Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-75/2020 27.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsi tərəfindən barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə haqqında seçilmiş “həbs” qətimkan tədbiri əvəz edilərək barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Qusar şəhərində dostu, birgə narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyi Şahid3 ilə rastlaşan zaman sonuncu ondan çəkmək üçün 2 büküm(baş) qurudulmuş marixuana tapmasını xahiş etmiş və bu məqsədlə bir bükümə 10 manat olmaqla cəmi 20 manat pul vermiş, buna görə də o, həmin gün günorta radələrində Xaçmaz rayonu Tağar-oba kəndində yaşayan X2 məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi bir kibrit qutusu 70 manat olmaqla cəmi 140 manata içərisində narkotik vasitə qurudulmuş marixuana olan 02 ədəd kibrit qutusunu satış məqsədi olmadan üzərində saxlamış, daşımış və gəzdirmiş, həmin narkotik vasitə qurudulmuş marixuanadan 01 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı şəxsi istehlak üçün 7 bərabər hissələrə ayırmış, 2 hissəsini digər kibrit qutusuna sıxıb yerləşdirmiş, həmin kibrit qutusunu yaşadığı evin həyətində divara söykədilmiş şifer hissəciklərinin altında şəxsi istifadəsi üçün gizlətmiş, digər 5 hissəsini ayrı-ayrı kağızlara bükmüş, onlardan 2 bükümünü gündüz, 1 bükümünü isə axşam çəkərək istifadə etmiş, qalan 2 bükümünü isə əvvəlcədən təşkilinə söz verdiyi dostu Şahid3 heç bir şəxsi marağı olmadan həmin gün saat 21 radələrində Qusar şəhəri X9 yanında vermiş, Şahid3 isə tanışı X3 ona əvvəlcədən sifariş edərək verdiyi 10 manat pulun müqabilində həmin 02 ədəd büküm qurudulmuş marixuanadan 01 bükümünü sonuncuya heç bir şəxsi marağı olmadan vermiş, 01 ədəd bükümü isə özü çəkməklə istifadə etmiş, daha sonra isə Qəzəhməd Abdurrahmanov həmin 01 ədəd büküm qurudulmuş marixuananı dostu Şahid1 ilə birlikdə “Qayi bulaq” restoranının yanında çəkməklə istifadə etməyə hazırlaşarkən həmin ərazidə xidmətdə olan Qusar RPŞ-nin PPXT-nın əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-nə gətirilmiş, RPŞ-də həmin şəxslərin üzərinə şəxsi axtarış keçirilərkən Şahid1 üzərindən 01 ədəd kağız bükümündə içərisində təmiz çəkisi -0,523 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, istintaq tədbirlərinin davamı olaraq Qusar rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvana axtarış keçirilən zaman sonuncunun evinin həyətində evin divarına söykədilmiş şifer hissəciklərinin altında, Yaməddin Bədəlovdan xx.xx.2020-ci il tarixdə satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etdiyi və saxladığı 01 ədəd kibrit qutusunda təmiz çəkisi-6,250 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, təxminən 1 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Hər dəfə narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmək istədiyi zaman çoxdan tanıdığı Xaçmaz rayonu Tağar-oba kəndində yaşayan Yaməddin adlı şəxsdən hər dəfəsində bir kibrit qutusunu 70 manata şəxsi istifadəsi üçün almış, özünün hər dəfə rahat istifadə etməsi üçün bir kibrit qutusundan 7 büküm (baş) qurudulmuş marixuana düzəltmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Qusar şəhərində olan zaman dostu, orta məktəbdə birlikdə oxuduğu Camalla rastlaşmış, həmin vaxt sonuncu ondan özü üçün çəkməyə 2 baş marixuana təşkil etməsini xahiş etmiş və bir bükümü 10 manat olmaqla iki büküm marixuana almasından ötrü ona 20 manat pul vermiş, o, da Camala, tapanda xəbər edəcəyini demişdir. Həmin tarixdə o, Yaməddinə zəng etmiş və özünə narkotik vasitə lazım olduğunu bildirmiş, Yaməddin ona narkotik olub-olmadığını dəqiqləşdirib xəbər edəcəyini demişdir. Bundan sonra Yaməddin ona zəng edərək narkotik vasitə olduğunu və onun yanına gəlməsini demişdir. O, Yaməddinin yaşadığı Tağar-oba kəndinə getmiş və sonuncudan 1 kibrit qutusu 70 manat olmaqla, 2 kibrit qutusu marixuananı alıb Qusar şəhərinə qayıtmış, aldığı 1 kibrit qutusundakı marixuananı 7 bərabər hissələrə ayırmış, 2 hissəsini digər kibrit qutusuna sıxıb yerləşdirmiş və yaşadığı evin həyətində divara söykədilmiş şifer hissəciklərinin altında gizlətmiş, digər 5 hissəni ayrı-ayrı kağızlara bükmüş, onlardan 2 başını gündüz vaxtı, 1 başını isə axşam radələrində çəkərək istifadə etmiş, 2 başı isə Camal üçün saxlamışdır. Bundan sonra03avqust 2020-ci il tarixdə o, Camala marixuananı tapdığını demiş, bundan sonra Camal onun yaşadığı ərazidə yerləşən X9 yanına gəlmişdir. Həmin gün təxminən saat 21-22 radələrində o, Camalla görüşmüş və sonuncu üçün aldığı iki büküm marixuananı ona vermişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə polis əməkdaşları onun yaşadığı ünvana gələrək barəsində araşdırma aparıldığını bildirmiş və onu dəvət edərək Qusar RPŞ-nə aparmışlar. RPŞ-də onun üzərinə şəxsi axtarış aparılmış, lakin üzərində qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. xx.xx.2020-ci il tarixdə məhkəmənin qərarı əsasında onun yaşadığı ünvan 3 saylı ünvana axtarış keçirilmiş, yaşadığı evdə heç bir narkotik vasitə aşkar edilməmiş, daha sonra yaşadığı evin həyətində axtarış keçirilmiş, axtarış zamanı evin çöl hissəsində divara söykədilmiş şifer hissəciklərinin arxasından, onun xx xxxxxx 2020-ci il tarixdə Yaməddindən aldığı və orada gizlətdiyi 01 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkar olunmuşdur. Orada o, həmin kibrit qutusunu Yaməddindən aldığını və özünə məxsus olmasını etiraf etmiş, bundan sonra ona məxsus yaşadığı evin həyətindən aşkar edilmiş 01 ədəd kibrit qutusu hal şahidlərinin və digər iştirakçıların iştirakları ilə qablaşdırılmış, imzalarla təsdiq olunaraq götürülmüşdür. Daha sonra isə həmin faktla bağlı araşdırma aparılmış, o, istintaqa cəlb olunaraq barəsində hazırkı cinayət işi başlanılmışdır. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşman olduğunu, həyat yoldaşının hamilə olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verdiyini göstərmiş və barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəməbioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təxminən 2-3 ay olar ki, narkotik vasitə olan marixuana qəbul edir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 22 radələrində tanışıX5 ona zəng edərək nəşə çəkməyi təklif etmiş, o, da bu təkliflə razılaşmışdır. Bundan sonra o, Qəzəhmədlə görüşərək idarə etdiyi VAZ-21014 markalı, XX911K-190 rus nömrə nişanlı avtomobili ilə Qəzəhmədlə birlikdə Qusar rayonu Qayakənd kəndində yerləşən "Qayıbulaq" istirahət mərkəzinin arxa tərəfinə sürərək orada saxlamış, Qəzəhməd avtomobildə ona, tanışı Camalın ona həmin narkotik vasitəni 10 manata təşkil etdiyini bildirmişdir. Onlar təxminən saat 23 radələrində Qəzəhmədin gətirdiyi 1 kağız bükümündə olan qurudulmuş marixuananı və tütünü kağıza boşaldaraq çəkmək üçün hazırlayarkən birdən polis əməkdaşları onların olduqları avtomobilə yaxınlaşmış, o, polislər onlardan şübhələnməsinlər deyə kağız bükümdə tütünlə qarışdırılmış halda olan marixuananı tez bir zamanda götürərək şalvarının cibinə qoyaraq gizlətmiş və Qəzəhməd də 3 ədəd içərisində tütün olan və 1 ədədinin isə içərisi boş olan siqaretləri siqaret qabında olmaqla tez götürüb cibinə qoymuşdur. Onlar özlərini şübhəli apardıqlarına görə polis əməkdaşları onları polis şöbəsinə aparmışlar, orada onun üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində olan 1 ədəd kağız bükümdə olan narkotik vasitə olan marixuananı təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, Qəzəhmədin gətirdiyi marixuananı Ravid adlı şəxs Camala, sonuncu isə Qəzəhmədə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 Şahid1 ilə analoji ifadə verərək onun göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, bir ildən çoxdur ki, narkotik vasitə olan qurudulmuş marixuana qəbul edir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında tanışı Qəzəhmədlə rastlaşanda sonuncu çəkmək üçün nəşə tapmağını ondan xahiş etmiş, o, isə narkotik vasitə olacağı təqdirdə xəbər edəcəyini demişdir. Sonuncu bir büküm marixuana almasından ötrü ona 10 manat pul vermişdir. xx.xx.2020-ci il tarixdə o, narkotik vasitə almaq üçün dostu və məktəb yoldaşı olan Qusar şəhər sakini Ravidlə görüşmüş və ona narkotik vasitə almaq istədiyini bildirmişdir. Ravid ona narkotik vasitə təşkil edəcəyini demiş və o, iki büküm marixuana təşkil etməsi üçün Qəzəhmədin ona verdiyi 10 manat pulu sonuncu üçün və 10 manat da özü üçün, cəmi iki büküm marixuana almasından ötrü 20 manat pulu Ravidə vermişdir. O, Ravidin marixuana istifadəçisi olduğunu əvvəlcədən bilmiş və hətta onlar bir neçə dəfə birlikdə marixuana çəkməklə istifadə etmişlər. xx xxxxxx 2020-ci il tarixdə o, narkotik vasitə ilə bağlı Ravidə zəng etmiş, sonuncu isə maxiruananı tapdığını demişdir. Daha sonra o, həmin gün Qəzəhmədlə birlikdə idarə etdiyi avtomobillə Qusar şəhərində yerləşən X9 yanına getmiş, Qəzəhməd maşından yerə düşməyəcəyini demiş, Ravidin onu görəcəyi təqdirdə onlara narkotik vasitə verməyəcəyini demiş, o, da Qəzəhmədlə razılaşmışdır. Bundan sonra o, avtomobildən düşərək Ravidlə görüşmüş, iki büküm narkotik vasitə olan marixuananı sonuncudan götürmüş və avtomobilinə gələrək Qəzəhmədə istədiyi 1 baş narkotik vasitəni vermiş, digər 1 baş narkotik vasitəni isə şəxsi istifadəsi üçün saxlamışdır. Bundan sonra o, avtomobili ilə həmin yerdən çıxıb getmiş, üzərində saxladığı 1 kağız bükümdə olan qurudulmuş marixuananı evdən təxminən 100 metr aralıda qəbirstanlıq yolunda siqaretin içərisinə doldurub çəkərək özü tək qəbul etmiş, daha sonra evə getmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə gecə vaxtı polis əməkdaşları onun yaşadığı ünvana gəlmiş, barəsində araşdırma aparıldığını bildirərək onu Qusar rayon polis şöbəsinə aparmışlar. Orada üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən narkotik vasitə aşkar olunmamış, o, polis əməkdaşlarına hadisəni olduğu kimi danışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Qusar şəhər sakinləri Şahid1, Qəzəhməd Abdurrəhmanovun və Şahid3 narkotik vasitələrdən istifadə etmələri barədə Qusar RPŞ-nə əməliyyat məlumatı daxil olmuş və bu səbəbdən də, həmin şəxslərin barələrində əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx xxxxxx 2020-ci il tarixdə Səlim və Qəzəhməd, xx xxxxxx 2020-ci il tarixdə isə Camal adlı şəxs saxlanılaraq Qusar RPŞ-nə gətirilmişlər. Orada sorğu-sual zamanı Qəzəhməd və Camal adlı şəxslər narkotik vasitə istifadəçisi olduqlarını etiraf etmişlər, narkotik vasitəni onlara Qusar şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxsin verdiyini bildirmişlər. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə o və digər polis əməkdaşları Ravidin yaşadığı ünvana gedərək onu Qusar RPŞ-nə dəvət etmişlər, orada həmin şəxsin üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərindən narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı evində axtarış aparılmış və həmin evin həyətində olan divara söykədilmiş şifer hissəciklərinin arxasından 01 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, bu barədə müvafiq protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onun məlumat olmamış, yalnız narkotikdən istifadə etməsini eşitmişdir. Daha sonra həmin faktla bağlı araşdırma aparılmış və Təqsirləndirilən şəxs istintaqa cəlb olunaraq barəsində hazırkı cinayət işi başlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 3 saylı ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda Qusar rayon Məhkəməsinin qərarı əsasında xx xxxxxx 2020-ci il tarixdə Qusar RPŞ-nin əməkdaşları, hal şahidləri, vəkil Ramiz Aydayevin, Təqsirləndirilən şəxs və sonuncunun qohumu-yeznəsi Eminin iştirakı ilə axtarış aparılmışdır. Axtarış zamanı evin çöl tərəfdən divarına söykədilmiş şifer hissəciklərinin arasından 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Ravid həmin kütləni Xaçmaz rayonu Tağar-oba kənd sakini X1 yaşadığı kənddə bir neçə gün əvvəl aldığını bildirmişdir. Bundan sonra həmin kütlə müstəntiq tərəfindən qablaşdırımış və götürülmüşdür. Yaşayış sahəsinin digər yerlərində də axtarış aparılmış, lakin başqa qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Axtarış zamanı fotoçəkilişdən istifadə olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onun məlumat olmamış, yalnız narkotikdən istifadə etməsini eşitmişdir. Axtarış və götürmə barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 Şahid5 ilə analoji ifadə verərək onun məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli “axtarış və götürmə haqqında” protokoldan və fotocədvəldən görünür ki, həmin tarixdə saat 00:20-dən saat 00:50-dək Qusar RPŞ-nin inzibati binasının TB-nin xidməti otağında Şahid1 üzərində axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid1 kağız bükümündə olan ot kütləsinin tütünlə qarışdırılmış marixuana olduğunu, özünün narkotik vasitə istifadəçisi olduğunu, həmin narkotik vasitəni dostu Şahid2 Şahid3 aldığını, həmin narkotik vasitəni dostu Şahid2la birlikdə etibarnamə ilə idarə etdiyi avtomobildə siqaretə dolduraraq çəkmək üçün “Qayıbulaq” restoranının həyətinə getdiklərini, orada narkotik vasitəni siqaretə doldurmaq istəyərkən polis əməkdaşlarının onlara yaxınlaşdığını görüb həmin kağız bükümünü şalvarın cibinə qoyduğunu bildirmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd kağız bükümündəki narkotik vasitəyə bənzər kütlə ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-in “zərflər üçün” 106 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Şahid1 üzərindən digər hər hansı şəxsi əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı video və fotoçəkiliş aparılmışdır. Həmçinin, axtarış və götürmə barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallaında olan Qusar rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 5(029)-70/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 saylı evdə axtarış və götürmə aparılması qərara alınmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli “axtarış və götürmə aparılması haqqında” protokoldan və fotocədvəldən görünür ki, həmin tarixdə saat 11:30-dan saat 13:00-dək Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 saylı evdə axtarış və götürmə aparılmışdır. Həmin vaxt evin həyətində, köməkçi binalarda axtarış aparılmış, axtarış zamanı həyətdə şiferin altından 01 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin kibrit qutusundakı kütlə götürülərək kağız zərfdə qablaşdırılmış, 106 saylı möhürlə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Götürmə aparılarkən videoçəkilişdən istifadə olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 7/475 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2020-ci il tarixdə X3 üzərindən aşkar edilmiş 03 ədəd dolu, içərisi ot kütləsi ilə doldurulmuş və 1 ədəd boş vəziyyətdə olan siqaret” yazılar və imzalar olan kağız paketdə üzərlərində “Winston” yazılmış 3 ədəd dolu vəziyyətdə siqaretlərin içərisində olan təmiz çəkiləri-0,515 qram; 0,476 qram; 0,468 qram kütlələrin tərkibində narkotik vasitə hissəcikləri yoxdur. Həmin siqaretlərin tərkibi yalnız tütündən ibarətdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 7/476 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2020-ci il tarixdə Şahid1 üzərində keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş 1 ədəd kağız bükümdə olan narkotik vasitəyə bənzər kütlə” yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd kağız bükümdə olan qarışıq kütlənin tərkibində təmiz çəkisi-0,523 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuananın təmiz çəkisi 0,523 qram olmuş, 0,02 qram tədqiqata sərf olunmuş, 0,503 qram qalıq qalmışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 7/508 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda narkotik vasitəyə bənzər kütlə” yazılar və imzalar olan zərfdə salfet kağızına bükülmüş bir ədəd kibrit qutusunda təmiz çəkisi- 6,250 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən götürülmüş bir ədəd kibrit qutusunda, Şahid1 üzərindən götürülmüş bir ədəd kağız bükümdə, X6 yaşadığı ünvandan və həyətyanı sahəsindən götürülmüş marixuanalar və çətənə bitkisi tərkiblərinə görə eynidirlər. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuanaların təmiz çəkisi 6,250 qram və 0.503 qram olmuş, hər birindən 0,02 qram tədqiqata sərf olunmuş, 6,230 qram və 0.483 qram qalıq qalmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 7/475 və 7/476 saylı, xx xxxxxx 2020-ci il tarixli 7/508 saylı məktublardan görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 199,38 (yüz doxsan doqquz manat otuz səkkiz qəpik) manat təşkil edir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Şahid1 üzərindən aşkar edilib götürülmüş və keçirilmiş ekspertizadan sonra qalıq qalmış 0,483 qram narkotik vasitə olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilib götürülmüş və ekspertizadan sonra qalıq qalmış 6,230 qram qurudulmuş marixuana maddi sübut kimi tanınımış və saxlanılması üçün Qusar RPŞ-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Qusar RPŞ-nin İB-nin müstəntiqi Samik Həsənovun xx xxxxxx 2020-ci il tarixli raportundan görünür ki, maddi sübut kimi tanınmış, keçirilmiş ekspertizalardan sonra qalıq qalmış 0,483 qram və 6,230 qram narkotik vasitə olan qurudulmuş marixuanalar Qusar RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2286 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs ÇƏTƏNƏ bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli «cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:45-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Qusar rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(029)-21/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs basərində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Qusar rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(029)-25/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs haqqında seçilmiş «həbs» qətimkan tədbiri əvəz edilərək barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Qusar rayon məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinə başlanılmaması; X6 xx xxxxxx 2020-ci il tarixdə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və satmasına dair Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılması və daha sonra ərazi aidiyyəti üzrə Xaçmaz RPŞ-nə göndərilməsi; Şahid1 Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surətinin icra edilməsi üçün Qusar RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Qusar rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 3(029)-424/2020 saylı qərarının surətindən görünür ki, Şahid1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Cinayət işinin materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 1088/08.20 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin hüquqi şəxsin həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2117 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qusar şəhəri M.Murtuzayev küçəsi 40 saylı evdə yaşayır və ailə tərkibi həyat yoldaşı X7 ibarətdir. İş materiallarında olan İ-KV 705923 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X13 rəsmi nikaha daxil olmuşlar və Sabina Musaeva “Qonağova” soyadını qəbul etmişdir. İş materiallarında olan RF Astarxan vilayəti Nərimanovsk rayon xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X10 20 həftəlik hamilədir. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, ünvan 3 saylı evdə yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, ümumi çəkisi 6,250 qram narkotik vasitə olan qurudulmuş maruxananı qanunsuz olaraq saxlaması və daşıması, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, CM-nin 59.2-ci maddəsinə əsasən həyat yoldaşının hamilə olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq və həbs olunaraq xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddət, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı müddət, cəmi 02 (iki) ay 23 (iyirmi üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 05 (beş) ay 16 (on altı) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanda yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 17-1.8-ci maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və ona görə də, məhkəmə hesab edir ki, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməli, yalnız ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Şahid1 üzərindən aşkar edilib götürülmüş və keçirilmiş ekspertizadan sonra qalıq qalmış 0,483 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilib götürülmüş və ekspetrtizadan sonra qalıq qalmış 6,230 qram çəkidə qurudulmuş marixuana kütlələri məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 199.38 (yüz doxsan doqquz manat otuz səkkiz qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxsAzərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddət və xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı müddət, cəmi 02 (iki) ay 23 (iyirmi üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 05 (beş) ay 16 (on altı) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanda yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Şahid1 üzərindən aşkar edilib götürülmüş və keçirilmiş ekspertizadan sonra qalıq qalmış 0,483 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilib götürülmüş və ekspetrtizadan sonra qalıq qalmış 6,230 qram çəkidə qurudulmuş marixuana kütlələri məhv edilsin. İş üzrə 199.38 (yüz doxsan doqquz manat otuz səkkiz qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(029)-75/2020
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-75/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver