Məhkəmə qərarları › İş №1(029)-89/2024

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-89/2024

19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-89/2024 19.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Qusar rayonu Urva kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 234.1 -ci maddəsi ilə 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, "xxxx" MMC-də fəhlə işləyən, Qusar rayonu Urva oba kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 03 avqust 2024-cü il tarixdə, səhər saatlarından etibarən həmkəndliləri Şahid6, Şahid5 ilə birlikdə istirahət etmək məqsədilə Qusar rayonu Ləzə kəndinə gedib orada yerləşən şəlalənin yaxınlığında spirtli içki qəbul edərək sərxoş olduqdan sonra saat təxminən 23 radələrində gəzişərkən həmin kəndin ərazisində yerləşən Zərərçəkmiş şəxs evinin həyətinin qapısına getmiş, gecəni orada keçirmək məqsədi ilə həyətin dəmir tordan olan qapısının üzərinə çıxıb oradan tullanıb icazəsiz şəkildə həyətə daxil olub bir qədər ətrafda gəzdikdən sonra, gecəni mənzildə qalmaq məqsədilə həyətdə yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə daxil olmaq üçün evdə yaşayanları çağırmadan, onların razılıqları olmadan, iradələrinə zidd şəkildə, qanunsuz olaraq 04 avqust 2024-cü il tarixdə, saat təxminən 02 radələrində evin birinci mərtəbəsinin giriş qapısına yaxınlaşıb açmağa çalışsa da, qapı kilidli olduğundan aça bilmədiyinə görə evin yanında olan daş hasarın üzərinə çıxıb oradan uzanaraq evin ikinci mərtəbəsində olan pəncərədən mənzilə daxil olmağa çalışmış, əli pəncərəyə çatmadığından hasardan həyətə düşüb evin sol tərəfində olan pəncərəyə yaxınlaşıb əli ilə bağlı pəncərəni bir neçə dəfə vurub itələsə də, pəncərə açılmadığından evin arxa tərəfinə keçərək mənzilin divarına bitişik çardağın üzərinə çıxıb evin yan pəncərəsinə yaxınlaşıb möhkəm şəkildə vurub açaraq evin ikinci mərtəbəsində yerləşən yataq otağına daxil olmuş, bu zaman evdə olan Zərərçəkmiş şəxs və ailə üzləri həmin otağın qapısını çöldən bağladıqlarına görə evin digər otaqlarına girmək məqsədi ilə otağın qapısını açmaq istəsə də, qapını aça bilmədiyinə görə digər otaqlara keçə bilməmiş, otaqda olarkən orada olan stulun üzərinə qoyulmuş paltarların içərisində Zərərçəkmiş şəxs gəlini X1 məxsus olan busqalteri və qadın alt paltarını görüb ehtiraslanaraq həmin paltarları, eləcə də qadın alt paltarına oxşatdığı uşaq yaxalığı və papağını götürüb əlləyərək öz cinsi ehtirasını söndürməyə çalışmış, bu zaman Zərərçəkmiş şəxs evinə çağırdığı polis əməkdaşları ilə birlikdə otağa daxil olandan sonra paltarları üstündə gizlədib otaqdakı çarpayının üzərinə uzanıb özünə yuxuluğa vurmasına baxmayaraq qeyd olunan ünvana gəlmiş polis əməkdaşları onu saxlayaraq Qusar rayon X3 Polis bölməsinə aparmışlar, bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, Zərərçəkmiş şəxs yaşadığı mənzilinə iradəsi ziddinə daxil olaraq onun mənzil toxunulmazlığını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 03 avqust 2024-cü il tarixdə, səhər saatlarından etibarən həmkəndliləri Şahid6, Şahid5 ilə birlikdə istirahət etmək məqsədilə Qusar rayonu Ləzə kəndinə gedib orada yerləşən şəlalənin yaxınlığında spirtli içki qəbul edərək sərxoş olduqdan sonra saat təxminən 23 radələrində gəzişərkən həmin kəndin ərazisində yerləşən bir evin həyətinin qapısına getmiş, gecəni orada keçirmək məqsədi ilə həyətin dəmir tordan olan qapısının üzərinə çıxıb oradan tullanıb həyətə daxil olub bir qədər ətrafda gəzdikdən sonra, gecəni mənzildə qalmaq məqsədilə həyətdə yerləşən fərdi yaşayış evinə daxil olmaq üçün evdə yaşayanları çağırmadan, onların razılıqları olmadan, iradələrinə zidd şəkildə, qanunsuz olaraq evin birinci mərtəbəsinin giriş qapısına yaxınlaşıb açmağa çalışmış, qapı kilidli olduğuna görə aça bilməmiş və evin yanında olan daş hasarın üzərinə çıxıb oradan uzanaraq evin ikinci mərtəbəsində olan pəncərədən mənzilə daxil olmağa çalışmışdır. Əli pəncərəyə çatmadığından hasardan həyətə düşüb evin sol tərəfində olan pəncərəyə yaxınlaşıb əli ilə bağlı pəncərəni bir neçə dəfə vurub itələsə də, pəncərə açılmadığından evin arxa tərəfinə keçərək mənzilin divarına bitişik çardağın üzərinə çıxıb evin yan pəncərəsinə yaxınlaşıb möhkəm şəkildə vurub açaraq evin ikinci mərtəbəsində yerləşən yataq otağına daxil olmuşdur. Bir qədər sonra evin yiyəsi polis əməkdaşları ilə birlikdə otağa daxil olandan otaqdakı çarpayının üzərinə uzanıb özünə yuxuluğa vurmasına baxmayaraq qeyd olunan ünvana gəlmiş polis əməkdaşları onu saxlayaraq Qusar rayon X3 Polis bölməsinə aparmışlar.Hazırda törətdiyi əməlindən peşmandır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, məlum hadisədən sonra tanımışdır. 03 avqust 2024-cü il tarixdən 04 avqust 2024-cü il tarixə keçən gecə Təqsirləndirilən şəxs onun evinin qabağına gəlib həmin evin Vahid adlı şəxsə məxsus olubolmamasını soruşmuş, sonra tor çəpərdən keçib evin həyətindəki tövlə istiqamətinə gedib oradakı inəklərə nəsə demişdir. Bundan sonra Samir evin qapısını açmaq istəmiş, lakin qapı bağlı olmuşdur. Daha sonra evin arxa tərəfinə keçib oradakı pəncərənin qabağında ayaqqabılarını və corablarını çıxarıb pəncərədən evə daxil olmuşdur. Evdə onun həyat yoldaşı və gəlini olmuşlar. O, əvvəldən Samirin hərəkətlərini müşahidə etmiş, düşünmüşdür ki, həmin şəxs özü çıxıb gedər, lakin Samir getməmiş, əksinə evə daxil olmuşdur. Buna görə də, o, bu barədə polisə məlumat vermiş və bir qədər sonra oraya polis əməkdaşları gəlmişlər. Hazırda o, Təqsirləndirilən şəxs barəsində şikayətçi deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əridir, Təqsirləndirilən şəxs isə tanımır. 03 avqust 2024-cü il tarixdən 04 avqust 2024-cü il tarixə keçən gecə sonradan tanıdığı Təqsirləndirilən şəxs onların yaşadıqları evı daxil olmuş, lakin onlara hər hansı ziyan vurmamışdır. Həmin şəxsi tanımamışlar, evə dəvət etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Qusar rayon X3 Polis Bölməsinin polis nəfəri vəzifəsində işləyir. 03 avqust 2024-cü il tarixdən 04 avqust 2024-cü il tarixə keçən gecə zəng əsasında Zərərçəkmiş şəxs adlı şəxsin evinə getmişlər, videoçəkiliş aparmaqla həmin evə daxil olmuşlar, otağa girəndə sağda 2-ci otaqdan səs gəlmiş, həmin otağa keçdikdə sonradan tanıdığı Təqsirləndirilən şəxs onu görən kimi dərhal çarpayıya uzanmışdır. Təqsirləndirilən şəxs evə pəncərədən daxil olmuş, onun ayaqqabıları bayırda pəncərənin qabağında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4 ilə analoji ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan 08 oktyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 01 ədəd qaşın tursiki, 01 ədəd busqalter, 01 ədəd uşaq papağı, 01 ədəd uşaq yaxalığı, Təqsirləndirilən şəxs saxlanılarkən çəkilən videogörüntülərin əks olunduğu 01 ədəd CD disk maddi sübut kimi tanınmış, hıəmin CD disk cinayət işinin materiallaerında, 01 ədəd qadın alt paltarı, 01 ədəd busqalter, 01 ədəd uşaq papağı, 01 ədəd uşaq yaxalığı isə Qusar rayon prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanmışdır (cild 2. i/v: 51-72). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024cü il tarixli tələbnamədən və Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(029)- 64/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 18 may 2023-cü il tarixdən 20 may 2023-cü il tarixə kimi tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 2 (iki) il, 5 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdir (cild 1. i/v: 156-159, 199-200). İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 1164/24 saylı arayışdan görünür ki, Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(029)-64/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi xx.xx.2024-cü il tarixə 01 (bir) il 06 (altı) ay 05 (beş) gün təşkil edir. İş materiallarında olan Qusar rayon İHB-nın Urva kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1. i/v 128). Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Beləliklə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, işdə cəzanı yüngülləşdirən halı, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyinəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Bundan başqa, CM-nin 58.1-ci maddəsinin mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 06 (altı) ay 05 (beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş cəzaya tamamilə birləşdirilib ona qəti olaraq 1000 (min) manat miqdarda cərimə cəzası və 01 (bir) il 06 (altı) ay 05 (beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar müstəqil icra olunmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə Qusar rayon məhkəməsinin 11 oktyabr 2023cü il tarixli hökmü qoyulmuş vəzifələr qüvvədə saxlanılmalı və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsinin davam etməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd qadın alt paltarı, 01 ədəd busqalter, 01 ədəd uşaq papağı, 01 ədəd uşaq yaxalığı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 157.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 (min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 06 (altı) ay 05 (beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş cəzaya tamamilə birləşdirilib ona qəti olaraq 1000 (min) manat miqdarda cərimə cəzası və 01 (bir) il 06 (altı) ay 05 (beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar müstəqil icra olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs üzərinə Qusar rayon məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli hökmü qoyulmuş vəzifələr qüvvədə saxlanılsın və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsinin davam etməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş 01 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd qadın alt paltarı, 01 ədəd busqalter, 01 ədəd uşaq papağı, 01 ədəd uşaq yaxalığı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar