Məhkəmə qərarları › İş №1(029)-76/2020

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-76/2020

20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-76/2020 20.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Qusar rayonu Avaran kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəlihimayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan narkotik təbiətli bitkini əkib yetişdirməklə kultivasiya etmə cinayətini törətmişdir. Belə ki, о, 2018-ci ilin sonlarına yaxın yaşadığı Qusar rayonu Avaran kəndində, küçədən bir ədəd kağız bükümün içərisindən tapdığı, tərkibində narkotik maddələr olan narkotik təbiətli çətənə (kannabis) növünə aid 08 ədəd bitki toxumunu 2020-ci ilin iyun ayının ortalarında Qusar rayonu Avaran kəndində yerləşən evinin həyətində 02 ədəd dibçəkdə qanunsuz olaraq əkmiş, kök üstə bitən 05 ədəd bitkiyə aqrotexniki qaydada qulluq edib becərib yetişdirməklə kultivasiya etmiş, daha sonra isə onlardan 04 ədədini dibçəkdən çıxararaq həyətdə olan otların arasında əkmiş,xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 12 radələrində Qusar rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evin həyətinə baxış keçirilərkən ümumi təmiz çəkisi-580 qram olan, əkilib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 05 ədəd çətənə (kannabis) bitki kolu 01 ədədi dibçəkdə olmaqla aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismindədindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, təxminən üç ilə yaxın olar ki, narkotik vasitə olan marixuana qəbul edir. 2018-ci ilin sonlarına yaxın yaşadığı Qusar rayonu Avaran kəndinin mərkəzindəki yolla gedən zaman yolda siqaret kağızından kiçik bir büküm olduğunu görmüş, onu yerdən götürərək içərisinə baxmış, içərisində 08 ədəd çətənə toxumu olduğunu görmüş və həmin bükümü cibinə qoyaraq aparıb yaşadığı evdə gizlətmişdir. 2020-ci ilin iyun ayının ortalarında yaşadığı evin həyətində işləyərkən evdə saxladığı 08 ədəd çətənə toxumu yadına düşmüş, həmin toxumları əkmək qərarına gəlmiş, ona görə də həmin çətənə toxumlarını 02 ədəd iri həcmli dibçəkdə əkmiş, sonra isə bir neçə dəfə onlara su vermiş, həmin dibçəklərdə cəmisi 05 ədəd çətənə kolu bitmişdir. Bundan sonra dibçəkdə əkdiyi çətənə kolunu bağın bir kənarında otların arasında saxlamış və mütəmadi olaraq onlara qulluq etmiş, onlar bir qədər böyüdükdən sonra 04 ədədini dibçəkdən çıxarıb otların arasında əkmiş, 01 ədədi isə dibçəkdə olduğu kimi otların arasında qalmış və onların hamısına qulluq edərək böyütmüş, hərdən də yarpaqlarından yığıb qurudaraq özü istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 11 radələrində o, Qusar rayonu Həsənqala kəndində, fərdi tikintidə işləyən zaman Qusar RPŞ-nin bir neçə əməkdaşı oraya gələrək onu özləri ilə rayon polis şöbəsinə aparmışlar.Orada çətənə kolları əkməkdə şübhəli olduğunu bildirmişlər, ondan yaşadığı evin həyətində çətənə kolu əkib-əkmədiyini soruşmuşlar, o, da yaşadığı evin həyətində 05 ədəd çətənə kolu əkdiyini etiraf etmiş, sonra isə polis əməkdaşları tərəfindən yaşadığı evə və eyni zamanda evin həyətinə baxış keçirmələrinə etiraz etməməsi ilə bağlı ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları onunla birlikdə onun Qusar rayonu Avaran kəndində yerləşən evinə getmişlər, orada o, aqronom və digər iştirakçıların iştirakları ilə videoçəkilişlə evin həyətinə baxış keçirmişlər və 01 ədədi dibçəkdə olmaqla yaşadığı evin həyətində əkdiyi 05 ədəd çətənə kolunu aşkar edib onları götürərək bir ədəd torbaya qoyub qablaşdırmışlar. Daha sonra isə həmin faktla bağlı araşdırma aparılmış və o, istintaqa cəlb olunmuşdur. Təqsirləndirilən şəxs həmçinun hazırda törətdiyi əməlindən səmimi peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini, himayəsində iki azyaşlı uşaqlarının olduğunu göstərərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəməbioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki,məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Qusar rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə Qusar rayonu Avaran kənd sakini Təqsirləndirilən şəxs yaşadığı Avaran kəndində yerləşən evinin həyətində narkotik xassəli bitki olan çətənə kolları əkib-becərməsi barədə məlumat qəbul edərək bu barədə CAB-ın rəisi Mövlud Əliyevə məlumat vermiş, sonuncu isə bu barədə raportla polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Bundan sonra rəhbərliyin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası üçün əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 11 radələrində şöbənin digər əməkdaşı Mövlud Əliyev, Şahid1, Murad Osmanov, Şahid4 və Şahid3la birlikdə Emin Məmmədovun yaşadığı evi müşahidəyə götürmək üçün onun yaşadığı Qusar rayonu Avaran kəndinə gedərkən Təqsirləndirilən şəxs Qusar rayonu Həsənqala kəndində fərdi tikintidə fəhlə işlədiyini, yaşadığı evdə olmadığını öyrənmişdir. Daha sonra Həsənqala kəndinə gedərək Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirmişlər və orada aparılan söhbət zamanı Təqsirləndirilən şəxs bir neçə il olar ki, narkotik vasitə olan marixuana qəbul etdiyini və yaşadığı evin həyətində 05 ədəd narkotik xassəli bitki olan çətənə kolları əkib-becərdiyini etiraf etmiş, sonra isə ərizə yazaraq yaşadığı evin həyətinə baxış keçirilərək əkib-becərdiyi 05 ədəd çətənə kollarının götürülməsinə etiraz etmədiyini göstərmişdir. Bundan sönra araşadırmanın aparılmasıRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Romik Qazıxanova həvalə edilmiş, sonra isə polis şöbəsinə aqronom dəvət olunmuş, Təqsirləndirilən şəxs və bir neçə polis əməkdaşı ilə birlikdə Eminin yaşadığı Qusar rayonu Avaran kəndində yerləşən evə getmişlər. Orada iki nəfər hal şahidi də dəvət etmişlər, o, Təqsirləndirilən şəxs, aqronom və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Eminin evinin həyətinə baxış keçirilmiş, həmin vaxt Eminin yaşadığı evin həyətindən 01 ədədi dibçəkdə olmaqla, digərləri isə otların arasında əkilmiş vəziyyətdə olan, cəmi 05 ədəd çətənə kolu aşkar edilərək kökündən çıxarılaraq bir ədəd torbaya qoyulub qablaşdırılmışdır. Daha sonra həmin faktla bağlı cinayət işi başlanılmış və Təqsirləndirilən şəxs istintaqa cəlb olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid4 Şahid2 ilə analoji ifadə verərək onun göstərdiyi xüsusatları tam təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, “Emin” adlı şəxsin yaşadığı ünvanını və şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə ƏAF haqqında Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 1 və 2-ci bəndində nəzərdə tutulmuş tədbirlərin keçirilməsi, “Emin” adlı şəxsin şəxsiyyəti müəyyən edildikdən sonra tədbir zamanı şəraitdən asılı olaraq ƏAF haqqında Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 9-cu bəndini rəhbər tutaraq yaşadığı ünvanın və gəldiyi yerin müşahidəsinin aparılması, keçiriləcək tədbir zamanı zərurət yarandığı halda ƏAF haqqında Qanunda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edərək qanunvericilik çərçivəsində tədbirin davam etdirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs Qusar RPŞ-nə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsndən görünür ki, o, həmin tarixdə yaşadığı Qusar rayonu Avaran kəndində yerləşən fərdi yaşayış evinin bağ sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 12:40-dan 13:15-dək Qusar rayonu Avaran kəndində yerləşən, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin bağ sahəsinə Qusar RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X7 tərəfindən Təqsirləndirilən şəxs, Qusar RPŞ-nin CABnin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid3, polis leytenantı Şahid4, KTQ-nun kiçik inspektoru polis serjantı X2, mütəxəssis-Qusar DAİM-nin bitkiçilik sektorunun aparıcı məsləhətçisi X6, ekspert-Qusar RPŞ-nin KTQ-nun ekspert-kriminalisti polis leytenantı X5, hal şahidləri X3 və X4 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilib-əkilmədiyi barədə sual verilmiş və Təqsirləndirilən şəxs bağ sahəsində narkotik tərkibli bitkilər əkdiyini bildirərək həmin yerləri təqdim etməyə razılıq vermişdir. Təqsirləndirilən şəxs yaşadığı evin orta tərəfində yerləşən bağ sahəsində digər kolların içində gizlətdiyi qara rəngli dəmir qazanın içində əkilmiş bir ədəd spesifik iyə malik narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilərin olduğu yerləri göstərmiş, həmin bitkini özü əkdiyini və narkotik tərkibli kannabis bitkisi olduğunu bildirərək şəxsi istifadəsi üçün iki ay əvvəl əkdiyini bildirmişdir. Həmin bitkinin hündürlüyü ölçülmüş və 125 sm olduğu müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs bağ sahəsində əkdiyi digər yerdəki uzunluğu 41 sm olan bitkinin əkildiyi yeri göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs digər yerlərdəki 3 (üç) ədəd hərəsinin hündürlüyü 90 sm olan yaşıl rəngli çətənə bitkilərinə oxşar bitkiləri göstərmişdir. Baxış zamanı ümumilikdə 5 (beş) ədəd spesifik iyə malik narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilərək qablaşdırılaraq məhkəmə-bioloji ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Baxış zamanı aşkar olunmuş və içində bitki əkilmiş dəmir qab maddi sübut qismində götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs əkdiyi 5 (beş) ədəd bitkilərin narkotik tərkibli olduğunu bildirmişdir. Baxış zamanı dəvət olunmuş Qusar DAİM-nin bitkiçilik sektorunun aparıcı məsləhətçisi X10 aşkar edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər faktlara rast gəlinməmişdir. Baxış zamanı “Panasonic” markalı videokamera ilə videoçəkiliş, “Sony” markalı fotokamera ilə fotoçəkiliş aparılmış və protokola əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar Dövlət X16 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəydən görünür ki, həmin tarixdə Qusar RPŞ-dən daxil olmuş 149-15292-1220 saylı məktubun zərurəti ilə əlaqədar həmin tarixdə saat 12:40 radələrində Qusar rayonu Avaran kəndində Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsinə keçirilmiş baxış zamanı 05 (beş) ədəd çətənə bitkilərinin əkildiyi müəyyən edilmişdir. Qeyd olunan bağ sahəsində əkilmiş 05 (beş) ədəd bitkilərdən 2 (iki) ədədinin uzunluğu 125 sm və 41 sm, digər 3 (üç) ədədinin isə 90 sm olmaqla həmin çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 7/524 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan bir ədəd sintetik torbadakı sayı 05 (beş) ədəd yaş vəziyyətdə ümumi çəkisi- 580 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Təqdim edilən çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, çətənə bitki nümunələrinin ümumi çəkisi-580 qram (1-5№li ob) tədqiqata sərf edildi-0,25 qram, qalıq- 579,75 qramdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmişxx xxxxxx 2020-ci il tarixli 7/524 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat təşkil edir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs çətənə kolu əkdiyi 01 ədəd dibçək, eyni zamanda əkib-becərdiyi və xx xxxxxx 2020-ci il tarixli protokolla götürülmüş, 01 ədəd sintetik torbada ümumi təmiz qalıq çəkisi-579,75 qram olan narkotik təbiətli 05 ədəd çətənə (kannabis) bitkisi kütlələri cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Qusar RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2303 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs ÇƏTƏNƏ bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının yuxarıda göstərilən müvafiq rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli «cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:45-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə saat 11:42-də Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında itizam» qətimkan tədbiri seçilmiş və o, Qusar RPŞ-nin X8 dərhal azad olunmuşdur. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəniəldə etmə, saxlama, hazırlama və istehsal etmə xüsusatı üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibi rədd edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Qusar rayon İHB-nın Avaran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 326 saylı arayışdan görünür ki, həmin kənd sakini Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X1, xx.xx.2010-cu il təvəllüdlü oğlu Abdul Şixkərimovdan və xx.xx.2012-ci il təvəllüdlü qızı Nuray Şixkərimovadan ibarətdir. Cinayət işinin materiallarında olan Seriya AZE 18099498 və Seriya AZE 18099500 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü Abdul və xx.xx.2012-ci il təvəllüdlü Nuray adlı iki azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarında olan Qusar rayon İHB-nın Avaran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, həmin kənd sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 2018-ci ilin sonlarına yaxın yaşadığı Qusar rayonu Avaran kəndində, küçədən bir ədəd kağız bükümün içərisində tapdığı, tərkibində narkotik maddələr olan narkotik təbiətli çətənə (kannabis) növünə aid 08 ədəd bitki toxumunu 2020-ci ilin iyun ayının ortalarında Qusar rayonu Avaran kəndində yerləşən evinin həyətində 02 ədəd dibçəkdə qanunsuz olaraq əkməsi, kök üstə bitən 05 ədəd bitkiyə aqrotexniki qaydada qulluq edib becərib yetişdirməklə kultivasiya etməsi, daha sonra isə onlardan 04 ədədini dibçəkdən çıxararaq həyətdə olan otların arasında əkməsi,xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 12 radələrində Qusar rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evin həyətinə baxış keçirilərkən ümumi təmiz çəkisi-580 qram olan, əkilib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 05 ədəd çətənə (kannabis) bitki kolunun, 01 ədədi dibçəkdə olmaqla aşkar edilərək götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngüllədirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Avaran kəndindəki evi axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 17-1.8-ci maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və ona görə də, məhkəmə hesab edir ki, onacəzaçəkdiyimüddətdənarkomaniyadan məcburi müalicə təyin edilməməli, yalnız ərazinarkolojidispanserindəqeydiyyataalınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs çətənə kolu əkdiyi 01 ədəd dibçək qanuni sahibinə qaytarılmalı, ekspertiza tədqiqatından sonra ümumi təmiz qalıq çəkisi 579,75 qram olan narkotik təbiətli 05 ədəd çətənə (kannabis) bitkisi kütlələri isə məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 69.82 (altmış doqquz manat səksən iki qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AzərbaycanRespublikasının CM-nin 69.3-cümaddəsinəəsasənTəqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq xx xxxxxx 2020-ci iltarixdən xx xxxxxx 2020-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanmamüddətiazadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Avaran kəndindəki evini axşam saat 21:00-dan səhər saat 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazinarkolojidispanserindəqeydiyyataalınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs çətənə kolu əkdiyi 01 ədəd dibçək qanuni sahibinə qaytarılsın,ekspertiza tədqiqatından sonra ümumi təmiz qalıq çəkisi 579,75 qram olan narkotik təbiətli 05 ədəd çətənə (kannabis) bitkisi kütlələri məhv edilsin. İş üzrə 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilsin. HökmünicrasıTəqsirləndirilən şəxsyaşayışyeriüzrə probasiya nəzarətini həyata keçirən icraməmurlarınahəvaləedilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə AzərbaycanRespublikasıSumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar