Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-79/2020 30.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Rüfət oğlunun, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü ildə Qusar rayonu Hil kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Qusar rayonu Əvəcuq kəndində Zərərçəkmiş şəxs Rüfət oğlunun yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı yumruqla sonuncunun sifət nahiyəsinə vuraraq qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Rüfət oğlu onun tanışıdır. O, xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Qusar rayonu Əvəcuq kəndində Zərərçəkmiş şəxs Rüfət oğlunun yaşadığı evdə sonuncu və digər tanışı Şahid Qabil oğlu ilə birlikdə yeyib içərkən Asiflə aralarında mübahisə yaranmış və həmin vaxt əsəbləşdiyindən yumruqla Asifin sifət nahiyəsinə vuraraq ona yüngül xəsarət yetirmişdir. Daha sonra isə Asif onun barəsində polisə şikayət etmiş və o, təhqiqata cəlb edilmişdir. Hazırda o, zərər çəkmiş şəxslə barışmış və sonuncunun ona qarşı heç bir şikayəti yoxdur. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, himayəsində iki azyaşlı uşaqlarının olduğunu göstərmiş və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin təhqiqat zamanı verdiyi izahatı, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Rüfət oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. O, xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Qusar rayonu Əvəcuq kəndində yaşadığı evdə qaynı Şahid Qabil oğlu və tanışı Təqsirləndirilən şəxs ilə birlikdə yeyib içərkən, sonuncular səs-küy saldıqlarından sakit olmalarını bildirmiş və bu səbəbdən də, Faiklə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Faik yumruqla onun sifət nahiyəsinə zərbə vurmuş və o zərbədən yerə yıxılaraq xəsarət almışdır. Bu səbəbdən də, o, Faikin barəsində polisə şikayət etmiş və həmin şəxs təhqiqata cəlb edilmişdir. Hazırda o, Faiklə barışmış və həmin şəxsə qarşı heç bir şikayəti yoxdur. Odur ki, həmin şəxsin barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid Qabil oğlunun təhqiqat zamanı verdiyi izahatından görünür ki, o, həqiqətən də, xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yaşadığı Qusar rayonu Əvəcuq kəndində yerləşən evdə sonuncunu yumruqla vuraraq onun sağlamlığına yüngül zərər vurmasını təsdiq etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş xx xxxxxx 2020-cı il tarixli, 470 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Rüfət oğlunun məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-alnın sol tərəfinin sıyrığı; sol göz orbiti ətrafının qançır-hematoması və sol gözün ağlı qişasının böyük ölçülü qansızması küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yumruq zərbəsi ilə vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” X5 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 1187/08-20 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Konsultativ Poliklinika Şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X4 X5in Qusar rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli **********8 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin nümayəndəlikdən müavinət, təqaüd və pensiya almır. İş materiallarında olan protokollaşdırma nömrəsi 02746 olan xx.xx.2020-ci il tarixli alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə saat 01:02-də Təqsirləndirilən şəxs qanında alkoqolun konsentrasiyası 1.358 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, Qusar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə, CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Qusar rayon İHB-nın Hil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 961 saylı arayışdan görünür ki, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X1, xx.xx.2016-cı il təvəllüdlü qızı Ofelya Abdullayevadan və xx.xx.2019-cu il təvəllüdlü oğlu Fərid Abdullayevdən ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Hil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə kafi xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs Rüfət oğlunun yaşadığı Qusar rayonu Əvəcuq kəndində yerləşən evdə sonuncu ilə mübahisə edərək yumruqla həmin şəxsin sifət nahiyəsinə vuraraq həmin şəxsin sağlamlığına yüngül zərər vurması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş sənədlərlə tam sübuta yerilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Hazırda Təqsirləndirilən şəxslə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs barışsalar da və zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti olmasa da, artıq bir dəfə Qusar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndiriılməsinə dair cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verildiyindən, hazırkı iş üzrə onun barəsində cinayət təqibinə həmin əsasa görə xitam verilə bilməz. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4, 59.1.12-ci maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində iki azyaşlı uşaqlarının olmasını, zərər çəkmiş şəxslə barışmasını və sonuncunun ona qarşı heç bir şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq çəkməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların hər hansı birinin təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz,cəzanınməqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İşüzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli aylıq qazancından dövlət nəfinə ilk məbləğ tutulan vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(029)-79/2020
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-79/2020
30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver