Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-71/2025 02.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 32 saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Sabirabad rayonu, Qəzli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Quruzma ərazi dairəsi kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, Ümid küçəsində nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 14 aprel 2025-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasında istintaqa məlum olmayan mənbədən 1 ədəd siqaret falqası bükümündə əldə etdiyi 0,15 qram qurudulmuş marixuana (kannabis) narkotik vasitəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə özünə məxsus “LD” markalı siqaret qutusunun içərisində yerləşdirməklə idarə etdiyi “Volvo” markalı, 77EE437 dövlət nömrə nişanlı dartıcı və “Koegel” markalı, 54ZB560 dövlət nömrə nişanlı yarımqoşqudan ibarət yük nəqliyyat vasitəsinin kabinasında ön torpedanın üzərində saxlamış və yük nəqliyyat vasitəsi ilə “mineral və qazlı sular daxil olmaqla, sular” yükünü Azərbaycan Respublikasından Rusiya Federasiyasına apararkən 14 aprel 2025-ci il tarixdə Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Qusar rayonunun inzibati ərazisində yerləşən “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin tarixdə saat 19 radələrində gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı qeyd edilən narkotik vasitə gizlədildiyi yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 3 ildən çox müddətdir ki, beynəlxalq yükdaşıma fəaliyyətində iştirak etmiş, idarə etdiyi “Volvo” markalı, 77EE437 dövlət nömrə nişanlı dartıcı və “Koegel” markalı, 54ZB560 dövlət nömrə nişanlı yarımqoşqudan ibarət yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasından Rusiya Federasiyasına və Türkiyə Respublikasına, həmçinin əks istiqamətdə yük aparıb-gətirmişdir. 20 ilə yaxın bir müddətdir ki, tütün məmulatı istifadəçisi olmuşdur. Marixuana narkotik vasitəsindən istifadə etmişdir. 2025-ci ilin aprel ayının əvvəllərində gəzinti məqsədilə Sabirabad rayonuna getmiş, onunla birlikdə məktəbdə oxuyan sinif yoldaşları ilə Kür çayının sahilində vədələşib görüşmüş, orada daha öncədən tanımadığı Hafiz adı ilə çağırılan bir şəxs olmuş, Hafizlə gəzintidə olduqları zaman Hafiz narkotik vasitədən istifadə etmiş, həmin narkotik vasitənin nə olduğunu soruşduqda ona marixuana narkotik vasitəsindən istifadə etdiyini demiş, Hafizə, ona da marixuana narkotik vasitəsindən çəkmək üçün verməsini xahiş etmiş, narkotik vasitədən istifadə etdikdən sonra, Hafiz pulsuz şəkildə bir ədəd siqaret falqası bükümündə narkotik vasitəsini sonradan istifadə etmək üçün götürərək siqaret qutusunun içərisinə qoymuş, həmin gün təqribən axşam saatlarında sağollaşıb ayrılmış, Rusiya Federasiyasına aparmaq üçün Bakı şəhərində “mineral və digər sular” yükünü götürməyə getmədən öncə üzərlərində içərisində bir ədəd bükümdə marixuana narktotik vasitəsinin olan siqaret qutusunu əynindəki gödəkçənin sol yan cibindən çıxarıb idarə etdiyi “Volvo” markalı, 77EE437 dövlət nömrə nişanlı dartıcı və “Koegel” markalı, 54ZB560 dövlət nömrə nişanlı yarımqoşqudan ibarət yük nəqliyyat vasitəsinin kabinasında ön torpedanın üzərində qoymuş, Bakı şəhərində Sulutəpə adlanan ərazidə “Coca-Cola” firmasına məxsus anbardan nəqliyyat vasitəsinə “mineral və qazlı sular daxil olmaqla, sular” yükünün yüklənmişdir.xx.xx.2025-ci il tarixdə Rusiya Federasiyasına getmək üçün yola düşmüş, həmin gün “Samur” gömrük postunun terminalına çatmış, sonra nəqliyyat vasitəsini idarə edərək “Samur” gömrük postuna daxil olmuş, burada gömrük işçisinin ondan üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməmiş və ya gömrük nəzarətindən gizlədilmiş, həmçinin qanunla dövriyyəsi qadağan olunmuş və ya qanunla dövriyyəsi məhdudlaşdırılmış heç bir predmetin olub-olmadığını soruşmuş, özünün də üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməmiş və ya gömrük nəzarətindən gizlədilmiş, həmçinin qanunla dövriyyəsi qadağan olunmuş və ya qanunla dövriyyəsi məhdudlaşdırılmış heç bir predmetin olmadığını bildirmiş, sonra gömrük işçisinin videoçəkilişdən istifadə etməklə idarə etdiyi yük nəqliyyat vasitəsini yoxlamağa başlamış, yoxlama zamanı öncədən kabinasında ön torpedanın üzərində bir ədəd siqaret qutusunun içərisinə qoyduğu və yoxlamadan öncə gömrük orqanına bəyan etmədiyi bükülüdə marixuana narkotik vasitəsinin aşkar edilmiş, gömrük işçisinin ona üzərini yoxlayacağını bildirmiş, onu postun şəxsi yoxlama otağına dəvət etmiş, şəxsi yoxlama zamanı üzərindən heç bir predmet aşkar olunmamışdır. Gömrük işçisinin bu işlə bağlı müəyyən sənədlər tərtib edərək aşkar olunmuş marixuana narkotik vasitəsini götürmüş, özü həmin sənədlərləri oxuduqdan, mətni ilə tanış və razı olduqdan sonra tərtib olunmuş sənədləri imzalamış, idarə etdiyi “Volvo” markalı, 77EE437 dövlət nömrə nişanlı dartıcı və “Koegel” markalı, 54ZB560 dövlət nömrə nişanlı yarımqoşqudan ibarət yük nəqliyyat vasitəsindən aşkar olunmuş marixuana narkotik vasitəsinin ona məxsus olduğunu, həmin narkotik vasitəni Sabirabad rayonunda öncədən tanımadığı Hafiz adlı şəxsdən əldə etdiyini, həmin şəxsin taksi sürücüsü olduğunu, lakin həmin taksi sürücüsünün əlaqə nömrəsini və digər məlumatlarını bilmədiyini, Hafiz adlı şəxs haqqında əlavə heç bir məlumatı olmadığını, marixuana narkotik vasitəsini özünün şəxsi istifadəsi üçün aldığını, aşkar olunmuş marixuana narkotik vasitəsini də özünün şəxsi istifadəsi, yəni sonradan yolda ikən istifadə etmək üçün əldə etdiyini, həmin narkotik vasitəni satmaq niyyətinin olmadığını, marixuana narkotik vasitəsini bir ədəd bükümdə olmaqla siqaret qutusunun içərisində saxlamasında məqsədinin həmin maddədən Rusiya Federasiyasına gedərkən istifadə etməkdən ibarət olduğunu, narkotik vasitənin gömrük sərhədindən keçirilməsinin qanunsuz əməl və cinayət olduğunu, buna görə də həmin narkotik vasitəni siqaret qutusunun içərisində qoyduğunu, gömrük sərhədindən də bu şəkildə, yəni gizlədərək keçirdiyini, gömrük yoxlamasından öncə sorğu-sual zamanı həmin narkotik vasitəni də məhz həmin maddəni sərhəddən keçirməyin qanunsuz əməl olduğunu bildiyi üçün bəyan etmədiyini bildirmişdir.Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxs və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xidməti fəaliyyətini İdarənin “Samur” gömrük postunda həyata keçirdiyini, burada xidməti vəzifəsinin “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasından Gürcüstana gedən yük nəqliyyat vasitələrinə gömrük baxışını keçirməkdən ibarət olduğunu, iş bölgüsünə uyğun olaraq 14 aprel 2025-ci il tarixdə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda xidmətdə olduğu zaman adını sonradan öyrəndiyi Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, 77EE437 dövlət nömrə nişanlı dartıcı və “Koegel” markalı, 54ZB560 dövlət nömrə nişanlı yarımqoşqudan ibarət yük nəqliyyat vasitəsi ilə Rusiya Federasiyası istiqamətinə getmək üçün postun ixrac gömrük nəzarəti xəttinə daxil olduğunu, posta daxil olduqdan sonra sürücü Təqsirləndirilən şəxs yaxınlaşaraq onunla şifahi şəkildə sorğu-sual apardığını, ondan üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış, həmçinin gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı hər hansı bir predmetin olub-olmadığını soruşduğunu, bu zaman sürücü Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış, həmçinin gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmamış hər hansı predmetinin olmadığını bildirdiyini, bundan sonra videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, 77EE437 dövlət nömrə nişanlı dartıcı və “Koegel” markalı, 54ZB560 dövlət nömrə nişanlı yarımqoşqudan ibarət yük nəqliyyat vasitəsinə gömrük yoxlamasını keçirməyə başladığını, yoxlama zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə kabinada ön torpedanın üzərindəki “LD” markalı siqaret qutusunun içərisində 1 ədəd siqaret falqasına bükülü şəkildə marixuana narkotik vasitəsinə bənzər maddəni aşkar etdiyini, həmin maddəni elektron tərəzidə çəkdiyi zaman isə qablaşdırması ilə birlikdə həmin maddənin ümumi təqribi çəkisinin 1 qram olduğunu müəyyən etdiyini, daha sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparacağını dediyini, onu postun şəxsi yoxlama otağına dəvət etdiyini, şəxsi yoxlama otağında vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama keçirdiyini, lakin şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış, həmçinin gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmamış heç bir predmetin aşkar edilmədiyini, bundan sonra bu işlə bağlı protokollar tərtib edərək yük nəqliyyat vasitəsinin kabinasından aşkar olunmuş marixuanaya bənzər narkotik vasitəni götürdüyünü, tərtib olunmuş protokolların Təqsirləndirilən şəxs tərəfindən imzalandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış 14 aprel 2025-ci il tarixli “malların və nəqliyyat vasitələrinin yoxlanması haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, 77EE437/54ZB560 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olmuş, burada vətəndaş Təqsirləndirilən şəxs gömrük nəzarətinə bəyan olunmalı mallarla bağlı sorğu-sual edilmiş, sorğu-sual zamanı həmin şəxs gömrük nəzarətinə bəyan edilməli malların olmadığını bildirmiş, daha sonradan şəxsin idarə etdiyi nəqliyyat vasitəsinə videoçəkilişdən istifadə edilməklə gömrük yoxlaması keçirilmiş və yoxlama zamanı kabinada ön torpedanın üzərindəki “LD” markalı siqaret qutusunun içərisindən bükülü şəkildə ümumi təqribi çəkisi 1 qram təşkil edən spesifik iyə malik marixuana narkotik vasitəsinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2025-ci il tarixli 7/582 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd bükümdə təmiz çəkisi 0,15 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatı 0,02 qram çəkidə qurudulmuş marixuana (kannabis) tədqiqata sərf edilmiş, qalıq say 0,013 qram təşkil etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış 16 aprel 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 7 yanvar 2018-ci il tarixdən 24 mart 2025-ci il tarixədək dəfələrlə getdiyi istiqamətdən asılı olaraq “Qırmızı Körpü”, “Samur” və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” dövlət sərhəd buraxılış məntəqələrindən istifadə etməklə Rusiya Federasiyası, Qazaxıstan Respublikası və Gürcüstan istiqamətlərində Azərbaycan Respublikasının dövlət sərhədindən giriş-çıxış etmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə idarə etdiyi “Volvo” markalı, 77EE437 dövlət nömrə nişanlı dartıcı və “Koegel” markalı, 54ZB560 dövlət nömrə nişanlı yarımqoşqudan ibarət yük nəqliyyat vasitəsi ilə Rusiya Federasiyasına getmək üçün 14 aprel 2025-ci il tarixdə “Samur” dövlət sərhəd buraxılış məntəqəsinin ərazisinə daxil olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış 16 aprel 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 14 aprel 2025-ci il tarixli “malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında” protokola əlavə edilmiş 1 (bir) ədəd məlumat daşıyıcıya keçirilmiş baxış zamanı yoxlama prosesinə başlamazdan əvvəl protokolu tərtib etmiş gömrük orqanının əməkdaşının özünü təqdim etdiyi, daha sonra isə Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs özünü təqdim etdiyi, bundan sonra yük nəqliyyat vasitəsinin dartıcı hissəsinin nömrəsi oxunduğu, sonra isə nəqliyyat vasitəsinə sürücü Təqsirləndirilən şəxs iştirakı ilə yük nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirildiyi, yoxlama zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə ön torpedanın üzərindəki “LD” markalı siqaret qutusunun içərisindən 1 ədəd siqaret falqasına bükülü şəkildə marixuana narkotik vasitəsinin aşkar olunaraq götürüldüyü müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 29 aprel 2025-ci il tarixli, 2455 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabionidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Onun, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, təqsirləndirildiyi maddəyə görə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində üç azyaşlı uşaqları var. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları - törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissini keçirməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, onun yaşını, himayəsində üç azyaşlı uşaqlarının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunaraq təyin edilmiş cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən hümanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın real olaraq çəkilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, ona real cəzanın təyin edilməsi ədalətli və humanist olmamaqla törədilmiş cinayətlə cəza arasında balansın pozulmasına, onun özünün və ailəsinin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini nəzərə də alır. Həmin şəxsə real olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilərsə, o və ailəsi əlavə məhrumiyyətlərə məruz qala bilər, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun gəlməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, onun barəsində təyin olunmuş cəzanın şərti hesab olunması tam ədalətli və humanist olmaqla onun islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün kifayətdir və bu halda cinayətlə cəza arasındakı balans tam təmin olunar, gələcəkdə belə hərəkətlərin edilməsinin qarşısı alınar. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərci olan 72 (yetmiş iki) manat, Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertizadan sonra qalıq qalmış 0,13 qram çəkidə olan qurudulmuş marixuana (kannabis) narkotik vasitəsi, həmçinin içərisindən marixuana narkotik vasitəsi aşkar olunmuş “LD” markalı siqaretə məxsus qutu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və ona 01 (bir) il, 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sabirabad rayon icra və probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan 72 (yetmiş iki) manat, Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertizadan sonra qalıq qalmış 0,13 qram çəkidə olan qurudulmuş marixuana (kannabis) narkotik vasitəsi, həmçinin içərisindən marixuana narkotik vasitəsi aşkar olunmuş “LD” markalı siqaretə məxsus qutu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökm elan olunduğu andan, 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-71/2025
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-71/2025
02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver