Məhkəmə qərarları › İş №1(029)-8/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-8/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-8/2023 29.03.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 iştirakları ilə, xx.xx.1992-ci ildə Xızı rayonu Şuraabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, D.Qorqud küçəsi, ev 29, mənzil 1-də qeydiyyatda olan, Qusar rayonu Hil kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayın axırlarında axşam radələrində ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evin heyətinə müvəqqəti yaşadığı ünvan 2 ünvanda yerləşən evin hasarından tullanıb qanunsuz daxil olaraq, evin arxa tərəfinə keçib özü ilə gətirdiyi vint açanla pəncərəni açıb evə girib, oradan Zərərçəkmiş şəxs4 məxsus dəyəri 150 manat olan 01 ədəd “Air-o-space” markalı hava döşəyi, dəyəri 500 manat olan 01 ədəd “Karcher” markalı moyka aparatı, dəyəri 100 manat olan 01 ədəd “Saw Hüter” markalı Almaniya istehsallı, elektrik əl mişarını, dəyəri 40 manat olan 01 ədəd “Bosch” markalı laqondanı, dəyəri 250 manat olan 01 ədəd SSRİ istehsalı olan latundan hazırlanmış, 5 litrlik samovarı, dəyəri 50 manat olan 01 ədəd “Alpari” markalı LCD 22 diaqonal televizorun pultunu, dəyəri 20 manat olan 01 ədəd “X3” markalı peyk antennasının tüneri, dəyəri 8 manat olan 01 ədəd tiski aləti, dəyəri 25 manat olan 01 ədəd “Andeli” markalı 220 voltluq stablizator, dəyəri 20 manat olan 01 ədəd “Marquis” markalı su nasosu, dəyəri 10 manat olan 01 ədəd “Moiser” markalı saç qırxan alət, ümumi dəyəri 20 manat olan 2 ədəd elektron əl tərəziləri, dəyəri 5 manat olan 01 ədəd 10 metrlik elektrik uzadıcı, dəyəri 3 manat olan 01 ədəd 5 metrlik elektrik uzadıcı, dəyəri 20 manat olan 1 ədəd “İnterskol” markalı drel və dəyəri 15 manat olan 01 dəst “Zip” markalı açar dəstini gizli yolla talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs4 cəmi 1236 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən xx.xx.2022-ci il tarixdə axşam saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Qusar-Avaran yolunun sol tərəfində B.Ramaldanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evin həyətinə hasarından tullanıb qanunsuz daxil olaraq, evin giriş qapısından içəri girib, oradan 1 metrin dəyəri 2 manat olan en kəsiyi 2x4 mm Türkiyə istehsalı mis materialdan ibarət 90 metr elektrik kabelləri və 1 metrin dəyəri 1 manat olan en kəsiyi 1x2,5 mm Türkiyə istehsalı mis materialdan ibarət 60 metr elektrik kabelləri gizli yolla talamaqla oğurlayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 cəmi 240 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən 2022-ci ilin iyun ayın ortalarında axşam radələrində Zərərçəkmiş şəxs5 məxsus Qusrar şəhəri, N.ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evin həyətinə hasardan tullanıb qanunsuz daxil olaraq, özü ilə gətirdiyi vint açanla evin birinci mərtəbəsinin pəncərəsini açıb evə girib, oradan dəyəri 15 manat olan 01 ədəd, 550 Watt gücündə “İnterskol” markalı dreli, dəyəri 30 manat olan 01 ədəd 1250 Watt gücündə “İJ MAŞ SU 950” markalı laqondanı, dəyəri 40 manat olan 01 dəst “Zip” markalı açarları və 1 metrin dəyəri 2 manat olan en kəsiyi 2x4 mm Türkiyə istehsalı “Göktel” markalı mis materialdan ibarət 20 metr elektrik kabelləri gizli yolla talamaqla oğurlayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 cəmi 125 manat maddi ziyan vurmaqla oğurluqı etmişdir. Bundan sonra o, təkrarən xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus Qusar şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evin həyətinə hasardan tullanıb qanunsuz daxil olaraq, özü ilə gətirdiyi vint açanla evin birinci mərtəbəsinin ön tərəfin pəncərəsini açıb evə girib, oradan evin divarlarına və tavanına vurulmuş 1 metrin dəyəri 0,70 manat olan en kəsiyi 1x2,5 mm yerli istehsal mis materialdan ibarət 120 metr və 1 metrin dəyəri 0,30 manat olan en kəsiyi 1x1,5 mm yerli istehsal mis materialdan ibarət 120 metr elektrik kabelləri gizli yolla talamaqla oğurlayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 cəmi 120 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus Qusar şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evin həyətinə hasardan tullanıb qanunsuz daxil olaraq, evin giriş qapısından içəri girib, oradan 1 metrin dəyəri 2,5 manat olan en kəsiyi 2x4 mm Türkiyə istehsalı “Kabloline” markalı mis materialdan ibarət 100 metr elektrik kabelləri və 1 metrin dəyəri 1,3 manat olan en kəsiyi 3x1,5 mm Türkiyə istehsalı “Kabloline” markalı mis materialdan ibarət 75 metr elektrik kabelləri gizli yolla talamaqla oğurlayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 cəmi 347,50 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin təxminən fevral ayın ortalarında Sumqayıt şəhərindən ünvan 2 ünvanda yerləşən babası Həsənbala Yarəliyevə məxsus evinə gəlmiş, orada tək başına qalmağa başlamışdır. Bundan bir neçə gün sonra pulu olmadığı üçün qonşuluqda ünvan 1 ünvanda yerləşən Camala məxsus fərdi yaşayış evindən oğurluq etmək qərarına gəlmişdir. 2022-ci ilin təxminən fevral ayın axırlarında axşam radələrində o, ətrafda heç kimin olmadığını və qaranlıq düşdüyünü görmüş Camala məxsus fərdi yaşayış evin heyətinə evin hasarından tullanıb daxil olmuş, evin arxa tərəfinə keçmiş özü ilə gətirdiyi vint açanla pəncərəni açıb evə girmiş, oradan sonuncuya məxsus 01 ədəd hava döşəyi, 1 ədəd moyka aparatı, 01 ədəd elektrik əl mişarını, 01 ədəd laqondanı, 01 ədəd SSRİ istehsalı olan latundan hazırlanmış, 5 litrlik samovarı, 01 ədəd televizorun pultunu, 01 ədəd peyk antennasnın tüneri, 01 ədəd diski aləti, 01 ədəd 220 voltluq stablizator, 01 ədəd su nasosu, 01 ədəd saç qırxan alət, 2 ədəd elektron əl tərəziləri, 01 ədəd 10 metrlik elektrik uzadıcı, 01 ədəd 5 metrlik elektrik uzadıcı, 1 ədəd drel və 01 dəst “Zip” markalı açar dəstini oğurlayaraq öz evinə aparmışdır. Növbəti gün səhər radələrində o, evdən küçəyə çıxmış tanımadığı taksi maşını ilə evə qayıdaraq Camalın evindən oğurladığı əşyaları taksi avtomobilə yükləmiş Quba şəhərinə, orada isə tanımadığı başqa bir taksi avtomobilə oturmuş və Sumqayıt şəhərinə getmiş, Camalın evindən oğurladığı əşyaları Sumqayıt şəhərində yerləşən “Əşya Bazarı” adlanan yerdə 200 manata satmış, həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmış və şübhə çəkməmək üçün bir neçə ay Qusar şəhərində qayıtmamışdır. 2022-ci ilin təxminən iyun ayın əvvəllərində o, təkrar oğurluq etmək üçün ünvan 2 ünvanda yerləşən babası Həsənbalaya məxsus evinə gəlmiş, orada tək başına qalmağa davam etmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 23 radələrində o, oğurluq etmək üçün yaşadığı evdən çıxmış Qusar rayonu Avaran kəndi istiqamətində piyada tək başına hərəkət etməyə başlamışdır. Həmin vaxt o, Qusar rayonu Avaran kəndi istiqamətində yolun sol tərəfində təzə tikilən Vadimə məxsus fərdi yaşayış evini görmüş, ətrafda heç kimin olmadığından əmin olduqdan sonra sonuncuya məxsus fərdi yaşayış evin həyətinə hasarından tullanıb daxil olmuş, evin giriş qapısından içəri girmiş, oradan 90 metr elektrik kabelləri və 04 ədəd elektrik uzadıcılar hər biri 15 metr uzunluğunda, həmçinin 01 ədəd elektrik uzadıcı 20 metr uzunluğunda olan kabelləri kəsib oğurlamış, daha sonra isə hasardan tullanıb küçəyə çıxaraq tək başına piyada evə qayıtmışdır. Növbəti gün o, oğurladığı kabelləri evin həyətində əritmiş, təmizləmiş və əmələ gəlmiş təxminən 2 kq mis qırıntılarını Sumqayıt şəhərində yerləşən “Əşya Bazarı” adlanan yerdə 20 manata satmış, xx.xx.2022-ci il tarixdə isə Qusar şəhərinə qayıtmış və pulları isə öz şəxsi ehtiyyaclarına xərcləmişdir. 2022-ci ilin təxminən iyun ayın ortalarında axşam saat 23:30 radələrində o, piyada tək başına adını sonradan bildiyi İslam adlı şəxsə məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evin həyətinə hasardan tullanıb daxil olmuş, özü ilə gətirdiyi vint açanla evin birinci mərtəbəsinin pəncərəsini açıb evə girmiş, oradan 01 ədəd dreli, 01 ədəd laqondanı, 01 dəst “Zip” markalı açarları və mis materialdan ibarət 20 metr elektrik kabelləri özü ilə gətirdiyi kəlbətinlə kəsib oğurlamış, daha sonra isə hasardan tullanmış küçəyə çıxaraq piyada tək başına öz evinə qayıtmışdır. Növbəti gün isə oğurladığı əşyaları özü ilə birlikdə Sumqayıt şəhərində aparmış, orada yerləşən “Əşya Bazarı” adlanan yerdə 70-75 manata satmış Qusar şəhərinə qayıtmış, pulları isə öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan sonra o, təkrarən xx.xx.2022-ci il tarixdə saat 23 radələrində adını sonradan bildiyi Əliməhəmməd adlı şəxsə məxsus Qusar şəhəri H.Z.Tağıyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evin həyətinə hasardan tullanıb daxil olmuş, özü ilə gətirdiyi vint açanla evin birinci mərtəbəsinin ön tərəfin pəncərəsini açıb evə girmiş, oradan evin divarlarına və tavanına vurulmuş təxminən 220- 230 metr uzunluğunda mis materialdan ibarət elektrik kabelləri özü ilə gətirdiyi kəlbətinlə kəsib, oğurlayaraq həmin kabelləri öz evinə gətirmiş, növbəti gün isə oğurladığı kabelləri evin həyətində əridib təmizləyərək, əmələ gəlmiş 3,4 kq mis qırıntılarını Sumqayıt şəhərində yerləşən “Əşya Bazarı” adlanan yerdə 34 manata satıb, daha sonra isə tanımadığı yol maşınları ilə Qusar şəhərinə qayıtmış, pulları isə öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan sonra o, təkrarən xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində adını sonradan bildiyi Ramal adlı şəxsə məxsus Qusar şəhəri H.Z.Tağıyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evin həyətinə hasardan tullanıb qanunsuz daxil olmuş, evin giriş qapısından içəri girmiş, oradan mis materialdan ibarət təxminən 200 metr elektrik kabelləri özü ilə gətirdiyi kəlbətinlə kəsib, oğurlamışdır. Növbəti gün səhər tezdən isə oğurladığı kabellərin böyük bir hissəsini evin həyətində əridib, təmizləmiş, qalıq qalan en kəsiyi 2x4 mm mis materialdan ibarət kabeli isə evin həyətində olan sanitar qovşağına işıq çəkmək üçün saxlamışdır. 25 iyun 2022-ci il tarixdə saat 09:15 radələrində əmələ gəlmiş 4,3 kq mis qırıntıları ilə birlikdə şəhərlər arası avtobusla Sumqayıt şəhərinə gedərək, orada yerləşən “Əşya Bazarı” adlanan yerdə 43 manata satmış, daha sonra isə tanımadığı yol maşınları ilə Qusar şəhərinə qayıtmış, pulları isə öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs4 vurmuş olduğu maddi ziyan ödəməmiş. Həmin əşyaları alan şəxsin adını və soyadını bilməmiş, həmin əşyaların oğurluq olduğunu ona deməmişdir. Oğurluğu başqa heç kimlə planlaşdırmamış, özü tək etmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda fərdi yaşayış evi olsa da, daimi olaraq öz ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşayır. xx.xx.2022-ci il tarixdə isə Qusar şəhərinə geri qayıdan zaman evin həyətindən 01 ədəd laqonda və 01 dəst açaların oğurlandığını görmüş ərizə ilə Qusar RPŞ-nə müraciət etmişdir. Bundan bir neçə gün sonra Qusar şəhərində yerləşən fərdi yaşayış evinə ətraflı baxış keçirən zaman evdən çoxlu sayda məişət əşyaların oğurlandığını aşkar etsə də, səhhəti ilə bağlı Bakı şəhərinə getmiş və orada uzun müddət müalicə almışdır. 15 iyul 2022-ci il tarixdə Qusar RPŞ-də ona evindən oğurluq hadisəsini Təqsirləndirilən şəxs törətdiyini, həmçinin sonuncunun evdən çoxlu sayda məişət əşyaları oğurladığını bildirmiş, o da həmin məlumatı təsdiqləmişdir. Belə ki, Seymur onun evindən 01 ədəd “Air-o-space” markalı hava döşəyi, 01 ədəd “Karcher” markalı moyka aparatı, 01 ədəd “Saw Hüter” markalı Almaniya istehsallı, elektrik əl mişarını, 01 ədəd “Bosch” markalı laqondanı, 01 ədəd SSRİ istehsalı olan latundan hazırlanmış, 5 litrlik samovarı, 01 ədəd “Alpari” markalı LCD 22 diaqonal televizorun pultunu, 01 ədəd “X3” markalı peyk antennasımn tüneri, 01 ədəd diski aləti, 01 ədəd “Andeli” markalı 220 voltluq stablizator, 01 ədəd “Marquis” markalı su nasosu, 01 ədəd “Moiser” markalı saç qırxan alət, 2 ədəd elektron əl tərəziləri, 01 ədəd 10 metrlik elektrik uzadıcı, 01 ədəd 5 metrlik elektrik uzadıcı, 1 ədəd “İnterskol” markalı drel və 01 dəst “Zip” markalı açar dəstini oğurlayaraq ona maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş olan maddi ziyan ödənilməmiş, həmin maddi ziyanın ödənilməsini və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində evində usta işləyən Şahidlə birlikdə Qusar-Avaran yolunun sol tərəfində Qusar şəhəri, B.Ramaldanov küçəsində yerləşən özünə məxsus təzə tikilən evdə öz işlərini görüb, evin pəncərələrini və darvazasını bağlayıb çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə səhər radələrində Şahidlə birlikdə evə gələn zaman naməlum şəxsin evdən 90 metr uzunluğunda mis materialdan kabeli oğurladığını görmüş, ərizə ilə Qusar RPŞ-nə müraciət etmişdir. Bundan bir neçə gün sonra isə o, naməlum şəxsin evdən ona məxsus 04 ədəd elektrik uzadıcının hər biri 15 metr uzunluğunda olan en kəsiyi 1x2,5 mm, Türkiyə istehsalı mis materialdan ibarət kabelləri, həmçinin Şahid məxsus 01 ədəd elektrik uzadıcının 20 metr uzunluğunda olan en kəsiyi 1x2,5 mm, Türkiyə istehsalı mis materialdan ibarət kabeli kəsib oğurladığını aşkar etsə də, ilkin araşdırma zamanı bununla bağlı polisə əlavə məlumat vermişdir. Bundan sonra Qusar RPŞ-də ona evindən oğurluq hadisəsini Təqsirləndirilən şəxs törətməsi barədə məlumat vermişdir. Həmin vaxt o, Seymurun onun evindən en kəsiyi 2x4 mm, Türkiyə istehsalı mis materialdan ibarət 90 metr elektrik kabeli və 04 ədəd elektrik uzadıcının hər biri 15 metr uzunluğunda olan en kəsiyi 1x2,5 mm, Türkiyə istehsalı mis materialdan ibarət kabelləri, həmçinin Mahmuda məxsus 01 ədəd elektrik uzadıcının 20 metr uzunluğunda olan en kəsiyi 1x2,5 mm, Türkiyə istehsalı mis materialdan ibarət kabeli kəsib oğurladığını bildirmişdir. Ona vurulmuş olan 200 manat ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində o, evdə bir sıra tikinti işləri görüb kəndə qayıtmış və xx.xx.2022-ci il tarixdə saat 22 radələrində işdən çıxıb evə işləməyə gələn zaman evindən en kəsiyi 2x4 mm, Türkiyə istehsalı, “Kabloline” markalı mis materialdan ibarət cəmi 100 metr elektrik kabelləri və en kəsiyi 3x1,5 mm, Türkiyə istehsalı, “Kabloline” markalı mis materialdan ibarət cəmi 75 metr elektrik kabellərin oğurlandığını görüb ərizə ilə Qusar RPŞ-nə müraciət etmişdir. Bundan sonra Qusar RPŞdə ona evindən oğurluq hadisəsini Təqsirləndirilən şəxs törətməsi müəyyən etmişdir. Ona 350 manat ziyan dəymişdir. Ona dəymiş zərər ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 24 aprel 2022-ci il tarixdə evə gəlib, baxış keçirdikdən sonra kəndə qayıtmış və 24 iyun 2022-ci il tarixdə saat 10 radələrində evə baxmağa gələn zaman evin divarlarına və tavanına çəkdirdiyi elektrik kabellərin böyük bir hissəsi, yəni en kəsiyi 1x2,5 mm, yerli istehsal mis materialdan ibarət 120 metr və en kəsiyi 1x1,5 mm yerli istehsallı mis materialdan ibarət 120 metr elektrik kabelləri kəsilərək oğurladığını aşkar etmişdir. Bundan sonra Qusar RPŞ-də ona evindən oğurluq hadisəsini Təqsirləndirilən şəxs törətməsi müəyyən etmişdir. Ona məxsus 120 metr elektrik kabelləri oğurlamışdır. Sonradan məlum olmuşdur ki, oğurluğu Seymur törətmişdir. Ona vurulmuş olan maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 4 ünvanda yerləşən 2 mərtəbəli fərdi yaşayış evi olsa da, işlə bağlı ailəsi ilə birlikdə Bakı şəhərində yaşamış, qızı Gülnaz və əri Fərrux isə arada bir evə nəzarət etmişlər. Təxminən 2022-ci ilin iyul ayının ortalarında Fərrux ona zəng edib, evində oğurluq hadisəsi baş verdiyini, lakin evdən dəqiq olaraq hansı əşyaların oğurlandığını bilmədiyi üçün polisə müraciət etmədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Qusar şəhərinə gələrək, evindən 01 ədəd 550 Watt gücündə “İnterskol” markalı dreli, 01 ədəd 1250 Watt gücündə “İJ MAŞ SU 950” markalı laqondanı, 01 dəst “Zip” markalı açarları və en kəsiyi 2x4 mm, Türkiyə istehsalı, “Göktel” markalı mis materialdan ibarət 20 metr elektrik kabellərin kəsilərək oğurlandığını aşkar edib, ərizə ilə Qusar RPŞ-nə müraciət etmişdir. Bundan sonra Qusar RPŞ-də ona evindən oğurluq hadisəsini Təqsirləndirilən şəxs törətməsi müəyyən edilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs3 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5382 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evindən oğurlanmış əşyaların 2022-ci ilin fevral ayında respublika daxili orta bazar qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir. 2014-cü ildə 220 manata satın alınmış, həmin vaxtdan istifadə edilməmiş və istismara yararlı, 01 ədəd Çin istehsalı, “Air-o-space” markalı, hava döşəyin dəyəri 150 manat: 2018-ci ildə 750 manata satın alınmış, həmin vaxtdan istifadə edilmiş və istismara yararlı 01 ədəd “Karcher” markalı moya aparatın dəyəri 500 manat: 2017-ci ildə 180 manata alınmış, Almaniya istehsalı, həmin vaxtdan istifadə edilmiş və istismara yaralı, 01 ədəd “Saw Hüter” markalı, elektrik əl mişarının dəyəri 100 manat: 2017-ci ildə 82 manata satın alınmış, həmin vaxtdan istifadə edilmiş və istismara yararlı, 01 ədəd “Bosch” markalı laqondanın dəyəri 40 manat: 01 ədəd SSRİ istehsalı olan latundan hazırlanmış, 5 litr su tutan samovarın dəyəri 250 manat: 01 ədəd “Alpari” markalı LCD 22 diaqonal televizorun istismara yararlı pultunun dəyəri 50 manat: 2012-ci ildə 80 manata satın alınmış, həmin vaxtdan istifadə edilmiş və istismara yararlı Çin istehsalı, 01 ədəd “X3” markalı peyk antennasının tünerin dəyəri 20 manat: 2020-ci ildə 14 manata satın alınmış, həmin vaxtdan istifadə edilmiş və istismara yararlı, yerli istehsal olan 01 ədəd tiski alətin dəyəri 8 manat: 2008-ci ildə 35 manata alınmış, həmin vaxtdan istifadə edilmiş və istismara yararlı, 220 voltluqluq, 01 ədəd “Andeli” markalı stablizatorun dəyəri 25 manat: 2015-ci ildə 38 manata satın alınmış, istifadə edilmişvə istismara yararlı, 01 ədəd “Marquis” markalı su nasosun dəyəri 20 manat:2017-ci ildə 14 manata satın alınmış, istifadə edilmiş və istismara yararlı, 1 ədəd “Moiser” markalı saç qırxan alətin dəyəri 10 manat: 201,7-ci ildə 15 manata satın alınmış, istifadə edilmiş və istismara yararlı 1 ədəd elektron əl tərəzilərin dəyəri 20 manat: 2015-ci ildə 10 manata satın alınmış, istifadə edilmiş və istismara yararlı 01 ədəd 10 metr elektrik uzadıcınm dəyəri 5 manat: 2015-ci ildə 7 manata satın alınmış, istifadə edilmiş və istismara yararlı 01 ədəd 5 metr elektrik uzadıcının dəyəri 3 manat təşkil edir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5757 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evlərindən oğurlanmış əşyaların 2022ci ilin iyun ayında respublika daxili orta bazar qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir. 2017-ci ildə satın alınmış, həmin vaxtdan istifadə edilmiş və istismara yararlı, 01 ədəd, 550 Watt gücündə “İnterskol” markalı drelin dəyəri 15 manat: 2017-ci ildə satın alınmış, həmin vaxtdan istifadə edilmiş və istismara yararlı, 01 ədəd, 1250 Watt gücündə “İJ MAŞ SU 950” markalı laqondanın dəyəri 30 manat: 2012-ci ildə alınmış, həmin vaxtdan istifadə edilmiş və istismara yararlı, 01 dəst “Zip” markalı açarların dəyəri 40 manat:20 metr uzunluğunda en kəsiyi 2x4 mm Türkiyə istehsalı mis materialdan olan “Göktel” markalı kabelin dəyəri 40 manat: 90 metr uzunluğunda en kəsiyi 2x4 mm Türkiyə istehsalı mis materialdan olan kabelin dəyəri 180 manat: 80 metr uzunluğunda en kəsiyi 1x2,5 mm Türkiyə istehsalı mis materialdan kabelin dəyəri 80 manat təşkil edir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4923 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evlərindən oğurlanmış əşyaların 2022ci ilin iyun ayında respublika daxili orta bazar qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir. Diametri 4 mm olan mis materialdan ibarət, üzəri göy izoliyasiyalı elektrik kabelin 1 metrin dəyəri 0,75 manat: Diametri 2,5 mm olan mis materialdan ibarət, üzəri qırmızı izoliyasiyalı elektrik kabelin 1 metrin dəyəri 0,70 manat: Diametri 4 mm olan, “Kabloline” markalı, 2 damarlı mis materialdan ibarət, üzəri ağ izoliyasiyalı elektrik kabelin 1 metrin dəyəri 2,5 manat: Diametri 4 mm olan, “Kabloline” markalı, 2 damarlı mis materialdan ibarət, üzəri ağ izoliyasiyalı elektrik kabelin 1 metrin dəyəri 2,5 manat təşkil etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli 3/1049 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Qusar şəhəri H.Z.Tağıyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən götürülmüş əl izləri ilə Təqsirləndirilən şəxs əl izləri ilə eynilik təşkil edir. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a”, “b” əl-barmaq izləri, 2 saylı daktilolentin səthindəki “a”, “b” əl-barmaq izləri və 3 saylı daktilolentin səthindəki “a”, “b” əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 4,5,6,7 saylı daktilolentlərin səthlərindəki əl-barmaq və papilyar naxış yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin çeçelə barmağından, 1 saylı daktilolentin səthindəki “b” əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin adsız barmağından, 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin orta barmağından, 2 saylı daktilolentin səthindəki “b” əlbarmaq izi Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağından, 3 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağından, 3 saylı daktilolentin səthindəki “b” əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin orta barmağından, 3 saylı daktilolentin səthindəki “c” əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin adsız barmağından qalmışdır Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış əlavə məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6169 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evlərindən oğurlanmış əşyaların 2022-ci ilin iyun ayında respublika daxili orta bazar qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir. İstifadə edilmiş və istismara yararlı 01 ədəd “İnterskol” markalı drelin 2022-ci ilin fevral ayında dəyəri 20 manat:İstifadə edilmiş və istismara yararlı 01 dəst “Zip” markalı drelin 2022-ci ilin fevral ayında dəyəri 15 manat: - en kəsiyi 1x1,5 mm olan mis materialdan ibarət 1 metr yerli istehsallı elektrik kabelin 2022-ci ilin iyunayında dəyəri 0,30 manat: en kəsiyi 3x1,5 mm olan mis materialdan ibarət 1 metr Türkiyə istehsallı “Kabloline” markalı elektrik kabelin 2022-ci ilin iyun ayında dəyəri 1,30 manat təşkil edir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X1 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi epizodlardan zərərçəkmiş şəxslər olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışmışlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi epizodlardan zərərçəkmiş şəxslər olan Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 onlara dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tələb edirlər. Təqsirləndirilən şəxs təqsirləndirildiyi iş üzrə 5 epizoddan 3 epizod üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 vurulmuş olan maddi ziyan tam olaraq ödəməsini, həmin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini bu iş üzrə dəymiş ziyanın qismən ödənilməsi kimi qəbul edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi epizodlardan zərərçəkmiş şəxslər olan Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 dəymiş maddi ziyan ödənilməmiş, həmin zərərçəkmiş şəxslər dəymiş maddi ziyanı tələb edirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi epizodlardan zərərçəkmiş şəxslər olan Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 vurmuş olduğu maddi ziyanı ödəmədən daha yüngül cəzanın təyin edilməsi cəzanın məqsədi təmin edə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsaən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Yuxarıda qeyd olunan normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, 21 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməldir. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək zərərçəkmiş şəxsə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 361,11 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilmədir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd vint açan, 01 ədəd kəlbətin, 01 ədəd qazan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 30 metr elektrik kabelinin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, 07 ədəd daktilolent və 01 ədəd daktiloxəritə iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197,198, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29 mart 2023-cü il tarixdən hesablansın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 361,11 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd vint açan, 01 ədəd kəlbətin, 01 ədəd qazan, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 30 metr elektrik kabelinin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın, 07 ədəd daktilolent və 01 ədəd daktiloxəritə iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsinə dair tələbi üzrə ona müvafiq məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar