Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-85/2024 05.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Qusar rayonu Avaran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Avaran kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə Qusar rayonu Köhnə-Xudat kəndində yerləşən fərdi yaşayış evində olan zaman Zərərçəkmiş şəxs çarpayısında gizlətdiyi qızıllarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1508 (min beş yüz səkkiz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun həyat yoldaşının qohumudur və onlar birlikdə eyni evdə yaşayırlar. Onun və həyat yoldaşının borcları olmuş və buna görə də, yaşadıqları evdə Zərərçəkmiş şəxs məxsus qızılzinət əşyalarını götürüb satmaq qərarına gəlmiş, daha sonra həmin qızılları Leylanın xəbəri olmadan götürüb bir hissəsini qızıl dükanına 500 manata satmış, 1 qızıl üzük özündə qalmışdır. 500 manat pulun 300 manat hissəsini xərcləmiş, 200 manat qalmışdır. Sonradan Leyla qızılları onun götürdüyünü bilmiş və həyat yoldaşı 1 qızıl üzüyü və 200 manat pulu Leylaya qaytarmışdır. Leyla qızılları onun götürməsindən xəbər tutduqda onu söymüş və buna görə də, o, Leylanı vurmuşdur. Hazırda əməlindən peşmandır, himayəsində bir azyaşlı uşağı var. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, qardaşı və qardaşının ailəsi, o cümlədən gəlini Təqsirləndirilən şəxs ilə birlikdə atasına məxsus evdə yaşayır. Qardaşı və Zina onu tez-tez incidir, onunla yola getmirlər. O, səhər saatlarında bazara gedir, orada alver edib axşam isə evə qayıdır, əlinə keçəni də alıb evə gətirir. O, qardaşının ailəsinə köməklik etmiş, lazım olanda pul da vermişdir. Onun evdə qızıl-zinət əşyaları olmuşdur. Bir gün o, həmin qızılların yerində olmadığını görüb onların oğurlandıqlarını düşünmüş və evdə qızılları kimin götürməsini hər kəsdən, o cümlədən Zinadan soruşmuş, sonuncu isə götürmədiyi demişdir. O, həmin şəxsə and içməsini demiş, həmçinin qızılları götürənin ünvanına qarğış etmişdir. Sonradan isə məlum olmuşdur ki, həmin qızılları məhz Təqsirləndirilən şəxs oğurlamışdır. Hazırda ona dəymiş zərər aradan qaldırılmaqla ziyan ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onlar barışmışlar. Odur ki, həmin şəxsin barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun bacısı, Təqsirləndirilən şəxs isə gəlinidir. O, bacısı Leyla və gəlini Zina eyni evdə yaşayırlar. Onun həyat yoldaşı vəfat etdikdən sonra bacısı Leyla onun ünvanına pis sözlər demiş, ona görə də, 2 ildir ki, bacısı ilə danışmır. O, evdə oturub televizora baxan zaman evdə bayırdan səs gəlmiş, bayıra çıxdıqda Leyla ilə Zinanın dalaşdıqlarını görmüş və gedib onları ayırmışdır. Onun qızılların oğurlanmasından xəbəri olmamış, sonradan sahə müvəkkili bildirmişdir ki, Zina Leylanın qızıllarını oğurlamışdır. O, Zinadan qızılları oğurlayıb-oğurlamadığını soruşmuş, əvvəlcə Zina etiraf etməmiş, daha sonra isə oğurladığını etiraf edərək səhv etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qeyri-rəsmi nikahda olduğu şəxsdir, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə onun bibisidir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus qızılları oğurlamasından onun xəbəri olmamış, bu barədə sonradan bilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin qızılları satmasını da əvvəlcədən ona deməmişdir. Zina qızılları satdıqdan sonra təxminən 200 manat pul xərcləmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyəndə o, evdə olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmiş və sonuncu həmin ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş kompleks məhkəməkimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 iyun 2024-cü il tarixli 3-16-16/2- 6/2932-9/4125 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, məmulatların ayrıayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (damğası, adları və s.) Cədvəl 1- də göstərilmişdir. Cədvəl 1-də göstərilmişdir ki, qırmızımtıl rəngli, qulaqcığı üzərində “583” klonu üzərində isə “585” damğası olan 1 ədəd klonlu boyunbağı, metalı qızıl, 583/585 əyar, çəkisi 5,73 qram, qiyməti isə 487 manat, qırmızımtıl rəngli 1 ədəd üzük, metalı qızıl, əyarı 583/585, çəkisi 6,72 qram, qiyməti 571 manat təkil edir. Ekspertiza tədqiqatına təqdim edilmiş məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1058,0 manat müəyyən edilir. Həmin malların ayrı ayrılıqda adları və qiymətləri cədvəl 1-də göstərilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 03 iyul 2024-cü il tarixli 9/3994 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 01 ədəd 5 qram çəkidə, 585 əyarlı tros şəkilli bilərziyin 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu təxminən 450,00 manat (5 qram x 90,00 manat) müəyyən olunur. İş materiallarında olan Azərbaycan respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2024-cü il tarixli 3-16-16/2-6/2932-9/4125 saylı və 03 iyul 2024-cü il tarixli 9/3994 saylı məktublarından görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 178 (yüz yetmiş səkkiz) manat təşkil edir. İş materiallarında olan 19 iyun 2024-cü il tarixli “pulun saxlanmasından ötrü banka təhvil verilməsi barədə” qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd zərfdə qablaşdırılmış 200 manatlıq pul əskinazı maddi sübut kimi tanınaraq istintaq tamamlanana qədər saxlanılmasından ötrü Azərbaycan Respublikası Mərkəzi X2 Mərkəzinə təhvil verilmişdir (i/v: 141). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v: 51). İş materiallarında olan Qusar rayon İHB-nın Avaran kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i/v 49). İş materiallarında olan Qusar rayon İHB-nın Avaran kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 151 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü Sərxan və xx.xx.2019-cu il təvəllüdlü Yeva adlı iki azyaşlı uşaqları var (i/v 50). Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Beləliklə, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların, o cümlədən azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində iki azyaşlı uzaqları vardır, zərər çəkmiş şəxslə barışmış, həmin şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bundan başqa, CM-nin 58.1-ci maddəsinin mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Mərkəzi X2 Mərkəzində saxlanılan 200 manat məbləğində pul əskinası hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə 178,0 (yüz yetmiş səkkiz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi miqdarında dövlət nəfinə pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli aylıq qazancından dövlət nəfinə ilk məbləğ tutulan vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Mərkəzi X2 Mərkəzində saxlanılan 200 manat məbləğində pul əskinası hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə 178,0 (yüz yetmiş səkkiz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLIK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №1(029)-85/2024
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-85/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver