Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-73/2020 03.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmişşəxs: Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, xx xxxx 2020-ci il tarixdə təxminən saat 18 radələrində Qusar şəhəri “Avtobaza” adlanan ərazidə yerləşən “Xaş” kafesinin həyətində, masa arxasında əyləşib pivə içən Zərərçəkmiş şəxs1 yaxınlaşaraq onun saqqal saxlamasına baxmayaraq pivə içməsini cüzi bəhanə gətirib əsaslı səbəb olmadan şəxslərin gözü qarşısındaona qarşı nalayiq ifadələr işlədərəközünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, masanın üzərində olan pivə bakalını silah qismində tətbiq etməklə həmin pivə bakalı ilə bir dəfə Zərərçəkmiş şəxs1 alın nahiyəsindən zərbə vuraraq, qaşarasının əzilmişcırılmış yarası bərk (küt) əşyanın, burun kökünün üstünün səthi kəsilmiş yaraları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər yetirib qərəzli hərəkətlərini təxminən 05dəqiqədən artıq müddət ərzində davam etdirərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla Zərərçəkmiş şəxs2 08 manat dəyərində əmlakını məhv etmiş və silah qismində istifadə edilən əşyadan istifadə edib zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, o, əvvəllər Zərərçəkmiş şəxs1 tanımamış, onunla aralarında heç bir münasibət, eyni zamanda ədavət və düşmənçilik olmamışdır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 18 radələrindəo, çay içmək məqsədilə Qusar şəhəri “Avtobaza” adlanan yerdə yerləşən “Xaş” adlı kafeyə getmiş, kafenin həyətinə daxil olan zaman Eynullanın uzun saqqalı olduğu halda, orada qoyulmuş masanın arxasında əyləşərək bakalda pivə içdiyini görmüşdür. O,həmin şəxsin namaz qılan biri olduğunu fikirləşmiş, ona görə də onun pivə içməsi xoşuna gəlməmiş, bu səbəbdən də ona yaxınlaşaraq, namaz qılıb-qılmamasını soruşmuş, Eynulla isə namaz qıldığını bildirmişdir. Bundan sonra o, Eynullanın namaz qıldığı halda pivə içməsinin pis hal olduğunu demiş və bunun üçün ona öz iradını bildirmiş, Eynulla isə ona “əcəb edirəm, get burdan” deyərək cavab vermiş və bu səbəbdən də, Eynulla ilə onun arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Eynulla əyləşdiyi yerdən ayağa qalxaraq əli ilə onu arxaya itələmiş, həmin vaxt pivə bakalı Eynullanın əlində sinəsi tərəfdə olmuş, onlar bir qədər dartışmışlar, o, əli ilə Eynullanın yaxasından tutaraq hündürdən nalayiq ifadələrlə onu söymüş, həmçinin Eynullanın bakalı tutduğu sol əlinə altdan yuxarı vurmuş və bakal Eynullanın alın nahiyəsinə dəymiş, həmin şəxsin başı qanamış, sonra isə bakal yerə düşüb sınmışdır. Lakin, o, bakalı götürüb qəsdən Eynullanın alın nahiyəsinə vurmamış, bu, təsadüfən olmuşdur. Həmçinin, həmin vaxt stolun üstündə olan digər pivə bakalı yerə düşüb sınmışdır. Bundan sonra, kafedə işləyən X7 və başqa şəxslər oraya gələrək davanı sakitləşdirmişlər və o, oradan çıxıb getmişdir. Daha sonra isə Qusar RPŞ-də həmin faktla bağlı araşdırma aparılmış və o, istintaqa cəlb olunmaqla barəsində hazırkı cinayət işi başlanılmışdır. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslərlə barışdığını, dəymiş zərəri ödədiyini göstərmiş və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, əvvəllər Zərərçəkmiş şəxs1 tanımamış, Eynulla ilə onun arasında heç bir münasibət, eyni zamanda ədavət və düşmənçilik olmamışdır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 18 radələrində çay içmək məqsədilə Qusar şəhəri “Avtobaza” adlanan yerdə yerləşən “Xaş” adlı kafeyə getmiş, kafenin həyətinə daxil olan zaman Eynullanın orada qoyulmuş masanın arxasında əyləşərək bakalda pivə içdiyini görmüş, sonra isə onun saqqalının uzun olduğunu görmüş və onun namaz qılan biri olduğunu fikirləşmiş, ona görə də onun pivə içməsi xoşuna gəlməmiş, bu səbəbdən də ona yaxınlşaraq, namaz qılıb-qılmamasını soruşmuş, Eynulla da namaz qıldığını bildirmişdir. Bundan sonra o, Eynullanın namaz qıldığı halda pivə içməsinin pis hal olduğunu demiş və bunun üçün ona öz iradını bildirmiş, Eynulla isə ona “əcəb edirəm, get burdan” deyərək cavab vermiş, o, isə Eynullaya namaz qıldığı halda pivə içərək pis nümunə göstərdiyini demiş və həmin vaxt Eynulla ilə onun arasında mübahisə yaranmış, mübahisə zamanı da Eynulla əyləşdiyi yerdən ayağa qalxaraq əli ilə onu arxaya itələmiş, sonra isə o, masanın üzərində olan pivə bakalını əlinə götürərək Eynullanın sifət nahiyəsindən bir dəfə vurmuş, sonra isə bakal masanın üzərindən yerə düşərək sınmış, həmin vaxt da kafedə işləyən X7 və başqa şəxslər oraya gələrək davanı sakitləşdirmişlər. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun qismən etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, xeyli vaxtdır ki, saqqal saxlayıb namaz qılır, bununla belə tez-tez spirtli içki qəbul edir.Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla aralarında heç bir münasibət, eyni zamanda ədavət və düşmənçilik olmamışdır. xx xxxx 2020-ci il tarixdə təxminən saat təxminən 17 radələrində o, pivə içmək məqsədilə Qusar şəhəri “Avtobaza” adlanan yerdə yerləşən “Xaş” adlı kafeyə getmiş və orada pivə içməyə başlamışdır. Bir qədər sonra oraya sonradan tanıdığı Orxan gəlmiş və onun oturduğu stola yaxınlaşaraq ona saqqalı olduğu halda niyə pivə içdiyini demiş, o, isə həmin şəxsə “özüm bilərəm, çıx get burdan” demiş, Orxan ona irad bildirməkdə davam etmiş, bu səbəbdən də, o, əlində pivə bakalını tuta-tuta ayağa durmuş və Orxanla dartışmağa başlamışlar. Həmin vaxt Orxan onun sinəsi tərəfdə bakal olan sol əlinə altdan yuxarı zərbə ilə vurmuş və bakal onun alın nahiyəsinə dəymiş, həmçinin pivə üstünə dağılmış və bakal yerə düşüb sınmışdır. Bundan başqa, həmin vaxt stolun üstündə olan digər bir ədəd pivə bakalı da yerə düşüb sınmışdır. Bakal dəydiyinə görə onun qaşlarının arası qanamışdır. Onları kafeni işlədən Zərərçəkmiş şəxs2 və digər şəxslər ayırmışlar, daha sonra Orxan oradan çıxıb getmişdir. Bir az sonra həmin yerə polis əməkdaşları gəlmişlər, onu Qusar RPŞ-nə aparmışlar və orada ondan izahat almışlar. Həmçinin, Qusar RPŞ-də həmin faktla bağlı araşdırma aparılmış və Orxan istintaqa cəlb olunaraq barəsində hazırkı cinayət işi başlanılmışdır. Hazırda o, Orxanla barışmış və həmin şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, həmin şəxsin barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki,xx xxxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində Qusar şəhərindən yaşadığı Gedəzeyxur kəndinə getmək istəmiş, həmin vaxt da Qusar şəhəri “Avtobaza” adlanan yerdə yerləşən “Xaş” adlı kafeyə gedərək kafenin həyətində olan masada əyləşmiş, sonra isə pivə sifariş vermişdir. O, masada əyləşib pivə sifariş verdikdən sonra kafenin işçisi ona bir bakal pivə gətirmiş və o, həmin pivəni içən zaman əvvəllər tanımadığı, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs oraya gələrək saqqal saxladığı halda pivə içdiyi üçün ona öz iradını bildirmiş, o, da Orxana “Əcəb edirəm, pivə içirəm, sənə nə var, çıx get burdan” cavabını vermiş, lakin, Orxan oradan getməyərək ona yaxınlaşıb onunla mübahisə etməyə başlamış və ona qarşı nalayiq söyüşlər söymüş, sonra isə gözləmədiyi halda Orxan masanın üzərində olan pivə bakalını əlinə götürərək onun alın nahiyəsindən bir zərbə vurmuş, sonra isə bakal yerə düşərək qırılmış, o, qaşlarının arasından xəsarət almış, daha sonra isə bir neçə şəxs oraya gələrək baş vermiş davanı sakitləşdirərək Orxanı oradan kənarlaşdırmışlar. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. O, Qusar şəhəri “Avtobaza” adlanan ərazidə yerləşən “Xaş” adlı kafeni icarəyə götürüb işlədir. X6 tanıyır, həmin şəxs xuliqanlığa meyilli şəxsdir, tez-tez həmin kafeyə gəlir və mütəmadi olaraq orada xuliqanlıq hərəkətləri edir, səs-küy salır, müxtəlif şəxslərə sataşır, narahat edir, kafenin normal iş fəaliyyətini pozur. Dəfələrlə ona bu hərəkətləri barədə iradını bildirsə də, Orxan ona əhəmiyyət verməmişdir. Artıq Orxan uzun müddətdir ki, həmin hərəkətləri ilə onu bezdirmişdir. Buna görə də, müştəri kimi Orxanın onun işlətdiyi kafeyə gəlməsini istəməmişdir. xx xxxx 2020-ci il tarixdə axşam saat təxminən 17 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 kafeyə gələrək ona pivə verməsini xahiş etmiş və o, Eynullaya pivə süzüb vermişdir. Bir qədər keçdikdən sonra Orxan yenə həmin kafeyə gəlmiş və Eynullaya yaxınlaşaraq nə üçün pivə içdiyini soruşaraq ona irad bildirmiş, Eynulla isə Orxana çıxıb getməsini bildirmişdir. Bundan sonra Orxan hündürdən söyüşlər söyərək Eynulla ilə mübahisə etməyə başlamış, Eynulla ayağa durmuş və onlar dartışmağa başlamışlar. Həmin vaxt o, araya girib onları sakitləşdirmək istəmiş və həmin vaxt Orxan stolun üstündə olan pivə bakalını götürüb Eynullanın alın nahiyəsinə vurmuş və bakal yerə düşüb sınmışdır. Həmçinin, həmin vaxt orada olan stol yırğalanmış və üzərində olan digər bir ədəd pivə bakalı da yerə düşüb sınmışdır. Bundan sonra Orxan oradan çıxıb getmiş və bir qədər sonra oraya polis əməkdaşları gəlmişlər. Daha sonra isə həmin faktla bağlı Qusar RPŞ-də araşdırma aparılmış və Təqsirləndirilən şəxs istintaqa cəlb olunaraq barəsində hazırkı cinayət işi başlanılmışdır. Kafedə sınan bakalların dəyəri cəmi 8 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan aradan qaldırıldığına görə onunla barışmış, hazırda ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Elçin oğlu ifadəsində göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə təxminən saat 18 radələrində tanışı Şahid2 ilə birlikdə Qusar şəhəri “Avtobaza” adlanan yerdə yerləşən “Xaş” adlı kafeyə gedərək kafenin həyətindəki masanın arxasında əyləşib pivə sifariş vermiş, ofisant da onlara pivə gətirmişdir. O, Eldarla birlikdə masa arxasında əyləşib pivə içən zaman əvvəllər tanımadığı, sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs1 oraya gələrək onlara salam vermiş, sonra isə onlardan bir az aralıda masa arxasında əyləşib pivə içməyə başlamışdır. Həmin vaxtdan bir neçə dəqiqə sonra isə sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs oraya gəlmiş və Eynulla əyləşən masaya tərəf yaxınlaşaraq Eynullaya nəsə demiş, sonra isə Eynulla ilə Orxanın arasında mübahisə baş vermişdir. Bir az sonra onların mübahisəsi davaya çevrilmiş və onlar bir birilərinə əl-qol atmağa başlamışlar.Bundan sonra o, Eynullanın sifətindən qan axdığını, həmçinin stolun üzərində olan iki ədəd pivə bakalının sındığını görmüşdür. Daha sonra isə oraya bir neçə şəxs gələrək baş vermiş davanı sakitləşdirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 Elçin oğlu ilə analoji ifadə verərək həmin şəxsin göstərdiyi xüsusatları tam tədiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində həmkəndlisi və uzaq qohumu Zərərçəkmiş şəxs1 ilə birlikdə Qusar şəhəri “Avtobaza” adlanan ərazidə yerləşən kafeyə gedib orada olan masada əyləşdikdən sonra Eynulla iki bakal pivə sifariş vermiş və kafenin işçisi onların hərəsinə bir bakal pivə gətirərək masanın üstünə qoyub getmişdir. Eynulla ilə o, pivə içən zaman əvvəllər tanımadığı, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs oraya gələrək saqqal saxladığı halda pivə içdiyi üçün Eynullaya öz iradını bildirmiş, Eynulla da Orxana “əcəb edirəm, pivə içirəm, sənə nə var, çıx get burdan” deyərək cavab vermiş, ancaq buna baxmayaraq Orxan oradan getməmiş, Eynullaya irad bildirməkdə davam etmiş, Eynulla yenə də ona oradan çıxıb getməsini xahiş etmiş, Orxan isə ona əhəmiyyət verməmiş və Eynulla ilə aralarında mübahisə baş vermişdir. Həmin vaxt onlar sözlə mübahisə etmişlər, bir birilərinə əlqol atmışlar, yaxalaşmışlar və dartışmışlar. Həmçinin, Orxan həmin vaxt hündürdən danışmağa başlamışdır. Bundan sonra o, bakalın yerə düşərək sındığını, Eynullanın alın nahiyəsinin qanadığını görmüş, lakin Orxanın bakalla Eynullanı vurmasını görməmişdir. Daha sonra isə orada olan şəxslər Orxanla Eynullanı ayıraraq sakitləşdirmişlər, həmçinin oraya polis əməkdaşları gəlmişlər və o, oradan çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində Qusar şəhərindən yaşadığı Gedəzeyxur kəndinə getmək məqsədilə Qusar şəhəri “Avtobaza” adlanan yerdə yolun kənarında dayanıb maşın gözləyərkən həmkəndlisi və uzaq qohumu Zərərçəkmiş şəxs1 oraya gələrək onunla görüşmüş, sonra isə yolun kənarında yerləşən kafeyə gedib onunla söhbət etməsini xahiş etmiş, o, da Eynullaya etiraz etməyərək orada yerləşən “Xaş” adlı kafeyə getmişdir. O, Eynulla ilə birlikdə kafenin həyətinə daxil olub orada olan masada əyləşdikdən sonra Eynulla iki bakal pivə sifariş vermiş, kafenin işçisi də onların hərəsinə bir bakal pivə gətirərək masanın üstünə qoyub getmişdir. Eynulla ilə o, pivə içən zaman əvvəllər tanımadığı, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs oraya gələrək saqqal saxladığı halda pivə içdiyi üçün Eynullaya öz iradını bildirmiş, Eynulla da Orxana “əcəb edirəm, pivə içirəm, sənə nə var, çıx get burdan” deyərək cavab vermiş, ancaq buna baxmayaraq Orxan oradan getməmiş, Eynulla irad bildirməyə başlamış, Eynulla yenə də ona oradan çıxıb getməsini xahiş etmiş, Orxan isə ona əhəmiyyət verməmiş və nalayiq söyüşlər söyməyə başlamışdır. Həmin vaxt da Eynulla ilə Orxan arasında mübahisə baş vermiş və onlar bir birilərinə əl-qol atamağa başlamışlar, həmin vaxt da o, onları sakitləşdirməyə çalışmış və başqa şəxslər də oraya yaxınlaşaraq davanı sakitləşdirmək istəmişlər, ancaq buna baxmayaraq Orxan heç kimə əhəmiyyət verməyib öz hərəkətlərini davam etdirərək masanın üzərində olan pivə bakalını əlinə götürüb Eynullanın alın nahiyyəsindən bir zərbə vurmuş, sonra isə bakal yerə düşərək sınmış və həmin vaxt da Eynulla zərbənin təsirindən xəsarət almış, belə ki, onun alın nahiyyəsindən qan axmağa başlamış, daha sonra isə o, oradan çıxıb getmişdir. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 20:20-dən 20:50-dək Qusar RPŞ-nin TB-nin təhqiqatçısı X11 tərəfindən Zərərçəkmiş şəxs1 və hal şahidləri X3, X4 iştirakları ilə Qusar şəhəri “Avtobaza” dairəsi adlanan yerdə, Ərəblinski küçəsində yerləşən kafeyə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 həmin kafedə oturaraq pivə içdiyi masanı göstərərək orada tanımadığı bir nəfər şəxsin ona yaxınlaşıb saqqal saxlayaraq pivə içdiyinə görə irad bildirib onunla mübahisə etdiyini və həmin şəxs tərəfindən bakalla sifətindən vurularaq döyüldüyünü bildirmişdir. Baxış zamanı kafenin giriş qapısının üzərində “Xaş” sözləri yazılmış reklam lövhəsinin olduğu, həmçinin kafenin içərisində müştərilərin oturması üçün nəzərdə tutulmuş stol və stulların (masaların) qoyulduğu, eyni zamanda kafenin bayır hissəsinə oradan keçən küçə ilə üzbəüz hissədə müştərilərin oturması üçün nəzərdə tutulmuş iki ədəd masanın qoyulduğu müşahidə olunmuşdur. Baxış zamanı həmin kafenin yerləşdiyi küçədə kafe və mağazaların da olduğu müşahidə olunmuşdur. Qusar şəhəri “Avtobaza” dairəsinin yaxınlığında yerləşən kafenin qarşısından avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yolun keçdiyi, həmçinin səkidə piyadaların intensiv olaraq hərəkətdə olduğu müşahidə olunmuşdur. Baxış zamanı Zərərçəkmiş şəxs1 sifətindən vurulduğu zaman sınmış şüşə bakal iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilmiş protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli “baxış keçirmə barədə” protokoldan görünür ki, Qusar şəhəri “Avtobaza” dairəsi ərazisində quraşdırılmış “TŞ” kamerasının yaddaşına həkk edilmiş görüntülərin olduğu “DVD” diskə Qusar RPŞ-nin TB-nin xidməti otağında “Lenovo” markalı kompüterdə baxış keçirilmişdir. Təqdim olunmuş “DVD” disk açılarkən ekranda xx.xx.2020-ci il tarixinə aid videonu əks etdirən qovluq müşahidə olunmuşdur. Həmin qovluğa baxış zamanı Qusar şəhəri “Avtobaza” dairəsi ərazisində quraşdırılmış “TŞ” kamerasının çəkdiyi xx.xx.2020-ci il tarixdə saat 18:00-dan 18:30-dək olan görüntüdə Zərərçəkmiş şəxs1 kafenin giriş qapısının yan hissəsində bayıra qoyulmuş masada digər bir nəfər şəxslə oturduğu, saat 18:01-də Təqsirləndirilən şəxs həmin kafeyə gələrək giriş qapısının yanındakı masada oturan Zərərçəkmiş şəxs1la mübahisə etdiyi, daha sonra hər iki şəxsin bir-birilərinə əl-qol hərəkətləri edərək itələdikləri, saat 18:02-də Təqsirləndirilən şəxs masanın üzərində olan pivə bakalını götürərək Zərərçəkmiş şəxs1 vurduğu, həmin vaxt kafedə olan şəxslərin mübahisə edən tərəfləri ayırmaq istədikləri, bundan sonra saat 18:03-də Təqsirləndirilən şəxs kafedən çıxıb getdiyi, sifətindən xəsarət alan Zərərçəkmiş şəxs1 isə sifətini tutaraq kafenin içərisinə girdiyi müşahidə edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmətibbi ekspertizasının (canlı şəxsin ekspertizası) xx.xx.2020-ci il tarixli 323 saylı rəyindən görünür ki, 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-qaşarasının əzilmiş-çapılmış yarası bərk küt əşyanın, burnun kökünün üstünün səthi kəsilmiş yaraları kənarı iti əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə bakal zərbəsi ilə vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan fiziki şəxs Mübariz Verdixanov tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli rəydən görünür ki, 01 ədəd pivə bakalının xx xxxx 2020-ci il tarixə olan orta bazar qiyməti təxminən 3-4 manat olmaqla 02 ədəd pivə bakalının həmin tarixə olan orta bazar qiyməti 6-8 manat təşkil edir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 xəsarət yetirən zaman silah qismində tətbiq etdiyi və həmin tarixli protokolla götürülmüş 01 ədəd sınmış pivə bakalı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli “cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:22-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə saat 11:27-də Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, tutulmadan dərhal azad edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, Qusar RPŞ-də barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə material olmuş və xx.xx.2012-ci il tarixdə CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1827 saylı arayışdan görünür ki, Qusar şəhəri H.Z.Tağıyev küçəsi 99 saylı evdə qeydiyyatsız yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi atası X2, anası X1 və qardaşı X5 ibarətdir. Cinayət işinin materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X9 Xəstəlikləri İnstitutu tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 615 saylı sağlamlıq vəziyyətini müayinə edilməsi aktının surətindən görünür ki, Təqsirləndirilən şəxs döş qəfəsinin sol yarısının bıçaq yaralanmasına görə cərrahi əməliyyat olunmuşdur. İş materiallarında olan zərərə çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xx.xx.2020-ci il tarixli ərizələrindən görünür ki, həmin şəxslər Təqsirləndirilən şəxs ilə barışmışlar, həmin şəxsə qarşı heç bir şikayətləri, tələbləri və iddiaları yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 pivə bakalı ilə qəsdən vurmaması, həmin şəxsin əlinə zərbə vurması və həmin vaxt Zərərçəkmiş şəxs1 əlində olan pivə bakalının təsadüfən sonuncunun alın nahiyəsinə dəyməsi barədə məhkəmədə verdiyi ifadəsini müzakirə edərək belə qənaətə gəlir ki, həmin ifadə həqiqətəuyğundeyildir, qeyd olunan xüsusatlarıifadəsində səsləndirməsitörətdiyiəməliört-basdıretmək xarekteri daşıyır vəməsuliyyətdənyayınmaq məqsədi güdür, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmədə verdiyi ifadəsiilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs özünün, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, eləcə də, işdə olan hadisəni qeydə alan təhlükəsizlik kamerasına baxış protokolu və digər sübutlarla tam təkzib edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini özünü müdafiə xarakteri daşıdığını hesab edir və məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs həqiqətən də, xx xxxx 2020-ci il tarixdə təxminən saat 18 radələrində Qusar şəhəri “Avtobaza” adlanan ərazidə yerləşən “Xaş” kafesinin həyətində, masa arxasında əyləşib pivə içən Zərərçəkmiş şəxs1 yaxınlaşaraq onun saqqal saxlamasına baxmayaraq pivə içməsini cüzi bəhanə gətirib əsaslı səbəb olmadan şəxslərin gözü qarşısındaona qarşı nalayiq ifadələr işlədərəközünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, masanın üzərində olan pivə bakalını silah qismində tətbiq etməklə həmin pivə bakalı ilə bir dəfə Zərərçəkmiş şəxs1 alın nahiyəsindən zərbə vuraraq, qaşarasının əzilmiş-cırılmış yarası bərk (küt) əşyanın, burun kökünün üstünün səthi kəsilmiş yaraları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər yetirib qərəzli hərəkətlərini təxminən 05 dəqiqədən artıq müddət ərzində davam etdirərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla, həmçinin Zərərçəkmiş şəxs2 08 manat dəyərində əmlakını məhv etməsi və silah qismində istifadə edilən əşyadan istifadə edib zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq etməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanı aradan qaldırmasını və zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayətlərinin və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxsna cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, işdə cəzanı yüngülləşdirən halları, şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddə təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 02 (iki) günfaktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunacaq cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək barəsində “həbs” qətimkan tədbirinin seçilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 62 və 70-ci maddələrinin tətbiq edilməsini isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Çünki, məhkəmə istintaqı zamanı təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs ümumiyyətlə xuliqanlıq hərəkətlərini-yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan, cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləritörətməyə meyilli şəxsdir, əvvəllər də hazırkı cinayət hadisəsinin törədildiyi kafenin iş rejimini müxtəlif üsullarla pozmuş, kafeni işlədən şəxsi və orada olan müştəriləri bir neçə dəfə narahat etmişdir. Həmçinin, o, törətdiyi əməlini tam etiraf etmir, yalnız məhkəmə istintaqının sonunda cəzadan yayınmaq məqsədilə əməlini qismən etiraf edərək peşman olduğunu bildirmişdir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin cəmiyyətdə mövcud olan birgəyaşayış qaydalarının və ümumiyyətlə ictimai qaydanın qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görəilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beşildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, X8 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan 01 ədəd sınmış pivə bakalı məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351- 353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutularaq xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan 01 ədəd sınmış pivə bakalı məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(029)-73/2020
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-73/2020
03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver