Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-85/2020 18.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli-himayəsində üç azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, “VAZ 21140” markalı, “O369OY 05” dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X3 ölümünə səbəb olmuşdur. Belə ki, o, xx.xx.2020-ci il tarixdə, saat 22:25 radələrində istifadə etdiyi dizel yanacağı qabını götürmək üçün idarə etdiyi “VAZ 21140” markalı, “O369OY 05” dövlət qeydiyyat nişanlı avtomobil ilə qardaşı Şahid1 ilə birlikdə işlədiyi Qusar rayon məhkəməsinə gedərkən Qusar şəhəri, Z.Əliyeva küçəsində, M.Əbilov meydanı yaxınlığında 50-60 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni qarşıda piyada keçidi ilə piyadaların yolu keçməsini nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobili piyada keçidinə daxil etmədən dayandırmalı, piyadalara yol verməli, piyada keçidi ilə yolu keçən piyadaların onun hərəkət zolağını boşaltdıqdan sonra hərəkətini davam etdirməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu qanunun tələblərini pozaraq, həmin vaxt nizamlanmayan piyada keçidi ilə yolu soldan sağa istiqamətdə asta yerişlə keçən piyada X4 avtomobilin ön hissəsi ilə vurmuş, nəticədə “alnında əzilmiş-çapılmış yara; alnında, sol almacıq nahiyəsində, burunun üstündə, sol yanağında, sağ budun orta 1/3-nin ön səthində, sağ dizində, sağ ayağın topuq nahiyəsində, sol budun orta 1/3-nin arxa səthində sıyrıqlar; sağ baldır sümüklərinin sınığı; sağ budun qançır-hematoma; sol budun aşağı 1/3-nin iç səthində, sol baldırın yuxarı 1/3nin iç səthində, sağ baldırın yuxarı 1/3-nin yan səthində qançırlar; sağ və sol alın-təpə nahiyəsinin yumşaq toxumalarının daxili səthində qansızmalar; sərt beyin qişasının damarların doluqanlılığı; baş-beyin və beyincik toxumasında xırda ölçülü nöqtəvari qansızmalar” ilə ifadə olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq Qusar rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə, müalicə olunduqdan bir neçə gün sonra isə karantin rejimi ilə əlaqədar həmin xəstəxana bağlandığı üçün Quba X6 yerləşdirilmiş X3 xx.xx.2020-ci il tarixdə ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, o, xx.xx.2003-cü il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 Regional Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsində işləmişdir. 2019-cu ilin yay aylarından 2020-ci ilin iyul ayınadək Quba RMŞ-nin polis nəfəri kimi Qusar rayon məhkəməsinin mühafizə edilməsini təşkil etmişdir. Qusar rayon məhkəməsinin inzibati binasında işıq olmayan zaman onlar generatordan istifadə etdiklərinə görə həmin generatora dizel yanacağı tökmək üçün həftədə təxminən iki dəfə işə getdiyi zaman özü ilə plastik qabda dizel yanacağı aparmışdır. Hadisənin baş verdiyi gün-yəni xx xxxx 2020-ci il tarixdə dizel yanacağını gətirmək üçün istifadə etdiyi qab yadından çıxaraq iş yerində qaldığına görə saat 22:15 radələrində qardaşı Şahid1 ilə birlikdə baş etibarnamə ilə Vasifə məxsus olan “VAZ 21140” markalı, “O369OY 05” dövlət qeydiyyat nişanlı avtomobillə həmin qabı götürmək məqsədi ilə məhkəməyə getmək üçün yola düşmüşlər, avtomobili o, idarə etmişdir. Həmin vaxt o, sərxoş vəziyyətdə olmamışdır. Təxminən saat 22:25 radələrində o, Qusar şəhəri, Z.Əliyeva küçəsində idarə etdiyi nəqliyyat vasitəsi ilə saatda 50-60 km sürətlə hərəkətdə olarkən “xxxxxxxx” MMC-nin X23 arxa tərəfinə çatmaqlarına az qalmış piyada keçidindən təxminən 1 metr irəlidə, yolun sol tərəfində yerləşən səkidən yolu keçmək üçün iki nəfər piyadanın yola çıxdıqlarını görmüşdür. Qarşısına çıxan piyadaları vurmamaq üçün əyləc sistemindən istifadə etmiş, lakin buna baxmayaraq hər iki piyadanı avtomobilin ön və önsol hissəsi ilə vurmuşdur. Piyadalar təxminən yolun orta hissəsində olmuşlar və onları həmin hissədə vurmuşdur. Piyadaları vurduqdan sonra dərhal avtomobili saxlamış, Vasif və o, avtomobildən düşmüşlər və o, dərhal 103 xidmətinə zəng etmişdir. Həmin vaxt ətrafdakı insanlar hadisə yerinə toplaşmışlar. Bir müddət sonra hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları gəlmişlər. Xəsarət alan piyadalar təcili tibbi yardım avtomobili vasitəsi ilə Qusar RMX-yə aparılmışlar. Hadisə vaxtı avtomobildə özü və qardaşı Vasifdən başqa heç kim olmamış, nə özü, nə də qardaşı Vasif hər hansı xəsarət almamışlar. Daha sonra polis əməkdaşları onu və qardaşı Vasifi rayon polis şöbəsinə aparmışlar, qardaşı və özü orada sərxoşluq vəziyyətinin yoxlanılması üçün tibbi müayinədən keçirilmişlər, sərxoş vəziyyətdə olmadıqları müəyyən edilmiş və izahat verdikdən sonra yaşadıqları evə qayıtmışlar. Avtomobillə vurduğu 2 nəfər piyadanı əvvəllər tanımamış, hadisədən sonra həmin şəxslərin X8 və Şahid2 olduqlarını öyrənmişdir. Təranə Mikayılova əvvəlcə Qusar RMX-nin reanimasiya şöbəsinə yerləşdirilmiş, hadisədən sonra Təranə Mikayılovaya baş çəkmək üçün Qusar RMX-yə getmişdir. X19 RMX-də bir neçə gün qaldıqdan sonra müalicəsinin davam etdirilməsi üçün Quba X6 aparılmış, müalicə müddətində o, Təranə Mikayılovanın tibbi müalicəsi üçün yardımlar etmişdir. xx xxxx 2020-ci il tarixdə isə X8 aldığı xəsarətlərdən ölmüşdür. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, himayəsində üç azyaşlı uşaqlarının olduğunu, zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş zərəri tam ödədiyini, həmin şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını, 19 ildən artıq müddətdə polis əməkdaşı kimi fəaliyyət göstərməsini, xidmət müddətinin 20-ci təqvim ilinin sonunda təqaüdə çıxmaq hüququnun yarandığı halda məhz həmin hadisəyə görə təqaüdə çıxmağına bir ildən az bir müddət qalmış vaxtda daxili işlər orqanlarında xidmətdən azad olunduğunu, ailədə yeganə qazanc gətirən şəxs olduğunu göstərərək barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X2 onun arvadı olmuşdur. Təranə skolioz xəstəliyindən əziyyət çəkməklə İ qrup əlil olmuş, buna görə də, gəzərkən müəyyən qədər çətinlik çəkmişdir. Təranə xx xxxx 2020-ci il tarixdə qızı Şahid2 ailəsi ilə birlikdə kirayədə yaşadığı ünvan 2 ünvanına qonaq getmişdir. Onlar uşaqları gəzdirmək üçün teztez Qusar şəhərində yerləşən mərkəzi meydana getmişlər. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında ona zəng olunaraq bildirilmişdir ki, qızı Şahid2 iki azyaşlı uşağını gəzdirmək üçün arvadı Təranə Mikayılova ilə birlikdə Qusar şəhərində yerləşən mərkəzi meydana getmişlər və qayıdarkən “xxxxxxxx” MMC-nin X23 yaxınlığında Təranəni və Gülbanini maşın vurmuş, onlar Qusar RMX-na aparılmışlar. O, dərhal Qusar RMX-na getmiş, orada qızı Şahid2 xəsarət aldığını və özündə olmadığını, arvadı Təranə Mikayılovanın isə reanimasiya şöbəsinə yerləşdirildiyini görmüşdür. Təranə Qusar RMXdə bir neçə gün qaldıqdan sonra, karantin rejimi ilə əlaqədar Qusar RMX bağlandığı üçün onlar Təranəni xx.xx.2020-ci il tarixdə Quba X6 aparmışlar və səhhəti pis olduğundan xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə orada ölmüşdür. Qızı Gülbaninin səhhəti isə hazırda normaldır. Təqsirləndirilən şəxs və onun ailəsini əvvəllər tanımamış, arvadı Təranə Mikayılova və qızı Şahid2 avtomobil vurduqdan sonra həmin avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs olmasını bilmişdir. Arvadı Təranə xəstəxanada olarkən Təqsirləndirilən şəxs bir neçə dəfə ona baş çəkmiş, lazımi yardımlar göstərmişdir. Həmçinin, Təranə öldükdən sonra Vidadi və onun ailə üzvləri bir neçə dəfə yas mərasimlərində iştirak etmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi Əzim Mikayılov həmçinin məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərilmiş, bundan başqa, təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olduğunu bildirmiş, onlar barışmışlar və onun hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, hadisə təsadüfən, ehtiyatsızlıqdan törənmişdir. O, həmin şəxsin həbs olunmasına razı deyildir, həmçinin ona hər hansı bir cəzanın təyin edilib-edilməməsinin heç bir mənası yoxdur. Ona görə də Təqsirləndirilən şəxs barəsində ən aşağı həddə cəza təyin edilməsini, mümkündürsə onun həbs olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında o, işdən evə gəlmiş və həmin vaxt qardaşı Təqsirləndirilən şəxs məhkəməyə gedərək orada olan yanacaq qabını götürməyi təklif etmiş, o, isə razılaşmışdır. Bundan sonra onlar həmin gün saat təxminən 22:15 radələrində ona məxsus olan “VAZ 21140” markalı, “O369OY 05” dövlət qeydiyyat nişanlı avtomobillə həmin qabı götürmək məqsədi ilə məhkəməyə getmək üçün yola düşmüşlər, avtomobili Vidadi idarə etmişdir. Saat təxminən 22:25 radələrində onlar Qusar şəhəri Z.Əliyeva küçəsi ilə hərəkətdə olarkən “xxxxxxxx” MMC-nin X23 yaxınlığında poçtla “Atrium” kafesinin arasında olan pilləkəndən iki nəfər piyada çıxmış və həmin piyadaları görərkən Vidadi dərhal əyləci basmış, lakin avtomobili saxlaya bilməyib həmin piyadaları vurmuşdur. Bundan sonra, Vidadi avtomobili saxlamış, onlar avtomobildən düşüb dərhal təcili tibbi yardıma zəng etmişlər, bir az keçdikdən sonra oraya polis əməkdaşları və təcili tibbi yardım əməkdaşları gəlmişlər. Adlarını sonradan öyrəndiyi piyadalar Təranə və Gülbanini Qusar RMX-na aparmışlar, həmçinin polis əməkdaşları onu və Vidadini Qusar RPŞ-nə apararaq orada onlardan izahat almışlar və daha sonra onlar evə getmişlər. Hadisədən sonra qardaşı Vidadi bir neçə dəfə Təranəyə və Gülbaniyə baş çəkmiş, lazımi yardımılar etmiş, Gülbaninin səhhəti tam normallaşmış, lakin Təranə xx xxxx 2020-ci il tarixdə aldığı xəsarətlərdən X15 Mərkəzində ölmüşdür. Qardaşı Vidadi və bütün ailə üzvləri bir neçə dəfə Təranənin yas mərasimində iştirak etmişlər. Hadisə vaxtı nə o, nə də qardaşı Vidadi sərxoş olmamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində anası Təranə Mikayılova ilə birlikdə uşaqlarını Qusar şəhərində yerləşən mərkəzi meydana gəzdirməyə aparmışdır. Onlar mərkəzi meydanda bir müddət gəzdikdən sonra evə qayıtmışlar. Bu zaman Qusar şəhəri, Z.Əliyeva küçəsini piyada keçidindən keçərək düz istiqamətdə M.Vəliyev küçəsinə çıxıb evə getmək istəmişlər. Həmin vaxt saat təxminən 22 radələrində onlar Qusar şəhəri Z.Əliyeva küçəsində yerləşən piyada keçidindən yolu keçərkən, ilk növbədə iki azyaşlı uşağını yolun digər tərəfinə keçirmiş, bundan sonra geri qayıdaraq anası Təranəni yolun digər tərəfinə keçirmək istəmişdir. Anası Təranə İ qrup əlil olduğuna görə, ona yolu keçməkdə köməklik etmişdir. Onlar piyada keçidindən yolu keçərkən anası Təranə sol tərəfində olmuş, sağ tərəfə baxaraq maşının gəlib-gəlmədiyini dəqiqləşdirmiş, həmin vaxt uzaqda maşın işıqlarını görmüş, maşın uzaqda olduğu üçün yaxınlaşana qədər yolu keçə biləcəklərini düşünmüşdür. Avtomobil ilə aralarında məsafənin nə qədər olduğunu dəqiq xatırlamır, lakin həmin avtomobil xeyli uzaqda olduğundan bu zaman yolu keçməyə başlamışlar. Onlar yolu keçərkən maşının yaxınlaşdığını görmüş və bir neçə saniyə sonra həmin boz rəngli maşın özünü və anası Təranəni vurmuşdur. Onlar bu zaman yolun təxminən orta hissəsini keçmişlər və avtomobil onları həmin hissədə vurmuşdur. Həmin vaxt o, bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alaraq yerə yıxılmış, maşın anası Təranəni isə bir neçə metr irəliyə aparmış və o, yerə yıxılmışdır. Aldığı xəsarətlər nəticəsində özünü pis hiss etmiş, ətrafdakı insanlar ona kömək etmişlər, bir müddət sonra özünə gəlmiş və anası Təranənin yolda uzanıqlı, baş nahiyəsinin qanamış vəziyyətdə olduğunu görmüşdür. Sonra polis əməkdaşları və təcili tibbi yardım avtomobili hadisə yerinə gəlmiş və onlar Qusar RMX-yə aparılmışlar. Ona ilkin tibbi yardım göstərilmiş və evə qayıtmışdır. Lakin, anası Təranənin səhhəti pis olduğundan o, Qusar RMX-də reanimasiya şöbəsinə yerləşdirilmişdir. Təranə xx.xx.2020-ci il tarixə qədər Qusar RMXnin reanimasiya şöbəsində qaldıqdan sonra Quba X6 göndərilmiş və xx.xx.2020-ci il tarixdə ölmüşdür. Hadisəni törədən Təqsirləndirilən şəxs və onun ailəsini əvvəllər tanımamış, hadisədən sonra tanımışdır. Belə ki, hadisədən sonra, o cümlədən anası öldükdən sonra Vidadi və ailə üzvləri bir neçə dəfə onlara gəlmiş, yas mərasimlərində iştirak etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzgündür, həmin ifadəni təsdiq edir. X2 onun qayınanası olmuşdur. Sonuncu, İ qrup əlil olmuş, buna görə gəzməkdə çətinlik çəkmişdir. Şahid2 isə onun arvadıdır. O, arvadı və uşaqları ilə birlikdə Qusar şəhəri M.Vəliyev küçəsində kirayədə yaşayır. Mərhum qayınanası Təranə aradabir onlara qonaq gəlmiş və bu zaman arvadı Gülbani ilə birlikdə uşaqlarını gəzdirmək üçün parka aparmışlar. xx xxxx 2020-ci il tarixdə o, işdə olmuş və həmin gün, axşam saatlarında əmisi oğlu Kamran ona zəng edərək bildirmişdir ki, arvadı Gülbanini və qayınanası Təranəni mərkəzi meydanın yaxınlığında olan piyada keçidində avtomobil vurmuşdur. Dərhal o, qaynı Tağı ilə əlaqə saxlamış və onların Qusar RMX-yə getdiklərini öyrənmişdir. Bundan sonra o, işdən çıxaraq Qusar RMX-na getmiş, qayınanası Təranə reanimasiya şöbəsində olmuş, Gülbani isə özündə olsa da, səhhəti pis olmuş və hərəkət etməkdə çətinlik çəkmişdir. Xəstəxanada olarkən Təranə və Gülbanini sonradan tanıdığı Təqsirləndirilən şəxs adında şəxsin avtomobil ilə vurduğunu öyrənmişdir. Xəstəxanada Gülbaniyə ilkin tibbi yardım göstərildikdən sonra onu evə aparmış, özü isə yenidən Qusar RMX-yə qayıtmışdır. X19 RMX-nin reanimasiya şöbəsinə yerləşdirilmiş, orada bir neçə gün qaldıqdan sonra, “koronavirus” pandemiyası ilə əlaqədar Qusar RMX bağlandığı üçün onlar Təranəni Quba X6 aparmışlar. xx xxxx 2020-ci il tarixdə isə qaynanası Təranə aldığı xəsarətlərdən ölmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X2 onun əmisi oğlu Şahid3 qayınanası olmuşdur. O, xx xxxx 2020-ci il tarixdə, axşam saatlarında Qusar şəhəri mərkəzi meydanda dostları ilə oturaraq çay içmiş və birdən ətrafda səs-küy eşidib, səs gələn tərəfə getmişdir. Bu zaman Qusar şəhəri Z.Əliyeva küçəsində yerləşən piyada keçidində yol-nəqliyyat hadisəsinin baş verdiyini görmüşdür. Xəsarət alan şəxslərin qohumları – Şahid2 və Təranə Mikayılova olduqlarını bildikdə dərhal əmisi oğlu Orxana zəng etmiş və baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisə yerində olduqda, hadisəni boz rəngli, “VAZ 21140” markalı avtomobilin sürücüsünün törətdiyini öyrənmişdir. X12 və Şahid2 avtomobillə vuran sürücünün sonradan tanıdığı Təqsirləndirilən şəxs adlı şəxs olmasını bilmişdir. Hadisə yerində olduğu zaman Təranə Mikayılova və Şahid2 piyada keçidinin yaxınlığında yerdə uzanıqlı vəziyyətdə olmuşlar. Təranə huşunu itirmiş, Gülbani isə özündə olsa da, səhhəti pis vəziyyətdə olmuş, ayaq üstə qalxa bilməmişdir. O, hadisə yerində olan Gülbaninin iki azyaşlı uşaqlarını götürərək evə aparmışdır. Bundan sonra hadisə yerinə qayıtdıqda orada heç kim olmamışdır. Həmin vaxt əmisi oğlu Orxana zəng vuraraq Gülbani və Təranənin səhhətlərinin necə olduğunu soruşmuş, Orxan onların Qusar RMX-də olduqlarını bildirmişdir. Bir neçə gün sonra X14 X6 yerləşdirildiyini öyrənmişdir. Təranə Mikayılova xx xxxx 2020-ci il tarixdə, səhər saatlarında aldığı xəsarətlərdən ölmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 22 saylı rəyindən görünür ki, 1962-ci il təvəllüdlü X3 meyitinin məhkəmə-tibbi ekspertizasına, tibbi sənədlərdə qeyd olunanlara əsaslanaraq, hadisə haqqında olan ilkin məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq belə nəticəyə gəlinmişdir ki, X3 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: xarici müayinədə - alnında əzilmiş-çapılmış yara; alnında, sol almacıq nahiyəsində, burunun üstündə, sol yanağında, sağ budun orta 1/3-nin ön səthində, sağ dizində, sağ ayağın topuq nahiyəsində, sol budun orta 1/3-nin arxa səthində sıyrıqlar; sağ baldır sümüklərinin sınığı; sağ budun qançır-hematoma; sol budun aşağı 1/3-nin iç səthində, sol baldırın yuxarı 1/3-nin iç səthində, sağ baldırın yuxarı 1/3-nin yan səthində qançırlar; daxili müayinədə - sağ və sol alın-təpə nahiyəsinin yumşaq toxumalarının daxili səthində qansızmalar; sərt beyin qişasının damarların doluqanlılığı; baş-beyin və beyincik toxumasında xırda ölçülü nöqtəvari qansızmalar; beyin mədəciklərdə bir neçə ml qırmızı rəngli maye aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya malikdir. X1 ölümü məhkəmə-tibbi ekspertiza aparılan andan 10-12 saat əvvəl baş vermişdir. X2 travma yetirilərkən zərərçəkən hərəkət edən nəqliyyat vasitəsinə nəzərən ayaqüstü (şaquli) vəziyyətdə olmuşdur və o, sağ baldır sümüklərinin sınıq (bamper sınığı) nahiyəsini nəzərə alaraq demək olar ki, sağ tərəfdən dəyərək yerə yıxılmışdır. X1 ölümünə səbəb baş-beyinə qansızma olmuşdur və həmin xəsarətlərlə onun ölümü arasında birbaşa səbəbli əlaqə vardır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 286 saylı rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Şahid2 məhkəmətibbi ekspertizasına və tibbi sənədlərdə olan məlumatlara əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol bazunun aşağı 1/3-nin yan səthinin, sağ dirsəyin arxasının sıyrıqları; sol bayır topuq nahiyəsinin qançırı; sağ budun yuxarı 1/3-dən sağ baldırın yuxarı 1/3-nə qədər davam edən və sol baldırın yuxarı 1/3-nin arxa səthinin qançır-hematomaları bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə YNH nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 8/1057 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21140 markalı O369OY 05 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 8/1057 məktubundan görünür ki, həmin tarixli və həmin saylı ekspert rəyi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 140.0, 140.0.1, 140.0.2-ci maddələrinə əsasən cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri - tibb sahəsində ekspertin rəyi ilə; şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması - psixiatriya sahəsində ekspertlərin rəyi ilə müəyyən edilə bilər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının müvafiq rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. İş materiallarında olan xx xxx 2019-cu il tarixli 99 07 № 974579 saylı “qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, VAZ-21140 markalı, O369OY 05 dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ üzrə X7 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 05/180-n/05-2019-2-144 reyestr nömrəli xx xxx 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, VAZ-21140 markalı, O369OY 05 dövlət qeydiyyat nişanlı avtomobil X9 tərəfindən Şahid1 idarəçiliyinə verilmişdir. İş materiallarında olan AB N 772430 saylı xx.xx.2012-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixədək “B” kateqoriyası üzrə sürücülük hüququ vardır. İş materiallarında olan 02550 protokollaşdırma nömrəli alkotester nəticələrindən görünür ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qanında alkoqolun konsentrasiyası 0.000 % təşkil etməklə o, ayıq olmuşdur. İş materiallarında olan 02549 protokollaşdırma nömrəli alkotester nəticələrindən görünür ki, baş vermiş hadisə zamanı Şahid1 qanında alkoqolun konsentrasiyası 0.000 % təşkil etməklə o, ayıq olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin texniki vəziyyətinə baxış protokolundan görünür ki, “VAZ 21140” markalı, “O369OY 05” dövlət qeydiyyat nişanlı avtomobilin qabaq buferi, mühərrik örtüyü əzilmiş, qabaq sol tərəf işıq cihazları sınmışdır. Texniki cəhətdən saz vəziyyətdədir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” X28 xx.xx.2020-ci il tarixli, 947/07-20 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Konsultativ Poliklinika şöbəsinə hər hansı bir xəstəliklə əlaqədar müraciət etməmiş, həkim narkoloqun və psixiatrın qeydiyyatında olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs pensiya, sosial müavinət və təqaüd almır. X8 xx.xx.2020-ci il tarixə kimi İ qrup əlilliyə görə 229.54 manat məbləğində əmək pensiyası və 100 manat məbləğində İ qrup əlilliyə görə Prezident təqaüdü almışdır. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “VAZ 21140” markalı O369OY 05 dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin mühafizə olunan duracağına yerləşdirilməsi nəzərə alınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi zamanı yol hərəkəti qaydalarını pozması nəticəsində Şahid2 sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməsi ilə əlaqədar həmin xüsusat üzrə cinayət hadisəsi baş verməsi müəyyən edilmədiyindən cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün aidiyyəti üzrə Qusar rayon Polis Şöbəsinin DYPB-nə göndərilmişir. İş materiallarında olan Qusar RPŞ-nin DYPB tərəfindən tərtib olunmuş İXP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qusar rayon Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 149-20711-1220 saylı məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən tərtib olunmuş İXP ******* nömrəli inzibati protokol əsasında toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 3(029)-509/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından və eyni nömrəli xx xxxxxx 2020-ci il tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən tərtib olunmuş İXP ******* nömrəli inzibati protokol əsasında toplanmış materiallar məhkəmənin icraatına qəbul edilmiş və baxılması üçün xx xxxxxx 2020-ci il tarixə saat 09-30-a təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi X20 Şöbəsinin xx.xx.2020-ci il tarixli, 278-226 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə xidmətdə olmamış, evdə istirahətdə olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2003-cü ildən Quba RMŞ-də polis nəfəri vəzifəsində işləməklə DİO-da əmək fəaliyyətinə başlamışdır, işlədiyi müddət ərzində özünü işgüzar, bacarıqlı, verilən hər bir tapşırığı vaxtında yerinə yetirən bir polis işçisi kimi göstərə bilmişdir, RMŞdə keçirilən ictimai-siyasi və mədəni kütləvi tədbirlərdə yaxından iştirak edir, xidmətdə və xidmətdən kənar vaxtlarda cinayətkarlığa və ictimai asayiş qaydalarını pozanlara qarşı mübarizədə fəallıq göstərir, xidməti işinə dair əmr və göstərişləri yerinə yetirir, qanunçuluğa ciddi əməl etməyə çalışır, iş yoldaşları arasında özünə hörmət qazanmışdır, fiziki cəhətdən sağlamdır, geyim formasının daşınma qaydalarına ciddi əməl edir, səliqəli geyinir, xidməti tabel silahından düzgün istifadə qaydalarını bilir, xidmət zamanı və xidmətdən kənar vaxtlarda vətəndaşlara qarşı səmimi rəftar edir, ailədə və ictimaiyyət arasında özünü nümunəvi aparır, üzərində intizam tənbehi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin X20 Şöbəsinin rəisi, polis polkovniki Sübhan Süleymanov tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qusar rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 149-11182- 1220 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində son illər ərzində heç bir təqsirləndirici materiallar yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs və Şahid2 istintaq orqanına təqdim etdiyi notariat qaydasında təsdiq edilmiş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə törətdiyi yol nəqliyyat hadisəsi ilə bağlı Təranə Mikayılovanın müalicə və dəfn xərclərini, həmçinin Şahid2 müalicə xərclərini ödəmişdir, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, hadisə ilə əlaqədar ona qarşı hər hansı tələb və şikayətləri yoxdur. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1665 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X5, 2008-ci il təvəllüdlü qızı Aysu Rəhmanovadan və 2014-cü il təvəllüdlü qızı Aylin Rəhmanovadan ibarətdir. İş materiallarında olan AZ-İİİ 122040, AZ-İİİ 234228 və AZ-İV 511992 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X13, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X11 adlı üç azyaşlı uşaqları vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim edilmiş zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs və onun ailə üzvləri tərəfindən ona maddi yardım göstərilmişdir. Bundan başqa, təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olduğunu bildirmiş, onlar barışmışlar və onun hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Ona görə də Təqsirləndirilən şəxs barəsində ən aşağı cəzanın tətbiq edilməsini, mümkündürsə onun həbs olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli Ə1388ş/h-038-20 nömrəli əmrindən çıxarışdan görünür ki, polis baş serjantı Təqsirləndirilən şəxs “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddənin 9-cu bəndinə əsasən xidmətdən xaric edilmişdir. Təqsirləndirilən şəxs xidmət müddəti təqvimi hesablama ilə 19 il 08 gün təşkil edir. “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 22:25 radələrində istifadə etdiyi dizel yanacağı qabını götürmək üçün idarə etdiyi “VAZ 21140” markalı, “O369OY 05” dövlət qeydiyyat nişanlı avtomobil ilə qardaşı Şahid1 ilə birlikdə işlədiyi Qusar rayon məhkəməsinə gedərkən Qusar şəhəri Z.Əliyeva küçəsində, M.Əbilov meydanı yaxınlığında 50-60 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni qarşıda piyada keçidi ilə piyadaların yolu keçməsini nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobili piyada keçidinə daxil etmədən dayandırmalı, piyadalara yol verməli, piyada keçidi ilə yolu keçən piyadaların onun hərəkət zolağını boşaltdıqdan sonra hərəkətini davam etdirməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu qanunun tələblərini pozaraq, həmin vaxt nizamlanmayan piyada keçidi ilə yolu soldan sağa istiqamətdə asta yerişlə keçən piyada X4 avtomobilin ön hissəsi ilə vurmuş, nəticədə “alnında əzilmiş-çapılmış yara; alnında, sol almacıq nahiyəsində, burunun üstündə, sol yanağında, sağ budun orta 1/3-nin ön səthində, sağ dizində, sağ ayağın topuq nahiyəsində, sol budun orta 1/3-nin arxa səthində sıyrıqlar; sağ baldır sümüklərinin sınığı; sağ budun qançır-hematoma; sol budun aşağı 1/3-nin iç səthində, sol baldırın yuxarı 1/3nin iç səthində, sağ baldırın yuxarı 1/3-nin yan səthində qançırlar; sağ və sol alın-təpə nahiyəsinin yumşaq toxumalarının daxili səthində qansızmalar; sərt beyin qişasının damarların doluqanlılığı; baş-beyin və beyincik toxumasında xırda ölçülü nöqtəvari qansızmalar” ilə ifadə olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq Qusar rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə, müalicə olunduqdan bir neçə gün sonra isə karantin rejimi ilə əlaqədar həmin xəstəxana bağlandığı üçün Quba X6 yerləşdirilmiş X3 xx.xx.2020-ci il tarixdə ehtiyatsızlıqdan ölümünə səbəb olması, bununla da, onun həmin hərəkəti ilə Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxsə yardım göstərərək dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, həmin şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, himayəsində üç azyaşlı uşaqlarının olmasını,hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri və xidmət müddətində iş yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini nəzərə alaraq ona əsas cəza növü olaraq təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının, əlavə cəza növü olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini və barəsindəhəmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın real olaraq çəkilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, ona real cəzanın təyin edilməsi ədalətli və humanist olmamaqla törədilmiş cinayətlə cəza arasında balansın pozulmasına, onun özünün və ailəsinin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Belə ki, o, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində üç azyaşlı uşaqları var, hal-hazırda əməlindən səmimi peşman olmuş, cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş zərəri tam aradan qaldırmış, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, onun barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, məlum hadisədən sonra 19 ildən artıq müddətdə polis nəfəri kimi xidmət etmiş Təqsirləndirilən şəxs xidmət müddətinin 20-ci təqvim ilinin sonunda təqaüdə çıxmaq hüququ yarandığı halda məhz həmin hadisəni törətdiyinə görə təqaüdə çıxmağına bir ildən az bir müddət qalmış daxili işlər orqanlarından azad olunmuş və bununla da, o, artıq məhrumiyyətlərə düçar olmuşdur. Ona görə də, həmin şəxsə real olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilərsə, o, əlavə məhrumiyyətlərə məruz qala bilər, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun gəlməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, onun barəsində təyin olunmuş cəzanın şərti hesab olunması tam ədalətli və humanist olmaqla onun islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün kifayətdir və bu halda cinayətlə cəza arasındakı balans tam təmin olunar, gələcəkdə belə hərəkətlərin edilməsinin qarşısı alınar. Azərbaycan Respublikasının CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin mühafizə olunan duracağında saxlanılan “VAZ 21140” markalı “O369OY 05” dövlət qeydiyyat nişanlı avtomobil sahibi Şahid1 qaytarılmalıdır. İş üzrə məhkəmə xərcləri 100 (yüz) manat təşkil edir və Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Davranışına nəzarət etmək yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Sınaq müddətinin və əlavə cəza müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsindəseçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkantədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin mühafizə olunan duracağında saxlanılan “VAZ 21140” markalı “O369OY 05” dövlət qeydiyyat nişanlı avtomobil sahibi Şahid1 qaytarılsın. Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində məhkəmə xərcləri alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(029)-85/2020
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-85/2020
18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver