Məhkəmə qərarları › İş №1(029)-72/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-72/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-72/2023 30.08.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X22 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Xüsusi ittihamçılar X4, X9, X5, X10, X1 və X2 iştirakları ilə, X4, X9, X5, X10, X1 və X2 xüsusi ittiham qaydasında şikayət ərizəsinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X11, X17, X12, X18, X6 və X7 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək təhqir olunduqlarına görə X3 barəsində Az\ərbaycan Respublikası Cinayət Məcəllənin 148, 148-1-ci maddələri ilə cinayət təqibinin başlanmasını məhkəmədən xahiş etmişlər. Xüsusi ittiham qaydasında şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xüsusi ittihamçılar X11, X17, X13, X18, X6 və X7 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Qusar Rayon Vəkil Bürosunun vəkilləridirlər və vəkillik fəaliyyəti ilə məşğul olurlar. Qusar şəhərində, Ç.Qurbanov küçəsində, Qusar rayon Notariat Ofisi ilə üzbəüz yerləşən binada X8 adlı bir nəfər şəxs vətəndaşlara hüquqi xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olur. 23 avqust 2023-cü il tarixdə saat 10-00 radələrində X8 özünün fəaliyyət göstərdiyi Qusar şəhəri Ç.Qurbanov küçəsi, Qusar rayon Notariat Ofisi ilə üzbəüz yerləşən ofisində olan zaman “Facebook”sosial şəbəkəsində öz rəsmi səhifəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının ünvanına və Qusar Rayon Vəkil Bürosunun vəkillərinin ünvanına təhqiramiz ifadələrlə dolu paylaşım etmiş, bununla da Qusar Rayon Vəkil Bürosunun vəkillərini təhqir etmişdir. 23 avqust 2023-cü il tarixdə X3 “Facebook”sosial şəbəkəsində öz səhifəsində onların ünvanına etdiyi təhqiramiz paylaşımının mətni belədir: “İNDİ TƏSƏVVÜR ELƏYİN RAYONLARDA NƏLƏR BAŞ VERİR?! ƏGƏR RESPUBLİKANİN BAŞ HÜQUQ MÜDAFİƏÇİSİ BELƏDİRSƏ- KONKRET: QUSARDAKİ VƏKİLLƏR NƏ HOQQALARDAN ÇİXİR? Niyə QUSAR yazdım? Sona qədər oxuyun:...5 ildir ki, Qusarda, yerli sakinlərə hüquq xidməti göstərirəm, şəhərdə ofisim də var. Rayonda 3-5 yoluq "vəkil" var, rayonun polis rəisi. rayon prokuroruna TULALİQ ELƏYƏ, ÖZ CAMAATİN ALDATMAQDAN BAŞQA İSLƏRİ-PEŞƏLƏRİ YOXDU! Hələ üstəlik, bir-iki dəfə məndən də şikayət yazdırıblar prokurorluğa ki, guya mən dələduzluq eləyirəm. Qusar camaatı - bəlkə respublikada ən QANUNPƏRƏST, DÜZGÜN camaatdı! Kəndlərdə yaşayan sakinlərin böyük əksəriyyəti 'hüquqi savadsız, sadəlövh insanlardı, nə desən inanırlar... Təkcə bir misal yazım praktikamdan (belə misallar kifayət qədərdir): vətəndaş gəlmişdi yanıma, Qusarın kəndindən. Əlində Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə. Qərarda yazılıb ki, Ali Məhkəməyə şikayət vermək olmaz, apellyasiya qərarı qətidir və BU QEYD - BAXANDA ADAMİN GÖZÜNƏ GİRİR! Qusar "vəkillərindən'' biri, həmin vətəndaşın 450 manatını alıb ki (500 manat olsa, faktda cinayət tərkibi yaranır, ona görə 50 manat əskik alıb ki, məsuliyyət yaranmasın), sənin üçün kassasiya şikayəti yazacam, arxayın ol-dərd, bəlan bitəcək! Sadəlövh, sürünməkdən yorulan vətəndaş da inanıb, pulu verib həmin "vəkil müəllimə"... Uzatmıyım, bir müddətdən sonra, Ali Məhkəmə kassasiya şikayətin rədd edib və vətəndaş gedib ki, "ay filankəs müəllim, mənim pulumu qaytar"... İnanın, praktikasında yüzlərlə "sifət" görən həmin "VƏKİL" bir qəhbə-şüvəni qoparıb ki, pulu qaytarmasın deyə! Ayıbdı ye, vallah! Öz camaatımızdı, olmaz! O qədər camaatı tirkalıyıb üstümə göndərmisiz bu 5 ildə! Fərq bilirsiz nədi? Məndə heç kimin pulu qalmır, sizdən fərqli olaraq... İndi bu dümbələkdən nə sözləmək olar? Deyər 5 milyonu xalqına necə "fırrıyıb"? Deməz! Heç vaxt deməz!!! ” X3 “Facebook”sosial şəbəkəsində etdiyi bu paylaşımla onları, yəni Qusar Rayon Vəkil Bürosunun bütün vəkillərini təhqir etmişdir. X3 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 148, 148-1-ci maddəsinin, yəni “Təhqir” maddəsinin tərkibi vardır və o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Göründüyü kimi, X11, X17, X12, X18, X6 və X7 tərəfindən xüsusi ittiham qaydasında verilmiş həmin şikayət ərizəsində Azərbaycan Respublikası CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələbləri pozulmaqla, yəni barəsində şikayət verilmiş şəxsin yaşayış yerinə dair məlumat göstərilmədiyinə görə xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3-cü maddəsinin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası CPM-in 302.1, 302.1.3-cü maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2, 302.2.3-cü maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X4, X9, X5, X10, X1 və X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar