Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-74/2020 08.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü ildə Quba rayonu Xınalıq kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, çoban işləyən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində Qusar rayonu “Şahdüzü” adlanan yaylaq ərazisində əl zərbələri ilə Zərərçəkmiş şəxs sifət və boyun nahiyələrinə vuraraq qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun qohumudur. Onların hər ikisi Qusar rayonu “Şahdüzü” adlanan yaylaq ərazisində çobanlıq edirlər və Quba rayonu Xınalıq kənd sakini Sənan Xəlilova məxsus qoyun sürüsünü otarırlar. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində onlar birlikdə həmin yaylaqda yemək yeyərkən bir-biri ilə əvvəlcə zarafat etmişlər, sonradan Nurəddin ona söz atmış, onlar arasında mübahisə yaranmış, qarşılıqlı olaraq dalaşmışlar və həmin vaxt o, Nurəddinin sifət nahiyəsinə bir sillə vurmuş, yumruq və təpiklə isə vurmamışdır. Həmin vaxt Nurəddin də onun boyun nahiyəsindən yapışmışdır. Daha sonra isə Nurəddin onun barəsində polisə şikayət etmiş və o, təhqiqata cəlb edilmişdir. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, himayəsində iki azyaşlı uşaqlarının olduğunu göstərmiş və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı qismən etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş canlı şəxsin ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur və hər ikisi Qusar rayonu “Şahdüzü” adlanan yaylaq ərazisində çobanlıq edirlər, Quba rayonu Xınalıq kənd sakini Sənan Xəlilova məxsus qoyun sürüsünü otarırlar. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində onlar birlikdə həmin yaylaqda yemək yedikdən sonra qoyunun yerləşdirilməsi üstündə aralarınında mübahisə yaranmış, həmin vaxt o, yerdə uzanıqlı olmuş, mübahisə zamanı İmam onun sifət və boyun nahiyələrinə yumruq və təpik zərbələri ilə vuraraq onu döymüşdür. İndiyədək gözündə zəiflik qalmışdır. O, isə həmin vaxt İmamı vurmamışdır. Bu səbəbdən də, o, İmamın barəsində polisə şikayət etmiş və həmin şəxs təhqiqata cəlb edilmişdir. Hadisədən sonra və hazırda o, Təqsirləndirilən şəxsla barışmamış, sonuncu ona heç bir yardım etməmiş, üzr istəməmişdir. Odur ki, həmin şəxsin barəsində cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş xx xxxx 2020-cı il tarixli, 410 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ göz orbiti ətrafının və boynun aşağı şöbəsinin ön səthinin qançırları; sol gözün ağlı qişasının bayır tərəfinin qansızması; sağ gözün üst qapağının birincili cərrahi işlənilməsinə ehtiyacı olan əzilmiş-çapılmış yara küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə döyülmə nəticəsində əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş xx xxxx 2020-cı il tarixli, 411 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ərizəsində göstərilən həmin şəxsin döyülməsi, fiziki ağrı alması xüsusatı təsdiq olunmadığından, həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan “Quba rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 2665 saylı məktubdan görünür ki, Quba rayonu Xınalıq kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Quba MRX-nın Konsultativ Poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X6 X8in 2 saylı ərazi filialı tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli **********0 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin filialdan heç bir növ əmək pensiyası və sosial müavinət almır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba rayon İHB-nın Xınalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 209 saylı arayışdan görünür ki, həmin kənddə qeydiyyatda olan Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X2, xx.xx.2007-ci il təvəllüdlü oğlu Müqəddəs Məmmədovdan və xx.xx.2012-ci il təvəllüdlü oğlu Samir Məmmədovdan ibarətdir. İş materiallarında olan Quba rayon İHB-nın Xınalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, həmin kənddə qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs özünü tam təqsirli bilməsə də, onun həqiqətən də, xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində X1 ilə mübahisə edərək əl və ayaq zərbələri ilə sonuncunun sifət və boyun nahiyələrinə vuraraq həmin şəxsin sağlamlığına yüngül zərər vurması özünün qismən etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş sənədlərlə tam sübuta yerilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların hər hansı birinin təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli aylıq qazancından dövlət nəfinə ilk məbləğ tutulan vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(029)-74/2020
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-74/2020
08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver