Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-80/2021 10.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 2021-ci ilin iyun ayının 17-dən 18-nə keçən gecə saat 01 radələrində, ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə daş hasardan aşmaqla evin 1-ci mərtəbəsində yerləşən, zirzəmi kimi istifadə olunan, həmin vaxt açıq olan otağın qapısından içəri qanunsuz daxil olaraq orada olan 01 ədəd dəyəri 100 manat olan qulplu mis səhəngi və 01 ədəd dəyəri 40 manat olan mis qazanı gizli yolla talamaqla oğurlayaraq bibisi X2 yaşadığı Qusar şəhəri Sabir küçəsi ev 47-də yerləşən yaşayış evinin zirzəmisində sonuncudan xəbərsiz gizlədərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 140 manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun qonşusu olmaqla ünvan 3 ünvanda yaşayır. O, 17 iyun 2021-ci il tarixdə gecə saatlarında spirtli içki qəbul edərək sərxoş olmuş və gecə saat təxminən 01 radələrində qonşusu Zərərçəkmiş şəxs evinə hasardan aşmaqla gizli şəkildə daxil olaraq həmin evin zirzəmisində olan bir ədəd qulplu mis səhəngi və mis qazanı oğurlamışdır. Həmin əşyaları aparıb bibisinin evinin zirzəmisində gizlətmişdir. Sonradan onu polis əməkdaşları saxlamışlar və o, törətdiyi əməlini etiraf etmiş, oğurladığı əşyalar isə götürülmüşdür. O, əsəb xəstəliyindən əziyyət çəkir, törətdiyi əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş zərəri tam aradan qaldırmış, həmin şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, ünvan 3 ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur, münasibətləri yaxşı olmuşdur. O, 17.06.2021-ci il tarixdən 18.06.2021-ci il tarixə keçən gecə saat təxminən 01 radələrində evin 2-ci mərtəbəsində yataq otağında yatarkən evin 1-ci mərtəbəsindən səs gəlmiş, səsin taxta səsinin olmasını düşünmüş, sonradan o, səsin daha da çoxalmasını görüb pəncərədən həyətə baxmış, lakin orada heç nə görməmişdir. 18.06.2021-ci il tarixdə səhər saatlarında yerindən duraraq evin zirzəmisinə düşmüş və orada olan 1 ədəd 10 litrlik qulplu mis su səhənginin, 1 ədəd, 2 kq olan mis qazanın yerində olmadığını görmüşdür. Bundan sonra DİN-nin “102” xidməti zəng məkəzinə zəng edərək, bu barədə məlumat vermiş, növbəti gün-yəni 19.06.2021-ci il tarixdə isə həmin əşyaları qonşusu Təqsirləndirilən şəxs oğurladığını bilmişdir. Hazırda həmin əşyalar ona qaytarılmış, Familə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, onunla barışmışdır. Odur ki, həmin şəxsin barəsində həbslə əlaqədar olmayan cəzanın təyin edilməsini, mümkünsə ümumiyyətlə cəza təyin edilməməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmiş, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Ona görə də, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan cəza təyin, edilməsin, mümkünsə cəza təyin edilməməsini məhkəmədən xahiş edir. Həmçinin, təyin olunmuş növbəti məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, ünvan 4 ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Həmin küçədə yerləşən 47 saylı ev də ona məxsusdur, lakin həmin evdə yaşayış yoxdur. 19 iyun 2021-ci il tarixdə ona məlum olmuşdur ki, qardaşı oğlu Famil Zərərçəkmiş şəxs evindən 1 ədəd qulplu mis səhəngi və 1 ədəd mis qazanı oğurlayaraq ünvan 5 ünvanda yerləşən və yaşayış olmayan ona məxsus evin zirzəmisində gizlətmişdir. Bu barədə o, polis əməkdaşları məlumat verdikdən sonra bilmişdir. Bundan sonra polis əməkdaşları həmin evin zirzəmisinə baxış keçirərək həmin əşyaları götürmüşlər və Təqsirləndirilən şəxs isatintaqa cəlb olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuşdur. 18 iyun 2021-ci il tarixdə Famil ona zəng edərək özündə mis qabların olduğunu bildirərək həmin əşyaları birlikdə Quba şəhərinə aparıb satmalarını təklif etmiş, o isə razı olmuşdur. Bundan sonra o, Famil və sonuncunun dostu Hidayətlə birlikdə Quba şəhərinə getmişlər, lakin orada mis qabları sata bilməmişlər, oradan Xaçmaz şəhərinə getmişlər, lakin orada da həmin əşyaları sata bilməmişlər. Ona görə də, geri qayıtmışlar və o, yaşadığı evə getmişdir. Sonradan ona məlum olmuşdur ki, Famil həmin əşyaları Şəfiqə adlı şəxsin evindən oğurlamışdır. Famil həmin əşyaları oğurlayarkən onun bundan xəbəri olmamış, polis əməkdaşları dedikdən sonra bilmişdir. Famil həmin əşyaları oğurladığını etiraf etmiş və istintaqa cəlb olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 18.06.2021-ci il tarixdə saat 13 radələrində tanışı Famil onun mobil telefonuna zəng edib, maşınla Qusar şəhərində yerləşən N.Nərimanov parkının qabağına gəlməsini xahiş etdiyini bildirmişdir. O, özünə məxsus “Opel Astra” markalı **-BQ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Qusar şəhərinə N.Nərimanov parkının qabağına getmiş, orada Famili maşınına mindirmiş, daha sonra isə tanışı Fərmanı da özləri ilə götürmüşlər. O, Fərman və Familin Quba şəhərinə nə səbəbə getdiklərini soruşduqda, Famil özündə bir əmanətin olduğunu demiş, lakin kimə verəcəyini deməmiş, yolda saxlayıb həmin əmanəti götürəcəyini demiş, o, avtomobili həmin yerdə saxlamış, Famil 2 ədəd mis qabı kol-kosluqdan götürüb avtomobilin yük hissəsinə qoymuşdur. Quba şəhərində Famil meyvə-tərəvəz bazarına getmiş və 10 dəqiqədən sonra qayıdaraq Quba şəhərində yerləşən bir məhəlləyə getmişlər, daha sonra birlikdə Xaçmaz şəhərinə getmişlər, Xaçmaz şəhərinin mərkəzində yerləşən dairəvi yolda Famil və Fərman avtomobildən düşüb 10 dəqiqə sonra gələrək Qusar şəhərinə geri qayıdacaqlarını demişlər. O, Qusar şəhərinə gəldikdən sonra Fərman və Famili öz məhəllələrinə düşürmüş, Famil avtomobilin yük yerinə qoyduğu mis qabları da özü ilə birlikdə götürüb aparmışdır. Həmin qabların oğurluq olmasından xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı X11 tərəfindən Zərərçəkmiş şəxs, Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi Ceyhun Heydərovun, ekspert-kriminalist X8, hal şahidləri X4 və X1 iştirakları ilə tərtib edilmiş 18 iyun 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 19:40-dan saat 20:45dək Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən evin zirzəmisinə baxış keçirilmişdir. Baxış zamanı evin 2 mərtəbəli olması, evin 1-ci mərtəbəsindən zirzəmiyə giriş-çıxış qapılarının açıq vəziyyətdə olduğu müəyyən olunmuşdur. Həmin zirzəmiyə baxış zamanı Zərərçəkmiş şəxs ona məxsus 01 ədəd səhəngin və 01 ədəd qazanın hadisədən əvvəl olduğu yerləri göstərmişdir. Evin zirzəmisində sınmış, dağıdılmış əşyalara rast gəlinməmişdir. İş materiallarında olan Şahid1 Qusar RPŞ-nə verdiyi 19.06.2021-ci il tarixli ərizəsindən görünür ki, o, ünvan 5 ünvanda yerləşən evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı X11 tərəfindən Şahid1, Təqsirləndirilən şəxs, Qusar RPŞnin CAB-nin əməliyyat müvəkkili X10, ekspert-kriminalist X8 iştirakları ilə tərtib edilmiş 19 iyun 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 13:00-dan saat 14:10-dək ünvan 5 ünvana baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurladığı və qeyd olunan ünvanın zirzəmisində olan 01 ədəd mis səhəngi və 01 ədəd mis qazanı gizlətdiyi yeri göstərməklə təqdim etmişdir. Baxış zamanı evin zirzəmisində gizlədilmiş həmin əşyalar protokollaşdırılaraq götürülmüşdür. Həmin ünvana baxış videoçəkilişlə ”Panasonic” markalı fotoaparatla keçirilmişdir. Baxış zamanı çəkilmiş disk protokola əlavə olunacaqdır (daha sonra əlavə olunmuşdur). Baxış zamanı digər iz və ya əşya aşkar edilməmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 iyul 2021-ci il tarixli 9/4270 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınaraq 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: - 1 ədəd 6,565 qram çəkidə, hündürlüyü 64 sm olan kustar üsulla hazırlanmış, üzəri qaralmış, aşağı dayaq hissəsində 4,5 sm ölçüdə qırıq, zədə müşahidə olunan qulplu mis səhəng 100.00 manat, - 1 ədəd 2,720 qram çəkidə alt diametri 32 sm, üst diametri 26 sm, hündürlüyü 14 sm olan kustar üsulla hazırlanmış üzəri qaralmış, yan hissəsində batıq, zədə olan mis qazan 40,00 manat. Ekspertiza tədqiqatına təqdim edilmiş həmin tədqiqat obyektlərinin antik olubolmaması ekspert əmtəəşünasın səlahiyyətlərinə aid olmadığı üçün bu barədə suala cavab vermək mümkün olmamışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli 9/4270 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 02 avqust 2021-ci il tarixli 1681 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Emosional davamsız tip şəxsiyyət pozuntusu aşkar edilir. Bunu anamnestik məlumatlar və hazırkı psixiatrik müayinənin nəticələrixasiyyətcə əsəbi qıcıqlara qarşı həssas münaqişələrə meyilli olması əsəbi gərginlik zamanı özünə xəsarət yetirməsi həmçinin hazırki müayinə zamanı təqdim etdiyi şikayətləri ünsiyyətə narazı tərzdə daxil olması əsəbiliyi, emosional dayanıqsızlığı təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki Təqsirləndirilən şəxs aşkar edilən “emosianal davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərkətlərinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayının 17-dən 18-nə keçən gecə qeyd olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də ona ittiham olunan əmələ görə ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan ibtidai istintaq orqanının 14 iyul 2021-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 01 ədəd mis qazan və 01 ədəd mis səhəng maddi sübut kimi tanınmış, saxlanmaları üçün Qusar RPŞ-nin maddi sübutlar otağına verilmişdir. İş materiallarında olan 14.07.2021-ci il tarixli 150 saylı mədaxil qaiməsindən görünür ki, eyni tarixli qərarla maddi sübut kimi tanınmış 01 ədəd mis qazan və 01 ədəd mis səhəng Qusar RPŞ-nin polis baş serjantı Urfan Aydəmirova təhvil verilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 06 sentyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 157-ci maddəsinin tərkib əlamətləri, Şahid3 Rəhmanoviçin və Şahid2 əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs məxsus 01 ədəd qulplu mis səhəng və 01 ədəd mis qazan iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi qiymətləndirilmiş və gündəlik tələbatda istifadə olunduğundan sahibinə qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan 16 avqust 2021-ci il tarixli qəbzdən görünür ki, 01 ədəd səhəng və 01 ədəd qazan Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 15 avqust 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli 1164/07-21 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X3 həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 12.07.2021-ci il tarixli tələbnamədən, Qusar rayon məhkəməsinin 05.05.2015-ci il tarixli hökmünün, Sumqayıt Apelyasiya Məhkəməsinin 26.11.2014-cü il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 21.04.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 180.2.1, 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəzası sınaq müddəti təyin edilərək şərti hesab edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 26.11.2014-cü il tarixli qərarı ilə həmin hökm CM-nin 70-ci maddəsinə dair hissədə ləğv edilmiş, həmin şəxs məhkəmə iclas zalında həbs edilmiş; Qusar rayon məhkəməsinin 05.05.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 228.4, 229.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2, 66.5-ci maddələrinə əsasən qəti olaraq 04 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 27.09.2018-ci il tarixli qərarı ilə 07 ay 27 gün vaxtından əvvəl şərti azad olunmuş, 24.05.2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli 3986/21 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 05.05.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 228.4, 229.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.2, 66.5-ci maddələri tətbiq edilməklə qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarı ilə 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs cəza müddətinin əvvəli 26.11.2014-cü il tarixdən hesablanmış və cəza müddətinin sonu 24.05.2019-cu il müəyyən edilmişdir. Məhkum Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. 24.05.2019-cu il tarixdə məhkum Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması götürülmüş, üzərində nəzarət dayandırılmış və o, Qusar rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.07.2021-ci il tarixli 1463 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası X7 və anası X5 ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.07.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayının 17-dən 18-nə keçən gecə saat 01 radələrində, ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə daş hasardan aşmaqla evin 1-ci mərtəbəsində yerləşən, zirzəmi kimi istifadə olunan, həmin vaxt açıq olan otağın qapısından içəri qanunsuz daxil olaraq orada olan 01 ədəd dəyəri 100 manat olan qulplu mis səhəngi və 01 ədəd dəyəri 40 manat olan mis qazanı gizli yolla talamaqla oğurlayaraq bibisi X2 Qusar şəhəri Sabir küçəsi ev 47-də yerləşən yaşayış evinin zirzəmisində sonuncudan xəbərsiz gizlədərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 140 manat maddi ziyan vurması və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 83, 83.3.3-ci maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Qusar rayon məhkəməsinin 05.05.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 228.4, 229.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2, 66.5-ci maddələrinə əsasən qəti olaraq 04 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 27.09.2018-ci il tarixli qərarı ilə 07 ay 27 gün vaxtından əvvəl şərti azad olunmuş, 24.05.2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Həmin vaxtdan, yəni vaxtından əvvəl şərti azad olunduğu 27.09.2018-ci il tarixdən iki il müddət keçdikdən-yəni məhkumluğu ödənildikdən sonra 18.06.2021-ci il tarixdə hazırkı cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmamalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, xəstəliyini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 6 ünvanda yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olmuş, dəymiş zərəri tam aradan qaldırmaqla zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qulplu mis səhəngin və 01 ədəd mis qazanın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş materiallarında olan 01 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 50 (əlli) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 6 ünvanda yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd mis qulplu səhəngin və 01 ədəd mis qazanın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş materiallarında olan 01 ədəd DVD disk işdə saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-80/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-80/2021
10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver