Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-71/2023 26.09.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X9 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1989-cu ildə Qusar rayonunun Urva kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Urva kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin may ayının əvvəllərində Bakı şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə etdiyi 05 ədəd çətənə toxumlarını 2023-cü ilin may ayının ortlarında yaşadığı Qusar rayonu Urva kəndində yerləşən fərdi yaşayış evinin bağ sahəsində qanunsuz olaraq əkmiş və zəruri aqrotexniki qaydada qulluq göstərib müəyyən boyadək yetişdirib ümumilikdə 03 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini kultivasiya etmişdir. xx.xx.2023-cü tarixdə Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin ünvanda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin bağ sahəsində qanunsuz olaraq kultivasiya etdiyi ümumi təmiz çəkisi 0,843 qram təşkil edən bitkilər, yəni 3 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, bir neçə ildir narkotik vasitə olan marixuanadan istifadə edir. 2023-cü ilin may ayında Bakı şəhərində olduğu zaman yaşadığı evin bağ sahəsində əkmək məqsədilə tanımadığı şəxsdən 5 ədəd çətənə əldə etmişdir. Bundan sonra həmin toxumları yaşadığı Urva kəndində yerləşən evinin arxa tərəfindəki bağ sahəsində əkərək onlara qulluq göstərməyə başlamışdır. 2023-cü ilin iyun ayında polis əməkdaşları onu saxlamışlar, o, çətənə kollarını əkməsini etiraf etmiş, daha sonra isə əkdiyi əraziyə baxış keçirilərək çətənə kolları aşkar olunub götürülmüşdür. Həmin çətənə kollarından heç kimə narkotik vasitə satmamışdır. Hazırda törətdiyi əməlindən peşmandır, himayəsində üç azyaşlı uşaqları vardır. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Qusar rayon X6 Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrinin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatının yoxlanılması məqsədilə o, polis serjantı Sofik Dostəliyevlə birlikdə təqsirləndirilən şəxsin yaşadığı evinin yanında sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər, onda narkotik vasitələri saxlamasında, eləcə onların əkilib-beçərilməi ilə məşğul olduğuna şübhələr olduğunu bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs çətənə kollarını əkdiyini bildirmişdir. Bundan sonra bu haqda Qusar Rayon Polis Şöbəsinə məlumat verilmişdir. Bir qədər sonra həmin yerə müstəntiq, digər polis əməkdaşı və şübhəli bilinən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilmiş, lakin hər hansı qanunsuz əşya aşkar olunmasa da, o, (Təqsirləndirilən şəxs) yaşadığı evin arxa tərəfindəki bağ sahəsində 3 ədəd çətənə bitkiləri əkib-beçərdiyini etiraf etmişdir. Onun bu səmimi etirafından sonra həmin sahəyə baxış keçirilmiş və 3 ədəd çətənə koluna bənzər maddə yerə basdırılmış vəziyyətdə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində X3 şahid X4 ilə analoji ifadə verərək həmin şəxsin göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan 10 iyun 2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, videoçəkiliş aparılmaqla və dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsinə baxış keçirilərkən sonuncunun əkdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmiş və götürülmüşdür. İş materiallarında olan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi” məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 7/844 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus bağ sahəsindən aşkar edilmiş 03 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər” yazılar olan sellofan bağlamada yaş vəziyyətdə ümumi sayı 3 ədəd, ümumi çəkisi 0,843 qram bitkilər, əkilib beçərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi və ştilləridir. Aqronomun mütəxəssis rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən aparılmış ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 iyul 2023-cü il tarixli 4217 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v: 81). İş materiallarında olan 12 avqust 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış, Təqsirləndirilən şəxs məxsus bağ sahəsindən aşkar edilib götürülmüş 03 ədəd çətənə bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs tutulduqdan sonra şəxsi axtarışı və bağ sahəsinə baxış keçirilməsi videoçəkilişlə lentə alınmış, əldə olunmuş görüntüləri əks etdirən bir ədəd DVD disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir (i/v: 82-86). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Urva kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladı vardır. Beləliklə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı əməlindən peşman olmasını və himayəsində 3 azyaşlı uşağı olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Urva kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, himayəsində iki azyaşlı uşaqları var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa, CM-nin 58.1-ci maddəsinin mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2023-cü ildə saat 13 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilmiş, həmin gün saat 13:57-də şübhəli şəxs qismində tutulmuş, 12 iyun 2023-ci il tarixdə saat 12 radələrində barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, tutulmadan azad edilmişdir. Bununla da, həmin şəxsin həbsdə saxlama müddəti 24 saatdan, yəni bir gündən artıq olmaqla onun azadlığı 2 (iki) gün müddətində faktiki məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təsvir olunanlara əsasən, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 2 (iki) gün həbsdə olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, qanuni qüvvəyə minmiş hökmün surəti Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə məqsədi ilə məcburi müalicənin icrasına nəzarət ediməsi və ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə hökmün tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi üçün probasiya nəzarətini həyata keçirən icra məmuruna göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus bağ sahəsindən aşkar edilmiş və ekspertizadan sonra qalıq qalmış, 0,843 qram çəkidə 3 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin kolları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 72 (yetmiş iki) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 10 iyun 2023-cü il saat 13:57-dən 12 iyun 2023-cü il saat 12:00-dək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Urva kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış, çəkisi 0,843 qram 03 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin kolları məhv edilsin. İş üzrə 72 (yetmiş iki) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: Anar Qasımov
Məhkəmə qərarları › İş №1(029)-71/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-71/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver