Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-8/2025 14.01.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi: Şahid2 Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2006-cı ildə Qusar rayonu Çiləgir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Balaqusar kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs aşkar surətdə 16 yaşma çatmadığı ona bəlli olan və özü ilə yaş fərqi 2 ildən çox olan, xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs 21 avqust 2024-cü il tarixdə səhər radələrində yaşadığı Qusar rayonu Balaqusar kəndində yerləşən evinə aparmış, həmin gün saat 13 radələrində sonuncunun razılığı ilə öz sağ əlin ikinci (şəhadət) barmağını onun anal dəliyinə salmış, daha sonra isə öz cinsiyyət orqanını onun anal dəliyinə sürtərək öz cinsi ehtirasını təmin etməklə Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, “İnstagram” sosial şəbəlkəsi vasitəsilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə tanış olmuş, bir müddət onunla telefon vasitəsi ilə danışmış, tanış olduqdan 2 ay keçdikdən sonra səhər saat 6-ya işləmiş həmin şəxslə görüşüb, əvvəlcə stadiona tərəf getmişlər, orada saat 8-ə kimi gözləyib, taksi ilə onun yaşadığı evə getmişlər. Həmin vaxt onun dostu Vüqar da olmuşdur. Evdə olarkən Mehri ilə söhbət etmişlər, həmçinin sevişmişlər. O, evdə olduqları vaxt Mehrinin 14 yaşı olduğunu və 9-cu sinifdə oxuduğunu bilirdi. O, öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs anal dəliyinə sürtmüş, əlini həmin şəxsin arxa nahiyyəsinə salmışdır. O, Mehriyə zor tətbiq etməmiş, sevişmələri könüllü olmuşdur. Hadisədən sonra Mehrinin valideynləri ilə barışmağa cəhd etmişlər, lakin onlar barışmamışlar. Hazırda əməlindən peşmandır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə “İnstagram” sosial şəbəkəsində tanış olmuş, həmin vaxt o, öz yaşını Murada bildirmişdir. Hadisə Muradın bildirdiyi kimi olmuş, həmin şəxs ittiham aktında göstərilən hərəkətləri ona qarşı etmişdir. O, həmin gün səhərə yaxın evdən çıxıb Muradla görüşmüş, taksi ilə Muradın evinə getmişlər. Taksidə olarkən o, başını aşağı salmaqla əyləşmişdi. Məhkəmə iclasında zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Şahid2 şahid qismində ifadə verərək göstərdi ki, qızı Mehri hazırlıq kurslarına gedib gəlmiş, onun geçə saatlarında evdən çıxması halları olmamışdır. 21 avqust 2024-cü il tarixdə səhər tezdən oyanıb qızının evdə olmadığını görüb DİN-nin 102 xidmətinə məlumat vermişlər. Günorta saatlarında qızı Mehri evə qayıtmış və Muradın evində baş vermiş münasibətləri ona danışmışdır. Təqsirləndirilən şəxslə barışıq yoxdur. Aradan xeyli vaxt keçəndən sonra Muradın anası ona zəng edib və o, da telefonda onunla nə danışacağını bilməmiş və görüşməli olduqlarını demişdir. Muradın anası başqalarının vasitəsi ilə ona telefon nömrəsi göndərib ki, onunla danışsın, o, isə danışmamışdır. Yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kimi təqsirləndirilən şəxsə cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. Səhər tezdən evdən qapı səsi gəlmiş, qayınanası demişdir ki, Mehri evdə yoxdur. O, dərhal geyinib həyətə düşmüş, lakin Mehrini tapa bilməmişdir. Həmin vaxt həyat yoldaşı Səmilə ona zəng edib demişdir ki, bu barədə polisə məlumat versin. Həmin ərəfədə Polis şöbəsinin Təhqiqat Bölməsinin rəisinə bu barədə məlumat vermişdir. Bundan sonra o, özü ətrafda olan müşahidə kameraları nəzərdən keçirmiş, həmin ərəfədə ona zəng olunaraq qızının evə qayıtmasını bildirilmişlər. O, bundan sonra qızının ona verdiyi məlumatları dərhal polisə bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dostudur, eyni məktəbdə oxumuşlar. O, parkda oturan zaman Murad ona zəng etmiş, onu maşınla aparmasını xahiş etmişdir. O, orada qızın olduğunu bilməmişdir. O, gedib Muradı qızla birlikdə götürmüş, gətirib qızı düşürmüş və sonra Muradı parka aparmışdır. O, yolda qızın kim olduğunu soruşmamış, çünki onlar evdən çıxmışlar. X2 gülə-gülə, danışa-danışa gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur. O, dəqiq tarixini xatırmaladığı gündə səhər saat 8 radələrində dayanacaqda dayanan zaman “Elit” mağazasında satıcı işləyən bir qız maşına minmiş, həmin şəxsi aparanda İcra Hakimiyyətinin dayanacağında Murad əl etmiş və o, da saxlamışdır. Murad qabaq oturacaqda, yanında əyləşmiş, arxa tərəfdə soldan bir qız və bir oğlan da maşına minmişlər. Qız başı aşağı vəziyyətdə əyləşmişdir. O, avtovağzala kimi getmiş, birinci minən qız düşmüş, Murad onları Balaqusar kəndinə aparmasını demiş, o, da aparmışdır. Evə çatmağa 10 metr qalmış Murad maşını saxlatmış, onlar maşından düşmüşlər, arxada oturan qız və oğlan maşının arxasından fırlanmışlar, ona görə həmin şəxslərin üzünü görməmişdir. Murad orada gözləməsini demiş, digər oğlan maşında qalmış, Murad evə girib çıxmış və onlar geri qayıtmışlar. Avtovağzalın yanında onları maşından düşürmüşdür. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, orta məktəbin 8-ci sinifində oxuyur, Muradla Mehrini əvvəllər tanımışdır. O, kafedə olan zaman Murad ona zəng etmiş, onunla “Nərimanov” parkında, meydanda oturmuşlar, sonra Mehrini də götürüb taksi sürücüsü Tofikin maşını ilə Balaqusar kəndinə getmişlər. Geri qayıdanda Murad avtovağzalda düşmüş, o, isə evə getmişdir. Sonradan o, Muradı görəndə, sonuncu Mehri ilə evdə nə münasibətlər baş verdiyini ona deməmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 418 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət aşkar edilmədi.Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri aşkar edilmədi. Bununla belə qeyd etmək lazımdır ki, arxa keçəcəkdən bir-iki dəfə qeyri təbii yolla cinsi əlaqədə olma özündən sonra hər hansı bir martofoloji dəyişiklik saxlamaya bilər (i/v 32). İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 428 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - boynun sağ yan səthinin aşağı şöbəsinin iki ədəd yan-yana yerləşən qançır-qansızması xx.xx.2024-cü il tarixdə müxtəlif şəraitlərdə, həmçinin Təqsirləndirilən şəxs dediyi şəraitdə, yəni öpüşmə nəticəsində də əmələ gəlməsi istisna edilmir və qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (i/v 33). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X1” X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 403 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq və ilkin məlumatı nəzərə alıb qərarda qoyulmuş suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilmədi. Cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir (i/v 115-116). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 tərəfindən verilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 2694 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (i/v 112-113). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 tərəfindən verilmiş kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2775 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs həmçinin ona qarşı törədilən əməl zamanı hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik lamətləri aşkar olunmayıb. Zərərçəkmiş şəxs fərdi psixi xüsusiyyətləri emosionallıq, tez təsirlənməkdir. Zərərçəkmiş şəxs özündən uydurmağa meyilillik aşkar edilmədi. Zərərçəkmiş şəxs ona qarşı törədilən hərəkətlərin xarakterini və mahiyyətini adekvat olaraq dərk edib qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur (i/v 108-110). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v 77). İş materiallarında olan Qusar rayon İHB-nın Balaqusar kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah edilməsi ona azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edilməklə mümkündür, həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da şəxsiyyətin cinsi toxunulmazlığı sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hazırkı hökm çıxarılan vaxtdan, yəni 14 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Təqsirləndirilən şəxs vəzifəli şəxs olmadığından və xüsusi fəaliyyət növləri ilə məşğul olmadığından onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 14 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında apellyasiya şikayəti və protesti verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №1(029)-8/2025
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-8/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver