Məhkəmə qərarları › İş №1(029)-80/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-80/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-80/2023 17.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Qusar rayonu Ləcət kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, 04 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 iyul 2023-cü il tarixdə Qusar rayon məhkəməsi tərəfindən barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.2, 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 18 iyun 2023-cü il tarixdə saat 12 radələrində Quba şəhəri, Heydər Əliyev prospekmtində yerləşən Zərərçəkmiş şəxs3 icarəsində olan “Azercell Cempion” telefon mağazasından 999 manat dəyərində 01 ədəd “Samsunq A54” markalı mobil telefonu mağazanın açıq vitrinindən gizli yolla talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən, 18 iyun 2023-cü il tarixdə, saat 16 radələrində Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 icarəsində olan “Ansar telekom” telefon mğzasından 1150 mnat dəyərində 01 ədəd “Samsunq Galaxy S22” markalı mobil telefonu mağaanın açıq vitrinindən gizli yolla oğurlamışdır. Bundan başqa o, təkrarən, özgə əmlakını qanunsuz ələ keçirmək” məsədilə 03 iyul 2023-cü il tarixdə, saat 20 radələrində Qusar rayonu, Kirig kənd sakini Zərərçəkmiş şəxs1 işlədiyi Kiriğ kəndində yerləşən avtoyuma sexində onun həyatı və ya saxlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə, yəni yumruq və təpik zərbələri ilə onu döyərək “sağ qulaq seyvanının arxa səthinin qançırı ilə fadə olunn xəsarətlər yetirməklə əlində olan 200 manat dəyərində 01 ədəd “Xiaomi Redmi 12” markalı mobil telefonu və üzərindəki 4 mnat dəyərində 01 ədəd “Azercell” mobil nömrəni açıq tlayraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 180.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, 18 iyun 2023-cü il tarixdə Quba şəhəri H.Əliyev prospektində yerləşən “Azercell Cempion” telefon mağazasına daxil olmuş, satıcının başının qarışıq olduğunu görüb bir ədəd mobil telefonu vitrindən götürüb getmişdir. Bundan sonra həmin gün Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “Ansar Telekom” mağazasına daxil olmuş, orada olan qarışıqlıqdan istifadə edərək bir ədəd mobil telefonu götürüb getmişdir. 03 iyul 2023-cü il tarixdə isə Qusar rayonu Kirig kəndində təcili zəng etmək üçün ona mobil telefon lazım olmuş, bu səbəbdən də həmin kənddə yerləşən avtoyuma sexində işləyən Zərərçəkmiş şəxs1 mobil telefonunu istəmiş, sonuncu telefonu vermədiyinə görə, həmin şəxsi döyərək telefonunu əlindən almışdır. Hazırda əməlindən peşmandır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Qusar şəhəri Kirig kəmndində yerləşən avtoyuma sexində işləyir. 03 iyul 2023-cü il tarixdə o, avtoyuma sexində avtomobil yuyarkən Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə oraya gəlmiş, salam verdikdən sonra onu vurmuş və onun 750 manata aldığı mobil telefonunu götürüb getmişdir. Hazırda Pənah telefonu ona qaytarmış, həmin şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 18 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “Ansar Telekom” telefon mağazasına gəlmiş, bir ədəd mobil telefonu göstərərək onu satmaq istədiyini bildirmiş, telefonun qutusu və sənədləri olmadığına görə telefon alınmamışdır. Daha sonra isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mağazada olan qarışıqlıqdan istifadə edərək oradan bir ədəd “Samsung Galaxy S22+” markalı mobil telefonu oğurlayıb aparmışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, həmin ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Azercell Cempion” telefon mağazasını işlədir. Hadisə baş verən gün, yəni 18 iyun 2023-cü il tarixdə o, işdə olmamış, işə gəldikdə isə bir ədəd mobil telefonun yerində olmadığını görmüşdür. Bundan sonra müşahidə kamerasına baxmış və orada bir nəfər şəxsin mobil telefonu götürüb getdiyini görmüşdür. Məlum olmuşdur ki, telefonu oğurlayan şəxs Təqsirləndirilən şəxsdur. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “Ansar Telekom”da satıcı kimi işləmişdir. Təqsirləndirilən şəxs tanıyır. Həmin şəxs xx.xx.2023-cü il tarixdə onun işlədiyi mağazaya gəlib mağazaya telefon satmaq istəmiş, lakin həmin telefonu almamışlar. Həmin gün saat 16 radələrində o, vitrinləri yoxladığı zaman orada olan 01 ədəd “Samsung Galaxy S 22+” markalı mobil telefonun yerində olmadığını görmüşdür. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 04 iyul 2023-vü il tarixli, 331 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərsağ qulaq seyvanının arxa səthinin qançırı küt əşyanın(əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (i/v:18). İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 iyul 2023-cü il tarixli 9/5070 saylı rəyindən görünür ki, 01 ədəd “Samsung A54” markalı, 6 GB operativ yaddaşlı, 128 GB daxili yaddaşlı mobil telefonun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq, satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını nəzərə alınaraq 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə 650,0 manat müəyyən olunur(i/v:212-215). İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 iyul 2023-cü il tarixli 9/4950 saylı rəyindən görünür ki, 01 ədəd “Samsung” markalı, SM-S9068ZGGCAU (S22+) modelli 8 GB operativ yaddaşlı, 256 GB daxili yaddaşlı mobil telefonun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq, satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını nəzərə alınaraq 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə 1150,0 manat müəyyən olunur (i/v:216-219). İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 iyul 2023-cü il tarixli 9/5226 saylı rəyindən görünür ki, 01 ədəd “X3 12” markalı, 6GB operativ yaddaşlı, 128 GB daxili yaddaşlı mobil telefonun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq, satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını nəzərə alınmaqla 2023-cü ilin iul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 200,0 manat, (050) ***-**-** saylı GSM danışıq kartı 4,00 manat müəyyən olunur (i/v:220-223). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (i/v: 112-113). İş materiallarında olan Qusar rayon İHB-nın Həzrə kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i/v 127). Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Beləliklə, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 180.2.4-cü maddələri ilə tövsif edir. O, həmin maddələrlə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı əməlindən peşman olmasını, dəymiş zərəri qismən aradan qaldırmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, onun islah olunması sonuncuya azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi ilə mümkündür, həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu tarixdən, yəni 04 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. İş üzrə 150 (yüz əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.2, 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 04 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. İş üzrə 150 (yüz əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar