Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-8/2021 10.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət itihamçısı:Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri, 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, xx xxxxx 1995-ci ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu İmamqulukənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, xx xxxx 2020-ci il tarixdə təxminən saat 21 radələrində idarə etdiyi “VAZ-2105” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar şəhərindən Qusar rayonu Çiləgir kəndi istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, hərəkət təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verməməli, öz hərəkəti ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunlara əməl etməmiş, özündən irəlidə, yolun sağ kənarında eyni istiqamətdə, dayanmış vəziyyətdə olan “QAZ-53” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanından ötüb keçdikdən sonra idarə etdiyi avtomobilin hərəkət hissəsində təhlükəsiz hərəkətini təmin etməyərək avtomobillə velosipedçi arasında təhlükəsiz yan məsafəsini və hərəkət təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verərək yolun sağ kənarı ilə onunla qarşı-qarşıya hərəkətdə olan velosipedçi Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs “QKBT-si halında baş beyin silkələnməsi, təpə nahiyyəsinin və sağ baldırın əzilmişcırılmış yarası, sağ saidin arxa səthinin və sol dirsəyin arxa səthinin çoxsaylı sıyırıqları, sol bud sümüyünün aşağı 1/3-nin qapalı yerini dəyişmiş sınığı” ilə müşayiət edilən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona AzərbayCan Respublikası cM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə təxminən saat 20 radələrində Qusar rayonunun İmamqulukənd kəndində yerləşən yaşadığı evdə olan zaman həmkəndlisi Altay adlı şəxs mobil telefonla ona zəng edərək Qusar rayonunun Xuray kəndində olduğunu bildirmiş və ondan oraya gedib onu yaşadığı evə aparmasını xahiş etmişdir. Bundan sonra o, etibarnamə ilə idarə etdiyi “VAZ-2105” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Xuray kəndi istiqamətində hərəkətə başlamış və təxminən saat 21 radələrində Qusar şəhərindən keçib yolun Qusar rayonu Çiləgir kəndi ərazisində təxminən 53-54 km/saat sürətlə hərəkətdə olan zaman yolun sağ kənarında, onunla eyni istiqamətdə işıqları sönmüş vəziyyətdə olan “QAZ-53” markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmış vəziyyətdə olduğunu görmüş, həmin avtomobilin yanından keçib gedən zaman bir velosipedçi yolun asfalt hissəsinin kənar tərəfindən hərəkət edərək əvvəlcə həmin “QAZ-53” markalı avtomobilin qabaq hissəsinə dəymiş, sonra isə velosipedin arxa təkəri onun avtomobilinin qabaq sağ qanadına, sağ güzgüsünə və arxa yan qapısının şüşəsinə dəymiş, velosipedçi isə yerə yıxılmış, o, isə avtomobili ilə hərkətinə davam edərək bir az irəlidə dayanmışdır. O, avtomobilini dayandırdıqdan sonra avtomobildən düşüb velosipedçinin avtomobilinə dəydiyi yerə yaxınlaşmış, velosipedçi, sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs kömək edərək onu yerdən qaldırmış, həmin vaxt “QAZ-53” markalı avtomobilin sürücüsü olan həmkəndlisi Şahid1 və digər həmkəndlisi Şahid2 oraya yaxınlaşmışlar, daha sonra isə oraya X3 avtomobili gələrək Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. O, törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Halhazırda zərərçəkmiş şəxs məhkəməyə onunla barışması barədə ərizə təqdim etmişdir. Həmin ərizəni nəzərə alınaraq, barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx xxxx 2020ci il tarixdə təxminən saat 21 radələrində çörək almaq məqsədilə Qusar rayonu Çiləgir kəndində yerləşən evlərindən özünə məxsus olan velosipedlə asfalt yola çıxaraq evlərindən təxminən 500 metr aralıda olan ərzaq mağazasına getmək üçün yola çıxmışdır. O, idarə etdiyi velosipedlə kəndin mərkəzindəki asfalt yola çıxaraq yolun sol kənarı ilə qarşı hərəkət istiqamətinə doğru hərəkət etmiş və asfalt yolla təxminən 200 metr getdikdən sonra özü ilə qarşı-qarşıya, yolun sol kənarında “QAZ-53” markalı bir yük avtomobilin dayanmış vəziyyətdə olduğunu görmüş, ona görə də yolun hərəkət hissəsinə çıxıb “QAZ-53” markalı avtomobilin yan tərəfindən keçmək istəmiş və həmin vaxt təxminən 80-90 km/saat sürətlə ona doğru gələn “VAZ-2105” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ön tərəfi ilə onu vurmuşdur. “VAZ-2105” markalı avtomobilin onu vurması nəticəsində o, yerə yıxılaraq xəsarət almış və aldığı xəsarətlərlə bağlı huşunu itirmiş, sonradan isə huşu özünə gələndə Xaçmaz rayon Mərkəzi Xəstəxanasında olduğumu bilmiş və daha sonra onu vuran avtomobilin sürücüsünün Qusar rayonu İmamqulukənd kənd sakini Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. O, yolun kənarında dayanmış vəziyyətdə olan “QAZ-53” markalı yük avtomobilinə çırpılmamış, Radik bu barədə öz ifadəsində yalandan göstərmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş zərər tamamilə ödənilmişdir və sonuncuya qarşı heç bir tələb və şikayəti yoxdur. Ona görə də işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə təxminən saat 20 radələrində idarə etdiyi “QAZ-53” markalı, **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Qusar rayonunun İmamqulukənd kəndindən sifariş əsasında Suvacal kəndinə ot aparmaq üçün yola çıxmış, həmin vaxt qohumu Şahid2 da sərnişin kimi avtomobilin kabinəsində olmuşdur. Həmin gün təxminən saat 21 radələrində Qusar şəhərini keçib Çiləgir kəndinin mərkəzindən keçən zaman avtomobilin mufta sistemində nasazlıq yaranmış, ona görə də avtomobili hərəkət etdiyi istiqamətdə yolun sağ kənarında, asfaltdan qıraqda dayandırmış və avtomobili dayandırdıqdan sonra avtomobilin kapotunu açaraq Zaxarla birlikdə nə baş verməsini öyrənməyə çalışmış, həmin vaxt mufta sistemində olan yağın qurtardığını aşkar etmişlər. Sonra isə o, özünə məxsus olan mobil telefonla Qusar şəhərində yaşayan dayısı Gülbalaya zəng edərək ondan müfta sisteminə tökmək üçün yağ alıb gətirməsini xahiş etmişdir. Daha sonra isə o, avtomobilin radiatorunda olan suyun da azaldığını görmüş, ona görə də yolun qarşı tərəfinə keçərək orada olan bulaqdan su götürüb avtomobilə yaxınlaşmış, həmin vaxt Zaxar avtomobilin qarşı tərəfində durmuş və o, özü avtomobilin radiatoruna su tökən zaman arxa tərəfdə, yolun hərəkət hissəsində avtomobil toqquşma səsini eşitmiş və arxaya dönüb baxan zaman avtomobilindən təxminən 6-7 metr aralıda bir velosipedçinin yerə yıxılmış vəziyyətdə olduğunu, qırmızı rəngli “VAZ-2105” markalı **-BD- *** dövlət qeydiyyat nişanlı avtomobilin velosipedçinin yanından uzaqlaşaraq təxminən 100 metr irəliyə gedərək orada dayandığını görmüşdür. O, velosipedçinin yerə yıxıldıqdan sonra başından qan axdığını görmüş, Zaxarla birlikdə ona yaxınlaşaraq ona yardım etməyə çalışmışdır. Həmin vaxt hadisə yerindən irəliyə keçib dayanmış “VAZ-2105” markalı avtomobilin sükanı arxasından bir nəfərin düşüb onların yanına gəlmiş, o, da həmin şəxs həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu görmüş və ondan “Velosipedçini sən vurmusan?” deyərək soruşmuş, Radik də ona “hə, velosipedçini mən vurmuşam” deyərək cavab vermişdir. Bundan sonra o, Radikdən öz avtomobili ilə xəsarət alan velosipedçi, sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs xəstəxanaya aparmasını xahiş etmiş, ancaq Radik avtomobilini yerindən tərpədə bilməyəcəyini deyərək Zahidi xəstəxanaya aparmamışdır. Daha sonra oraya X3 avtomobili gələrək xəsarət almış velosipedçi Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Velosipedçi ona məxsus olan “QAZ-53” markalı yük avtomobilinə çırpılmamış, Radik bu barədə öz ifadəsində yalandan göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə təxminən saat 20 radələrində qohumu Şahid1 idarə etdiyi “QAZ-53” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Qusar rayonunun İmamqulukənd kəndindən sifariş əsasında Suvacal kəndinə ot aparmaq üçün yola çıxmışlar. Həmin gün təxminən saat 21 radələrində Qusar şəhərini keçib Çiləgir kəndinin mərkəzindən keçən zaman avtomobilin mufta sistemində nasazlıq yaranmış, ona görə də Amil avtomobili hərəkət etdiyi istiqamətdə yolun sağ kənarında, asfaltdan qıraqda dayandırmışdır. Amil avtomobili dayandırdıqdan sonra avtomobilin kapotunu açaraq nə baş verməsini öyrənməyə çalışmışlar və həmin vaxt mufta sistemində olan yağın qurtardığını aşkar etmişlər. Həmin vaxt Amil mobil telefonla Qusar şəhərində yaşayan dayısı Gülbalaya zəng edərək ondan müfta sisteminə tökmək üçün yağ alıb gətirməsini xahiş etmişdir. Daha sonra isə Amillə o, avtomobilin radiatorunda olan suyun da azaldığını görmüş, ona görə də Amil yolun qarşı tərəfinə keçərək orada olan bulaqdan su götürüb avtomobilə yaxınlaşmış və avtomobilin radiatoruna su tökməyə başlamış, o, da avtomobilin qarşı tərəfində durmuşdur. Həmin vaxt arxa tərəfdə, yolun hərəkət hissəsində avtomobil toqquşma səsini eşitmiş və arxaya dönüb baxan zaman Amilin avtomobilindən təxminən 6-7 metr aralıda bir velosipedçinin yerə yıxılmış vəziyyətdə olduğunu, qırmızı rəngli “VAZ-2105” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin velosipedçinin yanından uzaqlaşaraq təxminən 100 metr irəliyə gedərək orada dayandığını görmüşdür. O, velosipedçinin yerə yıxıldıqdan sonra başından qan axdığını görmüş, Amillə birlikdə ona yaxınlaşaraq ona yardım etməyə çalışmış, həmin vaxt hadisə yerindən irəliyə keçib dayanmış “VAZ-2105” markalı avtomobilin sükanı arxasından bir nəfərin düşüb onların yanına gəlmiş, o, da həmin şəxs həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu görmüş və həmin vaxt Amil Radikdən “Velosipedçini sən vurmusan?” deyərək soruşmuş, Radik də ona “hə, velosipedçini mən vurmuşam” deyərək cavab vermişdir. Bundan sonra Amillə o, Radikdən öz avtomobili ilə xəsarət alan velosipedçi, sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs xəstəxanaya aparmasını xahiş etmiş, ancaq Radik avtomobilini yerindən tərpədə bilməyəcəyini deyərək Zahidi xəstəxanaya aparmamışdır. Həmin vaxtdan sonra oraya X3 avtomobili gələrək xəsarət almış velosipedçi Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma oğludur və bir ünvanda yaşayırlar. xx xxxx 2020-ci il tarixdə saat 20:40 radələrində o, işdən qayıdıb yaşadığı evə gəlmiş və evdə çörək olmadığı üçün oğlu Zahidə pul verərək gedib yaşadıqları evdən təxminən 500 metr aralıda olan ərzaq mağazasından çörək almasını xahiş etmişdir. Zahid də özünə məxsus olan velosipedlə çörək almaq üçün evdən çıxıb getmiş və həmin vaxtdan təxminən yarım saat keçdikdən sonra qardaşı Ömər mobil telefonla ona zəng edərək oğlu Zahidin yol nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını və xəstəxanaya aparıldığını bildirmişdir. Bundan sonra o, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına getmiş, orada oğlu Zahidin başından, sağ ayağından və digər yerlərindən xəsarət aldığını görmüş, daha sonra isə Zahidi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2105” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurduğunu öyrənmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və X2 rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 369 saylı ekspert rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – QKBT-si halında baş beyin silkələnməsi, təpə nahiyyəsinin və sağ baldırın əzilmişcırılmış yarası, sağ saidin arxa səthinin və sol dirsəyin arxa səthinin çoxsaylı sıyırıqları, sol bud sümüyünün aşağı 1/3-nin qapalı yerini dəyişmiş sınığı bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, xx xxxx 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələri ekspertizası üzrə xx xxxxxxxx 2020-ci il tarixli, 8/1330 saylı rəyində göstərilir ki, “VAZ-2105” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metodiki vəsaitin tələblərinə əsasən velosipedçi məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və velosipedçinin hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən velosipedçi Zərərçəkmiş şəxs hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. İşdə olan alkotester qəbzdən görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur. İşdə olan AB seriyalı, 532018 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük hüququ vardır. İşdə olan DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli qətimkan tədbiri seçmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair xx xxxxxxxx 2020-ci il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs ona istinad edilən əməlin törətməsində özünü təqsirli bilməklə yanaşı, onun əməli zərərçəkmiş şəxsin verdiyi ifadəsi, canlı şəxsin ekspertizasına dair ekspert rəyləri, yol-nəqliyyat hadisəsinin məhkəmə ekspertizası ilə tam və kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda cinayət əməli hesab olunur. Məhkəmə tərəflərin izahatlarını və dövlət ittihamçısının fikrini dinləyib belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən, cinayəti törətmiş şəxslə zərərçəkmiş şəxs barışdığından və ona dəymiş ziyan tamamilə ödəndiyindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub olmamasının müəyyən edilməsi üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAR (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesaba ödənilməlidir. İş üzrə maddi sübut olan “VAZ-2105” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobi sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia olmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan “VAZ-2105” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobi sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAR (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesaba ödənilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub olmamasının müəyyən edilməsi üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(029)-8/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-8/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver