Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-81/2020 20.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1968-ci ildə Sabirabad rayonu Narlıq kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Abşeron rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, xx xxxx 2020-ci il tarixdə tutulmuş, xx xxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsi tərəfindən barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə saat 01 radələrində Qusar şəhəri Çingiz Qurbanov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətinə hasardan tullanıb qanunsuz daxil olaraq, evin arxa tərəfinə keçərək pəncərədən içəri girib evdən 1 metrin dəyəri 0,22 manat en kəsiyi 2x1,5 mm olan Rusiya istehsalı mis materialdan ibarət 200 metr elektrik kabelləri, 1 metrin dəyəri 0,32 manat en kəsiyi 2x2,5 mm olan Rusiya istehsalı mis materialdan ibarət 200 metr elektrik kabelləri, 1 metrin dəyəri 0,50 manat en kəsiyi 2x4 mm olan Rusiya istehsalı mis materialdan ibarət 300 metr elektrik kabelləri və 1 metrin dəyəri 0,68 manat en kəsiyi 2x6 mm olan Rusiya istehsalı mis materialdan ibarət 30 metr elektrik kabelləri gizli yolla talamaqla Zərərçəkmiş şəxs1 cəmi 278,4 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə saat 02:30 radələrində Qusar şəhəri Çingiz Qurbanov küçəsində yerləşən Şahid3 məxsus fərdi yaşayış evinin həyətinə hasardan tullanıb qanunsuz daxil olaraq, evin qabaq tərəfində olan evin pəncərəsini üstündə gəzdirdiyi mətbəx bıçağı ilə açıb, içəri girib həmin evdə usta işləyən Zərərçəkmiş şəxs5 məxsus dəyəri 30 manat olan 01 ədəd plastik boru ütüsü, dəyəri 25 manat olan 01 ədəd bolqarkanı, dəyəri 20 manat olan 01 ədəd elektro dreli və 01 ədədin dəyəri 20 manat olan 03 ədəd rezba açan meçikləri gizli yolla talamaqla Zərərçəkmiş şəxs5 cəmi 135 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə saat 02 radələrində ünvan 1 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətinə hasardan tullanıb qanunsuz daxil olaraq, evin arxa tərəfinə keçərək evin həyətində olan bellə evin pəncərəsini açıb, içəri girib həmin evdən 1 metrin dəyəri 1 manat “Borosant” markalı en kəsiyi 2x4 mm olan mis materialdan ibarət 600 metr elektrik kabellərini, 1 metrin dəyəri 0,80 manat “Borosant” markalı en kəsiyi 2x2,5 mm olan mis materialdan ibarət 300 metr elektrik kabelləri və 1 metrin dəyəri 0,40 manat mis materialdan ibarət 25 metrlik elektrik ötürücünü gizli yolla talamaqla Zərərçəkmiş şəxs2 cəmi 850 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə saat 01:30 radələrində Qusar şəhəri Ziya Bünyatov küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətinə hasardan tullanıb qanunsuz daxil olaraq, evin arxa tərəfinə keçərək evin həyətində olan bellə evin pəncərəsini açıb, içəri girib həmin evdən Zərərçəkmiş şəxs3 məxsus 1 ədədin dəyəri 2 manat olan 29 ədəd “CLİPSAL” markalı cərəyan mənbələri və evin həyətindən 1 metrin dəyəri 1 manat “Sedef” markalı en kəsiyi 2x4 mm olan mis materialdan ibarət 50 metr elektrik kabelləri, həmçinin həmin evdə usta işləyən Zərərçəkmiş şəxs4 məxsus dəyəri 163 manat olan 01 ədəd “İJSTAL” markalı pereferatoru, dəyəri 120 manat olan 01 ədəd “Storm” markalı pereferatoru, dəyəri 120 manat olan 01 ədəd “Vixr” markalı laqundanı,dəyəri 30 manat olan 01 ədəd “Fiolent” markalı lobziki, dəyəri 35 manat olan 01 ədəd “Candan” markalı plastik boru ütünü, dəyəri 20 manat olan 01 ədəd “İnterskol” markalı dreli, dəyəri 40 manat olan 01 ədəd “İnterskol” markalı elektrik vint açanı, dəyəri 55 manat olan 01 ədəd “ENHEL” markalı bolqarkanı, dəyəri 13 manat olan 01 ədəd “Adler” markalı 100 kv-lıq projektoru, 1 metrin dəyəri 0,60 manat olan en kəsiyi 2x1,5 mm-lik mis materialdan ibarət 15 metr elektrik kabelləri, dəyəri 20 manat olan 01 ədəd 20 metrlik elektrik uzadıcını, dəyəri 3 manat olan 01 ədəd tənzimləyən açarı, dəyəri 3,50 manat olan 01 ədəd əl mişarı, dəyəri 2,50 manat olan 01 ədəd kəlbətini, dəyəri 1 manat olan 01 ədəd atvertkanı və dəyəri 0,30 manat olan 01 ədəd rezakı gizli yolla talamaqla Zərərçəkmiş şəxs3 cəmi 108 manat və Zərərçəkmiş şəxs4 cəmi 630,3 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, ittiham aktında göstərilənlər düzgündür, ibtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq edir. O, həqiqətən də, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq həmin evdən müxtəlif ölçülü elektrik kabellərini oğurlamaqla həmin şəxsə cəmi 278,4 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə saat 02:30 radələrində Qusar şəhəri Çingiz Qurbanov küçəsində yerləşən Şahid3 məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq, həmin evdə usta işləyən Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd plastik boru ütüsünü, 01 ədəd bolqarkanı, 01 ədəd elektro dreli və 03 ədəd rezba açan meçikləri oğurlamaqla Zərərçəkmiş şəxs5 cəmi 135 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə saat 02 radələrində ünvan 1 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq həmin evdən müxtəlif ölçülü elektrik kabellərini və elektrik ötürücünü oğurlamaqla Zərərçəkmiş şəxs2 cəmi 850 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə saat 01:30 radələrində Qusar şəhəri Ziya Bünyatov küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq, həmin evdən Zərərçəkmiş şəxs3 məxsus 29 ədəd “CLİPSAL” markalı cərəyan mənbələrini və evin həyətindən “Sedef” markalı elektrik kabellərini, həmçinin həmin evdə usta işləyən Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd “İJSTAL” markalı pereferatoru, 01 ədəd “Storm” markalı pereferatoru, 01 ədəd “Vixr” markalı laqundanı, 01 ədəd “Fiolent” markalı lobziki, 01 ədəd “Candan” markalı plastik boru ütünü, 01 ədəd “İnterskol” markalı dreli, 01 ədəd “İnterskol” markalı elektrik vint açanı, 01 ədəd “ENHEL” markalı bolqarkanı, 01 ədəd “Adler” markalı 100 kv-lıq projektoru, elektrik kabellərini, 01 ədəd 20 metrlik elektrik uzadıcını, 01 ədəd tənzimləyən açarı, 01 ədəd əl mişarını, 01 ədəd kəlbətini, 01 ədəd atvertkanı və 01 ədəd rezakı oğulamaqla Zərərçəkmiş şəxs3 cəmi 108 manat və Zərərçəkmiş şəxs4 cəmi 630,3 manat maddi ziyan vurmuşdur. O, oğurluq edərkən istifadə etdiyi və üzərində gəzdirdiyi mətbəx bıçağı Şahid3 evində qalmışdır. Sonradan o, polis əməkdaşları tərəfindən saxlanılmış, o, törətdiyi cinayət əməllərini eytiraf etmiş və barəsində hazırkı cinayət işi başlanılmaqla istintaqa cəlb olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslərlə barışıq əldə etdiyini, onlara dəymiş zərəri tam şəkildə aradan qaldırdığını, sonuncuların ona qarşı heç bir şikayətlərinin, tələblərinin və iddialarının olmadığını göstərmiş və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəməəmtəəşünaslıq və məhkəmə-ballistik ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, uzun müddətdir ki, Qusar şəhərində özünə fərdi yaşayış evi tikmiş, onun heç kəslə düşmənçilik və ədavəti olmamışdır. xx xxxx 2020-ci il tarixdə günorta radələrində o, tək başına Qusar şəhəri X1 yerləşən evinə baş çəkmək üçün gələn zaman, evindən 730 metr müxtəlif diamterli elektrik kabellərinin oğurlandığını aşkar etmişdir. xx.xx.2020-ci il tarixdə o, Qusar RPŞ-nə ərizə ilə müraciət edərək, yaşadığı evdən naməlum şəxs və ya şəxslər tərəfindən en kəsiyi 2x1,5 mm olan Rusiya istehsalı mis materialdan ibarət 200 metr elektrik kabellərinin, en kəsiyi 2x2,5 mm olan Rusiya istehsalı mis materialdan ibarət 200 metr elektrik kabellərinin, en kəsiyi 2x4 mm olan Rusiya istehsalı mis materialdan ibarət 300 metr elektrik kabellərinin və en kəsiyi 2x6 mm olan Rusiya istehsalı mis materialdan ibarət 30 metr elektrik kabellərinin kəsilib oğurlandığını bildirmişdir. Bundan sonra Qusar RPŞ-də ona məlum olmuşdur ki, onun evindən oğurluq etmiş şəxs əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxsdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanına təqdim etdiyi xx xxxxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, Qusar şəhəri X1 yerləşən, ona məxsus evdən oğurluq etmiş Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəmiş və o, həmin şəxsi bağışlamışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur, nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli teleqramdan görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur, polisə verdiyi məlumat düzdür, məhkəməyə gələ bilmir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2016-cı ildən etibarən Qusar şəhərində fərdi yaşayış evi tikməyə başlamış, 2020-ci ilin may ayının axırlarından etibarən onun həmkəndliləri Sakiddin və Bərhuz onun evində suvaq işlərinə başlamışlar. xx.xx.2020-ci il tarixdə səhər saat 08 radələrində Sakiddin və Bəhruz evə gələn zaman, evin 1-ci mərtəbəsində yerləşən zal otağının pəncərələrinin açıq olduğunu görüb, evin otaqlarına baxış keçirən zaman evin otaqlarında quraşdırılmış elektrik kabellərin kəsilib, oğurlandığını görüb, dərhal ona məlumat vermişlər. Bundan sonra o, evə gəlib, ustalarla birlikdə evə baxış keçirib, evindən “Borosant” markalı en kəsiyi 2x4 mm olan mis materialdan ibarət 600 metr,“Borosant” markalı en kəsiyi 2x2,5 mm olan mis materialdan ibarət 300 metr elektrik kabellərinin kəsilərək oğurlandığını, həmçinin 01 ədəd mis materialdan ibarət 25 metrlik elektrik ötürücünün oğurlandığını müəyyən etmişdir. xx.xx.2020-ci il tarixdə o, ərizə ilə Qusar RPŞ-nə müraciət etmişdir. Bundan sonra Qusar RPŞ-də ona məlum olmuşdur ki, evindən oğurluq etmiş şəxs əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq aradan qaldırılmaqla ziyan ödənilmiş, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, onlar barışmışlar. Ona görə də, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, məhkəmə iclaslarında iştirak edə bilməyəcək, ona görə də məhkəmə iclasına gəlməməyini üzürlü hesab edərək işə onun iştirakı olmadan baxılaraq yekun vurulmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2018-ci ildən Qusar şəhərində fərdi yaşayış evi tikməyə başlamış və 2020-ci ilin iyun ayından etibarən onun qohumu Əmirbəg evdə suvaq işlərinə başlamışdır. xx xxxx 2020-ci il tarixdə səhər radələrində Əmirbəg ona zəng edib “Sedef” markalı en kəsiyi 2x4 mm olan mis materialdan ibarət 50 metr elektrik kabellərin, 29 ədəd “CLİPSAL cərəyan mənbələrin, 01 ədəd “İJSTAL” markalı pereferatorun, 01 ədəd “Storm” markalı pereferatorun, 01 ədəd “Vixr” markalı laqundanın, 01 ədəd “Fiolent” markalı lobzikin, 01 ədəd “Candan” markalı plastik boru ütünün, 01 ədəd “İnterskol” markalı drelin, 01 ədəd “İnterskol” markalı elektrik vint açanın, 01 ədəd “ENHEL” markalı bolqarkanın, 01 ədəd “Adler” markalı 100 kv-lıq projektorun, en kəsiyi 2x1,5 mm-lik mis materialdan ibarət 15 metr elektrik kabellərin, 01 ədəd 20 metrlik elektrik uzadıcının, 01 ədəd tənzimləyən açarın, 01 ədəd əl mişarının, 01 ədəd kəlbətinin, 01 ədəd atvertkanın və 01 ədəd rezakın oğurlandığını bildrimişdir. Həmin vaxt o, Bakı şəhərində olduğu üçün qohumu Əmirbəgə onu gözləməsini tapşırmışdır. xx.xx.2020-ci il tarixdə o, Qusar şəhərinə qayıdıb, baş vermiş hadisə ilə bağlı ərizə ilə Qusar RPŞ-nə məlumat vermişdir. Bundan sonra Qusar RPŞ-də onlara məlum olmuşdur ki, evdən oğurluq etmiş şəxs əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq aradan qaldırılmaqla ziyan ödənilmiş, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, onlar barışmışlar. Ona görə də, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, məhkəmə iclaslarında iştirak edə bilməyəcək, ona görə də məhkəmə iclasına gəlməməyini üzürlü hesab edərək işə onun iştirakı olmadan baxılaraq yekun vurulmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2020-ci ilin iyun ayından etibarən qohumu Rəşidin evində suvaq işlərinə başlamışdır. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında o, Rəşidin evinə gələn zaman evdən “Sedef” markalı en kəsiyi 2x4 mm olan mis materialdan ibarət 50 metr elektrik kabellərin, 29 ədəd “CLİPSAL cərəyan mənbələrin, 01 ədəd “İJSTAL” markalı pereferatorun, 01 ədəd “Storm” markalı pereferatorun, 01 ədəd “Vixr” markalı laqundanın, 01 ədəd “Fiolent” markalı lobzikin, 01 ədəd “Candan” markalı plastik boru ütünün, 01 ədəd “İnterskol” markalı drelin, 01 ədəd “İnterskol” markalı elektrik vint açanın, 01 ədəd “ENHEL” markalı bolqarkanın, 01 ədəd “Adler” markalı 100 kv-lıq projektorun, en kəsiyi 2x1,5 mm-lik mis materialdan ibarət 15 metr elektrik kabellərin, 01 ədəd 20 metrlik elektrik uzadıcının, 01 ədəd tənzimləyən açarın, 01 ədəd əl mişarın, 01 ədəd kəlbətinin, 01 ədəd atvertkanın və 01 ədəd rezakın oğurlandığını aşkar edib, dərhal Rəşidə zəng edib, məlumat vermişdir. Həmin vaxt Rəşid Bakı şəhərində olduğu üçün o, Rəşidin Qusar şəhərinə qayıtmasını gözləmişdir. xx.xx.2020-ci il tarixdə Rəşid Qusar şəhərinə qayıdıb, baş vermiş hadisə ilə bağlı ərizə ilə Qusar RPŞ-nə məlumat vermişdir. Bundan sonra Qusar RPŞ-də onlara məlum olmuşdur ki, evdən oğurluq etmiş şəxs əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq aradan qaldırılmaqla ziyan ödənilmiş, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, onlar barışmışlar. Ona görə də, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, məhkəmə iclaslarında iştirak edə bilməyəcək, ona görə də məhkəmə iclasına gəlməməyini üzürlü hesab edərək işə onun iştirakı olmadan baxılaraq yekun vurulmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, usta kimi işləyərək, öz ailəsini dolandırmışdır. Təxminən 2020-ci ilin may ayından etibarən o, Qusar şəhəri Çingiz Qurbanov küçəsində yerləşən Zərifəyə məxsus fərdi yaşayış evində usta kimi işləməyə başlamışdır. xx.xx.2020-ci il tarixdə Zərifə ondan əvvəl evə baş çəkmək üçün gələn zaman evində oğurluq hadisəsi baş verdiyini görüb, dərhal ona baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra o, evə gəlib, Zərifə ilə birlikdə evə baxış keçirən zaman müəyyən edilmişdir ki, Zərifənin evindən sonuncuya məxsus 12 ədəd “Noxes” markalı əl-üz sabunları, 25 metrlik mis materialdan ibarət elektrik kabel və 01 ədəd “Quicks” markalı paltar ütüsü, ona məxsus isə 01 ədəd bolqarka, 01 ədəd drel, 01 ədəd plastik boru ütüsü və 3 ədəd rezba açan meçiklər oğurlanmışdır. xx.xx.2020-ci il tarixdə Zərifə baş vermiş oğurluq hadisəsi ilə bağlı ərizə ilə Qusar RPŞ-nə müraciət etmişdir. Bundan sonra RPŞ-də onlara məlum olmuşdur ki, evdən oğurluq etmiş şəxs əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq aradan qaldırılmaqla ziyan ödənilmiş, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, onlar barışmışlar. Ona görə də, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, məhkəmə iclaslarında iştirak edə bilməyəcək, ona görə də məhkəmə iclasına gəlməməyini üzürlü hesab edərək işə onun iştirakı olmadan baxılaraq yekun vurulmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2013-cü ildən etibarən Quba rayon bazarında fəhlə kimi işləyərək öz ailəsini dolandırır. 2020-ci ilin iyul ayının əvvəllərində səhər saatlarında o, Quba rayon bazarında Bəxtiyar adlı şəxsdən 01 ədəd “İJSTAL” markalı pereferatoru, 01 ədəd “STORM” markalı pereferatoru və 01 ədəd “CANDAN” markalı payka ütünü 150 manata satın almışdır. xx.xx.2020-ci il tarixdə axşam saatlarında Qusar rayon polis şöbəsinin əməkdaşları ona zəng edib, Bəxtiyar adlı şəxsdən tikinti alətləri alıb-almadığını soruşmuşlar, o, isə bir neçə gün əvvəl Bəxtiyardan həmin alətləri aldığını bildirmişdir. Polis əməkdaşları həmin tikinti alətlərini götürüb Qusar rayon polis şöbəsinə gəlməsini bildirmişlər və o, həmin şöbəyə getmişdir. Orada polis əməkdaşları həmin alətlərin oğurluq olduğunu bildirmişlər, o, isə bundan xəbəri olmadığını, Bəxtiyarın bu barədə ona heç nə demədiyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin əşyalar həqiqətən də, Bağır adlı şəxs tərəfindən oğurlanmış əşyalar olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin aprel ayının əvvəllərində Bağırla tanış olmuş, sonuncu onun evində günü 5 manata 2 gün müddətində kirayədə yaşamış və həmin müddət ərzində Qusar rayon bazarında alverlə məşğul olub, pul qazanmışdır. 2020-ci ilin may ayının axırlarında Bağır maddi vəziyyəti zəif olduğu üçün, onun evindən çıxmaq qərarına gələrək, ondan Qusar şəhərində iş tapmasını xahiş etmişdir. O, Bağırı Qusar şəhərində yerləşən köhnə daş karxanasında mühafizəçi işləyən dostu Faizin yanına aparmış, lakin sonuncu Bağır üçün iş tapa bilməmiş, Bağır orada 3 gün qaldıqdan sonra çıxıb getmişdir. Təxminən 1 ay sonra o, tanışı Faizin işlədiyi daş karxanasında olan zaman Bağır əlində 01 ədəd yaşıl rəngli idman çantası ilə onların yanına gəlmiş, onlar Bağırdan 1 ay müddətində harada olmasını soruşmuşlar, sonuncu Quba şəhərində usta kimi işlədiyini və 2 günlük istirahət etmək üçün onların yanına gəldiyini bildirmişdir. Onlar idman çantasının içində nə olduğunu Bağırdan soruşan zaman, sonuncu çantada tikinti alətləri və məişət əşyalarının olduğunu, həmin əşyaları satıb Sabirabad rayonuna qayıtmaq istədiyini bildirmişdir. Bağır idman çantasında olan tikinti alətlərini və məişət əşyalarını almağı onlara təklif etmiş, Faiz Bağırdan 15 manat müqabilində 01 ədəd paltar ütüsü, 01 ədəd tənzimləyən açar, 01 ədəd əl mişarı, 01 ədəd kəlbətini, 01 ədəd atvertkanı, 01 ədəd rezakı və 29 ədəd “CLİPSAL” markalı cərəyan mənbələrini satın almışdır. Həmçinin, o, Bağırdan 25 manat müqabilində 01 ədəd plastik boru ütüsünü, 3 ədəd rezba açan meçikləri, 01 ədəd “MODİ” markalı sensorlu plafonu, 01 ədəd “Vixr” markalı laqundanı, 01 ədəd “Fiolent” markalı lobziki, 01 ədəd “İnterskol” markalı dreli, 01 ədəd “İnterskol” markalı elktrik vint açanı və 01 ədəd “Adler” markalı 100 kv-lıq projektoru satın almışdır. Həmin gün axşam radələrində Bağır onlarla birlikdə yeyib-içmiş və daha 2 gün Faizin işlədiyi daş karxanasında qalmışdır. Bundan bir neçə gün sonra o, Qusar RPŞ-nə dəvət olunan zaman, ona məlum olmuşdur ki, Bağırın ona 25 manat müqabilində satdığı əşyalar oğurluq əşyalardır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2020-ci ilin may ayının axırlarında tanışı Şahid5 Bağır adlı şəxsi onun mühafizəçi işlədiyi daş karxanasına gətirərək həmin şəxs üçün iş tapmasını xahiş etmiş, lakin o, həmin şəxs üçün iş tapa bilməmişdir. Bundan sonra Bağır adlı şəxs orada 3 gün qalmış və çıxıb getmişdir. Təxminən 1 ay sonra o, Xalıqla birlikdə daş karxanasında olan zaman Bağır əlində 01 ədəd yaşıl rəngli idman çantası ilə onların yanına gəlmiş, onlar Bağırdan 1 ay müddətində harada olmasını soruşmuşlar, sonuncu Quba şəhərində usta kimi işlədiyini və 2 günlük istirahət etmək üçün onların yanına gəldiyini bildirmişdir. Onlar idman çantasının içində nə olduğunu Bağırdan soruşan zaman, sonuncu çantada tikinti alətləri və məişət əşyalarının olduğunu, həmin əşyaları satıb Sabirabad rayonuna qayıtmaq istədiyini bildirmişdir. Bağır idman çantasında olan tikinti alətlərini və məişət əşyalarını almağı onlara təklif etmiş, o, Bağırdan 15 manat müqabilində 01 ədəd paltar ütüsü, 01 ədəd tənzimləyən açar, 01 ədəd əl mişarı, 01 ədəd kəlbətini, 01 ədəd atvertkanı, 01 ədəd rezakı və 29 ədəd “CLİPSAL” markalı cərəyan mənbələrini satın almışdır. Həmçinin, Xalıq, Bağırdan 25 manat müqabilində 01 ədəd plastik boru ütüsünü, 3 ədəd rezba açan meçikləri, 01 ədəd “MODİ” markalı sensorlu plafonu, 01 ədəd “Vixr” markalı laqundanı, 01 ədəd “Fiolent” markalı lobziki, 01 ədəd “İnterskol” markalı dreli, 01 ədəd “İnterskol” markalı elktrik vint açanı və 01 ədəd “Adler” markalı 100 kv-lıq projektoru satın almışdır. Həmin gün axşam radələrində Bağır onlarla birlikdə yeyib-içmiş və daha 2 gün onun işlədiyi daş karxanasında qalmışdır. Bundan bir neçə gün sonra o, Qusar RPŞ-nə dəvət olunan zaman, ona məlum olmuşdur ki, Bağırın ona 15 manat müqabilində satdığı əşyalar oğurluq əşyalardır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ilə analoji ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid3 tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq aradan qaldırılmaqla ziyan ödənilmiş, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, onlar barışmışlar. Ona görə də, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, məhkəmə iclaslarında iştirak edə bilməyəcək, ona görə də məhkəmə iclasına gəlməməyini üzürlü hesab edərək işə onun iştirakı olmadan baxılaraq yekun vurulmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Quba şəhərində 5-6 ildir əlvan metal qəbulu ilə məşğul olaraq öz ailəsini dolandırmışdır. 2020-ci ilin iyul ayının 1-də əvvəllər tanımadığı, adını sonradan bildiyi Bağır əlində 01 ədəd yaşıl rəngli idman çantası ilə birlikdə onun işlədiyi sexə gələrək, özünü usta kimi təqdim etmiş, bir neçə ay əvvəl Qusar şəhərinə gəlib usta kimi işlədiyini və hal-hazırda isə öz evinə qayıtmaq istədiyini, buna görə də özünə məxsus tikinti alətlərini və işlədiyi yerdə qalıq qalmış misi satdığını bildirmişdir. Həmin vaxt o, Bağırın təqdim etdiyi tikinti alətlərinə və misə baxış keçirib həmin alətləri almaqdan imtina etmişdir. Bundan sonra o, Bağırın təqdim etdiyi misin çəkisini ölçüb, həmin misin çəkisinin 9,25 kq. təşkil etdiyini görüb, sonuncudan misi almazdan əvvəl şəxsiyyəti təsdiq edən sənəd tələb etmiş, Bağır da özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək, həmin sənədin arxasında, təqdim etdiyi 9,25 kq. misin öğurluq olmadığını öz xətti ilə yazaraq öz imzası ilə təsdiqləmişdir. Bundan sonra o, Bağıra 37 manat pul vermiş, sonuncu pulu alıb, çıxıb getmişdir. Bir neçə gün sonra o, Qusar RPŞ-nə dəvət olunan zaman, Bağırın ona satdığı misin oğurlanmış kabellərin əridilməsi nəticəsində əmələ gəldiyini bilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2019-cu ilin noyabr ayında Qusar şəhəri Babək küçəsində 0,11 ha həyətyanı torpaq sahəsini alıb, həmin ünvanda fərdi yaşayış evi tikməyə başlamışdır. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində o, əri İskəndər və evdə işləyən ustalarla birlikdə evin qapı və pəncərələrini bağlayıb getmişlər. xx xxxx 2020-ci il tarixdə saat 09 radələrində o, əri İskəndərlə birlikdə ünvan 3 saylı ünvanda yerləşən evin həyətinə daxil olan zaman evin həyətində quraşdırılmış uzunluğu 50 metr en kəsiyi 2x5 mm mis materialdan ibarət elektrik kabelin, uzunluğu 30 metr en kəsiyi 2,5 mm mis materialdan ibarət kabelin, bundan başqa 01 ədəd “MODİ” markalı 10 W-lıq sensor plafonun oğurlandığını və 01 ədəd “MODİ” markalı 10 W-lıq sensor plafonun isə sındırılıb, yararsız hala salındığını aşkar etmişlər. Həmin vaxt onlar dərhal evə girib, evin otaqlarını yoxlayıb, bütün əşyaların yerində olduğundan əmin olduqdan sonra, o, DİN-nin 102 xidmətinə zəng edib baş vermiş oğurluq hadisəsi ilə bağlı məlumat vermişdir. Bundan bir neçə gün sonra Qusar RPŞ-də ona məlum olmuşdur ki, evindən oğurluq etmiş şəxs əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxsdur. Şahid2 tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq aradan qaldırılmaqla ziyan ödənilmiş, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, onlar barışmışlar. Ona görə də, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, məhkəmə iclaslarında iştirak edə bilməyəcək, ona görə də məhkəmə iclasına gəlməməyini üzürlü hesab edərək işə onun iştirakı olmadan baxılaraq yekun vurulmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Quba bazarında meyvə satmaqla öz ailəsini dolandırmışdır. 2020-ci ilin iyul ayının əvvəllərində o, Quba rayon bazarında təsadüfən Bağırla rastlaşmış və söhbət etmişlər. Həmin vaxt Bağır ona Qusarda usta kimi işlədiyini və oradan qalan tikinti alətləri satmaqda köməklik göstərməsini xahiş etmiş, o da razılaşmışdır. Həmin vaxt o, Bağırdan içərisində 2 ədəd pereferator və 01 ədəd plastik boru ütüsü olan idman çantasını götürüb bazarda işləyən tanışı Müslümə yaxınlaşmış və həmin tikinti alətlərini sonuncuya 26 manat müqabilində satmışdır. Bundan sonra isə o, 26 manat pulu Müslümdən alıb, Bağırın yanına qayıdaraq həmin pulu sonuncuya vermişdir. Həmin vaxt Bağır 13 manat pulu ona vermiş, həmçinin onunla birlikdə Quba şəhərində yerləşən kafelərin birində oturub yeyib-içdikdən sonra, tək başına Qusar şəhərinə qayıtmışdır. Bundan bir neçə gün sonra Qusar RPŞ-də ona məlum olmuşdur ki, Bağırın xahişi ilə Müslümə satdığı tikinti alətləri oğurluqdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx xxxx 2020-ci il tarixli xx xxxx 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokollardan və onlara əlavə olunmuş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Şahid2 və Şahid3 özlərinə məxsus olan və Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyaların oğurlandığı yerləri göstərmişlər. Şahid3 həmçinin onun evində aşkar olunmuş 01 ədəd bıçağın aşkar edildiyi yeri göstərmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/2643 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyaların dəyəri aşağıdakı kimi müəyyən edilir: - 2018-ci ildə alınmış və həmin tarixdən istifadə edilmiş 01 ədəd “Fiolent” markalı lobzikin dəyəri 30,00 manat, - 2017-ci ildə alınmış və həmin tarixdən istifadə edilmiş 01 ədəd “Candan” markalı payka ütünün dəyəri 35,00 manat, - 2018-ci ildə alınmış və həmin tarixdən istifadə edilmiş 01 ədəd “İnterskol” markalı drelin dəyəri 20,00 manat, - 2018-ci ildə alınmış və həmin tarixdən istifadə edilmiş 01 ədəd “İnterskol” markalı elektrik vint açanın dəyəri 40,00 manat, - 2019-cu ildə alınmış və həmin tarixdən istifadə edilmiş “Adler” markalı 100 kv-lıq projektorun dəyəri 13,00 manat, - 2019-cu ildə alınmış en kəsiyi 2x1,5 mm olan mis materialdan ibarət 1 metr Rusiya istehsalı elektrik kabelin dəyəri 0,60 manat, - 2019-cu ildə alınmış və həmin tarixdən istifadə edilmiş 01 ədəd 20 metrlik Rusiya istehsalı elektrik uzadıcının dəyəri 15,00 manat, - 2019-cu ildə alınmış və həmin tarixdən istifadə edilmiş Rusiya istehsalı tənzimləyən açarın dəyəri 3,00 manat, - 2018-ci ildə alınmış və həmin tarixdən istifadə edilmiş 01 ədəd Rusiya istehsalı əl mişarının dəyəri 3,50 manat, - 2019-cu ildə alınmış və həmin tarixdən istifadə edilmiş kəlbətinin dəyəri 2,50 manat, - 2019-cu ildə alınmış və həmin tarixdən istifadə edilmiş atvertkanın dəyəri 1,00 manat, - 2019-cu ildə alınmış və həmin tarixdən istifadə edilmiş rezakın dəyəri 0,30 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 1 ədəd “CLİPSAL” markalı cərəyan mənbənin dəyəri 2,00 manat, - 2020-ci ildə alınmış en kəsiyi 2x4 mm olan mis materialdan ibarət 1 metr “Sedef” markalı elektrik kabelin dəyəri 1,00 manat, - 2020-ci ilin may ayında alınmış və həmin tarixdən istifadə edilmiş mis materiladan ibarət 25 metrlik elektrik ötürücünün dəyəri 10,00 manat, - 2020-ci ilin fevral ayında alınmış en kəsiyi 2x4 mm olan mis materialdan ibarət 1 metr “Borosant” markalı elektrik kabelin dəyəri 1,00 manat, - 2020-ci ilin fevral ayında alınmış en kəsiyi 2x2,5 mm olan mis materialdan ibarət 1 metr “Borosant” markalı elektrik kabelin dəyəri 0,80 manat, - 2020-ci ilin may ayında alınmış en kəsiyi 2x2,5 mm olan mis materialdan ibarət Rusiya istehsalı elektrik kabelin dəyəri 0,80 manat, - 2020-ci ilin may ayında alınmış 10 W-lıq, “MODİ” markalı sensor plafonun dəyəri 16 manat təşkil edir. Beləliklə, ekspertiza təyini haqqında qərarda göstərilən 19 adda malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 195,50 manat müəyyən edilir. Digər 4 adda mal haqqında kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/2562 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına nümunə qismində təqdim edilmiş, üzərində markalanma göstəriciləri olmayan, istifadədə olmuş, ümumi diametri 11 mm, üzəri ağ rəngli izolyasiyalı, daxilindən isə göy və açıq qəhvəyi rəngli 5x5 mm izolyasiyalı çox simli naqil keçən kabelin xx xxxxxxxx 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 40,00 (50x0,80m) manat müəyyən olunur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 9/1914 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş: - Rusiya istehsalı üzəri izolyasiyalı ümumi diametri 8 mm olan, içərisindəki iki ədəd hər birinin diametri 4 mm naqil keçən mis tərkibli kabelin dəyəri 22,50 manat, tədqiqata təqdim edilməyən (nəzəri qaydada): - istifadə olunmuş, markası bilinməyən plastik boru (payka) ütüsünün dəyəri 30,00 manat, - istifadə edilmiş, markası bilinməyən elektrik mişarın (bolqarkanın) dəyəri 25,00 manat, - istifadə edilmiş, markası bilinməyən elektro-drelin dəyəri 20,00 manat, - istifadə olunmuş, Türkiyə istehsalı olan rezba açan 03 ədəd meçiklərin dəyəri 60,00 manat, - istifadə olunmuş “Quicks” markalı paltar ütüsünün dəyəri 20,00 manat, - “Noxes” markalı 12 ədəd əl-üz sabunlarının dəyəri 6,00 manat təşkil edir. Beləliklə, ekspertiza tədqiqatına təqdim edilmiş 1 adda kabelin 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 22,50 manat, təqdim edilməyən 6 adda müxtəlif markalı malların 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 162,00 manat müəyyən edilir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 9/1915 saylı rəyindən görünür ki, təqdim edilmiş: - Rusiyada istehsal olunmuş, mis tərkibli diametri 1,5 mm olan üzəri izolyasiyalı 200 metrlik elektrik kabelin dəyəri 44,00 manat, - Rusiyada istehsal olunmuş, mis tərkibli, diametri 2,5 mm olan üzəri izolyasiyalı 200 metrlik elektrik kabelin dəyəri 64,00 manat, - Rusiyada istehsal olunmuş, mis tərkibli, diametri 4 mm olan üzəri izolyasiyalı 300 metrlik kabelin dəyəri 150,00 manat, Təqdim edilməyən (nəzəri qaydada): - Rusiyada istehsal olunmuş 6 mm qalınlığında olan 30 metrlik elektrik kabelin dəyəri 20,40 manat təşkil edir. Beləliklə, ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda kabelin 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 258,00 manat, təqdim edilməyən 1 adda kabelin 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 20,40 manat müəyyən edilir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 7/788 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 9/1914, 9/1915 saylı, xx xxxxxx 2020-ci il tarixli 7/788 saylı, xx xxxxxx 2020-ci il tarixli 9/2643 saylı və xx xxxxxx 2020-ci il tarixli 9/2562 saylı məktublardan görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 264 (iki yüz altmış dörd) manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şahid6, Şahid4, Şahid5 və Şahid1 barələrində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinə başlanılmaması; Təqsirləndirilən şəxs barəsində Qusar şəhəri X1 yerləşən Şahid3 məxsus evdən, sonuncuya məxsus 48,5 manat məbləğində əşyaları gizli yolla talamaqla oğurlaması və Qusar şəhəri Babək küçəsi ev 102-də yerləşən Şahid2 məxsus evdən sonuncuya məxsus 80,00 manat məbləğində əşyaları gizli yolla talamaqla oğurlaması faktı üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə cinayət təqibinə başlanılmaması; Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 187 və 228.4-cü maddələri ilə cinayət təqibinə başlanılmaması; Şahid4 təqdim etdiyi 01 ədəd “İJSTAL” markalı pereferator, 01 ədəd “Storm” markalı pereferator və 01 ədəd “Candan” markalı plastik boru ütüsü, Şahid5 təqdim etdiyi 01 ədəd plastik boru ütüsü, 3 ədəd rezba açan meçiklərin, 01 ədəd “MODİ” markalı sensorlu plafon, 01 ədəd “Vixr” markalı laqunda, 01 ədəd “Fiolent” markalı lobzik, 01 ədəd “İnterskol” markalı drel, 01 ədəd “İnterskol” markalı elktrik vint açan və 01 ədəd “Adler” markalı 100 kv-lıq projektor, Şahid6 təqdim etdiyi 01 ədəd paltar ütüsü, 01 ədəd tənzimləyən açar, 01 ədəd əl mişarı, 01 ədəd kəlbətin, 01 ədəd atvertka, 01 ədəd rezak və 29 ədəd “CLİPSAL” markalı cərəyan mənbələri iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi qiymətləndirilməsi və gündəlik tələbatda istifadə olunduğu üçün zərərçəkmiş şəxslərə qaytarılmasının nəzərə alınması; Şahid1 təqdim etdiyi 9,25 kq mis, iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi qiymətləndirilməsi və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılmasının nəzərə alınması, Şahid1 təqdim etdiyi Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi qiymətləndirilməsi və cinayət işinin materiallarına əlavə edilməsi, xx xxxx 2020-ci il tarixdə Şahid3 Qusar şəhəri X1 yerləşən evinin həyətində yerləşən hamam otağına keçirilmiş baxış zaman aşkar edilərək götürülmüş 01 ədəd mətbəx bıçağı iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi qiymətləndirilməsi və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılmasının nəzərə alınması; təhqiqat zamanı Zərərçəkmiş şəxs1 evinə keçirilmiş baxış zamanı götürülmüş 1 ədəd en kəsiyi 2x1,5 mm uzunluğu 7,5 sm, 1 ədəd en kəsiyi 2x2,5 mm uzunluğu 7,5 sm və 01 ədəd en kəsiyi 2x4 mm uzunluğu 7,5 sm olan elektrik kabellərin nümunələri, Şahid3 evinə keçirilmiş baxış zamanı götürülmüş 01 ədəd en kəsiyi 2x4 mm uzunluğu 7,5 sm olan elektrik kabelin nümunəsi və Şahid2 evinə keçirilmiş baxış zamanı götürülmüş 01 ədəd en kəsiyi 2x5 mm uzunluğu 12 sm olan elektrik kabelin nümunəsi iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi qiymətləndirilməsi və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılmasının nəzərə alınması; istintaq zamanı Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 evinə keçirilmiş baxış zamanı götürülmüş Təqsirləndirilən şəxs evin pəncərəsini açdığı bellər iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi qiymətləndirilməsi və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılmasının nəzərə alınması qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:03-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(029)-18/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Sabirabad rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 1327 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada fəaliyyət göstərən narkoloji və əsəb-ruhi kabinetlərində qeydiyyata götürülməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən və Abşeron rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 1(012)-391/2017 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Sabirabad rayon İHB-nın Yolçubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 450 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin İƏD-nin Narlıq kəndində yaşayır. İş materiallarında olan Sabirabad rayon İHB-nın Yolçubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə saat 01 radələrində Qusar şəhəri Çingiz Qurbanov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətinə hasardan tullanıb qanunsuz daxil olaraq, evin arxa tərəfinə keçərək pəncərədən içəri girib evdən 1 metrinin dəyəri 0,22 manat en kəsiyi 2x1,5 mm olan Rusiya istehsalı mis materialdan ibarət 200 metr elektrik kabelləri, 1 metrinin dəyəri 0,32 manat en kəsiyi 2x2,5 mm olan Rusiya istehsalı mis materialdan ibarət 200 metr elektrik kabelləri, 1 metrinin dəyəri 0,50 manat en kəsiyi 2x4 mm olan Rusiya istehsalı mis materialdan ibarət 300 metr elektrik kabelləri və 1 metrinin dəyəri 0,68 manat en kəsiyi 2x6 mm olan Rusiya istehsalı mis materialdan ibarət 30 metr elektrik kabelləri gizli yolla talamaqla Zərərçəkmiş şəxs1 cəmi 278,4 manat maddi ziyan vurması; təkrarən xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə saat 02:30 radələrində Qusar şəhəri Çingiz Qurbanov küçəsində yerləşən Şahid3 məxsus fərdi yaşayış evinin həyətinə hasardan tullanıb qanunsuz daxil olaraq, evin qabaq tərəfində olan evin pəncərəsini üstündə gəzdirdiyi mətbəx bıçağı ilə açıb, içəri girib həmin evdə usta işləyən Zərərçəkmiş şəxs5 məxsus dəyəri 30 manat olan 01 ədəd plastik boru ütüsü, dəyəri 25 manat olan 01 ədəd bolqarkanı, dəyəri 20 manat olan 01 ədəd elektro dreli və 01 ədədin dəyəri 20 manat olan 03 ədəd rezba açan meçikləri gizli yolla talamaqla Zərərçəkmiş şəxs5 cəmi 135 manat maddi ziyan vurması; təkrarən xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə saat 02 radələrində ünvan 1 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətinə hasardan tullanıb qanunsuz daxil olaraq, evin arxa tərəfinə keçərək evin həyətində olan bellə evin pəncərəsini açıb, içəri girib həmin evdən 1 metrinin dəyəri 1 manat “Borosant” markalı en kəsiyi 2x4 mm olan mis materialdan ibarət 600 metr elektrik kabellərini, 1 metrin dəyəri 0,80 manat “Borosant” markalı en kəsiyi 2x2,5 mm olan mis materialdan ibarət 300 metr elektrik kabelləri və 1 metrinin dəyəri 0,40 manat olan mis materialdan ibarət 25 metrlik elektrik ötürücünü gizli yolla talamaqla Zərərçəkmiş şəxs2 cəmi 850 manat maddi ziyan vurması; təkrarən xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə saat 01:30 radələrində Qusar şəhəri Ziya Bünyatov küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətinə hasardan tullanıb qanunsuz daxil olaraq, evin arxa tərəfinə keçərək evin həyətində olan bellə evin pəncərəsini açıb, içəri girib həmin evdən Zərərçəkmiş şəxs3 məxsus 1 ədədinin dəyəri 2 manat olan 29 ədəd “CLİPSAL” markalı cərəyan mənbələrini və evin həyətindən 1 metrinin dəyəri 1 manat “Sedef” markalı en kəsiyi 2x4 mm olan mis materialdan ibarət 50 metr elektrik kabellərini, həmçinin həmin evdə usta işləyən Zərərçəkmiş şəxs4 məxsus dəyəri 163 manat olan 01 ədəd “İJSTAL” markalı pereferatoru, dəyəri 120 manat olan 01 ədəd “Storm” markalı pereferatoru, dəyəri 120 manat olan 01 ədəd “Vixr” markalı laqundanı, dəyəri 30 manat olan 01 ədəd “Fiolent” markalı lobziki, dəyəri 35 manat olan 01 ədəd “Candan” markalı plastik boru ütüsünü, dəyəri 20 manat olan 01 ədəd “İnterskol” markalı dreli, dəyəri 40 manat olan 01 ədəd “İnterskol” markalı elektrik vint açanı, dəyəri 55 manat olan 01 ədəd “ENHEL” markalı bolqarkanı, dəyəri 13 manat olan 01 ədəd “Adler” markalı 100 kv-lıq projektoru, 1 metrinin dəyəri 0,60 manat olan en kəsiyi 2x1,5 mm-lik mis materialdan ibarət 15 metr elektrik kabellərini, dəyəri 20 manat olan 01 ədəd 20 metrlik elektrik uzadıcını, dəyəri 3 manat olan 01 ədəd tənzimləyən açarı, dəyəri 3,50 manat olan 01 ədəd əl mişarını, dəyəri 2,50 manat olan 01 ədəd kəlbətini, dəyəri 1 manat olan 01 ədəd atvertkanı və dəyəri 0,30 manat olan 01 ədəd rezakı gizli yolla talamaqla Zərərçəkmiş şəxs3 cəmi 108 manat və Zərərçəkmiş şəxs4 cəmi 630,3 manat maddi ziyan vurması və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbayсan Respublikasının Сinayət Məсəlləsinin 15.1-сi maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Abşeron rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə az ağır cinayət hesab olunan Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Həmin vaxtdan iki il müddət keçmədən-yəni məhkumluğu ödənilmədən isə hazırkı cinayət əməllərini törətmişdir. Bu səbəbdən də, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 61.1, 61.1.1-ci maddələrinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxslərlə barışmasını, onlara dəymiş zərəri tam ödəməsini, sonuncuların ona qarşı heç bir şikayətlərinin, tələblərinin və iddialarının olmamasını cəzanı yüngülləşdirən hallar kimi, cinayətin residivini isə cəzanı ağırlaşdıran hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün – cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğu təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə xərcləri 264 (iki yüz altmış dörd) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İJSTAL” markalı pereferatorun, 01 ədəd “Storm” markalı pereferatorun, 01 ədəd “Candan” markalı plastik boru ütüsünün, 01 ədəd plastik boru ütüsünün, 3 ədəd rezba açan meçiklərin, 01 ədəd “MODİ” markalı sensorlu plafonun, 01 ədəd “Vixr” markalı laqundanın, 01 ədəd “Fiolent” markalı lobzikin, 01 ədəd “İnterskol” markalı drelin, 01 ədəd “İnterskol” markalı elektrik vint açanın, 01 ədəd “Adler” markalı 100 kv-lıq projektorun, 01 ədəd paltar ütüsünün, 01 ədəd tənzimləyən açarın, 01 ədəd əl mişarının, 01 ədəd kəlbətinin, 01 ədəd atvertkanın, 01 ədəd rezakın və 29 ədəd “CLİPSAL” markalı cərəyan mənbələrinin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 9,25 kq mis, 05 ədəd elektrik kabel nümunələri və 2 ədəd bel qanuni sahiblərinə qaytarılmalı, 01 ədəd mətbəx bıçağı isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Şahid1 təqdim etdiyi Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan-yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 264 (iki yüz altmış dörd) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İJSTAL” markalı pereferatorun, 01 ədəd “Storm” markalı pereferatorun, 01 ədəd “Candan” markalı plastik boru ütüsünün, 01 ədəd plastik boru ütüsünün, 3 ədəd rezba açan meçiklərin, 01 ədəd “MODİ” markalı sensorlu plafonun, 01 ədəd “Vixr” markalı laqundanın, 01 ədəd “Fiolent” markalı lobzikin, 01 ədəd “İnterskol” markalı drelin, 01 ədəd “İnterskol” markalı elektrik vint açanın, 01 ədəd “Adler” markalı 100 kv-lıq projektorun, 01 ədəd paltar ütüsünün, 01 ədəd tənzimləyən açarın, 01 ədəd əl mişarının, 01 ədəd kəlbətinin, 01 ədəd atvertkanın, 01 ədəd rezakın və 29 ədəd “CLİPSAL” markalı cərəyan mənbələrinin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 9,25 kq mis, 05 ədəd elektrik kabel nümunələri və 2 ədəd bel qanuni sahiblərinə qaytarılsın, 01 ədəd mətbəx bıçağı isə məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Şahid1 təqdim etdiyi Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(029)-81/2020
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-81/2020
20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver