, Qusar rayon məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 23 sentyabr 2021-ci il tarixdə axtarışda olan şəxs kimi tutulmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 08.05.2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamini şəxsi istifadə məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, 09 may 2021ci il tarixdə saat 18:30 radələrində Qusar rayonu Mucuq kəndində Qusar RPŞ-nin Həzrə PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, saxlanılıb Qusar RPŞ-nin inzibati binasına gətirilmiş, üzərində aparılan şəxsi axtarış zamanı isə qanunsuz olaraq əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı 02 ədəd ağ kağıza bükülmüş halda ayrı-ayrılıqda təmiz çəkiləri 0,760 qram və 0,620 qram olmaqla ümumilikdə 1,380 qram dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, narkoman kimi qeydiyyatdadır, mütəmadi olaraq narkotik vasitələrdən istifadə edir. Əvvəllər də, narkotik vasitələrdən istifadə etdiyinə görə dəfələrlə məhkum olunmuşdur. Əslən Qusar rayonu Mucuq kəndindəndir, həmin kənddə qeydiyyatdadır, lakin faktiki olaraq Sumqayıt şəhərində yaşayır. Mucuq kəndində yaşayan əmisi Gereyxanın ona 250 manat borcu olmuş, həmin borcu qaytarmadığına görə o, 09 may 2021-ci il tarixdə əmisinin evini yandırmaq üçün Mucuq kəndinə gəlmiş, evin pəncərələrini daşla sındırmış, bu səbəbdən də, bu barədə “102” zəng xidmətinə zəng olunmuş və polis əməkdaşları onu saxlayaraq Qusar RPŞ-nə aparmışlar. Orada onun narkotik vasitələrə olan asılılığı səbəbindən ağrıları olmuş, bu səbəbdən də narkoman olması barədə şübhə yarandığından müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı gödəkçəsinin cibindən psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Hazırda törətdiyi əməlindən peşmandır, himayəsində bir azyaşlı uşağı vardır, ona görə də, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 10 il əvvəl ilk dəfə narkotik vasitədən istifadə etmiş və ondan sonra da arada bir narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamindən istifadə etməyə davam etmişdir. 08 may 2021-ci il tarixdə Sumqayıt şəhərin ərazisində piyada gəzərkən küçədə diqqətini siqaret qutusu cəlb etmiş, həmin siqaret qutusunu yerdən götürüb yoxlayan zaman siqaret qutusunun içərisində 03 ədəd kağız bükümü olduğunu görmüş və həmin bükümləri də açıb yoxlayarkən həmin bükümlərin içərisində psixotrop maddə olan metamfetamin olduğunu görüb siqaret qutusunu yerə atmış, 03 ədəd kağız bükümləri isə sellofan bükülüyə qablaşdırıb özündə saxlamışdır. Həmin gün axşam radələrində 01 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamini tək başına istifadə etmiş, digər 02 ədəd bükümləri isə özündə saxlamışdır. Növbəti gün səhər radələrində tanımadığı taksi avtomobili ilə Qusar şəhərinə, oradan isə başqa tanımadığı taksi avtomobili ilə Qusar rayonu Mucuq kəndinə qohumlarının evinə getmişdir. Həmin vaxt maddi vəziyyəti zəif olduğu üçün kənddə yaşayan dayı və əmilərindən borca pul istəmiş, lakin onun dəfələrlə aldığı pulları narkotik və ya psxiotrop maddələrə xərclədiyi üçün heç kim ona pul verməmişdir. Bundan sonra o, kənddə yaşayan əmisi Gereyxanın evinə getmiş, lakin sonuncunun evində olmadığını görüb, əsəbləşərək yerdən daş parçası götürüb əvvəl evin pəncərələrini sındırmış, daha sonra isə evin həyətində olan şaxları və çəpəri yanıdırmış, həmçinin əsəbləşərək üstündə gəzdirdiyi ülgüclə hər iki qollarını kəsərək özünə də xəsarət yetirmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onu polis şöbəsinə getmək üçün dəvət edən zaman, o, məsuliyyətdən yayınmaq üçün polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək, hadisə yerindən qaçmaq istəmiş, lakin polis əməkdaşları tərəfindən saxlanılaraq, Qusar RPŞ-nə gətirilərkən uzun müddət narkotik və psixotrop vasitələrdən istifadə etdiyini və üstündə psixotrop maddə olan metamfetamin olduğunu etiraf etmişdir. 09 may 2021-ci il tarixdə üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı 02 ədəd ağ kağıza bükülmüş halda ayrı-ayrılıqda təmiz çəkiləri 0,760 qram və 0,620 qram olmaqla ümumilikdə 1,380 qram dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, materialların məhkəmə ekspertizasının, məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Qusar RPŞ-nin Həzrə PB-nin polis nəfəri vəzifəsində işləyir. 09 may 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” zəng xidmətinə daxil olmuş məlumata əsasən o və digər polis əməkdaşları Qusar rayonu Mucuq kəndinə, Gereyxan Nurmətovun evinə getmişlər. Gereyxanın evinin qabağında olan məktəbin həyətində sonradan tanıdığı Təqsirləndirilən şəxs uzanmış halda olduğunu, Gereyxanın evinin pəncərələrinin şüşələrinin sınmış, evin yanında olan şaxların bir qisminin yandırılmış vəziyyətdə olduğunu görmüşdür. Onlar Tofiqin yanına gedərək onun üst-başını üstdən yoxlamışlar, həmin şəxsin əlində vintaçan olmuşdur. Həmçinin, məlum olmuşdur ki, Tofiq özünün əllərini ülgüclə kəsmişdir. Onlar ülgücü Tofiqin əlindən alıb tullamışlar. Daha sonra onlar Tofiqi Qusar RPŞ-nə aparmışlar, orada Tofiqin üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmış və onun gödəkçəsinin cibindən iki ədəd ağ rəngli bükümdə narkotik vasitəyə oxşar maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs əvvəlcə həmin maddənin ona məxsus olmadığını bildirsə də, sonradan özünə məxsus olduğunu etiraf etmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs istintaqa cəlb olunaraq barəsində hazırkı cinayət işçi başlanılmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 09 may 2021-ci il tarixdə Qusar rayonu Mucuq kənd sakini Şükür Nurmətov, DİN-nin 102 zəng xidmətinə zəng edərək, qardaşı oğlu Tofiqin, onun kənddə yaşayan qardaşı Gereyxanın evinin pəncərələrini sındırması, eyni zamanda evin həyətində olan şax-şulaxları yandırması barədə məlumat vermişdir. Bundan sonra o, Həzrə PB-nin baş əməliyyat müvəkkili Şahid1 və polis nəfəri Şahid3la birlikdə hadisə yerinə gedərək, Təqsirləndirilən şəxs polis şöbəsinə getmək üçün dəvət edən zaman sonuncu məsuliyyətdən yayınmaq üçün onların qanuni tələblərinə əməl etməyərək, hadisə yerindən qaçmaq istəmiş, lakin polis əməkdaşları tərəfindən saxlanılaraq, Qusar RPŞ-nə gətirilərkən uzun müddət narkotik və psixotrop vasitələrdən istifadə etdiyini və üstündə psixotrop maddə olan metamfetamin olduğunu etiraf etmişdir. 09 may 2021-ci il tarixdə saat 19:58-də Təqsirləndirilən şəxs üzərində vəkilinin iştirakı ilə aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı 02 ədəd ağ kağıza bükülmüş halda ayrı-ayrılıqda təmiz çəkiləri 0,760 qram və 0,620 qram olmaqla ümumilikdə 1,380 qram dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə analoji ifadə verərək onun məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası DİO-da 2010-cu ildən, Qusar RPŞ-nin Həzrə PB-nin baş əməliyyat müvəkkili vəzifəsində isə 2021-ci ildən xidmət etmişdir. 09 may 2021-ci il tarixdə Qusar rayonu Mucuq kənd sakini Şükür Nurmətov, DİNnin 102 zəng xidmətinə zəng edərək, qardaşı oğlu Tofiqin onun kənddə yaşayan qardaşı Gereyxanın evinin pəncərələrini sındırması, eyni zamanda evin həyətində olan şaxları yandırması barədə məlumat vermişdir. Bundan sonra o, Həzrə PB-nin polis nəfərləri Şahid2 və Şahid3la birlikdə hadisə yerinə gedərək, Təqsirləndirilən şəxs polis şöbəsinə getmək üçün dəvət edən zaman sonuncu məsuliyyətdən yayınmaq üçün onların qanuni tələblərinə əməl etməyərək, hadisə yerindən qaçmaq istəmiş, lakin polis əməkdaşları tərəfindən saxlanılaraq, Qusar RPŞ-nə gətirilərkən uzun müddət narkotik və psixotrop vasitələrdən istifadə etdiyini və üstündə psixotrop maddə olan metamfetamin olduğunu etiraf etmişdir. 09 may 2021-ci il tarixdə saat 19:58-də Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı 02 ədəd ağ kağıza bükülmüş halda ayrı-ayrılıqda təmiz çəkiləri 0,760 qram və 0,620 qram olmaqla ümumilikdə 1,380 qram dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 09 may 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 19:58-dən saat 20:35-dək Qusar RPŞ-nin TB-nin təhqiqatçısı X3 tərəfindən Müdafiəçi, Qusar RPŞ-nin KTQ-nin inspektor-kriminalisti X2, Qusar RPŞ-nin Həzrə PB-nin baş əməliyyat müvəkkili Şahid1, həmin bölmənin sürücü-polis nəfəri Şahid3 və həmin bölmənin PPX-nin polis nəfəri Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd polietilenə bükülmüş içində iki ədəd ağ kağıza bükülmüş ağ rəngdə olan kütlə aşkar edilmişdir. Həmin kütlə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Şəxsi axtarış zamanı video və fotoçəkiliş aparılmış, protokola əlavə ediləcəkdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 10 may 2021-ci il tarixli 6/1882 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №106” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,760 qram; 0,620 qram; ümumi təmiz çəkiləri 1,380 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. 02 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, metamfetaminin ümumi təmiz çəkisi-1,380 qram, tədqiqata sərf edildi-0,09 qram, qalıq 1,290 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10 may 2021-ci il tarixli 6/1882 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manatdır. İş materiallarında olan ibtidai istintaq orqanının 11 may 2021-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və keçirilmiş ekspertizadan sonra qalıq qalmış 1,290 qram dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nə təhvil verilmişdir. İş materiallarında olan Qusar RPŞ-nin İB-nin müstəntiqi Ümüd Xankişiyevin 11.05.2021-ci il tarixli raportundan görünür ki, iş üzrə maddi sübut kimi götürülmüş və keçirilmiş ekspertizadan sonra qalıq qalmış 1,290 qram dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin Qusar RPŞ-nin Maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş 10.07.2021-ci il tarixli 2246 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında” 09 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 11 may 2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saat 16:10-da tutulmadan azad edilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 02 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək tutulması və tutularaq istintaqa təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan 08 iyul 2021-ci il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00-da Sumqayıt şəhəri ərazisində müəyyənləşdirilərək saxlanılmış və Qusar RPŞ-nin İB-nə təqdim olunmasından ötrü Qusar RPŞ-nə gətirilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 10 iyul 2021-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmiş və o, həmin tarixdə saat 09:20-də tutulmadan azad edilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş və tutulduqda saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan 23 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23.09.2021-ci il tarixdə saat 08:05-də Sumqayıt şəhəri ərazisində müəyyənləşdirilərək tutulmuş və Qusar RPŞ-nə gətirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 25.09.2021-ci il tarixli 17/40-3975 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 23.09.2021-ci il tarixdə Qusar RPŞ-nin əməkdaşları tərəfindən tutularaq 25.09.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişir. İş materiallarında olan ibtidai istintaq orqanının 27 iyul 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizalardan sonra qalıq qalmış 1,290 qram metamfetamin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 186, 221, 234.2 və 315-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1, 510 və 535.1-ci maddələri ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin Həzrə PB-nə verilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 31 avqust 2021-ci il tarixli 3(029)-395/2021 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs 09.05.2021-ci il tarixdə Qusar rayonu Mucuq kəndində X5 əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamış, həmçinin polis əməkdaşları ilə mübahisə edərək, ictimai qaydanı pozmuşdur. Bu səbəbdən də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə təqsirli bilinib, İXM-nin 510-cu maddəsi ilə 50 (əlli) manat məbləğində cərimə, İXM-nin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qusar RPŞ-nin X5 31 avqust 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs 08.05.2021-ci il tarixdə Qusar rayonu Mucuq kəndində Gereyxan Nurmətova məxsus 2 ədəd nəfəslik pəncərəni sındırmaqla və 1 kub metr şaxları yandırmaqla 80 manat dəyərində maddi ziyan vurmuşdur. Lakin, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən-yəni dəymiş ziyanı ödədiyinə və zərər çəkmiş şəxslə barışdığına görə xitam verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə Şöbəsi 3 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 01 iyun 2021-ci il tarixli 258 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin poliklinikanın psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. İş materiallarında olan Qusar rayon Polis Şöbəsinin 02.11.2021-ci il tarixli 149- 254603-1221 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs məhkumluğu barədə arayışlardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 17.04.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20.04.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o, Bakı şəhəri Nizami rayon məhkəməsinin 21.01.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya Qərarının 3-cü bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. Bundan başqa, o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 10.10.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01.05.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından elektron Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 12.07.2008-ci il təvəllüdlü Mərziyyə adlı bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 83, 83.3.3-ci maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 10.10.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01.05.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Həmin vaxtdan iki il müddət keçdikdən-yəni məhkumluğu ödənildikdən sonra isə hazırkı cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmamalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 1,380 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq saxlaması və daşıması, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən peşman olmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halı, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 09 may 2021-ci il tarixdən 11 may 2021-ci il tarixədək 02 (iki) gün, axtarışda olan şəxs qismində tutularaq 08 iyul 2021-ci il tarixdən 10 iyul 2021-ci il tarixədək 02 (iki) gün, cəmi 04 (dörd) gün faktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs olsa da, əvvəllər bir neçə dəfə eyni qəbildən olan-yəni narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər törətdiyinə görə məhkum olunmuş və islah olunmayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri daha ciddi şəkildə pozmuşdur. Həmçinin, tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunan və məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı ətrafındakı şəxslərdən uzaqlaşmadan islah olunması və narkomaniya xəstəliyindən effektiv şəkildə müalicə olunmasını məhkəmə mümkün hesab etmir. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərcləri 109,90 (yüz doqquz manat doxsan qəpik) təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 1,290 qram çəkidə psixotrop maddə hesab edilən metamfetamin məhv edilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 09 may 2021-ci il tarixdən 11 may 2021-ci il tarixədək 02 (iki) gün, axtarışda olan şəxs qismində tutularaq 08 iyul 2021-ci il tarixdən 10 iyul 2021-ci il tarixədək 02 (iki) gün, cəmi 04 (dörd) gün faktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 1,290 qram çəkidə psixotrop maddə hesab edilən metamfetamin məhv edilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-71/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-71/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver