Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-86/2023 11.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-cı il ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Rusiya Federasiyasına qanunsuz yolla getmək məqsədi ilə 18 iyul 2023-cü il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət - buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qusar rayonunun Samur qəsəbəsinin ərazisində yerləşən 5-ci sərhəd zastavasının 17-ci sahəsinin xidməti ərazisindən Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd göstərərkən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəbdən məqsədinə nail ola bilməyib, dövlət sərhəddini qanunsuz olaraq keçməyə cəhd etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, onda Azərbaycan Respublikasının pasportu ilə yanaşı Estoniya Respublikasının da pasportu var. O, 18 iyul 2023-cü il tarixdə Estoniya pasportu ilə Qusar rayonu Samur qəsəbəsi ərazisində olan sərhəd buraxılış məntəqəsindən dövlət sərhədini keçmək istəyərkən ondan viza tələb olunmuş, bu səbəbdən də, sərhədi keçə bilməmişdir. Bir qədər sonra bir nəfər şəxs ona yaxınlaşaraq ona sərhəd buraxılış məntəqəsindən kənardan bir yerdən keçə biləcəyini demiş, o, isə həmin şəxsə inanaraq həmin yerdən sərhədi keçmək istəyərkən sərhəd xidmətinin əməkdaşları onları saxlamışlar. Hazırda əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan N nömrəli hərbi hissənin 5-ci sərhəd zastavasının rəisi Sunar Əliyevin 19 iyul 2023-cü il tarixli raportundan görünür ki, 18 iyul 2023-cü il tarixdə saat 21:30-da sərhəd komandanlığından daxil olmuş məlumat əsasında 17-ci sahədə 46 nömrəli sərhəd nişanından 30 metr sağa, maneə çəpərindən 30 metr, dövlət sərhəd xəttindən 300 metr məsafədə 1 nəfər ikili vətəndaşlığı olan (AR və Estoniya) xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “PD” sərhəd naryadı tərəfindən sərhəd pozucusu qismində saxlanılmışdır. Saat 22:29-da sərhəd zastavası “silaha” komandasına qaldırılmış, əraziyə baxış zamanı 17-ci sahədə 99 və 100-cü dirəklər arasında nəzarət-iz zolağı üzərində 8 ədəd ayaq izi aşkar olunmuşdur. Digər pozulma hal və əlamətləri aşkar olunmamışdır (i/v:6). İş materiallarında olan 18 iyul 2023-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokollardan görünür ki, həmin tarixdə saat 23:30-da X2 sərhəd pozmaya görə inzibati qaydada tutulmuşdur (i/v:8). İş materiallarında olan 19 iyul 2023-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə X1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i/v:62). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v: 44). Beləliklə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların, o cümlədən azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Bundan başqa, CM-nin 58.1-ci maddəsinin mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2023-cü ildə saat 23:30-da hazırkı iş üzrə inzibati qaydada tutulmuş, 19 iyul 2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, həmin şəxsin azadlığı 1 (bir) gün müddətində faktiki məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə görə, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Təsvir olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs 1 (bir) gün inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 029,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək Təqsirləndirilən şəxs hazırkı iş üzrə inzibati qaydada tutularaq xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 01 (bir) gün faktiki həbsdə saxlama müddəti nəzərə alınmaqla təyin olunmuş cəza yüngülləşdirilsin və ona qəti olaraq 1400 (min dörd yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №1(029)-86/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-86/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver