Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-84/2023 31.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Qusar rayonu Urva kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Urva kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq 2023-cü ilin yanvar ayında yaşadığı kənddə yerləşən fərdi yaşayış evin həyətində kustar üsulla hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən 01 ədəd xəncər hazırlayaraq əldə etmiş, daha sonra isə həmin xəncəri 16 iyun 2023-cü il tarixdə gördüyü təmir işinin pulunu almaq üçün Qusar rayonu Yuxari Ləyər kəndində yaşayan X1 yaşadığı ünvana gedən zaman yaşadığı kənddən qonşu Qusar rayonu Çiləgir kəndinə piyada gedən zaman üzərində, eləcə də rayonun Çiləgir kəndindəm Yuxarı Ləyər kəndinə tanışın Şahid2 idarə etdiyi “Vaz-2108” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilində və rayonun Yuxarı Ləyər kəndində gəzdirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, meşəyə və çöl sahəsinə aparmaq üçün xəncər hazırlamış və həmin xəncəri bir müddət üzərində gəzdirmişdir. 2023-cü ilin iyun ayında o, Şahid1 adlı şəxsin evini təmir etmiş, Afik onun zəhmət haqqını verməmiş, telefonla zəng edib pulunu tələb etdikdə onu söymüş, bu səbəbdən də xəncəri götürüb həmin şəxsin evinə getmişdir. Orada Afiki çağırıb pulunu istəmiş, onunla aralarında mübahisə yaranmış, daha sonra o, həmin yerdən aralanıb evinə qayıdarkən polis əməkdaşları onu saxlamışlar. Hazırda əməlindən peşmandır, 2-ci Qarabağ müharibəsi zamanı könüllü olaraq müharibəyə getmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs usta kimi tanımışdır. Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayında onun evində suvaq işi görmüş, işi bitirmədən pulu tələb etmiş, o, isə işi tam bitirməsini və pulu bundan sonra verəcəyini demişdir. Sonuncu dəfə Slavik əlində xəncərlə onun evinə gələrək yenidən pul tələb etmiş, aralarında mübahisə yaranmış, pulu verməsə xəncərlə onu vuracağını demiş, o, xəncəri Slavikin əlindən almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. O, 2023-cü ilin iyun ayında idarə etdiyi avtomobillə dayanıb müştəri gözləyərkən Slavik yaxınlaşaraq onu Qusar rayonu Yuxarı Ləyər kəndinə aparmasını xahiş etmiş, onunla gediş haqqını 6 manata razılaşmışlar və o, Slaviki həmin kəndə aparmışdır. Həmin kənddə Slavik Afik adlı şəxsin evinə gedərək onunla mübahisə edib dalaşmışdır. Slavikin əlində bir ədəd torba olmuş, lakin o, xəncəri görməmişdir. İş materiallarında olan 17 iyun 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Qusar rayonu Yuxarı Ləyər kəndinə Şahid1 yaşadığı evinə apardığı bir ədəd xəncəri Qusar RPŞ-yə təqdim etmişdir. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3/1001 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən l (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncərdir, soyuq silah hesab edilir(i/v: 33-35). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (i/v: 36-39). İş materiallarında olan Qusar rayon İHB-nın Urva kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i/v 53). İş materiallarında olan AZ-İİ 010252 və AZ-İİ 413050 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü Rəsmiyyə və xx.xx.2009-cu il təvəllüdlü Somik adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Beləliklə, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı əməlindən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların, o cümlədən azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində iki yetkinlik yaşına çatmayan uzaqları vardır, 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. Bundan başqa, CM-nin 58.1-ci maddəsinin mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd xəncər və 01 ədəd bel sapı məhv edilməlidir. İş üzrə 64,0 (altmış dörd) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi miqdarında dövlət nəfinə pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli aylıq qazancından dövlət nəfinə ilk məbləğ tutulan vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd xəncər və 01 ədəd bel sapı məhv edilsin. İş üzrə 64,0 (altmış dörd) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLIK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №1(029)-84/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-84/2023
31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver