Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-79/2023 21.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Qusar rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi: Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Qusar rayonu Uqur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Uqur kəndində qeydiyyatda olmaqla Qusar şəhəri Yetim Emin küçəsi ev 39-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə və xx.xx.2007-ci il tarixdə Qusar rayonu Hil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Albalılıq Day küçəsi 1349, 4 nömrəli yataqxanada qeydiyyatda olmaqla Qusar rayonu Köhnə Xudat kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmamış xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 bir-biri ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “Azercell” mağazasının yaxınlığında Qusar rayonu Gedəzeyxur kəndində yaşayan Zərərçəkmiş şəxs qarşı insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə həmin şəxsi döyərək ona “başın ənsə-təpə nahiyyəsinin şişkinliyi; alnın sağ və sol tərəfinin, burnun üstünün, sol almacıq nahiyyəsinin, sol dirsəyinin sıyrıqları” ilə ifadə olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə sonuncunun şalvarının cibindən 31 manat məbləğində pulunu və dəyəri 80 və ya 150 manat olan 01 ədəd “Redmi” markalı mobil telefonunu, dəyəri 4 manat olan ***-***-**-** saylı Nar mobil nömrəni, dəyəri 2,80 manat olan 01 qutu “Class”siqaretini və dəyəri 0,40 qəpik olan 01 ədəd alışqanı açıq talamaqla zərərçəkmiş şəxsə cəmi 188,2 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə saatlarında Qusar şəhəri, Ç.Qurbanov küçəsində tanışları Şahid1 və Şahid2la söhbət edən zaman əvvəllər tanıdığı Abdullahı və adını sonradan bildiyi Zərərçəkmiş şəxs görmüşdür. Həmin vaxt Elvin söyüş söydüyünə görə ona irad bildirmiş, sonuncu isə onlara mağazadan nə istəsələr ala biləcəyini demiş, lakin mağaza bağlı olmuşdur. Bir az keçdikdən sonra Elvinlə Abdullah arasında mübahisə yaranmış, mübahisə zamanı Abdullah Elvini vurmuş, bundan sonra o, da Elvini vurmuş, daha sonra isə Abdullahla birlikdə Elvinin üzərində olan molbil telefonu və 31 manat məbləğində pulu götürüb oradan uzaqlaşmışlar. Pulu Elvinin üzərindən Abdullah götürüb ona vermiş, həmin puldan 6 manatı Abdullaha vermişdir. Mobil telefonu isə Elvinin üzərindən o, özü götürmüşdür. Bir az keçdikdən sonra o, həmin yerə qayıdıb telefonu Elvinin özünə qaytarmaq istəmiş, lakin Elvinin orada olmayacağını düşünüb oraya getməmiş, əvvəlcə “Nərimanov” parkına, oradan isə evlərinə getmişdir. O, Abdullahla birlikdə Elvin Cəbarılovu söyüş söydüyünə görə döymüşlər, Abdullahla əvvəlcədən Zərərçəkmiş şəxs üzərindən pulu və mobil telefonu götürmək barədə razılaşma olmamış, Elvini döydükdən sonra həmin əşyaları onun üzərindən götürmüşlər. Hazırda zərər çəkmiş şəxslə barışmış, əməlindən peşmandır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, hadisədən əvvəl kənddə toy mərasimində spirtli içki qəbul etmiş, axşam saatlarında Qusar şəhərinə gəlmiş, parkda olarkən orada Zərərçəkmiş şəxsla tanış olmuşdur. Həmin şəxs ona “gedək dükana sənə qulluq edim” demiş, mağazadan pivə almışlar, pivənin pulunu Elvin vermişdir. Elvinlə birlikdə yol ilə gedərkən Elvin söyüş söymüşdür. Daha sonra onlar yolda Ediklə və digər iki nəfər tanışları ilə rastlaşmışlar. Edik Elvinə söyüş söyməməsini demiş, həmçinin onu evlərinə yola salmaq istəmiş, Elvin isə getməmişdir. Bundan sonra Elvin yenə də söyüşə oxşar sözlər demiş, buna görə də o, Elvini döymüşdür. Təqsirləndirilən şəxs2 ona başı ilə işarə etmişdir ki, Elvini vursun, bundan sonra o, həmin şəxsi vurmuşdur. Sərxoş olduğuna görə özündə olmamış, ona görə də, Zərərçəkmiş şəxs pulunu götürmüşdür. O, Elvinin üzərindən pulu götürüb Edikə vermiş, Edik isə həmin puldan 5-6 manatı ona vermişdir. Elvinin telefonunu isə Edik götürmüşdür. O, Zərərçəkmiş şəxs üzr istəmiş, əməlindən peşmandır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları cinayət əməlini törətmələri özlərinin məhkəmədə verdikləri ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidin ifadəsi, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hadisə baş verən gün axşam saatlarında “Nərimanov” parkından gedərkən Abdullahla tanış olmuş, həmin şəxslə siqaret çəkmiş, ona nə qulluq etməsini soruşmuş, Abdullah ona siqaret almasını demiş, lakin mağaza bağlı olduğundan siqaret ala bilməmişdir. O, həmin vaxt sərxoş halda olmuşdur. O, içkili olduğundan evə getmək istəmiş, bu zaman Edik oraya gəlmiş, taksi çağırmış, lakin, sonradan onu evə getməyə qoymamışlar. O, sərxoş olduğundan nə dediklərini xatırlamır, ola bilər ki, söyüş söymüşdür. Abdullah onu vurmuş və o, yerə yıxılmışdır. Bundan sonra Edik də onu vurmuş, Abdullah onu bir dəfə yumruqla vurmuş, Edikin nə ilə vurduğunu bilmir. Bir az keçdikdən sonra Abdullahla Edik getmişlər, o, isə pulunun və mobil telefonunun üzərində olmadığını aşkar etmişdir. O, yerə yıxılanda telefonunu götürməmələrini demişdir. O, oradan gedərkən polislər onu saxlamışlar, həmin vaxt onun üst-başı qan olmuşdur. Abdullahla Ediki hadisə baş verən gün tanımışdır. Onun telefonunu qaytarmışlar, pulunu isə qaytarmamışlar, o, həmin şəxslərlə barışmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır. O, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs2la birlikdə Qusar şəhərindəki uşaq parkından mərkəzi meydana getmiş, orada gəzdikdən sonra “Nərimanov” parkına getmişlər. Onlar 2 nömrəli məktəbin yanındakı dərzi dükanının yanında olarkən Abdullah və sonradan tanıdığı Elvin Cəbralovu görmüşlər, Elvin həmin vaxt qışqırıb söyüş söyürdü. Sonra Zərərçəkmiş şəxs Edikə “sizə nə qulluq edim?” demiş, onlar mağazaya getmişlər, lakin mağaza bağlı olmuşdur. Bir az sonra Abdullah Zərərçəkmiş şəxsla mübahisə etməyə başlamış, həmin şəxsi aralıq yerə aparmış və orada Elvini yumruqla vurmuşdur. Bundan sonra Edik də Elvinə bir-iki təpik vurmuş, daha sonra isə X3 pulunu və telefonunu götürmüşlər. Deyəsən, pulu Edik, telefonu isə Abdullah götürmüşdür. Sonra onlar yuxarı istiqamətə getmişlər, Edik Abdullaha telefonu qaytarmasını demiş, Abdullah da telefonu Edikə vermişdir. Onlar Elvini axtarmışlar, lakin tapa bilməmişlər. Daha sonra isə onları polislər saxlayıb polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Şahid2 qanuni nümayəndəsinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Qusar şəhəri “Uşaq əyləncə” parkında tanışları Edik və Elvinlə birlikdə çayxanada çay içərək oradan piyada Qusar şəhər mərkəzi meydanına getmiş, həmin yerdə biraz oturaraq söhbət etmiş, sonra isə yenidən piyada Qusar şəhərinin aşağı hissəsində yerləşən məhəllələrinə getmişdir. Onunla birlikdə Edik və Elvin də olmuş, Qusar şəhər 2 saylı tam orta məktəbini keçərək piyada hərəkətdə olan zaman üzbəüz qiyabi tanıdığı Abdullah və onun yanında olan adını sonradan bildiyi Elvin adlı şəxslə rastlaşmışdır. Onlarla salamlaşmış, onlara qoşularaq elə həmin küçə ilə hərəkət etmiş, “Salut” mağazasının yaxınlığına çatmamış, sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs “nə qulluq edim sizə?” demiş, Təqsirləndirilən şəxs2, Elvinə “nə qulluq edə bilərsən”, Elvin isə “gedək mağazaya” demişdir. Bu vaxt Abdullah Elvinə “mənim bıçağımı qaytar” demiş, Abdullah bıçağı alaraq şalvarının arxa hissəsinə keçirmiş, bıçağı dəqiq görə bilməmişdir. Mağaza bağlı olduğundan Abdullah Elvinə “səninlə təklikdə söhbətim var, gedək kənara” demiş, həmin vaxt sərxoş vəziyyətdə olan Elvin Abdullaha nəsə başını yaxınlaşdırıb demişdir. Onlardan aralaşaraq təxminən 3 metr məsafə arxada Şahid1la getmiş, ara küçədə Zərərçəkmiş şəxsla Abdullah arasında mübahisə yaranmış, mübahisə vaxtı Elvin Abdullaha nəsə dediyinə görə, Abdullah da Elvini sifətindən yumruqla vuraraq yerə yıxımışdır. Həmin şəxs yerə yıxıldıqdan sonra, yerdə də təpiklərlə vurmuş, Elvini vurarkən Edik də təpiklərlə vurmağa başlamışdır. Bundan sonra Edik və Abdullah hər ikisi əyilib Elvinin cibinə girərək nəsə axtarmış, sonra isə cibindən pul çıxarmış, saydıqdan sonra təxminən 30 manata məbləğində puldan dəqiq bilməsə də bir hissəsini büküb Abdullaha vermişdir. Bundan sonra Abdullah və Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs mobil telefonunu da götürmüş, amma telefonun kimdə qalmasını dəqiq bilməmişdir. Orada həmin şəxsin yerdə uzanıb qaldığını görmüş, qorxudan onlarla birlikdə yuxarı məhəllələrə tərəf qaçmış, “Veqas” marketin yaxınlığında əyləşmiş, sonra isə yenidən yerdə yıxılaraq qalmış Zərərçəkmiş şəxs yanına onlarla birlikdə qaçmış, lakin həmin şəxs artıq orada olmamışdır. Qusar şəhər 2 saylı tam orta məktəbininin yanında “Nərimanov” parkı tərəfə getmiş, orada Abdullah və Edik başqa istiqamətə getmişlər. Bundan sonra Elvinlə polis əməkdaşları ilə rastlaşmış, polis avtomobilinə əyləşdikləri zaman orada Edik və Abdullahın döyərək pulunu və telefonunu aldıqları Elvin adlı şəxsi görmüş, polis əməkdaşları ondan soruşaraq “səni vuran bu şəxslər idi”demiş, Elvin cavabında “bəli” desə də sonradan “xeyr, onlar deyil” demişdir. Qorxudan Şahid1la birlikdə polis əməkdşalarma Zərərçəkmiş şəxs tanımadığını bildirmiş, bundan sonra polis əməkdaşlarından uzaqlaşaraq evlərinə getmişdir. Hadisə zamanı Elvini vurmamış, ona qarşı heç bir zor tətbiq etməmiş, onun cibindən 31 manat qədər pulu Edik və Abdullah çıxarmış, məbləğini bilmədiyi hissəsini Abdullaha vermiş, daha sonra “Redmi” markalı telefonu Elvinin cibindən götürmüşlər. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 iyul 2023-cü il tarixli 3-16-16/2-9/5228/2023 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş və qərarda göstərilən malların yuxarıda göstərilən xüsusatları nəzərə alınmaqla 2023-cü ilin iyun ayında olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: 1 (bir) ədəd Çin istehsalı, “Redmi 9C” markalı, “M2006C3MG” model mobil telefonun ekranı zədələnməmişdən əvvəl, istifadədə olmuş normal vəziyyətdə-150,0 manat, halhazırda ekranı zədəli vəziyyətdə-90.0 manat, həmin telefona aid ***-***-**-** saylı Nar GSM nömrə- 4,0 manat, nəzəri qaydada 01 qutu üzərində “Class” yazısı olan siqaret-2,80 manat, 01 ədəd Çin istehsalı olan plasmass materiallı alışqan-0,40 manat. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qusar rayon İHB-nın Köhnə Xudat kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəlcədən qrup təşkil etməmələri barədə dəlillərini müzakirə edərək qeyd edir ki, onların bu ifadələri özlərinin məhkəmə iclasında verdikləri ifadələri ilə təkzib olunur ki, onlar Zərərçəkmiş şəxs əvvəllər tanımadıqları halda əvvəlcə həmin şəxslə onlar üçün siqaret almaq üçün mağazaya getmişlər, daha sonra isə birlikdə onu döyüb köməksiz vəziyyətə salaraq iradəsinə zidd olaraq pulunu və mobil telefonunu götürüb soymuşlar. Bu isə ona dəlalət edir ki, həmin şəxslər Zərərçəkmiş şəxs soymaq barədə birlikdə qərara gəlib həmin cinayət əməlini birgə törətmişlər. Həmçinin bu o halla təkzib olunur ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsi məhz Təqsirləndirilən şəxs2 işarəsi ilə vurmağa başladığını məhkəmə iclasında etiraf etmişdir. Bu baxımdan məhkəmə həmin şəxslərin bu ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu barədə dəlilləri cinayət məsuliyyətini aradan qaldıran hallar kimi qəbul edilə bilməz. Odur ki, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara istinad olunan cinayət əməllərini törətmələri məhkəmə araşdırması zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir və məhkəmə bu nəticəyə gəlir ki, onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı dəymiş ziyanı qismən aradan qaldırmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməllərin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının minimum həddə təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində şərti məhkum etmənin tətbiq edilməsi məsələsini müzakirə edərək belə qənaətə gəlir ki, onun islah olunması sonuncuya təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın real çəkilməsi ilə mümkündür, bu, daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar. Məhkəmə qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Bu xüsusatları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs2 barəsində şərti məhkum etmə tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı yetkinlik yaşına çatmayan şəxs olmasını, zərər çəkmiş şəxsə dəymiş zərəri qismən aradan qaldırmasını, həmin şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini tədqiq edərək və xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayətin ağırlığını və ictimai təhlükəlilik dərəcəsini, habelə əməlindən səmimi peşmançılığını, o cümlədən onun yetkinlik yaşına çatmayan şəxs olmasını nəzərə alır. Belə ki, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 iyun 2008-ci il tarixli Plenumunun 11.-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Belə olan halda məhkəmə yetkinlik yaşına çatmayan X2 həbsə alınmasının onun mənəvi və psixi inkişafına mənfi təsir göstərə biləcəyini nəzərə alaraq hesab edir ki, həmin şəxsə təyin olunan azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 21 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Davranışına nəzarət etmək yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 dair hissədə hökmün icrası həmin şəxsin yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №1(029)-79/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-79/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver