Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-81/2021 14.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Qusar rayonu Aşağı İmamqulukənd kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 2020-ci ilin əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə etdiyi çətənə bitkisinin toxumlarını, 2021-ci ilin mart ayının axırlarında Qusar rayonu Aşağı İmamqulukənd kəndində yerləşən bibisi oğlu X1 məxsus, faktiki isə onun istifadə etdiyi torpaq sahəsinin yuxarı hissəsində olan kolluqlarda qanunsuz olaraq əkmiş və zəruri aqrotexniki qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, əkdiyi toxumlardan yaş halda ümumi çəkisi 4100 qram olan əkilib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan cəmi 04 ədəd çətənə (kannabis) bitkisinin kolları 02.08.2021-ci il tarixdə saat 19 radələrində Qusar RPŞ-nin Həzrə PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində istifadə etdiyi bağ sahəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin əvvəllərində torpaq sahəsində işləyərkən ot daşıyan bir nəfər şəxs gəlmiş, ondan siqaret istəmiş, o, isə həmin şəxsə bir ədəd siqaret vermişdir. Həmin vaxt həmin şəxs ona çətənə toxumu vermiş və həmin toxumu əkmişdir. Həmin toxumdan əmələ gələn çətənədən yenidən əkmək üçün toxumlar götürmüş və həmin toxumları 2021-ci ilin mart ayın axırlarında Qusar rayonu Aşağı İmamqulukənd kəndində yerləşən bibisi oğlu X1 məxsus, faktiki isə onun istifadə etdiyi torpaq sahəsinin yuxarı hissəsində olan kolluqlarda əkmiş, toxumlardan 4 kol çətənə bitkiləri bitmişdir. Həmin kollar 02.08.2021-ci il tarixdə axşam saatlarında Qusar RPŞ-nin Həzrə PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində istifadə etdiyi bağ sahəsindən aşkar edilərək götürülmüşdür. Törətdiyi əməlindən peşmandır, himayəsində bir azyaşlı bir yetkinlik yaşına çatmayan uşaqları vardır. Hazırda onun təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının təsiri altına düşür. Barəsində həmin qərarın tətbiq edilməsinə razıdır. Odur ki, barəsində həmin qərar tətbiq edilməklə barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəməbioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin Həzrə PB-nin rəisi vəzifəsində işləyir. 01 avqust 2021-ci il tarixdə bölməyə Təqsirləndirilən şəxs narkotik vasitələri əkib-becərməsi barədə məlumat daxil olmuş, bununla bağlı bölmədə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs şöbəyə gətirilmiş, üzərində axtarış aparılmış, lakin üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs istifadəsində olan, Qusar rayonu Aşağı İmamqulukənd kəndində yerləşən torpaq sahəsində 4 ədəd çətənə kollarını əkdiyini etiraf etmiş və bundan sonra həmin əraziyə baxış keçirilmişdir. Baxış zamanı həqiqətən də, Təqsirləndirilən şəxs əkdiyi, hündürlüyü təxminən 230-250 sm olan 4 ədəd çətənə kolları aşkar olunaraq götürülmüşdür. Daha sonra isə Təqsirləndirilən şəxs istintaqa cəlb olunmuş və barəsində hazırkı cinayət işi başlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 Möhübəli oğlu, Şahid4 və Şahid5 Şahid1 ilə analoji ifadə verərək həmin şəxsin məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan 02 avqust 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 20:11-dən saat 20:14-dək Qusar RPŞ-nin İB-nin müstəntiqi Ümüd Xankişiyev tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs Qusar RPŞ-nə ünvanladığı 02.08.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Qusar rayonu Aşağı İmamqulukənd kəndində yerləşən və onun istifadəsində olan torpaq (bağ) sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 02.08.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Qusar RPŞ-nin İB-nin müstəntiqi Ümüd Xankişiyev tərəfindən həmin tarixdə saat 21:15-dən saat 22:05-dək Qusar rayonu Aşağı İmamqulukənd kəndində yaşayan Təqsirləndirilən şəxs, Müdafiəçi, Qusar DAİM-in nümayəndəsi X4, Qusar RPŞ-nin Həzrə PB-nin baş əməliyyat müvəkkili Şahid2 və Həzrə PB-nin rəisi Şahid1 iştirakları ilə Qusar rayonu Aşağı İmamqulukənd kəndində Təqsirləndirilən şəxs istifadə etdiyi torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs oradakı kolluqların arasında çətənə bitkilərini əkdiyi yeri göstərmişdir. Təqsirləndirilən şəxs orada əkib-becərdiyi 4 ədəd, uzunluqları 230-250 sm olan çətənə bitkiləri aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs həmin 4 ədəd çətənə bitkilərinin ona məxsus olduğunu, onları təkbaşına əkib-becərdiyini bildirmişdir. Bundan başqa, DAİM-in nümayəndəsi İlham İskəndərov 04 ədəd çətənə bitkilərinin münbit torpaqda əkilib onlara aqrotexniki qaydada qulluq göstərildiyini təsdiqləmişdir. Aşkar edilmiş 04 ədəd çətənə kolları iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hallara rast gəlinməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş X12 İnkişaf Mərkəzi tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli rəydən görünür ki, Qusar rayonu Aşağı İmamqulukənd kəndində yerləşən, Təqsirləndirilən şəxs istifadə etdiyi bağ sahəsində əkibbecərdiyi 4 ədəd çətənə bitkisinə (uzunluğu 230-250 sm) baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, çətənə bitkiləri münbit torpaqda əkilib və onlara aqrotexniki qaydada qulluq edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 03 avqust 2021-ci il tarixli 7/735 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “vət. Təqsirləndirilən şəxs tərəfindən əkilib-becərilmiş 04 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər” yazılar və imzalar olan üzəri skoçla bağlanmış bir ədəd qara rəngli polietilen bağlamada yaş vəziyyətdə 4 (dörd) ədəd, ümumi çəkisi-4100,0 qram olan bitki nümunələri, əkilibbecərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, çətənə (kannabis) bitkilərinin ümumi çəkisi-4100,0 qram, tədqiqata sərf edildi cəmi-0,2 qram (hər obyektdən 0,05 qram), qalıq-4099,8 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli 7/735 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 66,46 (altmış altı manat qırx altı qəpik) manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının 03 avqust 2021-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi, Qusar rayonu Aşağı İmamqulukənd kəndində yerləşən torpaq sahəsinin yuxarı hissəsində olan kolluqlarda aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış ümumi çəkisi 4099,8 qram 4 ədəd çətənə bitkiləri maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan 03.08.2021-ci il tarixli 154 saylı mədaxil qaiməsindən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 04 ədəd çətənə kolları Qusar RPŞ-nin təminat hissəsinin kiçik inspektoru Urfan Aydəmirova təhvil verilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş 21.08.2021-ci il tarixli 3003 saylı Ambulator X6 rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) AŞKAR OLUNUR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının yuxarıda göstərilən müvafiq rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. İş materiallarında olan 02 avqust 2021-ci il tarixli «cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 04 avqust 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, saat 17:40-da tutulmadan azad edilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 06 sentyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Ədliyyə Nazirliyinin MEMdə aparılmış ekspertizadan sonra qalıq qalmış, çəkisi 4099,8 qram tərkibində narkotik maddələr olan 04 ədəd çətənə (kannabis) bitkiləri kolları iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 188, 234.2 və 237.2.1-ci maddələri ilə cinayət təqibi rədd edilmişdir. X2 barəsində Azərbaycan Respublikasının CM-nin 237.2.1-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. Təqsirləndirilən şəxs çətənə toxumlarını əldə etdiyi şəxsin şəxsiyyəti müəyyən edilib məsuliyyətə cəlb edilməsi məqsədi ilə hazırkı cinayət işindən ayrıca material ayrılmış və Qusar RPŞ-nin CAB-na göndərilmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 27.08.2021-ci il tarixli 1474/08-21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X3 həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 09.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Qusar rayon İHB-nın İmamqulukənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05.08.2021-ci il tarixli 426 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X8, 01.09.2003-cü il təvəllüdlü qızı Gülər Xəlilovadan, 17.07.2006-cı il təvəllüdlü qızı Zəminə Xəlilovadan və 13.02.2010cu il təvəllüdlü qızı Səbinə Xəlilovadan ibarətdir. İş materiallarında olan AZ-İ 761997 və AZ-İİ 450594 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 17.07.2006-cı il təvəllüdlü Zəminə adlı bir yetkinlik yaşına çatmayan, 13.02.2010-cu il təvəllüdlü Səbinə adlı bir azyaşlı uşaqları vardır. İş materiallarında olan Qusar rayon İHB-nın İmamqulukənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 14.12.2021-ci il tarixli ərizədən görünür ki, o, özünü Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.12 və 43.3-cü maddələrinə əsasən barəsində olan cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razıdır. Ona görə də, barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 2020-ci ilin əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə etdiyi çətənə bitkisinin toxumlarını, 2021-ci ilin mart ayının axırlarında Qusar rayonu Aşağı İmamqulukənd kəndində yerləşən bibisi oğlu X1 məxsus, faktiki isə onun istifadə etdiyi torpaq sahəsinin yuxarı hissəsində olan kolluqlarda 04 ədəd çətənə (kannabis) bitkisinin kollarını qanunsuz olaraq əkməsi və zəruri aqrotexniki qulluq göstərib yetişdirməklə kultivasiya etməsi, 02.08.2021-ci il tarixdə saat 19 radələrində Qusar RPŞ-nin Həzrə PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin çətənə kollarının aşkar edilərək götürülməsi, bununla da, onun həmin hərəkəti ilə Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Həmin Məcəllənin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9, 9.1-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 1, 1.16-cı bəndlərində göstərilmişdir ki, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla): öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Azərbaycan Respublikasının CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşaqları olmaqla o, hazırda “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1, 1.16-cı bəndlərinin təsiri altına düşür və həmin şəxs həmin qərarın tətbiq edilmədiyi şəxslərin dairəsinə daxil deyildir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim etməklə amnistiya aktına əsasən barəsində olan cinayət təqibinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1, 1.16-cı bəndləri tətbiq edilməklə Azərbaycan Respublikasının CPM-nin 39.1.12, 43.3-cü maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 17-1.8-ci maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, qanuni qüvvəyə minmiş qərarın surəti Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə məqsədi ilə məcburi müalicənin icrasına nəzarət ediməsi və ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə qərarın tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi üçün probasiya nəzarətini həyata keçirən icra məmuruna göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Qusar RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış, çəkisi 4099,98 qram tərkibində narkotik maddələr olan 04 ədəd çətənə (kannabis) bitkisinin kolları məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 66,46 (altmış altı manat qırx altı qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X7, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş materiallarına əlavə olunmuş 2 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 39, 43, 321.2.1, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, Azərbaycan Respublikasının CPM-nin 39.1.12, 43.3-cü maddələrinə əsasən barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1, 1.16-cı bəndləri tətbiq edilməklə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Qusar RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış, çəkisi 4099,98 qram tərkibində narkotik maddələr olan 04 ədəd çətənə (kannabis) bitkisinin kolları məhv edilsin. İş materiallarına əlavə olunmuş 2 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X7, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qərarın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-81/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-81/2021
14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver