Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-73/2025 19.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qusar Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Qusar şəhərin ərazisində istintaqa məlum olmayan mənbədən 01 ədəd selofan bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək özü ilə daşıyıb üzərində saxlamış, onun cüzi bir hissəsini 11 aprel 2025-ci il tarixdə Qusar şəhəri ərazisində istifadə elmiş, 12 aprel 2025-ci il tarixdə, saat 04:31 radələrində isə Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Qusar şəhəri, H.Aslanov küçəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən saxladığı və gəzdirdiyi 01 ədəd selofan bükümdə ümumi çəkisi 0,789 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan xeyli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xeyli müddətdir narkotik vasitələrdən istifadə edir. O, 12 aprel 2025-ci il tarixdə Qusar şəhəri H.Aslanov küçəsində olarkən iki nəfər polis əməkdaşı onu saxlamışlar və üzərindəki narkotik vasitə olan heroini aşkar edib götürmüşlər. Hazırda törətdiyi əməlindən peşmandır. Odur ki, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Qusar rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Həmin şəxsin barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsinə məlumat daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış, o və digər polis əməkdaşı Emil 12 aprel 2025-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs Qusar şəhəri ərazisində saxlamışlar, videoçəkiliş aparmaqla həmin şəxsin üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən bir sellofan bükümdə narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə analoji ifadə verərək həmin şəxsin göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan şəxsi axtarış və götürmə aparılmasını əks etdirən videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilir ki, 12 aprel 2025-ci il tarixdə polis əməkdaşları Şahid2 və digərləri X1 üzərinə şəxsi axtarış aparılarkən onun əynindəki gödəkçənin cibindən çıxarıb təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə maddə olan heroinə bənzər maddə, ağ rəngli kristalşəkilli maddə, şüşə ampul qırıqları, gümüşü rəngli folqa kağızı, 2 ədəd şprislər aşkar edilmiş və götürülmüşdür. İş materiallarında olan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi” məhkəmə ekspertizasının 12 aprel 2025-ci il tarixli 20/193 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DİN “Zərflər üçün №106” möhür əksi, “Qusar şəhəri; xx.xx.2025. Həmin tarixdə keçirilmiş ƏAT nəticəsində saxlanılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş predmetlər; İştirak etdilər: 1. /İmza/ Ş.Lətifov; 2. /imza/ G.Mirzəliyev; Tərtib etdi: Təhqiqatçı /imza/ H.F.Rəhmanov” əl yazıları olan zərfdəki: 01 ədəd bükümdə təmiz çəkisi: 0,789 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; 01 ədəd bükümdə təmiz çəkisi 4,646 qram ağ rəngli, kristalşəkilli maddənin tərkibi Azərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixtrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarf'na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahılarf'na, habelə “Zəhərli maddələrin siyahıları” na daxil deyildir. 01 ədəd şüşə ampul qırıntıların üzərində narkotik vasitə - heroinin izləri müəyyən edildi. Həmin tədqiqat obyektinin üzərində narkotik vasitə heroin iz şəklində olduğundan təmiz çəkisini müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir. 01 ədəd gümüşü rəngli folqa kağızı, 02 ədəd narıncı başlıqlı 1 ml-lik şprislərin üzərində və içərisində hər hansı bir narkotik vasitə, güclü təsir edən və ya psixotrop maddələrin izləri yoxdur. (i/v: 31-34). Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, heroinin təmiz çəkisi 0,789 qram olmuş, 0,05 qram tədqiqata sərf olunmuş, 0,739 qram qalıq qalmışdır. Ağ rəngli maddənin təmiz çəkisi 4,646 qram olmuş, 0,1 qram tədqiqata sərf olunmuş, 4,546 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən aparılmış ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 may 2025-ci il tarixli 2838 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır (i/v: 117-118). İş materiallarında olan 14 aprel 2025-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertizadan sonra qalıq qalmış 0,739 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 4,546 qram ağ rəngli kristal şəkilli maddə, 01 ədəd üzərində narkotik vasitə heroin izləri olan şüşə ampul qırıntıları, 01 ədəd gümüşü rəngli folqa kağızı, 02 ədəd narıncı başlıqlı 1 ml-lik şprislər maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nin Maddi Sübutlar otağına təhvil verilmişdir (i/v: 63). İş materiallarında olan 11 iyun 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntülərini əks etdirən bir ədəd CD disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir (i/v: 120-126). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(029)-52/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə 02 ay 13 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Beləliklə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitmişdir. Həmin vaxtdan 2 il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən isə hazırkı cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur və ona görə də, həmin şəxsə cəza təyin olunarkən CM-nin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq residivə görə cəza təyin edilməsinin qaydaları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi, cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, onun islah olunması sonuncuya azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi ilə mümkündür, həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2025-ci ildə saat 05:50-də şübhəli şəxs qismində tutulmuş, 13 aprel 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə saat 12:20-də tutulmadan azad edilmişdir. Bununla da, həmin şəxsin azadlığı 2 (iki) gün müddətində faktiki məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təsvir olunanlara əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 12 aprel 2025-ci il tarixdən 13 aprel 2025-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının hökm çıxarıldığı vaxtdan, yəni 19 avqust 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «polisin nəzarəti altına» qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclasında dərhal həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,739 kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 4,546 qram ağ rəngli kristal şəkilli maddə, 01 ədəd üzərində narkotik vasitə heroninin izləri olan şüşə ampul qırıntıları, 01 ədəd gümüşü rəngli folqa kağızı, 02 ədəd narıncı başlıqlı 1 ml-lik şprislər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd CD disk işdə saxlanılsın. İş üzrə məhkəmə xərcləri 60 (yetmiş) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 12 aprel 2025-ci il tarixdən 13 aprel 2025-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 19 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,739 kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 4,546 qram ağ rəngli kristal şəkilli maddə, 01 ədəd üzərində narkotik vasitə heronini izləri olan şüşə ampul qırıntıları, 01 ədəd gümüşü rəngli folqa kağızı, 02 ədəd narıncı başlıqlı 1 ml-lik şprislər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd CD disk işdə saxlanılsın. İş üzrə 60 (altmış) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №1(029)-73/2025
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-73/2025
19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver