Məhkəmə qərarları › İş №1(029)-79/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-79/2025

29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-79/2025 29.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: Zərərçəkmiş şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1980-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki,o, tamah niyyəti ilə X1 əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə ondan oğlu Ruslan Güləliyevi həbsdən azad edəcəyini yalandan vəd verib aldadaraq 2024-cü ilin oktyabr ayından 2025-ci ilin fevral ayınadək hissə-hissə ona məxsus 4169-7387-6170-2566 saylı "xxxx" ASC-i tərəfindən verilmiş bank kartına və "xxxx" ASC-i tərəfindən verilmiş 5522-0993-6226-8377 saylı bank kartına cəmi 10000 manat məbləğində pul vəsaitini X3 rayon ərazisindən öz kart hesabına göndərtdirərək vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş Rüstəm Güləliyevə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2016-cı ildən Qusar rayon sakini Gülay Mahmudovla “instagram” sosial şəbəkəsində tanış olmuş, onunla həmin vaxtdan tanışlığı olmuş, həmçinin mobil telefonla əlaqə saxlamışlar. 2024-cü ilin sentyabr ayında Şahid zəng edərək bacısı oğlunun bir nəfərlə dalaşdığını, buna görə tutulduğunu, bacısı oğlunun mobil telefonunun, maaş kartının və kəmərinin Qubadlı rayon prokurorluğunda olduğunu, onları götürüb Bakı şəhərinə göndərmək lazım olduğunu bildirmiş, sonra müstəntiqin mobil telefon nömrəsini vermiş, həmin nömrə ilə əlaqə saxlamış, müstəntiq əşyaların Ağcabədi RPŞ-də saxlanıldığını bildirmiş, sonra ora adam yollamış və əşyaları götürüb Bakı şəhərinə göndərmişdir. Əşyaları göndərdikdən sonra Şahid zəng edərək nömrəsini bacısına verəcəyini, onun oğlunun problemləri olduğunu, onunla danışıb oğluna kömək etməsini demişdir. Zərərçəkmiş şəxs zəng edərək oğlunun hərbi qulluqçu olduğunu, bir nəfərlə dalaşdığı üçün tutulduğunu, işinin Məhkəmədə olduğunu demiş, Zərərçəkmiş şəxs oğlu Ruslan Güləliyevin hərbidə birlikdə işlədiyi iş yoldaşlarından məsələni soruşmuş, onlar Ruslan Güləliyevin 9 nəfəri döyərək pul yığdığını, bir şəhid arvadını isə şantaj etdiyini bildirmiş, sonra isə öyrənmişdir ki, onun işi Bakı şəhəri, Sabunçu rayon Məhkəməsində aparılır, buna görə oraya getmiş, onun vəkili ilə danışmış, o, 4 nəfərin adını və mobil telefon nömrələrini verərək həmin şəxslərin şikayətçi olduğunu, onların şikayətlərini götürmələrinin lazım olduğunu bildirmişdir. Bakı şəhərində olan zaman Zərərçəkmiş şəxs zəng edərək məsələ barədə danışmış, onlara bu işin həlli üçün pul lazım olduğunu demiş, sonra isə Bərdə rayonuna geri qayıtmışdır. Buna görədə Zərərçəkmiş şəxs onlara verdiyi Kapitalbank ASC-yə məxsus **********702566 saylı bank kartına və Beynəlxalq bank ASCyə məxsus bank kartına bir neçə ay ərzində ümumilikdə 8900 manat pul göndərmişlər. Vəkilin verdiyi siyahıdakı şəxslərlə əlaqə saxlamış, onlardan iki nəfərə 200 manat, vəkilin özünə 200 manat pul vermiş, yollarda isə 300 manat yol pulu çıxmışdır. Pulu aldıqdan sonra özünün şəxsi sıxıntıları olduğu üçün həmin pulları ora xərcləmiş, məhkəmə prosesləri yekunlaşana qədər həmin pulları düzəldib geri qaytaracağını düşünmüş, lakin pulu düzəldə bilməmiş, buna görədə aldığı pulları geri qaytara bilməmişdir. 2025-ci ilin mart ayında Qusar polis şöbəsindən zəng olunmuş, Zərərçəkmiş şəxs əri Rüstəm Güləliyevin şikayət etdiyi deyilmiş, bunu bildikdən sonra onlardan aldığı 8900 manat pulu geri qaytarmağa başlamış, onların verdiyi kart hesabına ümumilikdə 2900 manat pul atmış, onlara qalan borcu isə 5300 manat təşkil edir. O, törətdiyi cinayət əməlinə görə səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əri X1 102 Zəng Mərkəzi Xidmətinə verdiyi məlumatla bağlı bildirmək istəyir ki, oğlu Ruslan Güləliyev 9 ildir ki, Müdafiə Nazirliyində MAXE kimi xidmət etmiş, oğlu vətən uğrunda gedən döyüşlərdə iştirak etmiş, təltiflər almışdır. Lakin, yaranmış bir sıra problemlərlə bağlı oğlu Ruslan Güləliyev Bakı şəhərində cəza çəkmə müəssisəsində cəza çəkir. Oğlunu həbs müddətində azadlığa buraxılmasına cəhd edən zaman bacısı Şahid Fərzəli qızı “İnstagram” sosial şəbəkəsində bir nəfər müdafiəçi ilə tanış olduğunu, elə öz oğlunun da işlərini də ona tapşırdığını bildirmiş, qeyd olunan və əvvəldən özünü Bərdə rayon sakini kimi təqdim edən Təqsirləndirilən şəxs məxsus olan ********** saylı mobil nömrə ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs vəziyyəti izah etmiş, o, Sənan adlı şəxslə danışacağını bildirmiş, əri Rüstəm Güləliyevə bu barədə məlumat vermiş, o da Təqsirləndirilən şəxs köməkliyinə razılıq vermişdir. Aralarında razılıq əldə edildikdən sonra Heydər məxsus olan **********702566 saylı "xxxx" ASC-yə məxsus olan bank kartına və Azərbaycan Beynəlxalq Bankına məxsus, olan **********268377 saylı bank kartına hissə-hissə olmaqla Qusar rayonundan toplam olaraq 10.000 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs verdiyi vədlərin heç birisinə əməl etməmiş, hər dəfə ondan bu barədə soruşan zaman müxtəlif bəhanələrlə yayınmış, heç bir məhkəmə iclasında iştirak etməmişdir. Sonradan oğlu Ruslan Güləliyev tutulmuş, əri Rüstəm Güləliyevin isə bu məsələlərdən ürəyi tutaraq xx.xx.2025-ci il tarixində vəfat etmişdir. Halhazırda iş üzrə vurulmuş olan maddi ziyan tam olaraq ödənilməmiş, vurulmuş olan maddi ziyanın tam olaraq ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsinə uyğun eyniməzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş olan maddi ziyan ödənilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs iş üzrə vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Həmçinin, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş olan maddi ziyan ödənilmədiyinə görə, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs şikayətçidir, vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Qusar rayon məhkəməsinin qərarı ilə həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək zərərçəkmiş şəxsə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 may 2025-ci il tarixdən hesablansın Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsi tələbinə dair müvafiq məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilsin Hökmdən elan olunduğu andan,(hökmün surəti Təqsirləndirilən şəxs isə təqdim edildi andan) 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar