Məhkəmə qərarları › İş №1(029)-85/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-85/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-85/2025 02.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X19 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Qusar rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi4 iştirakları ilə, xx.xx.2004-cü ildə Xaçmaz rayonu Fərzəli oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Quba rayonu Alpan kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə, xx.xx.1995-ci ildə Xaçmaz rayonu Fərzəli oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli-himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu Fərzəli oba kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə, xx.xx.1987-ci ildə Xaçmaz rayonu Fərzəli oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli-himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu Fərzəli oba kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə, xx.xx.1998-ci ildə Xaçmaz rayonu Fərzəli oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu Fərzəli oba kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bir-biri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək özgənin əmlakını ələ keçirmək məqsədilə 24 mart 2025-ci il tarixdə, saat təxminən 20:30 radələrində Qusar rayonu Quxur oba kəndində açıq səhədən həmin kənd sakini Zərərçəkmiş şəxs Necməddin oğluna məxsus dəyəri 400 manat olan 01 ədəd “DT 75” markalı traktorun qabaq körpüsü, dəyəri 600 manat olan 01 ədəd “DT 75” markalı traktorun sürətlər qutusu, dəyəri 500 manat olan 01 ədəd “DT 75” markalı traktorun mühərrik bloku, dəyəri 300 manat olan 01 dəst “DT 75” markalı traktorun prisepləri, dəyəri 100 manat olan 01 ədəd “DT 75” markalı traktorun bortovoy yağ silindri və dəyəri 50 manat olan 01 ədəd “DT 75” markalı traktorun revers qabağını gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1950 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 24 mart 2025-ci il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə balıq tutmağa getmişlər, orada yerdə dəmir hissələri, yəni ittiham aktında göstərilən əşyaların olduğunu görmüşlər və həmin əşyaları götürüb aparmışlar. Sonradan onları polis əməkdaşları saxlamışlar və onlara məlum olmuşdur ki, həmin əşyalar Zərərçəkmiş şəxs adlı şəxsə məxsusdur. Hazırda törətdiyi əməlindən peşmandır, dəymiş zərəri aradan qaldırmışlar. Odur ki, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 24 mart 2025-ci il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə balıq tutmağa getmişlər, orada yerdə dəmir hissələri, yəni ittiham aktında göstərilən əşyaların olduğunu görmüşlər və həmin əşyaları götürüb aparmışlar. Həmin əşyaları aparıb metal qəbul edən şəxsə satıb pulunu xərcləmişlər. Sonradan onları polis əməkdaşları saxlamışlar və onlar dəymiş ziyanı aradan qaldırmışlar. Hazırda törətdiyi əməlindən peşmandır. Odur ki, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 24 mart 2025-ci il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə birlikdə balıq tutmağa getmişlər, orada yerdə dəmir hissələri, yəni ittiham aktında göstərilən əşyaların olduğunu görmüşlər və həmin əşyaları götürüb aparmışlar, daha sonra isə onları satıb pulunu xərcləyib aralarında bölmüşlər. Sonradan onları polis əməkdaşları saxlamışlar və məlum olmuşdur ki, həmin əşyalar Zərərçəkmiş şəxs məxsusdur. Hazırda törətdiyi əməlindən peşmandır, dəymiş zərəri aradan qaldırmışlar. Odur ki, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 24 mart 2025-ci il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə balıq tutmağa getmişlər, orada yerdə dəmir hissələri, yəni ittiham aktında göstərilən əşyaların olduğunu görmüşlər və həmin əşyaları götürüb aparmışlar, daha sonra isə onları satmışlar. Hazırda törətdiyi əməlindən peşmandır, dəymiş zərəri aradan qaldırmışlar. Odur ki, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək göstərmişdir ki, ona dəymiş zərər aradan qaldırılmaqla ziyan ödənilmişdir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qarşı heç birşikayəti, tələbi və iddiası yoxdur, onlarla barışmışdır. Bundan başqa, təyin olunmuş məhkəmə iclaslarında iştirak edə bilməyəcək, ona görə də, işə onun iştirakı olmadan baxılaraq təqsirləndirilən şəxslər barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan Qusar “VAZ” kooperativinin 10 iyun 2025-ci il tarixli 6 saylı rəyinə görə Qusar rayonu Quxur oba kəndində Zərərçəkmiş şəxs Necməddin oğluna məxsus və iş üzrə maddi sübut kimi tanınmış “DT 75” markalı traktora aid – təzə və işlək vəziyyətdə olan 01 ədəd qabaq körpünün dəyəri 400 manat, 01 ədəd sürətlər qutusunun dəyəri 600 manat, 01 ədəd mühərrik blokunun dəyəri 500 manat, 01 dəst priseplərinin dəyəri 300 manat, 01 ədəd bortovoy yağ silindrinin dəyəri 100 manat və 01 ədəd revers qabağının iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (i/v: 43-46). İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının Alpan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 109 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi atası X3, anası X5 və X6 ibarətdir (i/v: 90). İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının Alpan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 108 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i/v: 91). İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 90 saylı arayışdan və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs4 ailə tərkibi həyat yoldaşı X9, xx.xx.2020-ci il təvəllüdlü qızı Naryət Osmanovadan və xx.xx.2022-ci il təvəllüdlü qızı Zəhra Osmanovadan ibarətdir (i/v: 59-61). İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i/v: 62). İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 91 saylı arayışdan, şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 ailə tərkibi həyat yoldaşı X4, anası X7, xx.xx.2009-cu il təvəllüdlü oğlu Əli Əhmədovdan, xx.xx.2011-ci il təvəllüdlü qızı Zərifə Əhmədovadan və xx.xx.2018-ci il təvəllüdlü oğlu Renad Əhmədovdan ibarətdir (i/v: 69, 73- 83). İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i/v: 70). İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 89 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi atası X10 və anası X2 qızından ibarətdir (i/v: 49). İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i/v: 91). İş materiallarında olan 117023 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 müharibə veteranıdır (i/v: 54). İş materiallarında olan İ-57454 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur (i/v: 55). İş materiallarında olan İ-5004 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur (i/v: 56). Göründüyü kimi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməlini törətmələri yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Beləliklə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onlar həmin maddə ilə təqsirli bilinməli və onlara həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini, o cümlədən cəzalarını ağırlaşdıran halların olmaması ilə yanaşı təqsirləndirilən şəxslərin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunaraq Təqsirləndirilən şəxs4 himayəsində 2 azyaşlı uşağın olmasını, Təqsirləndirilən şəxs3 himayəsində 3 azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs2 müharibə veteranı olmaqla “Vətən müharibəsi iştirakçısı” və “Laçının azad olunmasına görə” medalı təltif olunmasını, zərər şəkmiş şəxslə barışmaqla dəymiş zərərin aradan qaldırılmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərinə CM-in ədalət prinsipi baxımından yanaşıb, onların istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, onların təqsirli bilindikləri maddənin sanksiyasında azadlıqdan məhrumetmə ilə yanaşı, azadlığın məhdudlaşdırılması cəzasının da nəzərdə tutulduğu halda, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinin əsaslandırılmasının mümkün olmadığı bir vəziyyətdə təqsirləndirilən şəxslərə təsirli bilindikləri əməllərinə görə CM-in 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi islah təsiri baxımından əsaslı və ədalətlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd edilir ki, məhkumun islah edilməsi həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа” Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 1-ci bəndində göstərilir ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədini təmin etməlidir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqda törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərаrın 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Cinayət Məcəlləsinin 8-ci maddəsində qeyd olunmuşdur ki, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddələrin və qərarın məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir və təyin olunan cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət etməlidir. Məhz bu aspektdən çıxış edərək məhkəmə Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxslə barışmaqla dəymiş ziyanı aradan qaldırması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlindən peşman olması ilə yanaşı onun müharibə veteranı olmaqla “Vətən müharibəsi iştirakçısı” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmasını nəzərə alaraq ona digər təqsirləndirilən şəxslərə nisbətdə daha az həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Quba rayonu Alpan kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Quba rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs4 üzərinə yaşadığı Xaçmaz rayonu Fərzəli oba kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Xaçmaz rayonu Fərzəli oba kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Xaçmaz rayonu Fərzəli oba kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs Necməddin oğluna məxsus “DT 75” markalı traktora aid təzə və işlək vəziyyətdə olan 01 ədəd qabaq körpünün, 01 ədəd sürətlər qutusunun, 01 ədəd mühərrik blokunun, 01 dəst priseplərin, 01 ədəd bortovoy yağ silindrinin və 01 ədəd revers qabağının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Quba rayonu Alpan kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Quba rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 üzərinə yaşadığı Xaçmaz rayonu Fərzəli oba kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Xaçmaz rayonu Fərzəli oba kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Xaçmaz rayonu Fərzəli oba kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs Necməddin oğluna məxsus “DT 75” markalı traktora aid təzə və işlək vəziyyətdə olan 01 ədəd qabaq körpünün, 01 ədəd sürətlər qutusunun, 01 ədəd mühərrik blokunun, 01 dəst priseplərin, 01 ədəd bortovoy yağ silindrinin və 01 ədəd revers qabağının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar