Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-73/2024 20.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Xaçmaz rayonu Muxtadır qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 03 may 2024-cü il tarixdə, axşam saatlarında spirtli içkisi qəbul etdikdən sonra 2024-cü ilin fevral ayında münasibətləri pisləşərək atası evinə getmiş rəsmi nikahda olduğu arvadı Şahid1 ilə görüşüb söhbət etməkdən ötrü sonuncunun yaşadığı atası Zərərçəkmiş şəxs məxsus evə girmək qərarına gələrək, bu məqsədlə 04 may 2024cü il tarixdə, saat təxminən 01:30 radələrində Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin yaşadıqları Qusar rayonu Qayakənd kəndində yerləşən fərdi yaşayış evinə daxil olmaq üçün heç kimə xəbər etmədən evin bağ sahəsinin qapısından içəri daxil olub, bağ sahəsi ilə evin həyətyanı sahəsini ayıran qapıdan da keçməklə evin həyətinə icazəsiz girmiş, ev sahiblərinə heç nə demədən, kimisə çağırmadan, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, ev sahibi Zərərçəkmiş şəxs iradəsinə zidd, qanunsuz olaraq bağlı vəziyyətdə olan giriş qapısını açıb gizlincə mənzilə daxil olub evin ikinci mərtəbəsində olan yataq otağında yatdığını güman etdiyi arvadı Şahid1 yaxınlaşıb onunla danışmaq üçün evin daxilində yerləşən pilləkənlərlə sakitcə ikinci mərtəbəyə çıxaraq ümumi otağın qapısını açıb içəri daxil olmuş, həmin otaqdan da Şahid1 yatdığı yataq otağının qapısını açıb içəri keçərək onun üzünə üstündə olan alışqanın işığını yandırıb tutarkən, yuxudan ayılan Şahid1 dava-dalaş olmamasından ötrü sakitləşməsini və evdən çıxıb getməsini ondan xahiş edib yalvarandan sonra onun müşayiəti ilə evdən çıxaraq gəldiyi yolla qayıtmış, bununla da Zərərçəkmiş şəxs yaşadığı mənzilə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, onun iradəsi ziddinə qanunsuz daxil olaraq mənzil toxunulmazlığını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun keçmiş qaynatasıdır. O, 04 may 2024-cü il tarixdə gecə saatlarında boşandığı həyat yoldaşı Şahid1 ilə barışmaq və uşaqlarını görmək üçün qayınatası Zərərçəkmiş şəxs yaşadığı, Qusar rayonu Qayakənd kəndində yerləşən evinə getmiş, evin qapısının açıq olduğunu görüb həyətə daxil olmuş, oradan isə evin ikinci mərtəbəsinə qalxaraq keçmiş həyat yoldaşı Şahid1 yatdığı otağa daxil olmuş, orada bir az sonuncu ilə danışdıqdan sonra isə evdən çıxıb getmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun keçmiş kürəkənidir. Həmin şəxs onun qızı Şahid1 ilə boşanmış və onun evinə qayıtmışdır. Həmçinin, qızının cehiz əmlaklarını da Elnurun evindən gətirmişlər və o, Elnura bildirmişdir ki, bir daha onun evinə gəlməsin. Buna baxmayaraq, 04 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onun evinin həyət qapısından evə qanunsuz daxil olmuş və buna görə də, o, həmin şəxsin barəsində şikayət etmişdir. O, Elnurla barışmaq istəmir, ona qanuni cəza verilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Fərman qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Onlar faktiki ayrılsalar da, nikahları pozulmayıb. 04 may 2024-cü il tarixdə gecə saatlarında Elnur sərxoş vəziyyətdə onun yataq otağına gəlib üzünə işıq vurmuş, oyandıqda o, Elnurun oğru olduğunu güman edib qorxmuş və həmin vaxt Elnur ona hədə-qorxu gəlmişdir. Bundan əvvəl isə Elnur onun iş yerinə gəlib üzünə sillə vurmuşdur. O, Elnurun uşaqlarla görüşməsinə mane olmur, lakin həmin şəxs tez-tez spirtli içki qəbul edir, ona görə uşaqlarla görüşməsinə razı olmur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, zərər çəkmiş şəxs onun əri, təqsirləndirilən şəxs isə onun kürəkənidir. Təqsirləndirilən şəxs onları çox incidir. 04 may 2024-cü il tarixdə gecə saatlarında Elnur sərxoş vəziyyətdə onların evinə gəlmiş, qızı Arzunun yatdığı otağa keçib onun boğazından tutub hədə-qorxu gəlmişdir. Onlar evin birinci mərtəbəsində, qızı Arzu isə ikinci mərtəbəsində yatır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. ( cild 1. i/v: 149-150). İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1. i/v 82). Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Beləliklə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Bundan başqa, CM-nin 58.1-ci maddəsinin mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 157.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 (min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlı̇ k edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №1(029)-73/2024
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-73/2024
20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver