Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-78/2023 10.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi: X1 iştirakları ilə, xx xxx 1997-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2həri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 5,45 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı AKS-74U modelli avtomat, ümumilikdə 27 ədəd olan zavod üsulu ilə 26 ədədi keçmiş SSRİ dövlətində, 01 ədədi isə Rusiya dövlətində istehsal olunmuş, atəş üçün yararlı, 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatları hesab edilən ştat patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 5,45x39 mm kalibrli patronlar yerləşdirilməsi üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan darağı qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə etibarnamə əsasında idarə etdiyi **-HO-*** qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilində saxlamaqla ünvan 4 ünvana daşımışdır. 24 iyun 2023cü il tarixdə saat 10:53-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı zamanы Təqsirləndirilən şəxs ünvan 4 ünvanın yaxınlığında etibarnamə əsasında idarə etdiyi **-HO-*** qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin yanında olduğu zaman saxlanılmış və Qusar Rayon Polis Şöbəsinə gətirildikdən sonra həmin gün saat 13:31 radələrində onun (Təqsirləndirilən şəxs) idarə etdiyi **-HO-*** qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilinə keçirilmiş baxış zamanı avtomobilin arxa saxlanc hissəsindən onun qanunsuz olaraq əldə edib gəzdirərək daşımaqla saxladığı 01 ədəd parçaya bükülmüş vəziyyətdə olan 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 5,45 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı AKS-74U modelli avtomat, ümumilikdə 27 ədəd zavod üsulu ilə 26 ədədi keçmiş SSRİ dövlətində, 01 ədədi isə Rusiya dövlətində istehsal olunmuş, atəş üçün yararlı, 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatları hesab edilən ştat patronlar və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 5,45x39 mm kalibrli patronlar yerləşdirilməsi üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan daraq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, təxminən 2023-cü ilin iyun ayında Qusar rayonu ərazisində meşə sahəsindən bir ədəd avtomat silah tapmış və 1 həftə həmin silahı özündə saxlamışdır. Həmin silahı aidiyyəti orqana təhvil vermək istəmiş, lakin hər dəfə qorxu hissi keçirib bunu etməmişdir. Həmin silahı tapandan bir həftə sonra isə polis əməkdaşları onu saxlamışlar və həmin silah onun idarə etdiyi avtomobilidən aşkar olunaraq götürülmüşdür. Hazırda əməlindən səmimi peşmandır, xəstədir, tənəffüs çatışmazlığından əziyyət çəkir, himayəsində azyaşlı uşağı var və ailədə yeganə qazanc gətirən şəxsdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 23 iyun 2023-cü il tarixdə Qusar şəhər sakini Təqsirləndirilən şəxs odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmış və o, digər qrup üzvləri ilə birlikdə Qusar şəhərinə gəlmişdir. Təqsirləndirilən şəxs Qusar şəhəri Ç.Qurbanov küçəsində olması məlum olmuş, 24 iyun 2023-cü il tarixdə onlar həmin küçəyə gedərək Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışlar, özlərini təqdim etmişlər, polis əməkdaşı olduqlarını və onun üzərində qanunsuz olaraq odlu silah saxlaması barədə əməliyyat məlumatının daxil olmasını bildirmişlər. Bundan sonra onlar həmin şəxsi idarə etdiyi avtomobillə birlikdə Qusar rayon Polis İdarəsinə dəvət etmişlər, Qusar RPŞ-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin qanunsuz heç bir əşya aşkar olunmamış və həmin şəxs avtomobilində avtomat silahın olduğunu etiraf etmişdir. Daha sonra həmin şəxsin və müdafiəçisinin iştirakları ilə idarə etdiyi avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin arxa yük hissəsindən bir ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silah, bir ədəd daraq və 27 ədəd patronlar aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İş materiallarında olan 24 iyun 2023-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşları tərəfindən Qusar Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və Şöbədə təhqiqatçı Kənan Kərimli tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi 10- HO-575 qeydiyyat nişanlı «Mercedes» markalı avtomobilinə Şahid3, Şahid2, Şahid1, Emin Bağırovun və sonuncunun müdafiəçisi Rauf Kazımovun iştirakları ilə keçirilmiş baxış zamanı 01 ədəd parçaya bükülmüş vəziyyətdə olan 01 ədəd nömrəsi silinmiş Kalaşnikov konstruksiyalı AKS-74U modelli avtomat, 01 ədəd darağ və 27 ədəd patronlar aşkar edilərək götürülmüşdür. (i/v:50-52). İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 24 iyun 2023-cü il tarixli 23/485 R nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKS-74U modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 daraq zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Darağın üzərində sonradan heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 27 ədəd patronlardan 26 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində və 01 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar (i/v:62-68). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v: 145). İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i/v 153). İş materiallarında olan AZ-İ 412242 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə X3 doğulmuş X2 atası hesab edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Beləliklə, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, onun islah olunması sonuncuya azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi ilə mümkündür, həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da ictimai təhlükəsizliyin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu tarixdən, yəni 24 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd nömrəsi silinmiş Kalaşnikov konstruksiyalı AKS-74U modelli avtomat, bir ədəd daraq və tədqiqatdan sonra qalıq qalmış 24 ədəd patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 24 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd nömrəsi silinmiş Kalaşnikov konstruksiyalı AKS-74U modelli avtomat, bir ədəd daraq və tədqiqatdan sonra qalıq qalmış 24 ədəd patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №1(029)-78/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-78/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver