Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-87/2024 19.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi: Nümayəndə, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə meşə fonduna daxil olmayan, Qusar rayonu Qalacıq Bələdiyyəsinə məxsus torpaq sahəsindən ümumi dəyəri 750 manat diametri 47 sm olan 01 ədəd, ümumi dəyəri 800 manat diametri 48 sm olan 01 ədəd, ümumi dəyəri 950 manat diametri 51 sm olan 01 ədəd, ümumi dəyəri 1050 manat diametri 53 sm olan 01 ədəd çinar cinsli, ümumi dəyəri 100 manat diametri 8 sm olan 01 ədəd cır alça, ümumi dəyəri 100 manat diametri 5 sm olan 01 ədəd palıd cinsli və ümumi dəyəri 80 manat olan yemişan kolunu motorlu mişarla qanunsuz kəsərək cəmi 3830,00 manat olmaqla təbiətə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ona ağac lazım olduğundan ittiham aktında göstərilən ağacları icazəsiz kəsmişdir. O, kəsdiyi ağacların kəsilməsinin qanunsuz olduğunu bilsəydi kəsməzdi. Hazırda əməlindən peşmandır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Qusar rayonu Qalacıq Bələdiyyəsi tərəfindən 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin qaynar xəttinə ağacların qanunsuz kəsilməsi ilə bağlı məlumat daxil olmuş, bununla bağlı həmin əraziyə gedib baxış keçirmişlər, məlum olmuşdur ki, ağacları Təqsirləndirilən şəxs kəsmişdir. Bundan sonra həmin şəxs dəvət olunmuş, orada ağacların diametri və s. ölçülmüş, dəymiş ziyan hesablanıb rəhbərliyə göndərilmişdir. Dəymiş ziyan indiyədək ödənilməmişdir. Odur ki, dəymiş ziyanın ödənilməsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Qusar rayonu Qalacıq bələdiyyəsinin sədri vəzifəsində işləyir. Vətəndaşlar ona müraciət edərək bildirmişlər ki, Əjdər adlı şəxs ağacları kəsmişdir. Bununla bağlı əraziyə baxış keçirmiş və çinar ağaclarının və bir neçə kol-kosların kəsildiyini aşkar etmişdir. O, Əjdər adlı şəxsi çağırmış, həmin şəxs ağacları Şamil adlı şəxsin kəsdiyini demişdir. Bundan sonra o, Şamil adlı şəxsi çağırmış və həmin şəxs ağacları və kol-kosu onun kəsdiyini demişdir. Ağacların və kol-kosların olduğu ərazi bələdiyyə mülkiyyətinə aid olmaqla qoruma zolağıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində işləyir. İşlədiyi idarəyə ağacların kəsilməsi ilə bağlı məlumat daxil olmuş, bununla bağlı həmin əraziyə gedib baxış keçirmişlər, məlum olmuşdur ki, 6 ağac və 1 kol kəsilmişdir. Bundan sonra onlar kəsilən ağacları və kolu sayıb ziyanı hesablamışlar və rəhbərliyə məlumat vermişlər. Həmin ağacların kəsilməsi qadağandır, yalnız budana bilər, kəsilməsi üçün icazə alınmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, sahəyə gedəndə görmüşdür ki, ağaclar kəsilmişdir. Məlum olmuşdur ki, onları Şamil adlı şəxs kəsmişdir. Bununla bağlı o, bələdiyyəyə məlumat vermişdir. İş materiallarında olan 01 avqust 2024-cü il tarixdə Qusar rayon Prokurorunun köməkçisi, 1-ci dərəcəli hüquqşünas Kamal Həbibov tərəfindən Qusar rayonu Qalacıq kənd sakinləri Şahid6, Şahid3, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttiş Nümayəndə, Qusar rayonu Qalacıq Bələdiyyəsinin sədri Şahid1 və hal-şahidlərin iştirakı ilə Qusar rayonu Qalacıq kəndində yerləşən Qalacıq Bələdiyyəsinə məxsus torpaq sahəsinə baxış keçirilən zaman Qusar şəhər sakini Təqsirləndirilən şəxs 1 ədəd d=47 sm, 1 ədəd d-48 sm, 1 ədəd d-51 sm, 1 ədəd d-53 sm olan çinar, 1 ədəd d-8 sm olan cır alça, 1 ədəd d-5 sm olan palıd ağacı və 1 ədəd yemişan kolu olmaqla ümumilikdə 06 ədəd köküstə yaş ağacları və 01 ədəd yemişan kolunu kök nahiyəsindən kəsməsi öz təsdiqini tapmışdır (i/v 26-34). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/6825 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş hesabat cədvəlinə əsasən Qusar rayonu Qalacıq bələdiyyəsinin mülkiyyətində olan meşə fonduna daxil olmayan torpaq sahəsindən 1 ədəd d=47 sm, 1 ədəd d-48 sm, 1 ədəd d- 51 sm, 1 ədəd d- 53 sm olan çinar, 1 ədəd d-8 sm olan cır alça, 1 ədəd d-5 sm olan palıd ağacı və 1 ədəd yemişan kolu olmaqla, ümumilikdə 03 ədəd köküstə yaş halda ağacların və 1 ədəd kolun qanunsuz kəsilməsi (tikinti və abadlaşdırma istisna olmaqla) nəticəsində təbiətə dəymiş ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 nömrəli Qərarına əsasən nəzəri qaydada 3830,0 manat müəyyən edilir. Həmin ağacların, kolun adları, diametrləri və qiymətləri ayrı-ayrılıqda rəyin tədqiqi hissəsində göstərilmişdir (i/v 90-91). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli 9/6825 saylı ekspert rəyi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir (i/v 89). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v: 78). İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i/v 85). Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Beləliklə, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı əməlindən səmimi olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, işdə cəzanı yüngülləşdirən halı, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Bundan başqa, CM-nin 58.1-ci maddəsinin mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. İş üzrə 50,0 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. Zərər çəkmiş hüquqi şəxs tərəfindən dəymiş zərərin ödənilməsi ilə bağlı mülki iddia verilməmişdir və ona görə də, bu barədə mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ həmin şəxsə izah edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5000 (beş min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs təyin edilmiş yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs və X1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Zərər çəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №1(029)-87/2024
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-87/2024
19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver