Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-83/2023 31.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin nümayəndəsi: X3, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, rəsmi işləməyən, Qusar rayon məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 ilmüddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Qusar rayon məhkəməsinin 7(029)-13/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 06 (altı) ay 11 (on bir) gün hissəsi 09 (doqquz) ay 5 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və hazırda cəzaşəkən, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə, saat 16 radələrində yaşadığı evin qonşuluqda X4 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evin heyətinə hasardan tullanıb qanunsuz daxil olaraq, evin arxa tərəfinə keçərək evin yataq otağının plastik pəncərəsinin şüşəsini sındıraraq içəri girib oradan dəyəri 80 manat olan 01 ədəd istismara yararlı SSRİ istehsalı 4 kq həcmli paltaryuyan maşını, evin hamam otağından dəyəri 80 manat olan 01 ədəd istismara yararlı 32 litrlik “Termet” markalı suqızdırıcı hamam sobasını, evin dəhliz otağından dəyəri 40 manat olan 01 ədəd qaz sobasının əlvan metaldan hazırlanmış istismara yararlı üst hissəsini, dəyəri 10 manat olan 01 ədəd istismara yararlı Yaponya istehsalı “Sanyo” markalı maqnitafonu, həmçinin evin həyətindən dəyəri 30 manat olan 01 ədəd istismara yararlı kustar üsulla hazırlanmış dəmir manqalı və dəyəri 50 manat olan 01 ədəd istismara yararlı kustar üsulla hazırlanmış dəmir odun sobasını gizli yolla talamaqla zərərçəkmiş şəxsə cəmi 290 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, onun evdə ailəsi ilə problemləri var, hadisə baş verən gün evdə mübahisə etmiş və əsəbləşib oğurluq etmişdir. O, ittiham aktında göstərilən əşyaları oğurlayıb metal qəbulu sexinə vermiş, 34 manat pul əldə etmiş, həmin pula araq və siqaret almışdır. Zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməmiş, bununla bağlı kiminləsə görüşməmişdir. Hazırda əməlindən peşmandır, yetkinlik yaşına çatmayan uşağı var. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı və şahidin ifadəsi, cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X5 izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin evindən müxtəlif əşyaları oğurlamaqla ona ziyan vurmuşdiur. Hazırda zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs oğurluq etdiyi ev onun qayınatasının evidir. O, özü də həmin evdə yaşamışdır. Təqsirləndirilən şəxs həmin evlə üzbəüz evdə yaşayır. O, Təqsirləndirilən şəxs qayınatasının evindən oğurluq olunduğunu eşitmiş, gəlib evə baxmış, evin qapısının sındırıldığını görmüşdür. Bundan sonra o, polisə şikayət etmiş, məlum olmuşdur ki, Təqsirləndirilən şəxs evdən müxtəlif əşyaları oğurlamışdır. Təqsirləndirilən şəxs əvvəllər də oğurluqlar etmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/5069 saylı ekspert rəyindən görünür ki, 01 ədəd istismara yararlı 32 litrlik “Termet” markalı suqızdırıcı hamam sobasının 2023-cü ilin aprel və iyun aylarına olan orta bazar qiyməti 80 manat, 01 ədəd istismara yararlı SSRİ istehsalı 4 kq həcmli paltaryuyan maşının 2023-cü ilin aprel və iyun aylarına olan bazar qiyməti 80 manat, 01 ədəd qaz sobasının əlvan metaldan hazırlanmış istismara yararlı üst hissəsinin 2023-cü ilin aprel və iyun aylarına olan orta bazar qiyməti 40 manat, 01 ədəd istismara yararlı Yapon istehsalı “Sanyo” markalı maqnitafonun 2023-cü ilin aprel və iyun aylarına olan orta bazar qiyməti 10 manat, 01 ədəd istismara yararlı kustar üsulla hazırlanmış dəmir manqalını 2023-cü ilin aprel və iyun aylarına olan orta bazar qiyməti 30 manat, həmin malların ümumi dəyəri isə nəzəri hesablama yolu ilə təxminən 240,00 manat müəyyən olunur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/6274 saylı ekspert rəyindən görünür ki, 01 ədəd istismara yararlı kustar üsulla hazırlanmış dəmir manqalın 2023-cü ilin iyun ayında dəyəri 30 manat, 01 ədəd istismara yararlı kustar üsulla hazırlanmış dəmir odun sobasının 2023-cü ilin iyun ayında dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(029)- 13/2023 saylı qərarının surətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 1(029)-63/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 06 (altı) ay 11 (on bir) gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 09 (doqquz) ay 5 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalında dərhal həbs edilmişdir. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli 2032 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü Nurlan adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Beləliklə, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı əməlindən peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə CM-nin 18.4.4-cü maddəsinə əsasən həmin məhkumluğa görə cinayətlərin residivi mövcud deyildir. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, onun islah olunması sonuncuya azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi ilə mümkündür, həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Belə ki, həmin şəxsin əməlində cinayətlərin residivi mövcud olmasa da, o, əvvəllər də məhz oğurluq cinayətini törətmiş və buna görə məhkum olunmuş, hazırkı cinayət əməlini ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə törətmiş, bu isə onun oğurluq cinayətlərini törətməyə meyilli şəxs olmasına, əvvəllər təyin edilmiş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəticəsində islah olunmadığına, bununla da həmin cəzanın məqsədlərinə nail olunmadığına dəlalət edir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Qusar rayon məhkəməsinin 7(029)-13/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 09 (doqquz) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 25 (iyirmi beş) gün hissəsi hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən, yəni 31 oktyabr 2023cü il tarixdən hesablanmalı, barəsində Qusar rayon məhkəməsinin 7(029)-13/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi və bu səbəbdən də hazırki iş üzrə ibtidai istintaq zamanı onun barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. İş üzrə 100,0 (iki yüz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Qusar rayon məhkəməsinin 7(029)-13/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 09 (doqquz) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 25 (iyirmi beş) gün hissəsi hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 31 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Qusar rayon məhkəməsinin 7(029)-13/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi və bu səbəbdən də hazırki iş üzrə ibtidai istintaq zamanı onun barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. İş üzrə 100,0 (iki yüz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan (məhkuma verildiyi andan) 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №1(029)-83/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-83/2023
31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver