Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-83/2024 02.10.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X17 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi: X6 iştirakları ilə, xx.xx.1982-cı il ildə Pakistan İslam Respublikasının X20 şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, ailəli, işləməyən, Pakistan İslam Respublikasının X20 şəhərində qeydiyyatda olan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,318.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qardaşı Ərşad Naz X3 ilə birlikdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət- buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd edərkən saxlanılmışdır. Belə ki, o, Avropa qitəsində yerləşən hər hansı ölkədə yaşamaq və işləmək məqsədilə həmin ölkələrdən hər hansı birinə getmək üçün viza əldə edə bilmədiyindən qabaqcadan əlbir olan bir qrup şəxs halında qardaşı Ərşad Naz X3 ilə birlikdə 15 iyul 2024-cü il tarixdə, saat 02 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qusar rayonunun Yuxarı Zeyxur kəndində yerləşən 6-cı sərhəd zastavasının 3cü sahəsindən piyada hərəkət edərək, qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd göstərmiş, sərhəd zastavasının maneə çəpərinin üstündən tullanıb qarşı tərəfə keçmiş, lakin ərazinin relyefinin sərt uçurum olması səbəbindən Ərşad Naz X3 həmin uçurumdan yıxılaraq ayağı sınmış və hərəkət edə bilməmişdir. Təqsirləndirilən şəxs ona kömək etmək məqsədi ilə həmin əraziyə düşmüş lakin onu ərazidə tapa bilmədiyindən Ərşad Naz X1 ilkin tibbi yardım göstərilməsinə köməklik göstərəcək şəxsləri çağırmaq üşün dərədən yuxarı qalxmış lakin ərazidə heç kim olmadığını görüb maneə çəpərini yenidən aralayaraq keçib geri qayıtmaq isdəyərkən 15 iyul 2024-cü il tarixdə saat 12:43 də 39 nömrəli sərhəd nişanından 150 metr sağda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları tərəfindən aşkar edilərək, “Dayan!” çağırış komandası verilib, dövlət sərhəd xəttindən 300 metr məsafədə saxlanılmış və öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, Pakistan İslam Respublikası vətəndaşı olmaqla daimi olaraq orada yaşayır. O, qardaşı ilə birlikdə Almaniyaya getmək istəmiş, internet vasitəsi ilə maraqlanmışlar və Azərbaycan Respublikası vasitəsi ilə Avropaya getməyin rahat olduğunu öyrənmişlər. Bundan sonra o, 10 iyul 2024-cü il tarixdə qardaşı ilə birlikdə Azərbaycan Respublikasına gəlmiş, 15 iyul 2024-cü il tarixdə isə Rusiya Federasiyasına keçmək üçün Qusar rayonu Samur qəsəbəsi ərazisinə gəlmişlər. Orada sərhəd buraxılış məntəqəsindən kənar dövlət sərhədini keçmək istəyərkən həmin ərazi uçurum olduğundan qardaşı yarğandan yıxılıb ayağı sınmış, daha sonra həlak olmuş, onu isə sərhəd xidmətinin əməkdaşları saxlamışlar. Hazırda əməlindən peşmandır. Ona görə də, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan N nömrəli hərbi hissənin 6-cı sərhəd zastavasının rəisi Şahid1 15 iyul 2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə təxminən saat 12:43 radələrində əsgər Şahid2, əsgər X2, əsgər X9, əsgər X8 ilə birlikdə “Gözətçi dəstə” xidmətini təşkil edərkən sərhəd zastavasının 3-cü sahəsində, 39 nömrəli sərhəd nişanından təxminən 150 metr sağda, dövlət sərhəd xəttindən 300 metr aralıda maneə çəpərini keçən 1 (bir) nəfər naməlum şəxs saxlanılmışdır. Saxlanıldıqdan sonra həmin şəxsin Pakistan İslam Respublikası vətəndaşı olduğu müəyyən olmuşdur. Bundan sonra xidməti ərazidə aparılan axtarış tədbirləri nəticəsində təxminən saat 12:49 radələrində qeyd olunan ərazidə uçurumdan 200 metr aşağıda 1 (bir) nəfər şəxsin olduğu aşkar olunmuş, təxminən saat 13:57 radələrində axtarış qrupları həmin şəxsin yanına çatarkən onun yaralı vəziyyətdə olduğu müəyyən olunmuş, ərazidə axan çayın suyunun səviyyəsi qalxdığından həmin şəxsi ərazidən çıxarmaq mümkün olmamış və təxminən saat 14:30 radələrində həmin şəxs ölmüşdür (i/v:5) İş materiallarında olan 15 iyul 2024-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 13:30-da Ərşad X4 pozmaya görə inzibati qaydada tutulmuşdur (i/v:16). İş materiallarında olan 16 iyul 2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:15-də şübhəli şəxs qismində tutulmuşdur (i/v:53). İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(009)-366/2024 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (i/v: 94) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v: 108). Beləliklə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, onun islah olunması sonuncuya azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi ilə mümkündür, həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da idarəetmə qaydalarının qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 15 iyul 2024-cü il tarixdə hazırkı iş üzrə inzibati qaydada tutulmaqla həmin tarixdə onların azadlıqları faktiki olaraq məhdudlaşdırılmış, daha sonra isə həmin şəxs azad olunmadan 16 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 17 iyul 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin şəxsin cəzaçəkməsinin əvvəli 15 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı olan halları-yəni onun Azərbaycan Respublikasında yaşayış yerinin və iş yerinin, hər hansı qohumlarının olmamasını, qalmaq üçün hər hansı maddi imkanının olmamasını və s. halları nəzərə alaraq hesab edir ki, onun barəsində əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 15 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №1(029)-83/2024
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-83/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver