Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-87/2020 03.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Sumqayıt şöbəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS: Təqsirləndirilən şəxs, xx xxxxxxxx 2000-ci il tarixdə Qusar rayonu Yasab oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Qusar rayonu, Urva kəndində qeydiyyatda olan, Qusar rayonu Yasab oba kəndində yaşayan, onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Qusar rayonu Yasab oba kəndində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı qardaşı Zərərçəkmiş şəxs yumruq zərbəsi ilə vuraraq ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş yekun protokol üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, anası Şahid və qardaşı Zərərçəkmiş şəxs ilə birlikdə bir evdə yaşayırlar. Sonuncu dəfə o, qardaşı Talehin köynəyini geyinmiş, ancaq çıxarıb hara qoyduğu yadında qalmamışdır. xx xxxxxxxx 2020ci il tarixdə saat 19 radələrində yaşadığı evin birinci mərtəbəsində stulda əyləşən vaxt qardaşı Taleh evə gəlmiş və ondan köynəyini istəmiş, o, da köynəyin yerini bilmədiyini demişdir. Həmin vaxt o, stuldan ayağa qalxıb getmək istəyəndə Taleh onun yaxasından tutmuşdur. Buna görə də o, əsəbləşərək qardaşı Talehin burnuna yumruqla vurmuşdur. Hadisə yerinə gələn anası Mətanət ondan əsəbləşərək DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. O, hal-hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır, sonuncunun ondan heç bir şikayəti və tələbi yoxdur, törətdiyi əməlindən peşmandır, barəsində olan cinayət təqibinin icraatına xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə ərizə təqdim edir. Tədqiqat zamanı zərər çəkiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, o, Qusar rayonu, Yasab oba kəndində anası Şahid və qardaşı Təqsirləndirilən şəxs ilə yaşayır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 19 radələrində o, evə gələn vaxt qardaşı Rzaxanı evin birinci mərtəbəsində stulda əyləşdiyini görmüşdür. O, bir neçə gün əvvəl ondan geyməsi üçün aldığı köynəyi geri istəmiş, Rzaxan isə köynəyin yerini bilmədiyini, onu rahat buraxmasını demişdir. Həmin vaxt onların arasında mübahisə yaranmış, mübahisə vaxtı qardaşı Rzaxan onun burnundan və sinəsindən yumruqla vurmuşdur. Zərbədən onun burnundan qan gəlmişdir. Onların səsinə gələn anası Mətanət onları ayırmış daha sonra əsəbləşərək baş vermiş hadisə barəsində DİN-nin 102 xidmətinə zəng etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmişzərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun övladlarıdır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 19 radələrində evdə aralarında yaranmış mübahisə zamanı Rzaxan Talehi yumruqla vurmuşdur. Buna görə də o, əsəbləşərək DİN-nin 102 xidmətinə zəng etmişdir. X1 biri ilə barışmışlar. Oğlu Taleh hal-hazırda hərbi xidmətə çağırılmışdır. xx xxxxxxx 2020-ci il tarixdə zərər çəkiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək qardaşı Təqsirləndirilən şəxs ilə barışdığını və onu bağışladığını, münasibətlərin yaxşı olduğunu, qardaşı Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinin icraatına xitam verilməsini və onun məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin 52 saylı xx xxxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlərburnun sol yan səthinin və sol göz orbiti ətrafının qançırları, burnun kökünün üstündəki əzilmiş yara küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə vəşəraitdə, yəni xx xxxxxxxx 2020-ci il tarixdə, yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün etirafedici ifadəsi, təhqiqat zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspert rəyi və məhkəmə baxışında tədqiq olunmuş işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək törətdiyi cinayət əməlindən peşman olduğunu və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını göstərərək, cinayət məsuliyyətindən azad edilməklə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməsini xahiş etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələbi olmadığını bildirmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ idarəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Odur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs kimi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut yoxdur. Mülki iddia olmadı. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 40.2.2, 43.3, 321.2.1, 347 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(029)-87/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-87/2020
03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver