Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-77/2023 26.09.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X9 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2, Tərcüməçi: X1 iştirakları ilə, xx.xx.2002-cı il ildə X4 Respublikasının Setif şəhərində anadan olmuş, X4 Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, X4 Respublikasının Setif şəhərində qeydiyyatda dan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və xx.xx.1996-cı il ildə X4 Respublikasının Mansoura şəhərində anadan olmuş, X4 Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, X4 Respublikasının Mansoura şəhərində qeydiyyatda olan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan X5 Azərbaycan Respublikasının CM-nin 29,318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Khermaza Bachir-Hamza qanunla müəyyən edilmiş qaydada X4 Respublikasında avropa ölkələrinə viza ala bilmədiklərindən, Almaniya Federativ Respublikasına getmək məqsədi ilə bir-birilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 iyun 2023-cü il tarixdə, saat 20:32 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni DSX-nin N nömrəli hərbi hissənin Qusar rayonu ərazisində yerləşən 5-ci sərhəd zastavasının 14-cü sahəsindən Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd göstərərkən saxlanılmışlar, bununla da onlar öz iradələrindən asılı olmayan səbəblərdən məqsədlərinə nail ola bilməyib, bir qrup şəxslə Azərbaycan Respublikasının dövlət sərhəddini qanunsuz olaraq keçməyə cəhd etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, X4 Respublikası vətəndaşı olmaqla daimi olaraq orada yaşayır, tələbədir. O, işsiz olduğuna görə iş axtarmaq üçün Avropaya getmək istəmiş, bu məqsədlə əvvəlcə Azərbaycana gəlmiş, buradan isə Rusiya Federasiyasına getmək istəmişdir. O, tanışı X6 ilə birlikdə 12 iyun 2023-cü il tarixdə Rusiyaya daha qısa yolla getmək üçün sərhəd buraxılış məntəqəsindən kənar yerdən keçmək istəmiş, lakin sərhəd xidmətinin əməkdaşları onları saxlamışlar. Hazırda əməlindən peşmandır. Ona görə də, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, X4 Respublikası vətəndaşı olmaqla daimi olaraq orada yaşayır. O, iş axtarmaq üçün Avropaya getmək istəmiş, bu məqsədlə əvvəlcə Azərbaycana gəlmiş, buradan isə Rusiya Federasiyasına getmək istəmişdir. O, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 12 iyun 2023-cü il tarixdə Rusiyaya daha qısa yolla getmək üçün sərhəd buraxılış məntəqəsindən kənar yerdən keçmək istəmiş, lakin sərhəd xidmətinin əməkdaşları onları saxlamışlar. Hazırda əməlindən peşmandır. Ona görə də, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və X5 ittiham olunduqları cinayət əməlini törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı, şahidin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, xx.xx.2023cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında 5-ci sərhəd zastavasında “pusqu” xidmətini naryad üzvləri baş leytenant Quliyev Xəqani, əsgər Şahid2 və əsgər X3 ilə birlikdə təşkil etmiş, təxminən 20 radələrində iki nəfərin Rusiya Federasiya istiqamətində irələdiklərini müşahidə etmiş, həmin şəxslər sistem çəpərini keçdikdən sonra onlara “Dayan” komandası verərək həmin şəxslər saxlanılaraq sərhəd zastavasına aparılmışlar. Saxlanılan şəxslər X4 Respublikası vətandaşları olduqları və Rusiya Federasiya qeyri qanuni yolla keçmək istədikləri məlum olmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissənin 5-ci sərhəd zastavasının rəisi Nicat Alsanovun 12 iyun 2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə təxminən saat 20:32 radələrində 5-ci sərhəd zastavasının 14-cü sahəsində 48 nömrəli dövlət sərhəd nişanından təxminən 70 metr solda, dövlət sərhəd xəttindən 250 metr aralı, dövlət sərhədini pozmağa cəhd edən 2 (iki) nəfər X4 Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və X6 saxlanılmışlar (i/v:5) İş materiallarında olan 12 iyun 2023-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokollardan görünür ki, həmin tarixdə saat 20:40-da Təqsirləndirilən şəxs1 və həmin tarixdə saat 20:50-də X6 sərhəd pozmaya görə inzibati qaydada tutulmuşlar (i/v:15, 21). İş materiallarında olan 13 iyun 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 12:50-də və X6 həmin tarixdə saat 13:50-də şübhəli şəxs qismində tutulmuşlar (i/v:56, 82). İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(009)-410/2023 və 14 iyun 2023-cü il tarixli 4(009)-409/2023 saylı qərarlarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 və X5 barələrində həbs qətimkan tədbiri seçilmişdir (i/v: 139-142, 148-151) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və X6 əvvəllər məhkum olunmamışlar (i/v: 95, 96). Beləliklə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs1 və X5 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə tövsif edir. Onlar həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və onlara həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X2 törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, onlarırın islah olunmaları onlara azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi ilə mümkündür. Məhkəmə hesab edir ki, həmin şəxslərə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da idarəetmə qaydalarının qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs1 və X6 hazırkı hökmlə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş materialları ilə müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X6 12 iyun 2023-cü il tarixdə hazırkı iş üzrə inzibati qaydada tutulmaqla həmin tarixdə onların azadlıqları faktiki olaraq məhdudlaşdırılmış, daha sonra isə həmin şəxslər azad olunmadan 13 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar və 14 iyun 2023cü il tarixdə barələrində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin şəxslərin cəzaçəkməsinin əvvəli həmin tarixdən, yəni 12 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X5 şəxsiyyəti ilə bağlı olan hallarıyəni onların Azərbaycan Respublikasında yaşayış yerlərinin və iş yerlərinin, hər hansı qohumlarının olmamasını, qalmaq üçün hər hansı maddi imkanlarının olmamasını və s. halları nəzərə alaraq hesab edir ki, onların barələrində əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 29,318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 12 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. X6 Azərbaycan Respublikasının CM-nin 29,318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 12 iyun 2023-cü il tarixdən hesablansın. X5 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən X6 əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №1(029)-77/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-77/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver