Məhkəmə qərarları › İş №1(029)-85/2022

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-85/2022

01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-85/2022 01.11.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1967-ci ildə Qusar rayonu Ləcət kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Gedəzeyxur kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CMnin 128-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, 02 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində Qusar rayonu Gedəzeyxur kəndində qızı Nərgiz Bədirxanovanın hal-hazırda kirayədə yaşadığı Bakı şəhərindəki ünvanı soruşmağa gələn Şahid1 və Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, mübahisə zamanı sonuncu Nərgiz Bədirxanovanın ünvanına nalayiq ifadələr söylədiyinə görə əsəbləşərək Zərərçəkmiş şəxs yumruq zərbəsi ilə üzün çənə nahiyyəsindən vuraraq ona qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Gedəzeyxur kəndində yaşayır. Onun qızı X3 adlı şəxslə ailə həyatı quraraq Bakı şəhərinə getmiş və orada kirayədə yaşayırlar. 02 oktyabr 2022-ci il tarixdə o, yaşadığı Qusar rayonu Gedəzeyxur kəndində digər qızı Oksananın evinə getmiş, orada nəvəsi ona iki nəfər qadının gəldiyini demiş, qızı Oksana isə onlardan birinin Nərgizin həyat yoldaşı Rəhimin anası olduğunu demişdir. O, Rəhimin anası Şəhlanı və onun yanında olan Gülnaz adlı qadını içəri çağırmış, Şəhla ondan Nərgizlə Rəhimin yaşadıqları ünvanı soruşmuş, Gülnaz isə ona “ləçər qızın, itkin qızın haradadır”, həmçinin “sizin eviniz əxlaqsızlıq yuvasıdır” deyərək təhqir etmişdir. O, Gülnaza dilini dinc saxlamasını demiş, həmçinin Şəhlaya qızının Bakı şəhərində kirayədə yaşadığını demişdir. Bundan sonra Gülnaz onun qızı Nərgizin ünvanına təhqiramiz ifadələr işlətmiş, o, isə əsəbləşib Gülnazı itələyərək əli ilə sifətindən vurmuş, sonuncu yerə qum təpəciyinin üstünə oturmuşdur. O, Gülnazı özünü müdafiə etmək üçün, onu və qızını təhqir etdiyinə görə vurmuşdur. Peşmandır ki, Gülnazın təhqirlərinə görə onun səviyyəsinə düşmüşdür, onun başqa günahı yoxdur. Hadisəyə görə Gülnaz da, məsuliyyət daşıyır. Odur ki, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması onun özünün ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Onun çoxdan tanıdığı və qonşusu olan Şahid1 ona demişdir ki, oğlu Rəhim bir qıza qoşulub getmişdir. Şəhlanın oğlu Rəhim vərəm xəstəsidir. Rəhim uşaq vaxtı qayadan yıxılmış və onun sənədi var ki, beyin travması almış, fiziki işə imkanı yoxdur. Soraqlaşdıqda isə məlum olmuşdur ki, Nərgiz adlı qadın ərdə olduğu halda Rəhimə ərinin öldüyünü deyərək ona qoşulub getmişdir. Şəhla ona müraciət etmiş və Rəhimin tapılması üçün kömək etməyini ondan xahiş etmişdir. 02 oktyabr 2022-ci il tarixdə o, Şəhla ilə birlikdə Nərgizin anası Təqsirləndirilən şəxs yaşadığı Qusar rayonu Gedəzeyxur kəndinə getmişlər. Orada o, Fəzilədən qızının harada olduğunu soruşmuş, Fəzilə onunla əl ilə danışaraq ona “sən vəkilsən?” demiş, o, isə Fəziləyə əl ilə danışmamağını demişdir. Lakin, Fəzilə onu yenidən təhqir etməyə, söyməyə başlamış və gözləmədiyi halda yumruqla çənəsinə vurmuşdur. Zərbənin təsirindən onun dişi sınmış və yerə qum təpəciyinin üstünə yıxılmışdır. Ayılanda görmüşdür ki, Şəhla onu yerdən qaldırır. Bundan sonra o, DİN-in “102” xidmətinə zəng etmiş və oraya polis əməkdaşları gəlmişlər. O, hazırda Fəzilə ilə barışmamış, həmin şəxsdən şikayətçidir, sonuncu onunla barışmağa cəhd etməmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun oğlu Rəhim Qusar rayonu Gedəzeyxur kənd sakini Təqsirləndirilən şəxs iki uşağı olan qızı Nərgizə qoşulub naməlum yerə getmiş, oğlunun harada olduğunu bilmir, mobil telefon nömrəsinə zəng etsə də, cavab vermir. Bu səbəbdən də o, 02 oktyabr 2022-ci il tarixdə qonşusu Zərərçəkmiş şəxs ilə birlikdə oğlunun harada olduğunu öyrənmək üçün Təqsirləndirilən şəxs yaşadığı Qusar rayonu Gedəzeyxur kəndinə getmişlər. Fəzilə qızı Oksananın evində olmuş, onlar həmin evə getmişlər, Fəzilə onları evə dəvət etmiş, o, Fəzilədən oğlu Rəhimin harada olduğunu soruşmuş, sonuncu isə bilmədiyini demişdir. Bu səbəbdən də, onların aralarında mübahisə yaranmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs da Fəziləyə bir-iki söz demiş, lakin söyüş söyməmişdir. Gülnaz Fəziləyə demişdir ki, öz qızının harada olduğunu bilməmək əxlaqsızlıqdır. Bu zaman Fəzilə yumruqla Gülnazın çənəsindən vurmuş və sonuncu yerə yıxılmışdır. O, Gülnazı yerdən ayağa qaldırmış, Fəziləyə nə üçün Gülnazı vurduğunu demiş, daha sonra Fəzilənin kürəkəni də oraya gələrək onunla mübahisə etməyə başlamışdır. Bundan sonra isə Gülnaz Fəzilənin barəsində polisə şikayət etmiş, oraya polis əməkdaşları gəlmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun anasıdır. Məlum hadisə onun Qusar rayonu Gedəzeyxur kəndində yerləşən evində olmuşdur. Şahid1 02 oktyabr 2022-ci il tarixdə Gülnaz adlı qadınla onun evinə gəlmiş, anası Fəzilə də onun evində olmuşdur. Gülnaz onun bacısı Nərgizin ünvanına nalayiq sözlər demiş, həmçinin evlərinin əxlaqsızlıq yuvası olduğunu demişdir. Evdə ustalar işləmiş, həmçinin qonşuları da orada olmuş, anası Fəzilə Gülnaza söyüş söyməməsini demiş, sonuncu söyüş söyməkdə davam etmiş və bu səbəbdən də anası Fəzilə əsəbləşərək Gülnazı vuraraq itələmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs Qusar rayon Polis Şöbəsinə verdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, həmin tarixdə saat 13 radələrində tanışı Şahid1 ilə birlikdə Qusar rayonu Gedəzeyxur kəndinə, Təqsirləndirilən şəxs qızının evinə gəldikdə söhbət zamanı Təqsirləndirilən şəxs onları nalayiq ifadələrlə təhqir etməyə başladığını, sonra isə yumruqla onun çənəsindən vuraraq yerə yıxdığını göstərmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 436 saylı 03 oktyabr 2022-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alt dodağın selikli qişasının sol tərəfinin qansızması və üzərində olan əzilmiş yara; alt çənəsinin sol tərəfinin qançırı küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yumruq zərbəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli PHŞ/6.54-2-2022-195 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim narkollqun və psixiatrın qeydiyyatda yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** və ********** saylı elektron arayışlardan görünür ki, mərkəzləşdirilmiş elektron informasiya sistemində Təqsirləndirilən şəxs pensiyaçı olması, sosial müavinət və təqaüd alması barədə məlumat mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 12 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Gedəzeyxur kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 729 saylı arayışdan görünür ki, o, həmin kənddə yaşamaqla ailə tərkibi həyat yoldaşı X1, oğlu Ruslan Əzizovdan, gəlini Şəlalə Əzizovadan və nəvələri Emma Əzizovadan, Vəfa Əzizovadan ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Gedəzeyxur kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, həmin kənd sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsini müzakirə edərək hesab edir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür, zərər çəkmiş şəxsin və şahidlərin məhkəmədə verdikləri ifadələri ilə, o cümlədən özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə tam təkzib edilir. Belə ki, həmin şəxs özünün ifadəsində həqiqətən də, şəxsi münasibətlər zəminində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs çənə nahiyyəsindən yumruqla vurduğunu etiraf etmiş, həmçinin zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə həmin xüsusat öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 02 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində Qusar rayonu Gedəzeyxur kəndində mübahisə zamanı Zərərçəkmiş şəxs yumruq zərbəsi ilə üzün çənə nahiyyəsindən vuraraq ona qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər yetirməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən ictimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanı məhkumun yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən ictimai işlər növündə cəzaya məhkum olunmuş şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası haqqında məhkəmənin hökmünün surətini və müvafiq göstərişinin icra məmuru tərəfindən alındığı gündən sonra on beş gün müddətində cəzanın çəkilməsinə cəlb olunurlar. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən məhkumlar ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş müddətdə işləməli, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada elektron nəzarət vasitəsindən istifadə etməli, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirməli, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməli və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanın müddəti saatla hesablanır. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanın müddəti, bir qayda olaraq, həftə ərzində on iki saatdan az olmayaraq müəyyən edilir. İctimai işlər növündə cəzanın müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü və məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında dörd saatdan, iş günlərində isə iki saatdan, məhkumun razılığı ilə isə dörd saatdan çox ola bilməz. Bu cəza növünün icra müddəti on beş yaşınadək məhkumlar üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək məhkumlar üçün isə üç saatdan çox ola bilməz. Üzrlü səbəblər olduqda icra məmuru məhkuma həftə ərzində müəyyən olunmuş vaxtdan az işləməyə icazə verə bilər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən, onun zərər çəkmiş şəxslə barışmağa, ona dəymiş zərəri aradan qaldırmağa heç bir cəhd etməməsini isə şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət və mənfi cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına, həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların-yəni islah işləri, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzalarının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzaçəkməsinin əvvəli qanunvericilikdə müəyyən olunmuş qaydada hökm faktiki icraya yönəldiyi vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar