Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-89/2023 10.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi: X1, Zərər çəkmiş şəxs: X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Qusar rayon məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə hazırlıq iclası zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli Qusar rayonu ərazisində törədilsə də, onun təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi təsnifatına görə ağır cinayət hesab olunur. Belə ki, həmin maddənin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-in 67.2-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair işlərə baxırlar. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ağır cinayətlər məhkəmələri ağır və xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı işə məhkəmə aidiyyəti üzrə rayon məhkəməsində deyil, ağır cinayətlər məhkəməsində baxılmalıdır. Həmçinin, cinayət hadisəsi Qusar rayonu ərazisində törədildiyindən və bu ərazi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğundan cinayət işi baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 299, 300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №1(029)-89/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-89/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver