Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-81/2023 17.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2003-cü ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işşləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 31 avqust 2023-cü il tarixdə, saat 01 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “Azercell” müştəri xidmətləri ofisinin yaxınlığında sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs yumruqla vuraraq bütün sümüyünün minimal dislokasiya olunmuş sınığı və sol maksillar sinusun ön, arxa lateral və yuxarı (sol orbitanın aşağı divarı) divarlarının dislokasiyalı sınığı ilə nəticələnən qəsdən AZ AĞİR zərər yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, 30 avqust 2023-cü il tarixdə Qusar şəhərində yerləşən kafedə spirtli içki qəbul edib sərxoş olmuş, kafedə olarkən tanışı Hamlet Rzaxanov onların oturduqları stola gəlib bir az onlarla oturmuş, sonra çıxıb getmişdir. 31 avqust 2023-cü il tarixdə gecə saat təxminən 01 radələrində o, kafedən çıxıb evə gedərkən Hamletin yolun kənarında dayandığını görmüş, sonuncu onunla söhbət etmək istədiyini demiş, onlar birlikdə arxa məhəlləyə getmişlər, söhbət zamanı aralarında mübahisə yaranmış və o, yumruqla Hamletin üz nahiyəsinə vurmuşdur. Hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirir, zərər çəkmiş şəxs onunla barışdığından və ona qarşı heç bir şikayəti və ya tələbi olmadığına görə barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 31 avqust 2023-cü il tarixdə gecə saatlarında Qusar şəhərində yerləşən kafedə pivə içmiş, Təqsirləndirilən şəxs da həmin kafedə olmuş, tanışları ilə birlikdə spirtli içki qəbul edib sərxoş olmuşdur. Həmin gün gecə saatlarında onunla Təqsirləndirilən şəxs arasında küçədə mübahisə yaranmış və Rəşad yumruqla onun sifət və bel nahiyəsinə vurmuş, nəticədə o, xəsarət almışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəldən tanıyır, Zərərçəkmiş şəxs isə yaşadığı məhəllədən tanıyır. 30 avqust 2023-cü il tarixdə 31 avqust 2023-cü il tarixə keçən gecə Təqsirləndirilən şəxs ona zəng edərək “Şərbət” kafedə olduğunu və sərxoş olduğunu demiş, gəlib onu evə aparmasını xahiş etmişdir. O, həmin yerə getmiş, orada Rəşad, Namiq və 2-3 nəfər tanımadığı adamlar olmuşdur. Hamlet bir neçə dəfə onların oturduqları stola yaxınlaşmış, Rəşada nalayiq sözlər demiş, onlar isə onu stoldan kənarlaşdırmışlar. Onlar kafedən çıxıb getdikdən sonra, Hamlet küçədə dayanacağın digər tərəfindən onlara yaxınlaşmış və yenə nalayiq ifadələr işlətmiş, Rəşad Hamletlə danışmağa getmiş və orada Hamleti yumruqla vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə analoji ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 457 saylı 31 avqust 2023-cü il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol göz orbiti ətrafının, sağ gözün iç küncünün, burnun kökü nahiyəsinin qançırları,; burnun kökü nahiyəsininşişkinliyi; burnun sol yan səthin kökünün sıyrığı; burun sümüyünün minimal dislokasiya olunmuş sınığı; sol maksillar sinusun ön, arxa lateral və yuxarı (sol orbitanın aşağı divarı) divarlarının dislokasiyalı sınığı; sol maksillar sunis daxilində patoloji substrat (qan); hematosinus küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və müxtəlif şəraitlərdə, yəni xx.xx.2023-cü il tarixdə yumruq zərbələri nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 04 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 sentyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 10 oktyabr 2023-cü il tarixli ərizələrdən görünür ki, həmin şəxslər barışmışlar, münasibətləri normaldır, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edirlər. Beləliklə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 321.2.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №1(029)-81/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-81/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver