Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-88/2021 21.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2002-ci ildə Qusar rayonu Köhnə Xudat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Düztahir kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 2019-cu ilin oktyabr ayında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən, 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahı qanunsuz olaraq əldə etmiş, həmin vaxtdan etibarən müxtəlif günlərdə, eləcə də sonuncu dəfə 18.07.2021-ci il tarixdə saat 18 radələrində həmkəndlisi Şahid2 ilə yaşadığı kənddə aralarında yaranmış mübahisə yerinə aparmaqla qanunsuz olaraq üzərində gəzdirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, 2019cu ilin oktyabr ayında yaşadığı kənddə məhəllələrindəki su arxından bir ədəd beşbarmaq tapmış, evinə aparıb gizlətmiş və həmin beşbarmağı arabir üzərində gəzdirmişdir. 18.07.2021-ci il tarixdə saat 18 radələrində işdən evə gedəndə yolda həmkəndliləri Vidadi və Süleymanla rastlaşmış, aralarında mübahisə yaranmışdır. O, özünü saxlaya bilməmiş, evə gedib gizlətdiyi beşbarmağı götürüb yenidən Vidadi və Süleymanın yanına qayıtmış və Süleymanla dalaşmışdır. Lakin, o mübahisə vaxtı üstündə gəzdirdiyi soyuq silahdan istifadə etməmişdir. Bundan sonra o, polis əməkdaşları tərəfindən istintaqa cəlb olunmuş, beşbarmağı təqdim etmişdir. O, törətdiyi əməldən peşmandır. Hazırda onun təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsi “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının təsiri altına düşür. Barəsində həmin qərarın tətbiq edilməsinə razıdır. Odur ki, barəsində həmin qərar tətbiq edilməklə barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, elan olunaraq tədqiq edilmiş şahid ifadəsi ilə, məhkəmə-ballistik ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Köhnə Xudat kəndində yaşayır, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, ona qarşı heç bir ədavəti və düşmənçiliyi yoxdur. 18.07.2021-ci il tarixdə saat 18 radələrində o, həmkəndlisi Şahid2 ilə yaşadığı kənddə “Bakı” marketin yaxınlığında olarkən Təqsirləndirilən şəxs görmüş, onunla zarafat etmiş, daha sonra isə zarafat davaya çevrilmiş, o, isə dalaşanları ayırmışdir. Daha sonra Elxan evə getmiş və təzədən onların olduqları yerə qayıtmış və Süleymanla dalaşmışdır. Həmin vaxt Elxan heç bir soyuq silahdan istifadə etməmişdir. O, Elxanda soyuq silahın olmasını polis şöbəsində bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Cabir oğlu ifadəsində göstərmişdir ki, o, Qusar rayon Polis Şöbəsinin sahə polis nəfəri vəzifəsində işləyir, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, ona qarşı heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, həmkəndlilərinin Təqsirləndirilən şəxsla dalaşdıqlarını eşidib bu barədə rəhbərliyə məruzə etmişdir. 20.07.2021-ci il tarixdə o, Təqsirləndirilən şəxs yaşadığı evə getmiş və Elxanı çağırmış və ondan 18.07.2021-ci il tarixdə kiminlə dalaşdıqlarını soruşmuş, həmin vaxt üzərində “beşbarmaq” olub-olmamasını soruşmuşdur. Həmin vaxt Elxan evində saxladığı beşbarmağı gətirib təqdim etmiş və arabir üzərində gəzdirdiyini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Qusar rayonu Köhnə Xudat kəndində yaşayır, Təqsirləndirilən şəxs onun oğludur. 20.07.2021-ci il tarixdə polis nəfəri Şahid3 onların yaşadığı evə gəlmiş və oğlu Elxandan kiminlə dalaşdıqlarını soruşmuş və onda “beşbarmaq” olub-olmamasını soruşmuşdur. Həmin vaxt oğlu Elxan evində saxladığı beşbarmağı gətirib təqdim etmişdir. Oğlu Elxan həmin beşbarmağı məhlədəki arxdan tapdığını, ara-bir üzərində gəzdiriyii etiraf etmişdir. Həmin beşbarmağın mövcudluğundan həmin gün xəbər tutmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid3 Cabir oğlunun göstərdiyi xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan 20 iyul 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaların masanın üzərinə qoyulması və könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa cibindən 01 ədəd beşbarmaq tipində üzərində 04 ədəd dairəvi dəliklər və 01 ədəd uzunsov dəliyi olan boz rəngli metaldan hazırlanmış, uc hissələri iti olan əşyanı iş üzrə əhəmiyyət kəsb edildiyindən ekspertiza keçirilməsindən ötrü təqdim etmişdir. Həmin beşbarmaq tipində hazırlanmış əşyanın soyuq silah olub-olmamasını müəyyən etmək üçün götürülərək kağız paketdə qablaşdırılaraq möhürlənmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 03 avqust 2021-ci il tarixli 3/1282 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet, kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli 3/1282 saylı məktubdan və ona əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. İş materiallarında olan 23 avqust 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qanunsuz gəzdirdiyi 01 ədəd kustar üsulla hazırlanmış kastet (beşbarmaq) maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılması qərara alınmışdır. İş materiallarında olan 23.08.2021-ci il tarixli 160 saylı mədaxil qaiməsindən görünür ki, 01 ədəd kustar üsulla hazırlanmış kastet (beşbarmaq) Qusar RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan «Qusar Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxs tərəfindən verilmiş 11 sentyabr 2021-cu il tarixli 1706/09.21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs «Qusar Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin X1 həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan 21 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 əməllərində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından onların barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Şahid1 əməlində cinayət hadisəsi olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. 01 (bir) ədəd kastet tipində (beşbarmaq) hazırlanmış soyuq silah iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılması nəzərə alınmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 26 avqust 2021-ci il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 26.08.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 333 saylı 23.07.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası Şahid4 və anası Səbirə ilyasbəyovadan ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23.07.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 21.12.2021-ci il tarixli ərizədən görünür ki, o, özünü Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.12 və 43.3-cü maddələrinə əsasən barəsində olan cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razıdır. Ona görə də, barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla- üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. http://eqanun.az/framework/46947 “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9, 9.1-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikasının CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət olmaqla o, hazırda “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin təsiri altına düşür və həmin şəxs həmin qərarın tətbiq edilmədiyi şəxslərin dairəsinə daxil deyildir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim etməklə amnistiya aktına əsasən barəsində olan cinayət təqibinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilməklə Azərbaycan Respublikasının CPM-nin 39.1.12, 43.3-cü maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılan 01 (bir) ədəd kastet tipində (beşbarmaq) hazırlanmış soyuq silah məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 64 (altmış dörd) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 39, 43, 321.2.1, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, Azərbaycan Respublikasının CPM-nin 39.1.12, 43.3-cü maddələrinə əsasən barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilməklə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə 64 (altmış dörd) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılan 01 (bir) ədəd kastet tipində (beşbarmaq) hazırlanmış soyuq silah məhv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №1(029)-88/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-88/2021
21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver