Məhkəmə qərarları › İş №1(029)-75/2022

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-75/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-75/2022 30.11.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, X22 və Laçinov Ramil Elnur oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Qusar rayonu Qılah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Qusar rayonu Qılah kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.3-cü maddəsi ilə ibtidai istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamışdır. Belə ki, o, 2015-2019-cu illərdə Qusar rayonu Xuluq bələdiyyəsinin sədri vəzifəsində işləyərkən rayonun Xuluq kənd sakini X11 etibarnamə üzrə nümayəndəsi olan kürəkəni Şahid1 İskəndər Hacıyevin adına rayon Xuluq bələdiyyəsi ərazisindən 0.095 ha. həyətyanı torpaq sahəsi almaq üçün müraciət etməsi ilə əlaqədar qulluq mövqeyinə görə ona olan inamından istifadə etməklə torpaq sahəsinin alqı-satqı dəyəri kimi Şahid1 xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin 3 saylı poçt filialının 149 saylı poçt şöbəsindən "xxxx" MMC- nin X35 adına göndərdiyi 1.000 (bir min) manat məbləğində pulu həmin tarixdə də "xxxx" MMC-nin X42 çıxarıb, bu pulun 950 manatını torpaq alqı-satqısına görə bələdiyyə hesabına köçürməli olduğu halda, Qusar rayonu Xuluq bələdiyyəsinə məxsus olmaqla ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaqdan ibarət cinayətkar niyyətinə uyğun olaraq, həmin pul vəsaitini şəxsi ehtiyacları üçün götürərək ona etibar edilmiş 950 manat məbləğində pul vəsaitini mənimsəmə yolu ilə talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. 03 sentyabr 2015-ci il tarixdən 2019-cu ilin dekabr ayının sonlarınadək Qusar rayonu Xuluq bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Qusar rayonu Xuluq bələdiyyəsinin sədri kimi vəzifə əmr və sərəncamlar vermək, bələdiyyənin qərarlarını imzalamaq, bələdiyyə ərazisində sosialməişət yönümlü işlərin aparılması, torpaq alqı-satqılarının həyata keçirilməsindən ibarət olmuşdur. X17 və X18 ilə arasında qohumluq, düşmənçilik, hər hansı ədavət olmamış, adi, normal münasibətləri olmuşdur. Xuluq kəndində yerləşən 0,095 ha həyətyanı torpaq sahəsini satmaq məqsədi ilə bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmağa xx.xx.2015-ci il tarixdə başladı, Qusar rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsindən rəy almış, yer seçmə aktı tərtib edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsindən də rəy alınaraq ilkin sənədləşdirmə aparılmışdır. X25 2016-cı ildə Xuluq bələdiyyəsinin mühasibi vəzifəsində işləmiş, ondan sonra heç kim mühasib vəzifəsinə təyin olunmamış, bütün işləri özü görmüşdür. 2018-ci ildə Qusar rayonu Xuluq kənd sakini X17 ərizə ilə Qusar rayonu Xuluq bələdiyyəsinə müraciət edərək həmin kəndin ərazisində yerləşən 0,095 ha həyətyanı torpaq sahəsini alaraq öz mülkiyyətinə keçirilməsi barədə müraciət etmişdir. Onun işlərini etibarnamə əsasında Bakı şəhərində yaşayan kürəkəni Şahid1 idarə etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Xuluq bələdiyyəsinin adına çıxarış almaq, yol xərci, benzin pulu və digər lazım olan xərclər üçün Şahid1 pul istəmiş, eləcə də, qeyd olunan torpaq sahəsinin alqı-satqısı üçün İskəndər Hacıyevin kürəkəni Şahid1 1000 manat məbləğində pul almışdır. Xuluq kəndində, həmin ərazidə torpağın 1 sotunun 5 ildən çox yaşayan kənd sakinlərinə hərracsız, satış qiyməti 100 manat olduğuna görə, 0.095 ha torpaq sahəsinin 1 sotunun qiyməti 100 manatdan hesablandıqda 950 manat etdiyi üçün Şahid1 ona 950 manat məbləğində pulu bələdiyyə büdcəsinə ödənilməsi üçün, 50 manat isə özünün yol xərci, kontur və benzin pulu adı ilə vermişdir. Şahid1 Bakı şəhərindən bu pulu xx.xx.2019-cu il tarixdə onun adına X49 göndərmişdir. Həmin tarixdə də 1000 manat məbləğində pulu X42 özü şəxsən götürmüşdür. 50 manatı dediyi məqsədlər üçün xərcləmiş, 950 manatı bələdiyyə hesabına köçüməyərək öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Qeyd olunan torpaq sahəsinin alqı-satqısı adı ilə Şahid1 almış, ona etibar edilmiş torpaq sahəsinin dəyəri olan 950 manat məbləğində pulu sədri olduğu həmin bələdiyyənin hesabına köçürməli olduğu halda, bələdiyyə hesabına heç bir məbləğdə köçürmə etməmiş, bu pulu da öz şəxsi məqsədləri üçün xərcləmişdir. Həmin pulu mənimsəyərkən fikirləşmişdir ki, bu pulu bələdiyyə büdcəsinə ödəsə, bundan bələdiyyənin digər üzvləri xəbər tutacaq, ola bilsin ki, bələdiyyə üzvləri ondan əmək haqqı və ya bələdiyyə tərəfindən müəyyən işlər görülməsini tələb edəcəkdir. Belə olan halda o, həmin pulu öz şəxsi məqsədləri üçün istifadə edə bilməyəcəkdir. Onlardan alıb mənimsədiyi bu pulu ört-basdır etmək üçün torpaq sahəsinin İskəndər Hacıyevə satılması məqsədi ilə əvvəlcə bələdiyyənin xx.xx.2019-cu il tarixli, 12 nömrəli protokolunu gizlincə tərtib edib özü saxtalaşdırmışdır. Həmçinin Şahid1 ona təxminən 50 manat məbləğində yol xərci verib, torpaq sahəsinin kadastr müayinə rüsumu və digər zəruri xərclərini ödəmişdir. O, Şahid1 aldığı 1000 manat pulu özü üçün xərclədikdə bilməmişdir ki, gələcəkdə notariat kontorunda alqı-satqı zamanı ödəniş barədə qəbzin surəti də tələb ediləcəkdir. Ona görə də, adını xatırlamadığı proqramdan istifadə etməklə bələdiyyənin xidməti kompyuterində onda olan qanuni qəbzlərin nümunəsi əsasında üzərində işləməklə saxta qəbz düzəltmişdir. O, özü kimsənin köməyi, hər hansı yardımı olmadan özü tək başına bunu düzəltmişdir. Bu barədə heç kimə məlumat verməmiş, öz-özlüyündə fikirləşmişdir ki, qəbzi saxtalaşdırmasının üstü açılmaz. Həmin saxta qəbzi Qusar rayon Notariat ofisinə təqdim etmişdir. Xuluq bələdiyyəsinin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əldə etdikdən sonra xx.xx.2019-cu il tarixdə Qusar rayon notariat ofisində X17 ilə aralarında 0,095 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında İskəndər Hacıyev 0,095 ha həyətyanı torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir. X40 tərəfindən İskəndər Hacıyevin adına çıxarış alınmış 0.095 ha torpaq sahəsinin ətrafı hasarlanaraq orada tövlə tikib heyvanlar saxlamaqla olduğuna görə İdman Mirzəağayev və İskəndər Hacıyevin kürəkəni Şahid1 arasında narazılıqlar yaranmışdır. Bu torpaq sahəsinin çıxarışı İskəndər Hacıyevin adına olduğundan, İdman Mirzəağayevin orada tövlə tikməsinə, xırdabuynuzlu heyvanlar saxlamasına və hasara almasına görə bələdiyyə sədri olaraq özü də ona narazılıq bildirmişdir. İdman Mirzəağayev isə bu torpaq sahəsinin öz evinin yanında ona aid olduğunu demişdir. X33 əlində mübahisəli torpaq sahəsinin ona məxsus olması ilə bağlı rəsmi sənəd, çıxarış olmamışdır. Elə ancaq torpaq sahəsinin onun evinin yanında olduğunu deyərək, qeyri-rəsmi onun olduğunu bildirmişdir. Həmin mübahisəli 0,095 ha torpaq sahəsinin yanında İdman Mirzəağayev və ailə üzvlərinə məxsus 0,13 ha torpaq sahəsi və fərdi yaşayış evi olsa da, lakin 0,095 ha torpaq sahəsi ora daxil olmamışdır. İdman Mirzəağayev və Şahid1 həmin 0,095 ha torpaq sahəsi ilə əlaqədar narazılıqlarına görə onların arasında inzibati qaydada məhkəmə çəkişmələri başlamış, sonda isə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 12 nömrəli protokolunun bələdiyyə üzvləri tərəfindən imzalanmadıqları, həmin protokolun saxtalığı və İskəndər Hacıyev tərəfindən bələdiyyə büdcəsinə köçürmə olmadığı üzə çıxdığı üçün bu barədə xüsusi qərardad qəbul olunaraq toplanmış materiallar müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikası prokurorluq orqanlarına göndərilmişdir. Bu torpaq sahəsi İdman Mirzəağayevə deyil, Qusar rayonu Xuluq bələdiyyəsinə məxsus olmuşdur. İdman Mirzəağayev bu torpaq sahəsini hasara alsa da, orada əvvəllər tövlə tikməmişdir. O, tövləni təxminən 2019-cu ilin axırlarında tikmişdir. Torpaq sahəsi faktiki bələdiyyə mülkiyyətində olduğundan, həmçinin əvvəllər isə Şahid1 mərhum atası X10 təsərrüfatına daxil olmaqla onların istifadəsində olduğundan, dədə- babadan onlar istifadə etdiyi üçün həmin torpaq sahəsini onun qayınatası İskəndər Hacıyevə satmışdır. Yalnız xx.xx.2019-cu il tarixdə poçt vasitəsi ilə aldığı 1000 manat pulun 950 manatını bələdiyyə hesabına köçürtmək adı ilə alsa da, bələdiyyənin hesabına köçürməmiş xərcləyib istifadə etmiş, 50 manatı isə cari xərclər üçün ona pay vermişdir. Bələdiyyə üzvləri həmin torpaq sahəsini İskəndər Hacıyevə satılmasını bildilər, lakin bu torpaq sahəsinin alqı-atqı dəyərinin bələdiyyənin hesabına mədaxil edilməməsini, onun həmin pulu özünə götürməsini bilməmişdir. O, özü də onlara bu barədə heç bir söz deməmişdir. Lakin, X29 Salmanovla narazılıqlarından sonra bələdiyyə üzvləri bilmişlər ki, pulu özünə götürmüşdür. Törətdiyi hərəkətlərə görə çox peşmandır, qızı Günel Kərimxanovanm serebral iflic olmasını, cinayəti törətməsini səmimi etiraf etməsini, dəymiş ziyanı ödəməsini nəzərə alaraq haqqədalətlə ona bu işdə köməklik göstərilməsini xahiş etmişdir. O, həmin cinayəti bilərəkdən, qəsdən eləməmiş, çarəsizlikdən eləmişdir. Uşağı pis xəstə olduğuna görə, maddi durumu pis olduğuna görə həmin pulu uşağın müalicəsinə xərcləmiş, uşaq həmin müalicədən sonra yaşamış, əgər həmin vaxt uşağı müalicə etməsə, uşaq öləcəydi, onun başqa çıxış yolu qalmamışdır. Onu uşaqlıqdan saxlayan 80 yaşlı bibisi də onun himayəsindədir. Başqa gəliri olmadığına görə o, həmin pulu uşağın xəstəliyinə xərcləmişdir. İbtidai istintaq zamanı yazdığı ifadəni təsdiq edir. Əvvəllər barəsində bəraət hökm çıxarılmışdır. Başqa yerdən pulu götürməyə imkanı olmadığına görə həmin pulu götürmüşdür. Kredit götürmək üçün banka müraciət etməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 15 yanvar 2020-ci il tarixdən Qusar rayon Xuluq bələdiyyəsinin sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Qusar rayon Xuluq bələdiyyəsinin sədri olmuşdur. X17 və X14 da rayonun Xuluq kənd sakinləri kimi tanıyır, İskəndər Hacıyev rayonun Xuluq kəndində yaşasa da, İdman Mirzəağayev əslən bu kənddən olub Bakı şəhərində yaşayır. İdman Mirzəağayev və İskəndər Hacıyev arasında Xuluq kəndində yerləşən İskəndər Hacıyevə məxsus 0.095 ha torpaq sahəsi ilə bağlı narazılıqlar olmuş, bu səbəbdən İdman Mirzəağayevin arvadı X34 rayon Xuluq bələdiyyəsinə qarşı 0.095 ha torpaq sahəsinin İskəndər Hacıyevə satılması barədə 25 dekabr 2019-cu il tarixli, 12 saylı qərarın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, daha sonra Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Qusar rayonu Xuluq bələdiyyəsinin sədri vəzifəsində işləyərkən rayonun Xuluq kənd sakini X17 həyətyanı torpaq sahəsi almaq üçün müraciət etmiş, bundan sonra xx.xx.2019-cu il tarixdə Qusar rayon notariat ofisində İskəndər Hacıyev ilə Təqsirləndirilən şəxs arasında 0,095 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış, bu müqavilə əsasında İskəndər Hacıyev 0,095 ha həyətyanı torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. 0.095 ha torpaq sahəsinə görə Təqsirləndirilən şəxs heç bir iclas keçirməmiş, bələdiyyə üzvlərini dəvət etmədiyi halda, iclas keçirilməsi, çıxışların olmasına dair saxta protokol tərtib edilmişdir. Qusar rayon Xuluq bələdiyyəsinin balansında olan 0.095 ha torpaq sahəsinin 1 sotunun qiyməti 2019cu ildə 100 manat olmuşdur. Bununla da Təqsirləndirilən şəxs bələdiyyə hesabına köçürülməli olan 950 manat pulu öz qulluq mövqeyindən istifadə etməklə öz şəxsi ehtiyacları üçün götürmuş bələdiyyənin əmlakını mənimsəmişdir. Təqsirləndirilən şəxs torpaq sahəsinin alqı-satqı dəyəri olmaqla bələdiyyənin hesabına köçürülməli olan, ona etibar edilmiş 950 manat məbləğində pul vəsaitini maddi məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz özünə götürmüş, şəxsi məqsədləri üçün istifadə edərək talayıb mənimsəmiş, bununla da Qusar rayon Xuluq bələdiyyəsinə 950 manat məbləğində maddi ziyan vurmuşdur. Hazırda təqsirləndirilən şəxs 950 manat məbləğində pulu bələdiyyə büdcəsinə köçürmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Təqsirləndirilən şəxs 950 manatı bələdiyyə ödəmişdir. İbtidai istintaq zamanı maddi ziyan ödənilmişdir. O, 2020-ci ilin əvvəlində bələdiyyə sədri səçilmiş, həmin vaxtdan sonra belə hallar olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qusar rayonu Xuluq kəndində mərhum atasaı X10 təsərrüfatında 0,18 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin ərazisində yerləşən 0,095 ha həyətyanı torpaq sahəsini rəsmiləşdirmək üçün 2018-ci ildə Qusar rayonu Xuluq bələdiyyəsinə müraciət etmiş, lakin həmin vaxt o, Bakı şəhərində qeydiyyatda olduğu üçün torpaq sahəsini adına rəsmiləşdirə bilməmiş, Qusar rayonu Xuluq kəndində qeydiyyatda olan xx.xx.1933-cü il təvəllüdlü qayınatası X11 adına rəsmiləşdirmək qərarına gəlmişdir. Onunla aralarında mehriban münasibətləri olmuşdur. İskəndər Hacıyevin adından etibarnamələr alaraq səlahiyyətli nümayəndə kimi onu təmsil etmişdir. Sonuncu dəfə ondan Qusar rayon notariat ofisində təsdiq edilən xx.xx.2021-ci il tarixli, AR-İİ 215350 nömrəli etibarnamə almışdır. X21 Qusar rayonu Xuluq bələdiyyəsi arasında xx.xx.2019-cu il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqavilə əsasında Qusar rayonu Xuluq kəndində yerləşən 0,095 ha həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İskəndər Hacıyevin adına rəsmiləşdirilmiş və rəsmiləşdirmə zamanı torpaq sahəsinin dəyərini bələdiyyə büdcəsinə köçürmüş və digər zəruri rüsumları ödəmişdir. Torpaq sahəsi alan vaxtdan həmin torpaq sahəsinə qonşu olan X18 əlində heç bir sənəd olmadan torpaq sahəsini qanunsuz olaraq özbaşına zəbt edib tutmaqla torpaq sahəsinin ətrafına mişar daşından hasar çəkilmiş, torpaq sahənin içərisində tövlə tikilmişdir. Dəfələrlə ona torpaq sahəsini boşaltmasını, torpaq sahəsində tikilmiş tövlənin və hasarın sökməsini tələb etsə də, bundan imtina etmişdir. İdman Mirzəağayev aralarındakı torpaq mübahisəsi ilə əlaqədar Qusar rayon məhkəməsinə, Sumqayıt İnzibati Məhkəməsinə, daha sonra isə qərardan narazı qaldığından Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Qusar rayonu Xuluq kəndində yerləşən 0,095 ha torpaq sahəsinin qayınatası X2 dair Xuluq bələdiyyəsinin iclas protokolunun etibarsız sayılması qərara alınmışdır. Lakin onların bu torpaq sahəsini almaq üçün Qusar rayonu Xuluq bələdiyyəsinə rəsmi qaydada müraciət etmiş, bələdiyyə büdcəsinə ödəniş edilmiş rəsmi qaydada torpaq sahəsini almışdır. Həmin vaxt bələdiyyə sədri işləmiş Təqsirləndirilən şəxs tərəfindən bələdiyyə iclasının keçirilib-keçirilməməsi, protokolun saxtalaşdırılması barədə məlumatı olmamışdır. Bu bələdiyyənin daxili məsələsidir. Burada onun və qayınatasının İskəndər Hacıyevin heç bir səhvi olmamışdır. Torpaq sahəsini rəsmi qaydada aldığı halda, bələdiyyə iclas protokolunun saxtalaşdırılması üzrə çıxmışdır. Nəticədə də hüquqları pozulmuşdur. Ona görə də onlar Sumqayıt Apelyasiya Məhkəməsinin qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmişdir. İskəndər Hacıyev rəsmi qaydada Qusar rayonu Xuluq bələdiyyəsinə müraciət etmişdir. Həmin torpaq sahəsinin ilkin sənədləşdirilməsi bələdiyyənin məsuliyyətindədir. Ona görə də bu məsələ bələdiyyə tərəfindən həll edilməli idi. Torpaq sahəsinə əvvəlcə bələdiyyənin adına çıxarış əldə etmiş, daha sonra isə qayınatası ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. Torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar X21 Qusar rayonu Xuluq bələdiyyəsi arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanılmışdır. Həmin ərəfələrdə, yəni 2019-cu ilin sonlarında torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına köçürmək üçün o, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən, "xxxx" MMCnin 3 saylı poçt filialının 149 saylı poçt şöbəsindən Təqsirləndirilən şəxs adına X49 1.000 (bir min) manat məbləğində pul göndərmişdir. Daha sonra həmin pulun bələdiyyə hesabına köçürülüb-köçürülməməsini bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Adil pulları bələdiyyə hesabına köçürməmişdir. O, "xxxx" MMC-nin 3 saylı poçt filialının 149 saylı poçt şöbəsindən Təqsirləndirilən şəxs ona Bakı şəhərindən gedib-gəlmək asan olmadığı üçün öz adına pul köçürməli olduğunu dediyindən Adilin adına poçt vasitəsi ilə pul köçürtmüşdür. Həmin ərəfələrdə rayonun Xuluq bələdiyyəsinin ərazisində sənəd almaq istədiyi ərazidə torpağın bir sotunun qiyməti 100 manat civarında olduğundan bələdiyyəyə köçürmək üçün 0.095 ha torpağın sahəsinin sotunun 100 manat hesabı ilə hesabladıqda 950 manat bələdiyyəyə ödənilməsi üçün, 50 manatı və digər ödədiyi pulları isə özü könüllü Təqsirləndirilən şəxs onun işlərini sürətli görməsinə görə yol, benzin, kontur, kadastr üçün rüsum ödənilməsindən ötrü ona bu işləri görmək məqsədi ilə vermiş, onun işlərini başa çatdırmaqdan ötrü Təqsirləndirilən şəxs ondan tələb edib istəmədiyini, digər 950 manatı isə bələdiyyəyə rüsum ödəmək adı il ona verdiyini, Təqsirləndirilən şəxs onun işlərini gördüyünə görə torpağa dair çıxarış alıb ona təqdim etməsi üçün ona qarşı hər hansı narazılığının olmadığını bildirmişdir. Vicdanlı alıcı olaraq ona inanmış 950 manat məbləğində pulu bələdiyyəyə ödəmək üçün vermiş, o, haradan bilə bilərdi ki, Təqsirləndirilən şəxs rüsum adı ilə ondan aldığı 950 manat məbləğində pulu bələdiyyənin hesabına ödəməmiş öz şəxsi məqsədləri üçün xərcləyərək mənimsəmişdir. Adilə verdiyi pulların məbləği dəqiq yadında qalmamışdır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq etmişdir. Pulu o, poçt vasitəsi ilə Adilə göndərmişdir. Adilə nə qədər pul gördərdiyi yadında qalmamış, onda qəbzlər var. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən bir il əvvəl əslən Qusar rayonu Xuluq kəndindən olmaqla Bakı şəhərində yaşayan X18 ona müraciət etmiş Xuluq bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 12 nömrəli iclas protokolunun surətini təqdim edərək həmin protokolu imzalayıbimzalamadığını soruşmuşdur. O, da həmin protokolun surəti ilə tanış olduqda Qusar rayonu Xuluq kəndində yerləşən 0,095 ha torpaq sahəsinin X1 qərara alındığını bilmişdir. Lakin orada adının qarşısında olan imza ona məxsus olmamışdır. O, heç vaxt belə bir bələdiyyə iclasında iştirak etməmiş və imza ilə təsdiq etməmişdir. İdman Mirzəağayevə də bu barədə bildirmişdir. Qeyd olunan torpaq sahəsinin İskəndər Hacıyevə satılması barədə heç bir məlumatı olmamış və bu işdə iştirak etməmişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs bələdiyyə sədri vəzifəsində işlədiyi müddətdə saxta bələdiyyə protokolu tərtib edərək bu torpaq sahəsini satmışdır. X40 həmin torpaq sahəsində tövlə tikib istifadə etmişdir. O, İdman Mirzəağayev və X41 rayonu Xuluq kənd sakinləri kimi tanımışdır. İdman Mirzəağayev və İskəndər Hacıyevin kürəkəni Şahid1 Gülməhəmməd oğlunun arasında bu torpaq sahəsi ilə əlaqədar məhkəmə mübahisələrinin olması barədə məlumatı olmuşdur. O, bələdiyyə üzvü Şahid5 ilə birlikdə 25 yanvar 2022-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinə gedib məhkəmə iclasında şahid qismində iştirak etmişdir. Məhkəmə iclasında izahat vermiş mübahisələndirilən torpaq sahəsinin X4 barədə tərtib edilmiş xx.xx.2019-cu il tarixli iclas protokolunun tərəflərindən imzalanmadığını, protokolun onlardan xəbərsiz tərtib edildiyini bildirmişdir. Həmin bələdiyyə protokolu saxta olduğundan Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə etibarsız sayılması qərara almışdır. Mübahisəli torpaq sahəsinin kimə məxsus olması, satılması barədə əvvəllər məlumatı olmamışdır. Sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs o və digər bələdiyyə üzvlərinin imzalarını saxtalaşdırmaqla qanunsuz protokol tərtib etmişdir. Nəticədə 0,095 ha torpaq sahəsi İskəndər Hacıyevə qanunsuz olaraq satılmışdır. Ona təqdim olunmuş Qusar rayonu Xuluq bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 12 nömrəli iclas protokolunun surəti ilə tanış olmuşdur. X19 bu protokolun surətini təqdim etməmişdir. O, da həmin vaxt qeyd olunan protokolda imzanın saxtalaşdırıldığını bilmişdir. Həmin vaxtadək isə bu protokol barədə heç bir məlumatı olmamışdır. Bələdiyyə iclas protokolu onun tərəfindən imzalanmamışdır. Orada adının qarşısında olan imza özünə məxsus deyildir. Sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs həmin iclasda iştirak etmək üçün onu ümumiyyətlə çağırmamışdır. Ona görə də o, heç vaxt belə bir bələdiyyə iclasında iştirak, hər hansı çıxış etməmişdir. Təqsirləndirilən şəxs protokolu ondan və digər bələdiyyə üzvlərindən xəbərsiz tərtib etmişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs Qusar rayonu Xuluq bələdiyyəsinin sədri vəzifəsində işləyərkən rayonun Xuluq kənd sakini X5 Şahid1 İskəndər Hacıyevin adına 0.095 ha həyətyanı torpaq sahəsi almaq üçün müraciət etmişdir. O və digər bələdiyyə üzvləri Şahid2, Şahid3 Süleyman qızı və Şahid5 bilmişdir ki, Təqsirləndirilən şəxs bələdiyyə sədri olarkən onlara heç bir məsləhət etmədən, onlardan xəbərsiz gizlincə saxta bələdiyyə iclas protokolu tərtib etmiş, torpaq sahəsini satmış, alqısatqıya görə ödənilən pulu götürüb xərcləyərək mənimsəmişdir. Onun və digər bələdiyyə üzvlərinin Təqsirləndirilən şəxs bu hərəkətlərindən xəbəri olmamışdır. Torpaq sahəsinin satışı ilə bağlı bələdiyyə büdcəsinə pul köçürməmişdir. Əgər həmin pulu bələdiyyə büdcəsinə köçürsə idi, ondan bələdiyyə üzvlərinin xəbəri olarmış. Çünki həmin pullar ödəniləndən sonra bələdiyyə iclasında kənddə işlərin görülməsi, tikinti-quruculuq işlərinin aparılması, işçilərin əmək haqların ödənilməsi barədə qərar alınır. Təqsirləndirilən şəxs bələdiyyə sədri işləyərkən X37 bələdiyyəsi arasında torpaq sahəsinin alıq-satqısı olmuş, sonradan İskəndər Hacıyev həmin torpaq sahəsinə çıxarış almışdır. İdman Mirzəağayev də 0.095 ha torpaq sahəsindən heç bir sənəd olmadan istifadə etdiyi üçün İskəndər Hacıyevin kürəkəni Şahid1 ilə aralarında narazılıqlar yaranmış və məhkəmə mübahisələri başlamışdır. Təqsirləndirilən şəxs bələdiyyə büdcəsinə ödənilməli olan pulu öz şəxsi ehtiyacları üçün götürərək xərcləmiş, bələdiyyə sədri kimi ona etibar edilmiş pulu mənimsəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin sonlarında işlədiyi Qusar şəhər Bazarında olarkən sonradan tanıdığı əslən Qusar rayonu Xuluq kəndindən olan X18 onun yanına gəlib həmin kəndin ərazisində yerləşən ailəsinə məxsus 0,095 ha torpaq sahəsinin sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən X28 adlı şəxsə satıldığını bildirmiş, onun bu barədə bələdiyyə iclas protokolunu imzalayıb-imzalamadığını soruşmuş, o, da İdmana belə bir bələdiyyə iclas protokolu imzalamadığını, qeyd olunan torpaq sahəsi barədə heç bir məlumatının olmadığını bildirmişdir. O, İdman Mirzəağayev və İskəndər Hacıyev adlı şəxsləri əvvəllər tanımamış, onlarla heç bir yaxınlıq, qohumluq əlaqələri olmamışdır. İdman Mirzəağayev həmin torpaq sahəsinin sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən əvvəlcə ona, daha sonra isə İskəndər Hacıyevə satılaraq qanunsuz hərəkətlərə yol verdiyini bildirmişdir. O, bir daha həmin torpaq sahəsi ilə heç bir əlaqəsinin olmadığını demiş, İdman da çıxıb getmişdir. Daha sonra isə bu torpaq sahəsi ilə əlaqədar məhkəmə mübahisələrinin olduğunu öyrənmişdir. Sumqayıt Apelyasiya Məhkəməsindən onun ünvanına çağırış vərəqəsi göndərilmişdir. Onunla birlikdə bələdiyyə üzvü işləmiş Şahid4 da çağırış vərəqəsi göndərilmişdir. Şahid4 ona bildirmişdir ki, İdman Mirzəağayevin özünə məxsus olduğunu bildirdiyi torpaq sahəsinin satılmasına dair bələdiyyə iclas protokolu onun tərəfindən də imzalanmamışdır. O və Şahid4 25 yanvar 2022-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinə gedib məhkəmə iclasında şahid qismində bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsinin X4 barədə tərtib edilmiş xx.xx.2019-cu il tarixli iclas protokolunu özü imzalamamışdır. Orada adların qarşısında olan imzalar özülərinə məxsus deyildir və həmin protokol onlardan xəbərsiz tərtib edilmişdir. Ona görə də Sumqayıt Apelyasiya Məhkəməsində Qusar rayonu Xuluq kəndində yerləşən 0,095 ha torpaq sahəsinin X2 dair Xuluq bələdiyyəsinin iclas protokolunun saxta olduğu, üzvlər tərəfindən imzalanmadığı müəyyən edildiyindən etibarsız sayılması qərara alınmışdır. Təqsirləndirilən şəxs onların iştirakları olmadan saxta bələdiyyə iclas protokolu tərtib edərək torpaq sahəsini satmışdır. Onlar heç vaxt belə bir bələdiyyə iclas protokolunu imzalamamışdır. Təqsirləndirilən şəxs Qusar rayonu Xuluq bələdiyyəsinin sədri vəzifəsində işləyərkən rayonun Xuluq kənd sakini X5 Şahid1 İskəndər Hacıyevin adına 0.095 ha həyətyanı torpaq sahəsi almaq üçün müraciət etmişdir. O və digər bələdiyyə üzvləri Şahid2, Şahid3 Süleyman qızı, Şahid4 sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs bələdiyyə sədri olarkən onlara heç bir məsləhət etmədən, onlardan xəbərsiz gizlincə saxta bələdiyyə iclas protokolu tərtib etmiş, torpaq sahəsini satmış, alqı-satqıya görə ödənilən pulu götürmüş xərcləyərək mənimsəmişdir. Torpaq sahəsinin satışı ilə bağlı bələdiyyə büdcəsinə pul köçürməmişdir. Əgər həmin pulu bələdiyyə büdcəsinə köçürsə idi, ondan bələdiyyə üzvlərinin xəbəri olarmış. Təqsirləndirilən şəxs bələdiyyə sədri işləyərkən X37 bələdiyyəsi arasında torpaq sahəsinin alqı-satqısı olmuş, sonradan İskəndər Hacıyev həmin torpaq sahəsinə çıxarış almışdır. İdman Mirzəağayev də 0.095 ha torpaq sahəsindən heç bir sənəd olmadan istifadə etdiyi üçün İskəndər Hacıyevin kürəkəni Şahid1 ilə aralarında narazılıqlar yaranmış və məhkəmə mübahisələri başlamamışdır. Təqsirləndirilən şəxs bələdiyyə büdcəsinə ödənilməli olan pulu öz şəxsi ehtiyacları üçün götürərək bələdiyyə sədri kimi ona etibar edilmiş pulu mənimsəmişdir. Onun heç nədən xəbəri olmamışdır. Adil torpaq sahəsini satmış, protokoldakı imza ona məxsus deyil. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Qusar rayonu Xuluq kəndində yaşayır, 2016-cı ilin başlanğıcından sonunadək Qusar rayon Xuluq bələdiyyəsində mühasib vəzifəsində işləmişdir. Mühasib kimi öz vəzifələrini yerinə yetirmədiyi üçün işdən çıxmışdır. Mühasib olaraq vəzifə bələdiyyə sədrinin göstərişlərini icra etmək, Xuluq bələdiyyəsinə daxil olmuş vəsaitlərə dair hesabatlar tərtib edərək müvafiq orqanlara təqdim etmək, əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanmasından ibarət olmuşdur. Qusar rayon Qılah kənd sakini Təqsirləndirilən şəxs mühasib işləyərkən tanımışdır. Təqsirləndirilən şəxs əvvəllər Qusar rayon Xuluq bələdiyyəsinin sədri olmuşdur. Təqsirləndirilən şəxs 2016-cı ildə onu bələdiyyənin mühasibi kimi işə götürmüş, lakin o, mühasib kimi heç bir sənədləşmə işləri aparmamış, heç bir banka ödənişlə bağlı hər hansı sənəd, qəbz tərtib etməmişdir. Təqsirləndirilən şəxs bütün sənədləşmə işlərini özü görmüş, onun həmin dövrdə hər hansı sənədlərdə nə imzası, nə də adı keçməmişdir. Təqsirləndirilən şəxs Qusar rayon notariat ofisində X17 ilə 0,095 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamış, müqavilə əsasında İskəndər Hacıyev 0,095 ha həyətyanı torpaq sahəsinə dair çıxarış almışdır. Kənd camaatından eşitmişdir ki, həmkəndlilərim X17 və X18 arasında kəndin ərazisində yerləşən 0.095 ha torpaq sahəsi ilə bağlı narazılıqlar olmuş, bu mübahisə məhkəmələrə qədər getmişdir. Təqsirləndirilən şəxs tərəfindən torpaq sahəsinin satılmasına dair Xuluq bələdiyyəsinin hesabına heç bir məbləğdə ödəniş, köçürmə olmamışdır. 0,095 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanılan zaman ödənilən pulu Təqsirləndirilən şəxs bələdiyyə büdcəsinə köçürmək əvəzinə köçürməmiş, özünə götürmüş şəxsi ehtiyacları üçün xərcləyərək mənimsəmişdir. Həmin ərəfədə o, bələdiyyədə mühasib işləmişdir. Vətəndaş pulu banka ödəyir, bələdiyyə sədrin və mühasibin imzaları ilə pulu bankdan götürülür və həmin pulu məqsədli olaraq xərcləmişdir. Onun Adilin pul alması barədə heç bir xəbəri olmamışdır. Adilin kimdənsə pul alması və aldatmasını bilməmiş, sonradan xəbər tutmuşdur. İbtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq edir, kənd camaatından eşitmişdir ki, Adil saxta protokol tərtib edərək torpaq satıb. Məhkəmə Şahid6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, təqsirləndirilən şəxsi müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Şahid6 məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair geniş və ətraflı şəkildə ifadə vermişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2017-ci ildə Sumqayıt Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirmişdir. Əvvəllər Qusar rayonu Xulux kənd mədəniyyət evində təşkilatçı vəzifəsində işləmiş, 2019-cu ilin yanvar ayından “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xəstələrə xidmət şöbəsinin koordinasiya müdiri vəzifəsində işləyir. Həmçinin 2015-ci ildən Qusar rayonu Xuluq bələdiyyəsinin üzvüdür. Bir neçə ay müddətinə bələdiyyə sədri olmuş, lakin sonradan ailə həyatı qurduğu üçün bələdiyyə sədrliyindən könüllü şəkildə çıxmış, yeni bələdiyyə sədri Təqsirləndirilən şəxs seçilmişdir. Adillə aralarında qohumluq əlaqələri yoxdur, əvvəllər heç bir mübahisə, münaqişələri olmamışdır. Hazırda isə bələdiyyə sədri Nümayəndədir. Təxminən 2021-ci ilin sonlarında Qusar rayonu Xuluq kənd sakini X18 ona müraciət edərək yaşadığı kəndin ərazisində yerləşən ailəsinə məxsus 0,095 ha torpaq sahəsinin sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən X3 bildirərək, onun bu barədə bələdiyyə iclas protokolunu imzalayıbimzalamadığını soruşmuş, o da İdman Mirzəağayevə belə bir bələdiyyə iclas protokolu imzalamadığını, qeyd olunan torpaq sahəsi barədə heç bir məlumatının olmadığını bildirmişdir. Qusar rayonu Xuluq kəndindən olan İdman Mirzəağayev və İskəndər Hacıyev ilə aralarında yaxınlıq, qohumluq əlaqələri yoxdur. Eləcə də əvvəllər aralarında hər hansı mübahisə, münaqişə olmamışdır. O, sonradan bilmişdir ki, sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən İskəndər Hacıyevə satılmış 0,095 ha torpaq sahəsi İdman Mirzəağayevlə aralarında mübahisəli torpaq sahəsidir. Təqsirləndirilən şəxs tərəfindən qanunsuz satılmışdır. Buna baxmayaraq İdman Mirzəağayevə bildirmişdir ki, qeyd olunan iclas protokolunu imzalamamışdır. Təqsirləndirilən şəxs tərəfindən İskəndər Hacıyevə torpaq sahəsinin satılmasına dair protokolun saxta olmasını sonradan bilmişdir. Çünki nə o, nə də digər bələdiyyə üzvləri belə bir bələdiyyə iclasında iştirak etməmişlər, imzalamamışlar. Həmin protokol onlardan xəbərsiz tərtib edilmişdir. Təqsirləndirilən şəxs Qusar rayonu Xuluq bələdiyyəsinin sədri vəzifəsində işləyərkən rayonun Xuluq kənd sakini X5 Şahid1 İskəndər Hacıyevin adına 0.095 ha həyətyanı torpaq sahəsi almaq üçün müraciət etmişdir. O və digər bələdiyyə üzvləri Şahid3 Süleyman qızı, Şahid4 və Şahid5 ilə onlara heç bir məsləhət etmədən, Təqsirləndirilən şəxs bələdiyyə sədri olarkən onlardan xəbərsiz gizlincə saxta bələdiyyə iclas protokolu tərtib etmiş, torpaq sahəsini satmış, alqı-satqıya görə ödənilən pulu götürüb xərcləyərək mənimsəmişdir. Təqsirləndirilən şəxs özü-özünü arxayın salmışdır ki, bu işlərdən heç kim xəbər tutmaz, ancaq bilməmişdir ki, belə işlərin axırı yoxdur. Təqsirləndirilən şəxs torpaq sahəsinin satışı ilə bağlı bələdiyyə büdcəsinə pul köçürməmişdir. Əgər həmin pul bələdiyyə büdcəsinə köçürülsə idi, bələdiyyə üzvlərinin xəbəri olardı. Çünki həmin pullar ödəniləndən sonra bələdiyyə iclasında kənddə işlərin görülməsi, tikinti-quruculuq işlərinin aparılması, işçilərin əmək haqqlarının ödənilməsi barədə qərar alınır. Lakin heç bir pul ödənilmədiyi üçün işlər görülməmişdir. Təqsirləndirilən şəxs bələdiyyə sədri işləyərkən X37 bələdiyyəsi arasında torpaq sahəsinin alıq-satqısı olmuş, sonradan İskəndər Hacıyev həmin torpaq sahəsinə çıxarış almışdır. İdman Mirzəağayev də 0.095 ha torpaq sahəsindən heç bir sənəd olmadan istifadə etdiyi üçün İskəndər Hacıyevin kürəkəni Şahid1 ilə aralarında narazılıqlar yaranmış və məhkəmə mübahisələri başlamışdır. Təqsirləndirilən şəxs bələdiyyə büdcəsinə ödənilməli olan pulu öz şəxsi ehtiyacları üçün götürərək bələdiyyə sədri kimi ona etibar edilmiş pulu mənimsəmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 Süleyman qızının ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şamxalova onun qızlıq soyadıdır. Sonradan əri X9 qəbul etsə də, bəzi rəsmi sənədlərdə soyadı “Şamxalova” kimi qeydiyyatda qalmışdır. 1982-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. Əvvəllər Qusar rayonu Nəcəfkənd, Sudur, Samur orta məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, 2017-ci ilin dekabr ayından Qusar rayonu Gündüzqala kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyir. Həmçinin 2015-ci ildən Qusar rayonu Xuluq bələdiyyəsinin üzvüdür. Hazırda Xuluq bələdiyyəsinin sədri Nümayəndədir. Ondan əvvəlki bələdiyyə sədri isə Təqsirləndirilən şəxs olmuşdur. Onunla aralarında qohumluq əlaqələri yoxdur, əvvəllər heç bir mübahisə, münaqişə olmamışdır. Eləcə də o, Qusar rayonu Nəcəfkənd orta məktəbində işlədikdə Təqsirləndirilən şəxs onun şagirdi olmuşdur. Təxminən 2021-ci ilin sonlarında Qusar rayonu Xuluq kənd sakini X18 ona müraciət edərək yaşadığı kəndin ərazisində yerləşən ailəsinə məxsus 0,095 ha torpaq sahəsinin sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən X28 adlı şəxsə satıldığını bildirərək, onun bu barədə bələdiyyə iclas protokolunu imzalayıb-imzalamadığını soruşmuş, o da İdman Mirzəağayevə belə bir bələdiyyə iclas protokolu imzalamadığını, qeyd olunan torpaq sahəsi barədə heç bir məlumatının olmadığını bildirmişdir. Qusar rayonu Xuluq kəndindən olan İdman Mirzəağayev və İskəndər Hacıyev ilə aralarında yaxınlıq, qohumluq əlaqələri yoxdur. Eləcə də əvvəllər aralarında hər hansı mübahisə, münaqişə olmamışdır. Sonradan bilmişdir ki, sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən İskəndər Hacıyevə satılmış 0,095 ha torpaq sahəsi İdman Mirzəağayevlə mübahisəli torpaq sahəsidir. Təqsirləndirilən şəxs tərəfindən qanunsuz satılmışdır. Həmin torpaq mübahisəsi ilə əlaqədar Sumqayıt Apelyasiya Məhkəməsindən onun ünvanına çağırış vərəqəsi göndərilmişdir. Lakin səhhətində olan narahatlıqlarla əlaqədar bülletendə olduğu üçün məhkəmə iclasına gedib iştirak edə bilməmişdir. Buna baxmayaraq İdman Mirzəağayevə bildirmişdir ki, qeyd olunan iclas protokolunu imzalamamışdır. Təqsirləndirilən şəxs tərəfindən İskəndər Hacıyevə torpaq sahəsinin satılmasına dair protokolun saxta olmasını sonradan bilmişdir. Çünki nə o, nə də digər bələdiyyə üzvləri belə bir bələdiyyə iclasında iştirak etməmişlər, imzalamamışlar. Həmin protokol onlardan xəbərsiz tərtib edilmişdir. Təqsirləndirilən şəxs onu həmin bələdiyyə iclasında iştirak etməsi üçün ümumiyyətlə çağırmamışdır. Onun tərəfindən satılmış mübahisəli torpaq sahəsinin kimə məxsus olması barədə məlumatı olmamışdır. Sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs onların iştirakları olmadan saxta bələdiyyə iclas protokolu tərtib edərək torpaq sahəsini satmışdır. Təqsirləndirilən şəxs Qusar rayonu Xuluq bələdiyyəsinin sədri vəzifəsində işləyərkən rayonun Xuluq kənd sakini X5 Şahid1 İskəndər Hacıyevin adına 0.095 ha həyətyanı torpaq sahəsi almaq üçün müraciət etmişdir. O və digər bələdiyyə üzvləri Şahid2, Şahid4 və Şahid5 sonradan bilmişlər ki, Təqsirləndirilən şəxs bələdiyyə sədri olarkən onlara heç bir məsləhət etmədən, onlardan xəbərsiz gizlincə saxta bələdiyyə iclas protokolu tərtib etmiş, torpaq sahəsini satmış, alqı-satqıya görə ödənilən pulu götürüb xərcləyərək mənimsəmişdir. Onun və digər bələdiyyə üzvlərinin Təqsirləndirilən şəxs bu hərəkətlərindən xəbərləri olmamışdır. Təqsirləndirilən şəxs özüözünü arxayın salmış, fikirləşmişdir ki, bu işlərdən heç kim xəbər tutmaz, ancaq bilməmişdir ki, belə işlərin axırı yoxdur. Torpaq sahəsinin satışı ilə bağlı bələdiyyə büdcəsinə pul köçürməmişdir. Əgər həmin pulu bələdiyyə büdcəsinə köçürsə idi, ondan bələdiyyə üzvlərinin xəbəri olardı. Təqsirləndirilən şəxs bələdiyyə sədri işləyərkən X37 bələdiyyəsi arasında torpaq sahəsinin alıq-satqısı olmuş, sonradan İskəndər Hacıyev həmin torpaq sahəsinə çıxarış almışdır. İdman Mirzəağayev də 0.095 ha torpaq sahəsindən heç bir sənəd olmadan istifadə etdiyi üçün İskəndər Hacıyevin kürəkəni Şahid1 ilə aralarında narazılıqlar yaranmış və məhkəmə mübahisələri başlamışdır. Təqsirləndirilən şəxs bələdiyyə büdcəsinə ödənilməli olan pulu öz şəxsi ehtiyacları üçün götürərək bələdiyyə sədri kimi ona etibar edilmiş pulu mənimsəmişdir. Cinayət işinin istintaq materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X48 xx.xx.2022-ci il tarixli, 201 nömrəli məktubundan görünür ki, Şahid1 xx.xx.2019-cu il tarixdə 1000 manat məbləğində pulu Təqsirləndirilən şəxs adına göndərmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/1080 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 4Ə-2891 nömrəli notariat işində olan Qusar rayonu Xuluq bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 12 nömrəli iclas protokolunun kserosurətinin 2-ci vərəqində “Təqsirləndirilən şəxs”, “Şahid2” və “Şahid5” qrafalarında əks olunan imzalar, eləcə də qeyd edilən protokolun kserosurətinin aşağı hissəində “Əsli ilə düzdür; Xuluq bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs” yazıları və həmin yazıların qarşısındakı imza - Təqsirləndirilən şəxs tərəfindən imza olunmuşdur. Qusar rayonu Xuluq bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 12 nömrəli iclas protokolunun ksero-surətinin 2-ci vərəqində olan “Şahid4” qrfasında əks olunan imza - Şahid4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Qusar rayonu Xuluq bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 12 nömrəli iclas protokolunun ksero-surətinin 2-ci vərəqində olan “Mahmudova Flora” qrafasında əks olunan imza - Şahid3 Süleyman qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Qusar rayonu Xuluq bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 12 nömrəli iclas protokolunun kserosurətinin 2-ci vərəqində “Şahid4” və “Mahmudova Flora” qrafalarında əks olunan, "xxxx" ASC-nin Qusar rayon filialının TT**********5561200 nömrəli qəbzin kserosurətində “Ömerov Elnur A” yə “X28 o” qrafalarındakı imzaların Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə mümkün etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4/1080 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/6198 saylı rəyindən görünür ki, Qusar rayonu Xuluq bələdiyyəsinin ərazisində həyətyanı torpaq sahəsinə görə 2019-cu ildə 0.01 ha üçün son hərrac qiyməti 100 manat olduğu halda, X12 0.095 ha torpaq sahəsinin satılması nəticəsində Qusar rayon Xuluq bələdiyyəsinə dəymiş zərər 950.00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/6198 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat təşkil edir. Cinayət işinin materiallarında olan Qusar rayon Xuluq bələdiyyəsinin 01 nömrəli, xx.xx.2020-ci il tarixli protokolunun təsdiq edilmiş surətindən görünür ki, Nümayəndə Xuluq bələdiyyəsinin sədri seçilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X48 xx.xx.2022-ci il tarixli, 3PF-1-189 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şahid1 tərəfindən xx.xx.2019-cu il tarixdə göndərilən 1000 manat məbləğində pulu xx.xx.2019-cu il tarixdə almışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********03 nömrəli məktubundan görünür ki, Qusar rayon Xuluq bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 12 saylı protokolun qeydiyyatdan keçib- keçməməsi barədə 5 saylı Xaçmaz Ərazi İdarəsində heç bir məlumat yoxdur, həmin protokolun əsli və ya nüsxəsi, eləcə də, X11 adından Xuluq bələdiyyəsinin hesabına pul köçürülməsinə dair ödəniş qəbzi aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, X11 adına Qusar rayonu Xuluq kəndi ərazisində 0.095 ha torpaq sahəsi vardır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********37 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adma Respublika ərazisində yalnız Qusar rayonu Qılah kəndində ümumi birgə 0.19 ha torpaq sahəsinə verilmiş JN-034A KOD 30108018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” və həmin kənddə ümumi birgə 3.08 ha torpaq sahəsinə verilmiş JN-0015 KOD 30108018 nömrəli “Torpağın mülkiyyət hüququna dair dövlət aktı” aşkar edilmişdir. Cinayət işinin materiallarında olan Qusar rayon Notariat ofisinin 4Ə-2891 nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə dair notariat işində xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Qusar rayonu Xuluq bələdiyyəsi Xuluq kəndində yerləşən ümümi sahəsi 0.095 ha torpaq sahəsini 1200 manat məbləğində pula X6; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Xuluq bələdiyyəsinin mülkiyyətində Xulux kəndi ərazisində 0.095 ha torpaq sahəsi olmuşdur; Qusar rayon Xuluq bələdiyyəsinin 05 nömrəli, xx.xx.2015-ci il tarixli protokolunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Xuluq bələdiyyəsinin sədri seçilmişdir; Qusar rayon Xuluq bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 12 nömrəli iclas protokolunun surətindən görünür ki, bələdiyyə mülkiyyətində olan Xuluq kəndində yerləşən KPİ sahəsindən ********** nömrəli çıxarışı, pulu qabaqcadan Xuluq bələdiyyəsinin Kapital bankdakı hesabına köçürməklə X4 və 5 il müdətinə İskəndər Hacıyev tərəfindən başqa vətəndaşa satışının qadağan olunması qərara alınmışdır; xx.xx.2019-cu il tarixli, TT**********5561200 nömrəli qəbzin surətindən görünür ki, X17 adından 1200 manat məbləğində pul Xuluq bələdiyyəsinin büdcəsinə köçürülmüşdür. Cinayət işinin materiallarında olan Qusar rayon Xuluq bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 69 nömrəli məktubundan görünür ki, Xuluq bələdiyyəsinin həyətyanı torpaq sahəsi üçün 2019-cu ildə son hərrac qiyməti 0.01 ha üçün 100 (yüz) manat olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Xuluq bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs, Xuluq bələdiyyəsinin sədri Nümayəndə, Qusar rayon Cağar kənd sakini X15 iştirakı ilə tərtib edilmişdir ondan ötəri ki, 28 dekabr 2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi (AN-1 № 0825659) ilə Xuluq bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs tərəfindən Xuluq kənd sakini X12 bələdiyyənin mülkiyyətində olan **********81 reyestr nömrəli çıxarışı (0.095 ha) satmış, həmin torpaq sahəsinə görə ödənilməli olan son hərrac qiyməti 0.01 ha üçün 100 manat Xuluq bələdiyyəsinin hesabına 950 manat pul vəsaiti ödənilməmiş, hal-hazırda Xuluq bələdiyyəsinə dəymiş 950 manat pul vəsaiti sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Cinayət işinin materiallarında olan Qusar rayon Xuluq bələdiyyəsinin xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Qusar rayon Xuluq bələdiyyəsinin sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2019-cu il tarixli, alqı-satqı müqaviləsi ilə Xuluq kənd sakini X7 0.095 ha torpaq sahəsinə görə ödənilməli olan 950 manat pul vəsaiti tam şəkildə Xuluq bələdiyyəsinin hesablaşma hesabına xx.xx.2022-ci il tarixdə X11 adından Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, X17 tərəfindən 950 manat məbləğində pul Xuluq bələdiyyəsinin hesabına ödənilmişdir. Cinayət işinin materiallarında olan Qusar RİHB-nin Qılah kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 85 nömrəli məktubuna əlavə edilmiş arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X23, qızları X26, X27 və X46 oğlundan ibarətdir. Təqsirləndirilən şəxs həqiqətəndə Qılah kəndində yaşayır və daimi qeydiyyatdadır. Təqsirləndirilən şəxs ali təhsillidir. 2019-cu ilin dekabr ayınadək Xuluq bələdiyyəsinin sədri vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində o, həmişə çalışmışdır ki, işini düzgün aparsın. Kənd daxili yollarda daxili imkanları çərçivəsində yolların təmir işləri görmüş, vətəndaşların ona daxil olan şikayətləri həll edilməsinə çalışmışdır. 2019-cu ildən hal-hazıradək inzibati ərazidə heç bir yerdə işləmir. Qılah kəndində yaşayır. Onun barəsində Qılah kənd inzibati ərazi nümayəndəliyinə qonşuları və ya kənd camaatı tərəfindən heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2020-ci il tarixli məlumatın surətindən görünür ki, X13 paraplegiya, Uşaq serebral iflici, kvadroplegiya forması, kəskin ifadəli diaqnoz qoyulmaqla sağlamlıq hüquqları məhdud uşaqdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X51 Şəxsinin 1 saylı X16 Qusar rayon Qəbul şöbəsinin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs şöbədən pensiya, təqaüd və müavinət almır. Cinayət işinin materiallarında olan Quba rayon X8 xx.xx.2022-ci il tarixli, 1163 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba PNRM-nə müraciət etməmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 09 sentyabr 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Qusar rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ləğv edilərək əməlində cinayət tərkibinin olmaması əsası ilə Təqsirləndirilən şəxs haqqında bəraət hökmü çıxarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Qusar rayonu Xuluq bələdiyyəsinin sədri vəzifəsində işləyərkən rayonun Xuluq kənd sakini X11 etibarnamə üzrə nümayəndəsi olan kürəkəni Şahid1 İskəndər Hacıyevin adına rayon Xuluq bələdiyyəsi ərazisindən 0.095 ha. həyətyanı torpaq sahəsi almaq üçün müraciət etməsi ilə əlaqədar qulluq mövqeyinə görə ona olan inamından istifadə etməklə 950 manat torpaq alqı-satqısına görə bələdiyyə hesabına köçürməli olduğu halda, Qusar rayonu Xuluq bələdiyyəsinə məxsus olmaqla ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaqdan ibarət cinayətkar niyyətinə uyğun olaraq, həmin pul vəsaitini şəxsi ehtiyacları üçün götürərək ona etibar edilmiş 950 manat məbləğində pul vəsaitini mənimsəmə yolu ilə talamış, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 179.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 179.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 39.1.3cü maddəsinə əsasən cinayət işi üzrə icraata həmin hissədə bəraətverici əsaslar olmadan xitam verilmiş, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2019-cu il tarixli, TT**********3821200 nömrəli qəbzlə bağlı hər hansı sənədləşmə işlərinin aparılması, bələdiyyə büdcəsinə köçürülmələrin olması, qeyd edilən qəbzdən istifadə edərək hər hansı qanunazidd hərəkətlərə yol verilməsi faktı öz təsdiqini tapmadığından, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində həmin xüsusat üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, onun dəymiş tam olaraq ödəməsini, cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 179.2.3-cü maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Qılah kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olmuş, dəymiş zərəri aradan qaldırmışdır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsinin sanksiyası ilə nəzərdə tutulmasa da, Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul şəxs qismində vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumunu hesab etmişdir ki, əlavə cəzalar cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Həmin Qərarının 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə hesab edir ki, öz qulluq mövqeyindən istifadə etməklə özgəyə məxsus əmlakı mənimsəməklə talamış Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul şəxs qismində vəzifə tutma hüququndan məhrum edilməsi, cəzanın tənbeh təsirinin gücləndirilməsi və cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsini təmin etmək baxımından zəruridir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 4Ə-2891 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair notariat işi, Xuluq bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 12 saylı protokolunun və TT**********5561200 nömrəli, xx.xx.2018-ci il tarixli ödəniş qəbzinin surətləri iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli 31 nömrəli qərarına xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçilərə hər iş saatı üçün 6 (altı) manat məbləğində haqq ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçi Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Qusar rayon Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə məhkəmə xərcləri 260 (iki yüz altmış) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197, 344- 347, 351-353, 354, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 (bir) il, 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul şəxs qismində vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Qılah kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getrməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 4Ə-2891 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair notariat işi, Xuluq bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 12 saylı protokolunun və TT**********5561200 nömrəli, xx.xx.2018-ci il tarixli ödəniş qəbzinin surətləri iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 260 (iki yüz altmış) manat məbləğində məhkəmə xərsləri tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçi Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Qusar rayon Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar