Məhkəmə qərarları › İş №1(029)-9/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-9/2021

10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-9/2021 10.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, xx xxxx 1990-cı ildə Laçın rayonu Güləbird kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşaqları olan, işləməyən, məhkumluğu olmayan, Laçın rayonu Güləbird kəndində qeydiyyatda olan, faktiki ünvan 3-də yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, onun Azərbaycan Respublikasının CM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, x xxxx 2020-ci il tarixdə X2 Respublikasının Xasavyurd şəhərində yerləşən “Megaaks” və “05.com” adlanan mağazalarından tamah niyyəti ilə əldə etdiyi 1 ədədinin dəyəri 900 manat olmaqla cəmi 1800 manat dəyərində 2 ədəd “İphone 8 Space Gray 64 GB”, 1 ədədinin dəyəri 1600 manat olmaqla cəmi 4800 manat dəyərində 3 ədəd “İphone 11 Green 128 GB”, 1500 manat dəyərində 1 ədəd “İphone 11 Green 64 GB”, 1600 manat dəyərində 1 ədəd “İphone 11 Purple 128 GB”, 1600 manat dəyərində 1 ədəd “İphone 11 White 128 GB”, 1 ədədinin dəyəri 1500 manat olmaqla cəmi 12000 manat dəyərində 8 ədəd “İphone 11 Black 64 GB”, 1 ədədinin dəyəri 2300 manat olmaqla cəmi 11500 manat dəyərində 5 ədəd “İphone 11 Pro Gold 256 GB”, 1 ədədinin dəyəri 2600 manat olmaqla cəmi 5200 manat dəyərində 2 ədəd “İphone 11 X15 256 GB”, 1 ədədinin dəyəri 2600 manat olmaqla cəmi 5200 manat dəyərində 2 ədəd “İphone 11 X14 Gray 256 GB”, 1 ədədinin dəyəri 2100 manat olmaqla cəmi 10500 manat dəyərində 5 ədəd “İphone 11 X12 64 GB”, 1 ədədinin dəyəri 2300 manat olmaqla cəmi 11500 manat dəyərində 5 ədəd “İphone 11 X13 256 GB” və 1 ədədinin dəyəri 2300 manat olmaqla cəmi 6900 manat dəyərində 3 ədəd “İphone 11 X12 256 GB” markalı, qutusu və aksessuarları (adapter və qulaqcıq) ilə birlikdə ümumilikdə xeyli miqdar təşkil edən cəmi 74100 (yetmiş dörd min yüz) manat dəyərində 38 ədəd mobil telefonları malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək etibarnamə əsasında idarə etdiyi “Lada Vesta” markalı, O968MB05 dövlət qeydiyyat nişanlı avtomobilin yanacaq çəninin içərisində gizlətməklə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətirərək x xxxx 2020-ci il tarixdə, saat 21:30-da Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postundan qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə qəsdən keçirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 206.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş, mülki iddianı isə qəbul etməyərək ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, 2016-ci ilin axırlarından təxminən 1 il müddətində ailəsi ilə birlikdə X2 Respublikasının Xasavyurt şəhərində yaşamış və həmin şəhərdə “Naberejnıy” adlı bazarda qadın paltarlarının satışı ilə məşğul olmuşdur. Daha sonra ailəsi ilə birlikdə Bakı şəhərinə qayıtmış və hal-hazıradək ünvan 1 ünvanında yaşayır. Bakı şəhərinə köçdükdən sonra işsiz olduğu üçün tez-tez X6 və Xasayurt şəhərlərinə gedərək nəqliyyat vasitələrinin işlənmiş ehtiyyat hissələrinin satışı ilə məşğul olmuşdur. Şəxsi istifadəsi üçün Rusiya Federasiyasından etibarnamə əsasında “Lada Vesta” markalı, O968MB05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi almış, lakin Azərbaycan Respublikası vətəndaşı olduğu üçün həmin avtomobili öz mülkiyyətinə keçirə bilməsə də, faktiki olaraq ona məxsus olmuş və etibarnamə əsasında idarə etmişdir. Həmin nəqliyyat vasitəsilə X6 şəhəri ərazisində qəza törətdiyi üçün nəqliyyat vasitəsini orada saxlamış və xx xxxx 2020-ci il tarixdə özü Azərbaycana gəlmişdir. Nəqliyyat vasitəsinin sığorta işləri ilə əlaqədar xx xxxx 2020-ci il tarixdə “Samur” gömrük postunun piyada keçid xəttindən keçməklə X6 şəhərinə getmiş, burada sığorta ilə bağlı işlərini həmin gün həll etmiş və Rus Rublunun dəyərinin aşağı düşdüyünə görə ABŞ dollarının dəyərinin qalxması barədə eşitmişdir. Xasayurt şəhərində yaşayan Tərlan adlı tanışında onun 30000 ABŞ dolları pulu olduğu üçün həmin pula mobil telefonlar alıb Azərbaycan Respublikasına gətirmək qərarına gəlmişdir. Buna görə Xasayurt şəhərinə gedib Tərlandan həmin pulu aldıqdan sonra Dərbənd şəhərinə qayıtmışdır. Bundan 1 gün sonra, yəni xx xxxx 2020-ci il tarixdə X3 şəhərində yerləşən “Megaaks” və “05.com” adlı mobil telefon mağazalarından ümumilikdə 38 ədəd “İphone” markalı, yəni qutusu və aksessuarları (adapter və qulaqcıq) ilə birlikdə 38 ədəd “İphone” markalı mobil telefonlar almışdır. “Megaaks” adlı mağazadan aldığı mobil telefonların pulunu tam ödəmiş, lakin “05.com” adlı mağazaya isə bir qədər borclu qalmışdır. Uzun müddətdir ki, Xasayurt şəhərinə gedib-gəldiyi və orada işlədiyi üçün həmin mağazanın sahiblərindən biri olan Taqir adlı şəxslə müəyyən qədər tanışlığı olmuş və buna görə də pulu çatmasa da, həmin mobil telefonları ona vermiş və o, mobil telefonları Bakı şəhərində satdıqdan sonra aparıb həmin şəxsə olan borcunu verməyi düşünmüşdür. O, aldığı mobil telefonları Dərbənd şəhərində kirayə yaşadığı evə gətirmiş və nəqliyyat vasitəsinin sığorta və təmir işləri bitdiyi üçün həmin gün axşam nəqliyyat vasitəsi ilə Dərbənd şəhərindən yola düşmüşdür. xx xxxx 2020-ci il tarixdə gecə saatlarında “Samur” gömrük postundan keçməklə ölkə ərazisinə daxil olaraq Bakı şəhərinə getmiş, lakin aldığı mobil telefonların gömrük yoxlanışı zamanı aşkar olunacağından qorxduğu üçün onları Azərbaycana gətirməmişdir. Elə həmin gün, yəni xx xxxx 2020-ci il tarixdə Dərbənd şəhərində olan telefonları gətirmək məqsədilə yenidən “Samur” gömrük postundan keçməklə Rusiya Federasiyasına getmişdir. Dərbənd şəhərində kirayədə qaldığı evə çatdıqdan sonra əvvəlcədən oraya alıb qoyduğu 38 ədəd “iPhone” markalı mobil telefonları sellofan paketlərə bükərək etibarnamə əsasında idarə etdiyi “Lada Vesta” markalı, O968MB05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisinə yığmışdır. Bundan sonra həmin nəqliyyat vasitəsilə Dərbənd şəhərindən yola düşmüş və xx xxxx 2020-ci il tarixdə, təqribən saat 21:00 radələrində “Samur” gömrük postunun qarşısına çatmış, təqribən saat 21:30 raələrində postun idxal minik nəqliyyat nəzarəti xəttinə daxil olmuşdur. Xəttə daxil olduqdan sonra gömrük işçisi ona yaxınlaşaraq üzərində və nəqliyyat vasitəsində olan əşyaları gömrük nəzarətinə bəyan etməyini təklif etmişdir. O, gömrük işçisinə üzərində gömrük nəzarətinə bəyan ediləsi hər hansı bir əşya olmadığını, lakin nəqliyyat vasitəsində 1 ədəd nəqliyyat vasitəsinin arxa qapısının alt hissəsinin olduğunu bildirmişdir. Bundan sonra nəqliyyat vasitəsinə gömrük işçisi tərəfindən yoxlama həyata keçirilmişdir və bir qədər sonra gömrük işçisi ona nəqliyyat vasitəsinə rentgen qurğusunda baxış keçirilməsi üçün rentgenə aparmalı olduğunu bildirmişdir. O, gömrük əməkdaşına etiraz etməmiş və nəqliyyat vasitəsini gömrük işçisi ilə birlikdə rentgenə aparmışdır. Gömrük işçisi nəqliyyat vasitəsində şübhəli məqamların olduğunu və yoxlama keçirilməsi üçün nəqliyyat vasitəsini yenidən idxal minik nəqliyyatı nəzarəti xəttinə qaytarmalı olduğunu bildirmişdir. O, nəqliyyat vasitəsini idxal minik nəqliyyatı nəzarəti xəttinə qaytardıqdan sonra dəvət olunmuş hal şahidlərinin iştirakı ilə nəqliyyat vasitəsinin yanacaq çəninə baxış keçirilmişdir. Baxış zamanı, sellofan paketlərə bükərək nəqliyyat vasitəsinin yanacaq çəninin içərisinə yığdığı ümumilikdə 38 ədəd “İphone” markalı mobil telefonlar aşkar edilmişdir. Bundan sonra gömrük işçisi aşkar olunmuş mobil telefonlara baxış keçirmiş və bunların qutusu və aksessuarları (adapter və qulaqcıq) ilə birlikdə olan 2 ədəd “İphone 8 Space Gray 64 GB”, 3 ədəd “İphone 11 Green 128 GB”, 1 ədəd “İphone 11 Green 64 GB”, 1 ədəd “İphone 11 Purple 128 GB”, 1 ədəd “İphone 11 White 128 GB”, 8 ədəd “İphone 11 Black 64 GB”, 5 ədəd “İphone 11 Pro Gold 256 GB”, 2 ədəd “İphone 11 X15 256 GB”, 2 ədəd “İphone 11 X14 Gray 256 GB”, 5 ədəd “İphone 11 X12 64 GB”, 5 ədəd “İphone 11 X13 256 GB” və 3 ədəd “İphone 11 X12 256 GB” markalı mobil telefonlar olduğunu müəyyən etmişdir. Yoxlama başa çatdıqdan sonra aşkar olunan mobil telefonlar hal şahidlərinin iştirakı ilə gömrük əməkdaşı tərəfindən protokol əsasında götürülmüş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, aldığı həmin telefonları qutusu və aksessuarları (adapter və qulaqcıq) ilə birlikdə hər birini təxminən 10-a yaxın sellofan paketlərə bükərək həmin evin həyətində etibarnamə əsasında idarə etdiyi “Lada Vesta” markalı, O968MB05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisinə yığmış, həmin telefonları avtomobilin yanacaq çəninə yerləşdirmək üçün əvvəlcə arxa oturacaqları çıxartmış, arxa oturacaqları çıxartdıqdan sonra yanacaq çəni ilə oturacaq arasında olan qara rəngli plastik qapağı açmış, bundan sonra yanacaq nasosundan çıxan üzəri plastik olan yanacaq borusunu və yanacaq nasosuna gələn naqilləri çıxartmışdır. Daha sonra yanacaq nasosunu çıxarıb çəndə olan benzini rezin boru vasitəsilə sorub çəkmişdir. Yanacaq çənində benzin qurtardıqdan sonra həmin telefonları əli ilə bir-bir yanacaq çəninə yerləşdirmişdir. Avtomobilində olan yanacaq çəni zavod istehsallıdır, kustar üsulla hazırlanmamışdır, mobil telefonları oraya yerləşdirərkən yanacaq çəni olduğu yerdən sökülüb çıxarılmamış və konstruksiyasına hər hansı dəyişiklik edilməmişdir. Bu yolla mobil telefonların gömrük postunda aşkar edilməsinin qarşısını alacağını düşünmüşdür. Həmin telefonları daha çox gəlir əldə etmək məqsədi ilə qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirmək qərarına gəlmişdir. Həm telefonları almaqla, həm də, Azərbaycana gətirdikdən sonra satmaqla bağlı ona heç kim köməklik etməmiş və bununla bağlı heç kim ona vəd verməmişdir. Həmçinin, mülki iddiada göstərilən məbləğ maddi ziyan deyil, gələcəkdə ödəniləcək dövlət rüsumudur, odur ki mülki iddianı qəbul etmir. Həmin rüsumun ödənilməsindən imtina etmir, rüsumu ödəyəcəyi təqdirdə malların ona geri qaytarılmasını xahiş edir. O, hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirir, törətdiyi əməlin ictimai təhlükəli əməl olmasını tam dərk etməklə bir daha belə hərəkətlərə yol verməyəcəyini, ailədə yeganə qazanc gətirən şəxs olduğunu, himayəsində iki nəfər azyaşlı uşağının olduğunu və barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini, üzərinə həbs qoyulmuş avtomobilin ona qaytarılmasını və mülki iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı, məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla ona tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, “Azərterminalkompleks” Birliyinin Tərəzi və Dayanacaq Xidməti İşinin Təşkili Şöbəsindən Şimal Ərazi Baş Gömrük İdarəsinə təhkim olunmuş və hal-hazırda “Samur” gömrük postunda xidmət aparır. Növbədə olduğu gün, yəni xx xxxx 2020-ci il tarixdə saat 21:30 radələrində Rusiya Federasiyası istiqamətindən postun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Vesta” markalı, O968MB05 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən gömrük yoxlamasını həyata keçirmişdir. Yoxlamaya başlamazdan əvvəl, Təqsirləndirilən şəxs üzərində və nəqliyyat vasitəsində olan əşyaları gömrük nəzarətinə bəyan etməsini təklif etmiş, Təqsirləndirilən şəxs üzərində gömrük nəzarətinə bəyan edilməli olan hər hansı bir əşya olmadığını, lakin, “Lada Vesta” markalı avtomobilində 1 ədəd nəqliyyat vasitəsinin arxa qapısının alt hissəsinin olduğunu bildirmişdir. Bundan sonra, o, 2 (iki) nəfər hal şahidi dəvət edərək, onların iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Vesta” markalı, O968MB05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yoxlamağa başlamış və Təqsirləndirilən şəxs ilə birlikdə nəqliyyat vasitəsini baxış keçirilməsi üçün stasionar rentgen qurğusuna aparmışdır. Nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilən zaman şübhəli məqamlar aşkar edilmiş və həmin şübhəli məqamlara baxış keçirən zaman nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində çoxlu sayda mobil telefonlar olduğunu aşkar etmişdir. Həmin mobil telefonları yanacaq çəninin içərisindən çıxarıb baxış keçirən zaman aşkar olunmuş mobil telefonların ümumilikdə 38 ədəd, yəni qutusu və aksessuarları (adapter və qulaqcıq) ilə birlikdə olan 2 ədəd “İphone 8 Space Gray 64 GB”, 3 ədəd “İphone 11 Green 128 GB”, 1 ədəd “İphone 11 Green 64 GB”, 1 ədəd “İphone 11 Purple 128 GB”, 1 ədəd “İphone 11 White 128 GB”, 8 ədəd “İphone 11 Black 64 GB”, 5 ədəd “İphone 11 Pro Gold 256 GB”, 2 ədəd “İphone 11 X15 256 GB”, 2 ədəd “İphone 11 X14 Gray 256 GB”, 5 ədəd “İphone 11 X12 64 GB”, 5 ədəd “İphone 11 X13 256 GB” və 3 ədəd “İphone 11 X12 256 GB” markalı mobil telefonlar olduğunu müəyyən etmişdir. Bununla bağlı protokol tərtib etmiş, tərtib olunmuş protokolla bütün iştirakçılar tanış olduqdan sonra imzalamışlar. O, Təqsirləndirilən şəxs həmin mobil telefonların kimə məxsus olması və hansı məqsəd ilə Azərbaycan Respublikasına gizli keçirməyə cəhd etməsi barədə soruşduqda, Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından aşkar olunan həmin mobil telefonların ona məxsus olduğunu etiraf etmişdir. Eyni zamanda, həmin mobil telefonları sataraq gəlir əldə etmək məqsədi ilə Azərbaycan Respublikasına gətirdiyini və həmin mobil telefonlar üçün nəzərdə tutulmuş gömrük rüsümunu ödəməmək üçün gömrük nəzarətindən gizlədilmiş şəkildə keçirmək qərarına gəldiyini bildirmişdir. Bundan sonra nəqliyyat vasitəsinin yanacaq çənindən aşkar olunmuş mobil telefonları götürərək faktla bağlı araşdırma aparılmasından ötrü akt əsasında Əməliyyat və Təhqiqat Şöbəsinin Təhqiqat Bölməsinə təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailəsinin dolanışığını təmin etmək məqsədi ilə bəzən “Samur” gömrük postunun qarşısına gedərək, müəyyən haqq müqabilində oradan keçən vətəndaşların əl yüklərinin daşınmasına köməklik edir. Elə bu məqsədlə, xx xxxx 2020-ci il tarixdə “Samur” gömrük postunun qarşısında dayanıb gözləyərkən, saat 21:30 radələrində bir nəfər gömrük əməkdaşı ona və onun kimi burada fəhləlik edən Şahid2 yaxınlaşaraq onlara “Samur” gömrük postunda nəqliyyat vasitəsinə keçiriləcək yoxlamada hal şahidi qismində iştirak etməklərini xahiş etmişdir. Onlar etiraz etməyərək, yoxlamada iştirak etmək məqsədilə gömrük əməkdaşı ilə birlikdə “Samur” gömrük postuna daxil olmuşlar. Burada ona və digər hal şahidinə gömrük əməkdaşı hüquq və vəzifələrini izah etmiş, məsuliyyət barədə xəbərdarlıq etmişdir. Bundan sonra “Samur” gömrük postunda adını sonradan öyrəndiyimiz Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Vesta” markalı, O968MB05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilən yoxlamada iştirak etdik. Yoxlama zamanı, gömrük əməkdaşı tərəfindən nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən çoxlu sayda mobil telefonlar aşkar edildiyini görmüşlər. Bundan sonra nəqliyyat vasitəsindən aşkar olunmuş mobil telefonlara baxış keçirilmiş və sayılmışdır. Nəticədə ümumilikdə 38 ədəd olmaqla, qutusu və aksessuarları (adapter və qulaqcıq) ilə birlikdə olan 2 ədəd “İphone 8 Space Gray 64 GB”, 3 ədəd “İphone 11 Green 128 GB”, 1 ədəd “İphone 11 Green 64 GB”, 1 ədəd “İphone 11 Purple 128 GB”, 1 ədəd “İphone 11 White 128 GB”, 8 ədəd “İphone 11 Black 64 GB”, 5 ədəd “İphone 11 Pro Gold 256 GB”, 2 ədəd “İphone 11 X15 256 GB”, 2 ədəd “İphone 11 X14 Gray 256 GB”, 5 ədəd “İphone 11 X12 64 GB”, 5 ədəd “İphone 11 X13 256 GB” və 3 ədəd “İphone 11 X12 256 GB” markalı mobil telefonlar olduğu məlum olmuşdur. Baxış başa çatdıqdan sonra aşkar olunmuş 38 ədəd mobil telefonlar gömrük işçisi tərəfindən tərtib edilmiş protokol əsasında götürülmüşdür. Bütün iştirakçılar kimi Şahid2 və o, protokolla tanış olduqdan sonra onu imzalamışlar. Məhkəmə istintaqı zamanı mülki iddiaçının nümayəndəsi qismində dindirilmiş Nümayəndə mülki iddianı müdafiə edərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat 21:30 radələrində Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Vesta” markalı, O968MB05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininin yanacaq çəninin içərisindən gömrük nəzarətindən gizlədilmiş şəkildə, qutusu və aksessuarları (adapter və qulaqcıq) ilə birlikdə olan 2 ədəd “İphone 8 Space Gray 64 GB”, 3 ədəd “İphone 11 Green 128 GB”, 1 ədəd “İphone 11 Green 64 GB”, 1 ədəd “İphone 11 Purple 128 GB”, 1 ədəd “İphone 11 White 128 GB”, 8 ədəd “İphone 11 Black 64 GB”, 5 ədəd “İphone 11 Pro Gold 256 GB”, 2 ədəd “İphone 11 X15 256 GB”, 2 ədəd “İphone 11 X14 Gray 256 GB”, 5 ədəd “İphone 11 X12 64 GB”, 5 ədəd “İphone 11 X13 256 GB” və 3 ədəd “İphone 11 X12 256 GB” markalı mobil telefonlar aşkar edilmişdiraşkar edilərək götürülmüşdür. Faktla bağlı xx xxx 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi istintaq və təhqiqat idarəsi istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aparılmışdır. 2020-ci ilin mart ayına olan orta bazar dəyəri 74100,0 manat təşkil edən 38 ədəd “İphone” markalı mobil telefonların gömrük rəsmiləşdirilməsi üçün ödənilməli olan gömrük ödənişlərinin cəmi 16528,49 (on altı min beş yüz iyirmi səkkiz manat qırx doqquz qəpik) manat təşkil edən mülki iddianın təmin edilməsini xahiş etmişdir. Yasamal rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş “Lada Vesta” markalı O968MB05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xüsusi müsadirə olunması məsələsi ilə bağlı isə heç bir iddiası yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, Şahid3 ifadəsinə uyğun ifadə verərək onun məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Cinayət işi üzrə Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin xx xxxx 2020-ci il tarixli, xx/xx/020299 nömrəli məktubundan görünür ki, əsəsən ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar gömrük orqanına bəyan edilməyən, 2020-ci ilin mart ayına olan orta bazar dəyəri 74100,0 manat təşkil edən 38 ədəd “İphone” markalı mobil telefonların gömrük rəsmiləşdirilməsi üçün ödənilməli olan gömrük ödənişlərinin cəmi 16528,49 (on altı min beş yüz iyirmi səkkiz manat qırx doqquz qəpik) manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli “Yoxlama haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Vesta” markalı, O968MB05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininin yanacaq çəninin içərisindən gömrük nəzarətindən gizlədilmiş şəkildə, qutusu və aksessuarları (adapter və qulaqcıq) ilə birlikdə olan 2 ədəd “İphone 8 Space Gray 64 GB”, 3 ədəd “İphone 11 Green 128 GB”, 1 ədəd “İphone 11 Green 64 GB”, 1 ədəd “İphone 11 Purple 128 GB”, 1 ədəd “İphone 11 White 128 GB”, 8 ədəd “İphone 11 Black 64 GB”, 5 ədəd “İphone 11 Pro Gold 256 GB”, 2 ədəd “İphone 11 X15 256 GB”, 2 ədəd “İphone 11 X14 Gray 256 GB”, 5 ədəd “İphone 11 X12 64 GB”, 5 ədəd “İphone 11 X13 256 GB” və 3 ədəd “İphone 11 X12 256 GB” markalı mobil telefonlar aşkar edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 5/43-5/150-9/214 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş həssas təzyiqlə (sensorlu) çalışan “İOS” əməliyyat sistemi ilə təchiz edilmiş 15 ədəd “İphone 11 Pro” markalı “A2160” modelli, 3 ədəd “İphone 11 Pro” markalı “A2215” modelli, 3 ədəd “İphone 11 Pro Max” markalı “A2161” modelli, 14 ədəd “İphone 11” markalı “A2111” modelli, 2 ədəd “İphone 8” markalı “A1905” modelli və 1 ədəd “İphone 11 Pro Max” markalı “A2218” modelli mobil (smartfon) telefonlar olmaqla, hal-hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdır və həmin telefonlar kontrafakt məhsullara aid deyildir. Qeyd edilən mobil telefonların 2020-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 74100 manat təşkil etməsi müəyyən edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Resublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 5/43-5/150-9/214 saylı və xx xxxxxxxx 2020-ci il tarixli 9/2944 saylı ekspetiza xərclərinə dair bildirişlərdən görünür ki, həmin ekspertizalar üzrə aparılmış tədqiqatın cəmi dəyəri 400.17 (dörd yüz manat on yeddi qəpik) manat təşkil edir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının xx xxxxxxx 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Vesta” markalı, O968MB05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininin yanacaq çəninin içərisindən aşkar edilərək götürülmüş gömrük orqanına bəyan edilməmiş qutusu və aksessuarları (adapter və qulaqcıq) ilə birlikdə olan 2 ədəd “İphone 8 Space Gray 64 GB”, 3 ədəd “İphone 11 Green 128 GB”, 1 ədəd “İphone 11 Green 64 GB”, 1 ədəd “İphone 11 Purple 128 GB”, 1 ədəd “İphone 11 White 128 GB”, 8 ədəd “İphone 11 Black 64 GB”, 5 ədəd “İphone 11 Pro Gold 256 GB”, 2 ədəd “İphone 11 X15 256 GB”, 2 ədəd “İphone 11 X14 Gray 256 GB”, 5 ədəd “İphone 11 X12 64 GB”, 5 ədəd “İphone 11 X13 256 GB” və 3 ədəd “İphone 11 X12 256 GB” markalı mobil telefonlar maddi sübut kimi tanınaraq cinayət təqibi üzrə icraat başa çatanadək Dövlət Gömrük Komitəsinin Azərterminalkompleks Birliyinin anbarında saxlanılmışdır. Cinayət işinin materiallarında olan Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş mülki iddiadan görünür ki, həmin Komitənin iş üzrə mülki iddiaçı qismində tanınması və dövlətə vurulmuş 16528,49 (on altı min beş yüz iyirmi səkkiz manat qırx doqquz qəpik) məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi xahiş olunmuşdur. Cinayət işinin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi «mülki iddiaçı» və Şimal Ərazi Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsi Gömrük Prosedurları və ödənişləri Şöbəsinin baş inspektoru gömrük xidməti mayoru Nümayəndə isə mülki iddiaçının nümayəndəsi və Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2013-cü il tarixli Amnistiya Qərarının 1.1 bəndində əsasən azad edilmişdir və hazırda məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, qara rəngli, 2016-cı il istehsallı, XTAGFL130GY019622 ban nömrəli “Lada Vesta” markalı O968MB05 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə edir. Cinayət işinin materiallarında olan 9907№968814 saylı qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, qara rəngli, 2016-cı il istehsallı, XTAGFL130GY019622 ban nömrəli “Lada Vesta” markalı O968MB05 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X8. İş materiallarında olan Azərbaycan Respublikası “GƏNC ALİM” Mənzil-İstehlak Kooperativ tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası “GƏNC ALİM” Mənzil-İstehlak Kooperativ tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 28/20 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatsız məcburi köçkün kimi yaşayır, ailəsi arvadı Yeganə Əsgərovadan, atası Azər Cəfərovdan, anası Azadə Cəfərovadan, babası Qaytaran Cəfərovdan, nənəsi Qəşəng Cəfərovadan, bacısı Ülkər Cəfərovadan və bibisi Aygün Cəfərovadan ibarətdir. İş materiallarında olan AZ-İİ № 825496 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2012-ci il təvəllüdlü Aliya adlı uşağı vardır. İş materiallarında olan BAKU MEDİCAL PLAZA mərkəzinin 113/21 saylı xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, xx xxxxxxx 1990-cı il təvəllüdlü X5 xx xxxxxx 2021-ci il tarixdə oğlan uşağı dünyaya gəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsin xx xxx 2020-ci il tarixli xx/xx-4819 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məjmu halda qiymətləndirərək, məhkəmə belə nətijəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 206.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində jəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Hazırda qüvvədə olan Azərbayjan Respublikasının CM-nin 206.1-ci maddəsinin sanksiyasına görə həmin maddədə nəzərdə tutulan əməlin törədilməsinə görə cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının xx xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxx 2020-ci il tarixli Qanununa əsasən 206.1-ci maddənin dispozisiyasında “külli” sözü “xeyli” sözü ilə əvəz edilmiş, 206.1-ci maddənin sanksiyasında “beş” sözü “cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç” sözləri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman, yəni xx xxxx 2020-ci il tarixdə qüvvədə olan Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin sanksiyasında isə beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulurdu. Göründüyü kimi, hazırda qüvvədə olan CM-nin 206.1-ci maddəsinin sanksiyasında əlavə cəza qismində “cərimə” cəzasının nəzərdə tutulması Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdırdığından o, cinayət əməlini törədərkən, yəni xx xxxx 2020-ci il tarixdə qüvvədə olmuş CM-nin 206.1-ci maddəsinin sanksiyasına uyğun cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində iki azyaşlı uşaqlarının olması cəzamı yüngülləşdirən hal kimi, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını isə şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Lakin məhkəmə Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, himayəsində iki nəfər azyaşlı uşaqların olmasını, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də əməlindən səmimi peşman olduğunu bildirməsi onun törətdiyi cinayətə tənqidi münasibətini ifadə etməklə, cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğunu nəzərə alaraq barəsində həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunaraq təyin ediləcək cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını və həmin müddət ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların (Tokio qaydaları) 1.2-ci maddəsinə uyğun olaraq ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən məhkumlarla davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumlarda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Məhkəmə onu da qeyd edir ki, şərti məhkumetmə zamanı məhkum cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza icra olunmasa da təyin olunan cəza qanunla müəyyən olunmuş xüsusi formada şərti həyata keçirilir. İnsan Hüquqlarının və X9 haqqında Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu, sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin-tərcümə) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azadlıqdan məhrum etmə ilə azadlığın məhdudlaşdırılması arasındakı fərq xarakter və ya mahiyyət məsələsi yox, sadəcə dərəcə və ya intensivlik məsələsidir. Həmin Konvensiyanın 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurətin tələb etdiyi müddətdən artıq davam etməməlidir. (bax, Avropa Məhkəməsinin Amyur Fransaya qarşı işi üzrə xx xxxx 1996-cı il tarixli qərar, 42-ci b.) Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0, 32.0.1-ci maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm, cinayət prosesini həyata keçirən orqan isə cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərar çıxararkən aşağıdakı qaydalara riayət edilməlidir: məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CM-nin 99-1.1, 99-1.1.1-99-1.1.4-cü maddələrinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülkihüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüqüquna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 136.1-ci maddəsinə əsasən əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq və varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən mülki dövriyyədə olmasına yol verilməyən əşyalar (mülki dövriyyədən çıxarılmış əşyalar) qanunvericilikdə birbaşa göstərilməlidir. Həmin Məcəllənin 136.3-cü maddəsinə əsasən yalnız dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalar (mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar) qanunla müəyyənləşdirilmiş qaydada təyin edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikasının Qanununa əsasən döyüş təyinatlı hərbi texnika; qanunla dövriyyəsi qadağan edilən silahlar və döyüş sursatı; dövlət hakimiyyəti orqanlarının rabitə şəbəkəsi, müdafiə, təhlükəsizlik və asayişi mühafizə ehtiyacları üçün nəzərdə tutulan rabitə şəbəkələri; müdafiə, milli təhlükəsizlik, hərbi əks-kəşfiyyat, xüsusi dövlət mühafizə xidməti orqanlarının şəxsi heyətinin xüsusi ləvazimatı və onların istehsalına və işlədilməsinə dair normativ-texniki sənədlər; hərbi səfərbərlik təyinatlı əmlak; Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının dövlət siyahısına daxil edilmiş obyektlər; dövlət kəmiyyət vahidləri etalonları; dövlət, peşə, qulluq, bank, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına dair məlumatları əks etdirən sənədlər; Azərbaycan Respublikasının qızıl ehtiyatı və əyar damğası; pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıq; qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr; insan orqanı və (və ya) toxumaları; tətbiqi müəyyən edilmiş qaydada qadağan edilmiş dərman vasitələri; rəsmi sənədlər, şəxsiyyəti təsdiq edən sənədlər, Azərbaycan Respublikasının dövlət təltifləri; dövlət arxiv fondunun sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxildirlər. Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikasının Qanununa əsasən hərbi silah və sursat istehsal etmək üçün avadanlıq; döyüş təyinatlı hərbi texnikanı istehsal etmək üçün avadanlıq; xidməti və mülki silah; kosmik-peyk rabitə vasitələri, xüsusi məxfi rabitə vasitələri və şifrləri, bu vasitələrin və şifrlərin istehsalı üçün nəzərdə tutulan avadanlıq; qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələri; ionlaşdırıcı şüa mənbələri, o cümlədən radioaktiv maddələr, belə mənbələrin və maddələrin istehsalı üçün nəzərdə tutulan avadanlıq, təsərrüfat-məişət və tibbi əhəmiyyətli aparatlar istisna olmaqla, şüa verən aparatlar; qiymətli kağızların çap edilməsi üçün avadanlıq və belə avadanlığın istehsalı üçün avadanlıq; qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq; partlayıcı maddələr və qurğular, tez alışan maddələr və pirotexniki məmulatlar; ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar; narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlıq; gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr; radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğular; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülər; əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanlan olan hərbi və xüsusi geyim formaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına daxildirlər. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 132 və 346.1.19-cu maddələrinin tələblərinə müvafiq olaraq qaçaqmalçılığa dair işlər üzrə hökm çıxarılarkən, yaxud digər yekun məhkəmə qərarı, o cümlədən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilərkən qaçaqmalçılığın predmeti, aləti və ya vasitəsi olan maddi sübutlar barədə məsələ həll edilməlidir. İzah edilsin ki, bu zaman həmçinin mülkiyyətin toxunulmazlığı haqqında Konstitusiyanın 29-cu maddəsinin, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, xüsusi müsadirənin əsasları və qaydaları təsbit edilmiş CM-nin 99-1-ci maddəsinin və CMnin tələbləri nəzərə alınmalıdır. Həmin Qərarın 27-ci bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmayılov Rusiyaya qarşı” iş üzrə xx xxxxx 2008-ci il tarixli, “X1rşı”iş üzrə xx xxxxxxx 2009-cü il tarixli Qərarlar) əsaslansınlar. Eyni zamanda nəzərə alınmalıdır ki, GM-nin və digər normativ-hüquqi aktların tələblərinə görə, ölkəyə gətirilən malların, nəqliyyat vasitələrinin və digər əşyaların bütün hallarda, o cümlədən gömrük nəzarətindən kənar və ondan gizli keçirilmiş və cinayət işlərinə maddi sübut kimi əlavə edilmiş əmlakın sonradan məhkəmələrin hökmlərinə (qərarlarına) əsasən mülkiyyətçilərinə qaytarılması zamanı gömrük rəsmiləşdirilməsinin aparılması (buna həmçinin gömrük ödənişlərinin tutulması da aiddir) tələb olunur, belə rəsmiləşdirilmə aparılmadıqda isə qeyd olunan əmlakdan isfadə edilməsi, habelə bu əmlak barəsində sərəncam verilməsi qadağan edilir. Qanunvericiliyin bu tələblərinə əməl edilməsi üçün CMnin 206-cı maddəsi ilə cinayət işlərinə baxılarkən gömrük nəzarətindən gizli və ya ondan kənar, bəyan etməməklə və ya düzgün bəyan etməməklə, habelə sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə qanunsuz keçirilmiş və maddi sübut hesab edilmiş əmlakın mülkiyyətçilərinə qaytarılmalı olması haqqında nəticəyə gəldikdə məhkəmələrə belə işlər üzrə çıxarılmış hökmlərdə (qəbul edilmiş qərarlarda) göstərilən əmlakın yalnız gömrük rəsmiləşdirilməsindən keçirildikdən və gömrük ödənişləri tutulduqdan sonra qaytarılması haqqında müddəaların əlavə edilməsi tövsiyə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs gömrük orqanına bəyan etmədən qaçaqmalçılıq yolu ilə dövlət sərhədindən keçirdiyi yuxarıda göstərilən qutusu və aksessuarları (adapter və qulaqcıq) ilə birlikdə olan 2 ədəd “İphone 8 Space Gray 64 GB”, 3 ədəd “İphone 11 Green 128 GB”, 1 ədəd “İphone 11 Green 64 GB”, 1 ədəd “İphone 11 Purple 128 GB”, 1 ədəd “İphone 11 White 128 GB”, 8 ədəd “İphone 11 Black 64 GB”, 5 ədəd “İphone 11 Pro Gold 256 GB”, 2 ədəd “İphone 11 X15 256 GB”, 2 ədəd “İphone 11 X14 Gray 256 GB”, 5 ədəd “İphone 11 X12 64 GB”, 5 ədəd “İphone 11 X13 256 GB” və 3 ədəd “İphone 11 X12 256 GB” markalı mobil telefonları mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına daxil deyildir. Bundan başqa, istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etmədən keçirdiyi məlum 38 ədəd “İphone” markalı mobil telefonları cinayət yolu ilə və ya digər qanunsuz yolla əldə olunması aşkar olunmamışdır. Beləliklə, təqsirləndirilən şəxs hazırki cinayət əməlini məhz yuxarıda göstərilən malları gömrük orqanında bəyan etməməklə gömrük nəzarətindən gizli keçirməklə törətsə də, Avropa Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin yuxarıda sadalanan qərarlarında göstərildiyi kimi həmin əşyaların qanuni mənşəyi olmuş, müvafiq əqdlər əsasında əldə edilmişdir. Odur ki, məhkəmə tərəfindən həmin malların cinayət yolu ilə və ya digər qanunsuz yolla əldə edilən, cinayətin aləti olan əmlak kimi qiymətləndirilməsi üçün heç bir əsas yoxdur. Ona görə də, məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinin tələblərinə uyğun olaraq maddi sübut kimi tanınmış 38 ədəd “İphone” markalı mobil telefonları müsadirə edilərək dövlət nəfinə keçirilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, həmin malların müsadirə edilməsi onun mülkiyyətçisinin (qanuni sahibinin) əmlak hüquqlarının kobud pozuntusuna, cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas fundamental hüquqlarından olan mülkiyyət hüququ arasında tarazlığın pozulmasına, həmin malların mülkiyyətçisi olan şəxsin və ailəsinin isə vəziyyətinin heç bir əsas olmadan əlavə ağırlaşmasına səbəb olar. Həmçinin, cinayət törətmiş şəxsə təyin edilən cəzanın əsas məqsədinin ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təyin edilən cəza, cəzanın məqsədlərini təmin etmək üçün kifayətdir. Həmin malların müsadirə edilməsi isə onun mülkiyyət hüququndan əsassız olaraq məhrum edilməsindən başqa həm də ədalətin pozulmasına, törədilmiş cinayətlə cəza arasında uyğunsuzluğun yaranmasına və həmin malların mülkiyyətçisinin əlavə olaraq əsassız cəzalandırılmasına səbəb ola bilər. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilə, habelə onlar barəsində sərəncam verilə bilməz. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Həmin Məcəllənin 163.1-ci maddəsinə əsasən gömrük bəyannaməsinin təsdiqi gömrük borcu yaratdıqda malların buraxılışı həmin gömrük borcunu təşkil edən gömrük ödənişlərinin ödənilməsi və ya bu borca görə təminat verilməsi şərti ilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 316 saylı qərarı ilə təsdiq edilmiş «Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair Şərtlər və məhdudiyyətlər»in 2.1, 2.1.1, 2.1.2, 2.1.3 -ci bəndlərinə görə gömrük orqanına təqdim edilmiş malların və nəqliyyat vasitələrinin həmin mallar və nəqliyyat vasitələri üzərində gömrük rəsmiləşdirilməsi (gömrük ödənişlərinin tutulması daxil olmaqla) başa çatmadan istifadə edilməsi və onlar barəsində sərəncam verilməsi mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi mümkün olduqda; mallara və nəqliyyat vasitələrinə dair gömrük ödənişləri ödənildikdə və ya onlara görə gömrük borcunun yarandığı və yarana biləcəyi hallarda həmin borcun ödənilməsinə təminat verildikdə; mallara və nəqliyyat vasitələrinə dair Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb olunan hallarda müvafiq icazə sənədi və ya xüsusi razılıq (lisenziya) mövcud olduqda gömrük orqanının icazəsi ilə həyata keçirilir. Həmin «Şərtlər və məhdudiyyətlər»in 2.2-ci bəndinə görə gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan istifadə edilməsi üçün mallara dair səlahiyyətli şəxs rəsmiləşdirilmənin başa çatdırılmaması səbəblərini və istifadənin təyinatını göstərməklə, gömrük orqanına ərizə ilə müraciət etməlidir. Göründüyü kimi təqsirləndiilən şəxs Təqsirləndirilən şəxs oğlunun mülkiyyətində olan qutusu və aksessuarları (adapter və qulaqcıq) ilə birlikdə olan 2 ədəd “İphone 8 Space Gray 64 GB”, 3 ədəd “İphone 11 Green 128 GB”, 1 ədəd “İphone 11 Green 64 GB”, 1 ədəd “İphone 11 Purple 128 GB”, 1 ədəd “İphone 11 White 128 GB”, 8 ədəd “İphone 11 Black 64 GB”, 5 ədəd “İphone 11 Pro Gold 256 GB”, 2 ədəd “İphone 11 X15 256 GB”, 2 ədəd “İphone 11 X14 Gray 256 GB”, 5 ədəd “İphone 11 X12 64 GB”, 5 ədəd “İphone 11 X13 256 GB” və 3 ədəd “İphone 11 X12 256 GB” markalı mobil telefonlarına dair gömrük rəsmiləşdirilməsi həyata keçirilməmiş, həmin mallar müvafiq qaydada bəyan edilməmişdir. Halbuki, həmin mallar xarici ölkə ərazisindən gətirilərkən gömrük qanunvericiliyinin tələblərinə müvafiq qaydada mütləq bəyan edilməli idi. Bu səbəbdən də həmin mallar yalnız gömrük rəsmiləşdirilməsi (gömrük ödənişlərinin tutulması da daxil olmaqla) başa çatdıqdan sonra qanuni sahibinə qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyində saxlanılan, 1 ədədinin dəyəri 900 manat olmaqla cəmi 1800 manat dəyərində 2 ədəd “İphone 8 Space Gray 64 GB”, 1 ədədinin dəyəri 1600 manat olmaqla cəmi 4800 manat dəyərində 3 ədəd “İphone 11 Green 128 GB”, 1500 manat dəyərində 1 ədəd “İphone 11 Green 64 GB”, 1600 manat dəyərində 1 ədəd “İphone 11 Purple 128 GB”, 1600 manat dəyərində 1 ədəd “İphone 11 White 128 GB”, 1 ədədinin dəyəri 1500 manat olmaqla cəmi 12000 manat dəyərində 8 ədəd “İphone 11 Black 64 GB”, 1 ədədinin dəyəri 2300 manat olmaqla cəmi 11500 manat dəyərində 5 ədəd “İphone 11 Pro Gold 256 GB”, 1 ədədinin dəyəri 2600 manat olmaqla cəmi 5200 manat dəyərində 2 ədəd “İphone 11 X15 256 GB”, 1 ədədinin dəyəri 2600 manat olmaqla cəmi 5200 manat dəyərində 2 ədəd “İphone 11 X14 Gray 256 GB”, 1 ədədinin dəyəri 2100 manat olmaqla cəmi 10500 manat dəyərində 5 ədəd “İphone 11 X12 64 GB”, 1 ədədinin dəyəri 2300 manat olmaqla cəmi 11500 manat dəyərində 5 ədəd “İphone 11 X13 256 GB” və 1 ədədinin dəyəri 2300 manat olmaqla cəmi 6900 manat dəyərində 3 ədəd “İphone 11 X12 256 GB” markalı, qutusu və aksessuarları (adapter və qulaqcıq) ilə birlikdə ümumilikdə dəyəri 74100 (yetmiş dörd min yüz) manat dəyərində 38 ədəd mobil telefonlar müvafiq gömrük rəsmiləşdirilməsi (gömrük ödənişlərinin tutulması da daxil olmaqla) aparıldıqdan sonra sahibi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğluna qaytarılmalıdır. Bundan başqa Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi qara rəngli, 2016-cı il istehsallı, XTAGFL130GY019622 ban nömrəli “Lada Vesta” markalı O968MB05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cinayətin aləti kimi qiymətləndirərək üzərinə həbs qoyulmuşdur. Cinayət işinin materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus qara rəngli, 2016-cı il istehsallı, XTAGFL130GY019622 ban nömrəli “Lada Vesta” markalı O968MB05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cinayətin törədilməsində istifadə olunmuş alət kimi qiymətləndirilmişdir. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarının 26-cı bəndində göstərilmişdir ki, təqsirkar şəxsə məxsus nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onun malların və ya digər əşyaların gizlədilməsi üçün xüsusi saxlanc yerləri (malların gizlədilməsi üçün hazırlanmış, eləcə də nəqliyyat vasitələrində eyni məqsədlər üçün əvvəlcədən sökülmə və yığılmaya məruz qalmış konstruktiv tutum və əşyalarla təchiz olunmuş və düzəldilmiş gizli yerlər) ilə təchiz olunması müəyyən edildikdə, həmin nəqliyyat vasitəsi cinayətin törədilməsində istifadə olunmuş alət kimi qiymətləndirilərək CPM-nin 132.0.1-ci maddəsinə və CM-nin 99-1.1-ci maddəsinə əsasən müsadirə olunur. Qaçaqmalçılıq cinayətinin predmetinin xüsusi olaraq gizlədilməsi üçün alət kimi istifadə olunmuş və maddi sübut kimi tanınmış mallara və ya digər əşyalara münasibətdə də məsələ bu qaydada həll edilir. Azərbaycan Respublikasının CM-nin 99-1.1, 99-1.1.1-99-1.1.4-cü maddələrinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülkihüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1, 132.1.1, 132.1.2-ci maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Azərbaycan Respublikasının CPM-nin 248.1, 248.1.1-ci maddələrinə əsasən əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 254.1-ci maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Həmin Məcəllənin 254.2-ci maddəsinə əsasən məhkəmə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində cinayət təqibi orqanı tərəfindən qanunsuz üzərinə həbs qoyulmuş əmlakı həbsdən azad edir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qaçaqmalçılıq yolu ilə keçirtdiyi 38 ədəd “İphone” markalı telefonları etibarnamə əsasında idarə etdiyi “Lada Vesta” markalı O968MB05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisinə yerləşdirmişdir. Avtomobildə olan zavod istehsallı yanacaq çəni olduğu yerdən sökülüb çıxarılmamış, konstruksiyasına hər hansı dəyişiklik edilməmiş, nəqliyyat vasitəsi mobil telefonların gizlədilməsi üçün xüsusi saxlanc yeri ilə, yəni sökülmə və yığılmaya məruz qalmış konstruktiv tutum və əşyalarla təchiz olunmamış və həmin hallar öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş qara rəngli, 2016-cı il istehsallı, XTAGFL130GY019622 ban nömrəli “Lada Vesta” markalı O968MB05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həbsdən azad edilərək sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Belə ki, həmin avtomobil cinayət və ya digər qeyri-qanuni yolla əldə edilməmiş və hazırki iş üzrə xüsusi müsadirənin predmetinə aid deyildir. Bununla da, həmin avtomobilin həbsdə saxlanılması zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 196.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı çəkilən xərclər cinayət prosesini həyata keçirən orqan tərəfindən öz təşəbbüsü ilə və ya bu Məcəllənin 196.1-ci maddəsində göstərilən şəxslərin ərizələri üzrə cinayət prosesini həyata keçirən orqanın qərarına əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş miqdarda ödənilməlidir. Göstərilən xərclər Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti və ya cinayət təqibi üzrə təqsirli bilinmiş şəxsin (şəxslərin) hesabına ödənilir. Həmin Məcəllənin 197.1, 197.1.4-cü maddələrinə əsasən məhkəmə məsrəfləri mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğdən və s. məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.6-197.1.8-ci maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş üzrə 400,17 (dörd yüz manat on yeddi qəpik) manat təşkil edən məhkəmə xərcləri Təqsirləndirilən şəxs oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.4.3-cü maddəsinə əsasən mülki iddiaçı verdiyi iddianı müdafiə etmək məqsədi ilə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət işinə əlavə və məhkəmə iclasında tədqiq edilməsi üçün sübutlar və materiallar təqdim etmək hüququnu həyata keçirir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-181.1.2-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2, 181.2.1-181.2.4-cü maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; itirilmiş gəlirin ödənilməsini; mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 181.3, 181.3.1-181.3.4-cü maddələrinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; zərər çəkmiş şəxsin dəfninə; sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 354.1, 354.1.2, 354.1.3-cü maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması kimi qərarlardan biri əks etdirilir. Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş mülki iddianı müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, həmin iddia əsassızdır və sübuta yetirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən dövlət mülkiyyətinə hər hansı real zərərin vurulması barədə Komitə tərəfindən məhkəməyə heç bir sübut və materiallar təqdim edilməmiş, həmin iddia gələcəkdə malların təqsirləndirilən şəxsə qaytarılacağı əsası ilə gömrük ödənişlərinin (gömrük ödənişlərinin tutulması da daxil olmaqla) təmin edilməsi məqsədi ilə formal şəkildə yalnız fərziyyələrə əsaslanmaqla irəli sürülmüşdür. Həmin malların qanuni sahibinə yalnız qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra qaytarılmasını isə məhkəmə yuxarıda ətraflı izah etmişdir. Yəni istənilən halda yalnız qanunda nəzərdə tutulmuş müvafiq gömrük rüsumu alındıqdan və müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra həmin mallar qanuni sahibinə qaytarılacaqdır. Belə olan halda mülki iddiaçının hazırkı mülki iddianı irəli sürməsinin hüquqi əsasları yoxdur, mülki iddiada göstərilən hallar qanunvericiliyin tələblərinə uyğun olaraq huquqi cəhətdən əsaslandırılmamış, yalnız fərziyyələrə və ehtimallara əsaslanmışdır. Məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl nəticəsində iddiaçıya heç bir maddi və s. ziyan vurulmamış və bu səbəbdən də məhkəmə hesab edir ki, həmin iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 89, 179, 181, 183, 344-347, 351-353, 354, 356-384.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş cəza şərti tətbiq edilsin və ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışına nəzarət etmək yaşayış yeri üzrə icra məmurlarına həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş iş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyində saxlanılan, 1 ədədinin dəyəri 900 manat olmaqla cəmi 1800 manat dəyərində 2 ədəd “İphone 8 Space Gray 64 GB”, 1 ədədinin dəyəri 1600 manat olmaqla cəmi 4800 manat dəyərində 3 ədəd “İphone 11 Green 128 GB”, 1500 manat dəyərində 1 ədəd “İphone 11 Green 64 GB”, 1600 manat dəyərində 1 ədəd “İphone 11 Purple 128 GB”, 1600 manat dəyərində 1 ədəd “İphone 11 White 128 GB”, 1 ədədinin dəyəri 1500 manat olmaqla cəmi 12000 manat dəyərində 8 ədəd “İphone 11 Black 64 GB”, 1 ədədinin dəyəri 2300 manat olmaqla cəmi 11500 manat dəyərində 5 ədəd “İphone 11 Pro Gold 256 GB”, 1 ədədinin dəyəri 2600 manat olmaqla cəmi 5200 manat dəyərində 2 ədəd “İphone 11 X15 256 GB”, 1 ədədinin dəyəri 2600 manat olmaqla cəmi 5200 manat dəyərində 2 ədəd “İphone 11 X14 Gray 256 GB”, 1 ədədinin dəyəri 2100 manat olmaqla cəmi 10500 manat dəyərində 5 ədəd “İphone 11 X12 64 GB”, 1 ədədinin dəyəri 2300 manat olmaqla cəmi 11500 manat dəyərində 5 ədəd “İphone 11 X13 256 GB” və 1 ədədinin dəyəri 2300 manat olmaqla cəmi 6900 manat dəyərində 3 ədəd “İphone 11 X12 256 GB” markalı, qutusu və aksessuarları (adapter və qulaqcıq) ilə birlikdə ümumilikdə dəyəri 74100 (yetmiş dörd min yüz) manat dəyərində 38 ədəd mobil telefonlar müvafiq gömrük rəsmiləşdirilməsi (gömrük ödənişlərinin tutulması da daxil olmaqla) aparıldıqdan sonra sahibi Təqsirləndirilən şəxs oğluna qaytarılsın. İş üzrə 400,17 (dörd yüz manat on yeddi qəpik) manat təşkil edən məhkəmə xərcləri Təqsirləndirilən şəxs oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Dövlət Gömrük Komitəsinin mülki iddiası rədd edilsin. Məhkəməyədək icraat zamanı Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş qara rəngli, 2016-cı il istehsallı, XTAGFL130GY019622 ban nömrəli “Lada Vesta” markalı O968MB05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həbsdən azad edilərək sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Hökmün icrası Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar