Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-74/2024 21.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1984-cü il tarixdə Qusar rayonu, Hil kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş (Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş) məhkumluğu ödənilməmiş, Qusar şəhəri, Əzizbəyov küçəsi, ev 34-də qeydiyyatda olan və Qusar rayonu Balaqusar kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 14 may 2024-cü il tarixdə, saat 18 radələrində Qusar şəhəri ərazisində istintaqa məlum olmayan mənbədən 01 ədəd kibrit qutusunda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək özü ilə daşıyıb üzərində saxlamış, onun cüzi bir hissəsini 14 may 2024-cü il tarixdə axşam saatlarında istifadə etmiş, 15 may 2024- cü il tarixdə, saat 17:50 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “Family” mağazasının qarşısında saxlanılmış və həmin gün saat 18:41 radələrində üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zaman əynində olan qara rəngli idman gödəkçənin sol qolunun bilək hissəsinin altından həmin narkotik vasitədən qalıq qalmış 01 ədəd kibrit qutusunda təmiz çəkisi 0,721 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan xeyli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərmişdir ki, 14 may 2024-cü il tarixdə, saat təxminən 18 radələrində Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “Azpetrol” YDM-nin yaxınlığında gəzişən zaman yerdən 01 ədəd kibrit qutusu tapıb, yerdən götürüb, kibrit qutusunun içərisini yoxlayarkən orada narkotik vasitə olan heroin olduğunu görüb kibrit qutusunu gələcəkdə istifadə etmək üçün özündə saxlamışdır. 14 may 2024-cü il tarixdə Qusar rayonun ərazisində üzərində saxladığı narkotik vasitə heroinin cüzi bir hissəsini istifadə etmiş, qalıq qalan içərisində narkotik vasitə heroin olan kibrit qutusunu isə özünə saxlamışdır. 15 may 2024-cü il tarixdə, saat təxminən 13-14 radələrində Qusar rayonu Balaqusar kəndində yerləşən evdən çıxıb şəhər daxili avtobusla Qusar şəhərinə gəlmiş, Qusar şəhər Avtovağzal dairəsi adlanan ərazidə gəzişib, orada yerləşən çay evlərin birində dost-tanışlara oturub 2-3 saat ərzində çay içib, söhbət etmiş, daha sonra isə saat təxminən 17:30 radələrində çay evindən çıxıb, həmin ərazidə gəzişməyə başlamışdır. 15 may 2024-cü il tarixdə, saat 17:50 radələrində Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “Family” mağazasının qarşısında şəhər daxili avtobus gözləyən zaman Qusar RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğunu bildirilərək saxlayaraq, həmin vaxt ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuş, video çəkilişlə üzərinə şəxsi axtarış və üzərindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 0,721 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd sellofan bükümdə arı dərmanı aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür. İbtidai istintaq zamanı ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmayıb. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, 15 may 2024-cü il tarixdə Qusar şəhər sakini Təqsirləndirilən şəxs Qusar rayonun ərazisində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə ondan, Qusar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 15 may 2024-cü il tarixdə, saat 17:50 radələrində Təqsirləndirilən şəxs Qusar şəhəri, Çingiz Qurbanov küçəsində yerləşən “Family” mağazasının qarşısında tək başına piyada hərəkətdə olan zaman narkotik vasitələrin saxlanmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğunu bildirərək saxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuş, videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmış və Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkçənin sol qolunun bilək hissəsinin altından həmin narkotik vasitədən qalıq qalmış 01 ədəd kibrit qutusunda təmiz çəkisi 0,721 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmçinin 01 ədəd sellofan bükümdə 1,340 qram tünd-qəhvəyi rəngli maddə kütləsi güclü təsir edən və ya zəhərli maddələrə aid olmayan, arı dərmanı aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 və Şahid3 ibtidai araşdırma orqanına verdikəri ifadələrindən görünür ki, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (d) bəndində qeyd olunur ki, onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq; Məhkəmənin bu iş üzrə xüsusi mövqeyi ondan ibarətdir ki, əgər təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət işi üzrə özünü tam təqsirli bilirsə, iş üzrə şahidlər dindirilmədən məhkəmə prosesini yekunlaşdıraraq məhkəmə hökmünü elan etmək olar. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının 16 may 2024-cü il tarixli 3-16-16/2- 6/2772 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən götürülmüş... “ yazı və imzalar olan zərfdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 0,721 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi-1,340 qram tünd-qəhvəyi rəngli, qətranabənzər maddə kütləsinin tərkibində Azərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixtrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”na, habelə “Zəhərli maddələrin siyahıları” na daxil olan komponentlər müəyyən edilmədi. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixtrop maddələrin və onların prekursorlarm siyahısı”-nın, İ-ci siyahılarına daxildir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 07 iyun 2024-cü il tarixli 4067 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 15 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Qusar şəhəri, Ç.Qurbanov küçəsinin ərazisində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli idman gödəkçənin sol qolunun bilək hissəsinin altından həmin narkotik vasitədən qalıq qalmış 01 ədəd kibrit qutusunda təmiz çəkisi 0,721 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunmuş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd CD disk protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış və baxış keçirilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman gödəkçənin sol qolunun bilək hissəsinin altından həmin narkotik vasitədən qalıq qalmış 01 ədəd kibrit qutusunda təmiz çəkisi 0,721 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan xeyli miqdarda heroin aşkar olunmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 10 ay, 22 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi təqsirli bilinirək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay, 01 gün hissəsi vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur. 83.3.3. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; 83.4. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 83.6. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmənin bu iş üzrə xüsusi mövqeyi ondan ibarətdir ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 10 ay, 22 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Daha sonra Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi təqsirli bilinirək CM-nin 67, 76.6.3cü maddərinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud olmasını məhkəmə aşağıdakı kimi əsaslandırır. Hüququn hamılıqla qəbul edilmiş non bis in idem prinsipini ifadə edən bu konstitusiya normasının mənasına uyğun olaraq əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin hüquq öz konstitusiya hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyət etibarı ilə həm qanunvericiliyə, həm də təqsirkar şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquqtətbiqedicilərə istiqamətlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında” 2013-cü il 4 mart tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır Bir əmələ görə iki dəfə məhkum edilməmək və ya cəzalandırmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktlarında da əksini tapmışdır. Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 10 ay, 22 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 09 oktyabr 2019-cu il tarixli hökmünə münasibətdə məhkumluğu ödənilmişdir. Hətta sonradan Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi təqsirli bilinirək CM-nin 67, 76.6.3cü maddərinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli hökmünə münasibətdə məhkumluğu ödənilmişdir. Belə ki, şəxs məhkəmənin qərarı ilə də cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli hökmü ilə məhkum olunduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aid olmuşdur. Məhkəmə hesab edir ki, həmin əmələ görə hazırkı iş üzrə məhkumluq ödənilmişdir.Əgər əvvəlki hökmdə törədilmiş cinayətə görə hazırkı hökmdə törədilmiş cinayətə münasibətdə məhkumluğun ödənilmə müddəti keçməsə idi, məhkəmə hesab edərdi ki, Qusar rayon məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli hökmünə münasibətdə məhkumluq ödənilməmiş və hazırkı iş üzrə şəxsin əməli cinayətlərin təhlükəli residivinə aid olmuşdur. Məhkəmənin bu iş üzrə xüsusi mövqeyi ondan ibarətdir ki, şəxsə hökmlərin məcmusu qaydasında cəza təyin edilibsə, məhkəmənin icraatında olan işə münasibətdə hökmlərin məcmusuna daxil olan cinayətə görə CM-nin 83.3-cü maddəsində nəzərdə tutulmuş qaydalara görə məhkumluğun ödənilmə müddəti keçibsə, artıq daha əvvəlki hökmə münasibətdə məhkumluq ödənilmiş hesab olunmalıdır. Hazırda məhkəmə yuxarıda göstərilən mövqedən yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 10 ay, 22 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, hətta sonradan Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi təqsirli bilinirək CMnin 67, 76.6.3-cü maddərinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də məhkəmə hesab edir ki, hazırkı cinayət əməlini təqsirləndirilən şəxs 14 may 2024-cü il tarixdə törətdiyinə görə Qusar rayon məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli hökmünə münasibətdə məhkumluğu ödənilmiş, Quba rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə münasibətdə isə məhkumluğu ödənilməmişdir. Ona görə məhkəmə hesab edir ki, şəxsin əməlində cinayətlərin təhlükəli residivi yox, cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1. Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, səmimi ifadə verməsini şəxsiyyəti səciyyənlədirən hal kimi qəbul edir. İş materallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 uşağı var. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 2 uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsi, əməlindən peşman olmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş digər cəzaların təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsini iş materiallarına tədqiqinə və onun şəxsiyyətinə uyğun olaraq ədalətli hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsi cəmiyyətdə mənfi emosiyaların çıxarılmasına və bu növ cinayət əməllərinin çoxalmasına səbəb ola bilər. Bundan başqa Təqsirləndirilən şəxs əvvəllərdə məhkum olunmuşdur. İş materiallarının tədqiqinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunmamışdır. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial və iqtisadi inkşafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkoman hesab olunan şəxsin olduğu, yaşadığı mühitdə böyüyən və tərbiyə olunan uşaqlara da psixoloji problemlər yaradır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Qusar rayon məhkəməsinin qərarı ilə həbs etmənin əvvəli 15 may 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin residivi mövcud olduğundan görə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 15 may 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilmədir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,671 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1,140 qram tünd-qəhvəyi rəngli, qətranabənzər tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri olmayan maddə kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilməli, video görüntülər olan 01 ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197,198, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 1 (bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 15 may 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,671 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1,140 qram tünd-qəhvəyi rəngli, qətranabənzər tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri olmayan maddə kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilsin, video görüntülər olan 01 ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-74/2024
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-74/2024
21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver