Məhkəmə qərarları › İş №1(029)-9/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-9/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-9/2023 22.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçinov Ramil Elnur oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Qusar rayonu Quturğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Qusar rayonu Balaqusar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 221.2.2-ci madələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 221.2.2-ci madələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, sərxoş vəziyyətdə, qohumu, sərxoş vəziyyətdə olan X4 ilə bir qrup şəxs şəklində 20 iyun 2022-ci il tarixdə, saat 22 radələrində Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən Şahid3 icarəyə götürdüyü kafedə, həmin kafedə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, barmen işləyən Zərərçəkmiş şəxs2 heç bir səbəb olmadan ucadan nalayiq ifadələrlə təhqir etmiş və onu zor tətbiq edəcəyi ilə hədələmiş, bu zaman onları sakitləşdirmək istəyən kafedə müştəri qismində olan ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs1 qarşı həmin kafenin qarşısında heç bir əsaslı səbəb olmadan şəxslərin gözü qarşısında ona qarşı nalayiq ifadələr işlədərək özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək əl zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq sonuncuya “sinəsinin sol tərəfinin yuxarı şöbəsindəki sıyrıq “ ilə ifadə olunan sağlamlığa zərər vurmayan qəsdən dərəcəsi təyin edilməyən zərər yetirmiş, daha sonra isə qərəzli hərəkətlərini davam etdirərək, Zərərçəkmiş şəxs2 yenidən həmin kafenin qarşısında heç bir səbəb olmadan nalayiq ifadələrlə təhqir etmiş, ictimai qaydanı kobud surətdə pozmuş, özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, yumruqlarla sonuncunun sifət nahiyəsinə qəsdən vuraraq sonuncuya “sol gözün alt qapağının 2 ədəd xətti sıyrıqları; burnun uc hissəsinin şişkinliyi və qançırı” ilə ifadə olunan qəsdən sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən zərər yetirib qərəzli hərəkətlərini təxminən 10-15 dəqiqə müddət ərzində davam etdirərək xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə özünü təqsirli bilərək göstərmişdir ki,20 iyun 2022-ci il tarixdə, saat 18 radələrində Rəşadla birlikdə işlədikləri tikintidə maaşlarını aldıqdan sonra orada yeyib-içib spirtli içki qəbul etmişlər, sonra saat 21 radələrində Rəşadla özünün yaşadığı Qusar rayonu Balaqusar kəndində yerləşən ünvana qayıtdıqları zaman ünvan 3ən “KAFE 13”də pivə içmək üçün avtomobildən düşmüşlər. Onlar həmin kafedə bir masa arxasında əyləşib orada ofisiant işləyən Ləman adlı ofisianta pivə sifariş vermişlər. Sonra Rəşad rəqs etmək istəmiş, lakin kafeni işlədən Aneliya onlara kafedə rəqs etmək qadağan olduğunu bildirmişdir. Buna görə Rəşad sərxoş olduğu üçün kafedə barmen işləyən Dadaşbalaya söz atmağa başlamış və nalayiq ifadələrlə təhqir etmişdir. Bu zaman kafedə müştəri qismində olan Evrik adlı şəxs Rəşada yaxınlaşaraq, sakit olmasını tələb etmiş, lakin sonuncu sərxoş olduğu üçün Evriki küçəyə çıxartmış, yolun kənarında ağacların yanında, kafenin qarşısında yumruq zərbəsi ilə vurmuş, bu zaman sonuncu da Rəşadı vurmaq istəyəndə o, da Evriki yumruqla vurmuş, sonuncu yerə yıxılmış və orada da Rəşad yenidən Evriki döymüşdür. Həmin vaxt kafedə işləyən Şixqayıb və kafenin müştərisi Taleh adlı şəxs onları sakitləşdirmiş, kafedə olan digər müştərilər və kənar şəxslər ora toplaşmışlar. Bundan sonra onunla Rəşad kafenin qarşısına qayıtmış, bu zaman kafenin qarşısında kafedə barmen işləyən Dadaşbalanın dayandığını görüb onunla Rəşad yenidən Dadaşbalaya söz atmış və dayanıb söhbət etməyə başlamış, ətrafdakı insanlar da onların ətrafına toplaşıb, mübahisəni izləməyə başlamışlar. Rəşad, Dadaşbalaya “Sən çurbansan, niyə burda işləyirsən ? ” demiş, sonuncu da yaxşı etdiyini dedikdə isə Rəşad yumruq zərbəsi ilə Dadaşbalanın sifətinə vurmuş, bu zaman o, da dirsək nahiyəsi ilə Dadaşbalanın sifətinə vurmuş, sonuncu yerə yıxılmış, onunla Rəşad yenidən təpik və yumruq zərbələri ilə Dadaşbalanı vurmağa davam etmişlər. Bu zaman orada olan Taleh və Şixqayıb onları sakitləşdirməyə çalışmışlar. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşman olduğunu bildirmişdir. Hadisə çöldə baş vermiş, birinci Evrik ilə dalaşmış, sonra isə Dadaşbala ilə dalaşmışdır. Hadisə içkili olduğuna görə baş vermişdir, Rəşad onun əmisi oğludur. Hadisəni başqa adamlar da görmüş, Talehi xatırlamamışdır. Dalaşmağının səbəbini bilməmiş, onlar ona qarşı heç bir təhqiramiz hərəkət etməmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspertiza rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 20 iyun 2022-ci il tarixdə, saat 21 radələrində işlədiyi kafeyə adlarının X4 və Təqsirləndirilən şəxs olduğunu sonradan bildiyi iki nəfər şəxs gəlib bir masa arxasında əyləşib pivə sifariş vermişlər. O, həmin şəxslər üçün pivə süzmüş, kafedə işləyən Ləman adlı ofisiant həmin şəxslərə pivə vermiş, Rəşadla Ceyhun kafeyə gələndə artıq sərxoş vəziyyətdə olmuş, pivə içdikdən sonra daha da sərxoş olmuş, kafeni işlədən Anelyaya pul verib musiqi sifariş vermiş və həmçinin rəqs etmək istəmişlər. Bu zaman Rəşad və Ceyhun ona söz atmağa, nalayiq ifadələrlə təhqir etməyə başlamışlar. Onu kafedə işlədiyi üçün “çurban” nalayiq ifadəsi ilə çağırmağa və səs-küy salmağa başlamışlar. Həmin şəxslərin bu hərəkətləri kafedəki müştəriləri narahat etdiyi üçün müştərilərin bəziləri kafedən çıxıb getmiş, qalanları isə mübahisəyə tamaşa etmişlər. Rəşad və Ceyhunun onunla mübahisəsi uzanmasın deyə, orada müştəri olan tanışı Evrik onları nizam-intizama dəvət etmiş, lakin onlar sakitləşməyərək Evriki kafedən küçəyə çıxartmış, kafenin qarşısında yolun kənarında yumruq və təpik zərbələri ilə döyməyə başlamışlar. Kafedə işləyən Şixqayıb və orada olan X15 sakitləşdirməyə çalışmış, bundan sonra Rəşad, Ceyhun və Evrik kafeyə qayıtmış, içəri gələndə Evrikin paltarlarının qan içində olduğunu görmüşdür. Bu zaman Rəşadla Ceyhun onu da küçəyə çağırmış, o, küçəyə kafenin qarşısına çıxmış, Rəşad orada ona kafedə barmen işlədiyi üçün “çurban” deyib təhqir etmiş, o, da buna etiraz etdikdə Rəşad onu yumruq zərbəsi ilə burnundan vurmuş, eyni zamanda Ceyhun da dirsəyi ilə sifətindən vuraraq ona xəsarət yetirmişlər. Daha sonra o getmək istəyəndə Ceyhun onu sağ qolu ilə boğazından tutub sıxmış və o, yerə yıxılmışdır. Buna baxmayaraq onlar heç cür sakitləşməmiş, orada olan Şixqayıb və Taleh onları sakitləşdirməyə çalışmış, o, Rəşadla Ceyhunun əlindən çıxıb qaçsın. Bundan sonra onun burnundan qan gəlmiş və burnunu əli ilə tutub çox çətinliklə onların əlindən çıxıb kafeyə üzünə su vurmağa qayıtmış, lakin Rəşadla Ceyhun öz hərəkətlərini qərəzli olaraq davam etdirmişlər. Ceyhun söyüş söymüş, onunla olan o biri oğlan isə onu vurmuşdur. Orada olan şəxslər Ceyhunun söyüşlərini eşitmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, Təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 20 iyun 2022-ci il tarixdə, saat 21 radələrində Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “Kafe 013” adlı kafeyə gəlmiş və soyuq çay sifariş verib bir masa arxasında əyləşmişdir. Bu zaman kafedə başqa bir masa arxasında adları sonradan ona məlum olan Ceyhun və Rəşad adlı şəxs də əyləşib pivə içmişlər. Həmin şəxslər sərxoş olduqları üçün ona-buna söz atmış, musiqi sifariş vermiş və rəqs etmək istəmişlər. Bir neçə dəfə musiqi sifariş veriləndən sonra, barmen işləyən tanıdığı Dadaşbala musiqini söndürmüş, buna görə də X8 sataşmağa başlamışlar. Belə ki, Rəşad Dadaşbalaya “çurban” deyərək nalayiq ifadələrlə təhqir etməyə başlamış, Ceyhun isə Dadaşbalaya “Utanmırsan burada işləyirsən? sən düz eləmirsən” kimi ifadələr söyləmiş, bu zaman kafedə olan müştərilərin bir qismini kafeni tərk etmiş, qalanlar isə mübahisəyə toplaşmışlar. Dadaşbala da cavabında oğurluq etmədiyini, başqa ayıb iş görmədiyini demiş, bu zaman kafenin icarədarı Anelya mübahisəyə müdaxilə etmiş və Dabaşbalanı təhqir etdiklərinə görə onlara irad bildirərək kafeni tərk etmələrini tələb etmişdir. Bundan sonra Rəşadla Ceyhun çölə çıxmış, o, da onlarla birlikdə kafedən çölə çıxmışdır. Bu zaman kafenin qarşısında yolun kənarında Rəşadla Ceyhuna dava salmamalarım başa salmaq istədiyi zaman Rəşad qəfildən yumruqla onun sifətinə vurmuş, eyni zamanda sonuncunun qohumu Ceyhun da arxadan yumruq zərbələri ilə onu vurmuş, onlar bir az dartışmış bu zaman Rəşadla o, yerə yıxılmışlar. Həmin vaxt orada olan şəxslər də onları aralamağa çalışmış, bir azdan Rəşadla Ceyhunu orada olan Şixqayıb və Taleh adlı şəxslər sakitləşdirmiş və aralaşmışlar. Bundan bir neçə dəqiqə sonra X9 da kafedən küçəyə aparmış, küçədə kafenin qarşısında söhbət etməyə davam etmişlər. O, da həmin kafeyə mütəmadi gəldiyi üçün Dadaşbala ilə münasibəti olmuş, Dadaşbalanı söyüb, döymələrini istəməmiş, buna görə də onların yanına getmişdir. Kafenin qarşısında Rəşad Dadaşbalanı sifətindən yumruqla vurmuş, həmin vaxt Ceyhun da dirsəyi ilə Dadaşbalanı sifətindən vurmuş və döyməyə başlamışlar. Bu zaman o, Dadaşbalanı yerdən qaldırıb kafenin yanına aparmış, sonra Rəşadla Ceyhunu sakit olmağı bununla bağlı söhbət etməyə çağırmış, Rəşadla Ceyhun ona yaxınlaşaraq yenə də Dadaşbalanı “çurban” adlandırıb söyüb təhqir etməyə başlamışlar. Çöldə mübahisə 15-20 dəqiqə davam etmişdir. Söyüş söyməmişlər ancaq dalaşırmışlar. Səs küy də olmuş, qışqıran da olmuşdur. Dava dalaş olmuş, o, söhbət edəndə Ceyhunla olan oğlan ona yumruq atmış, yumruq ona dəymiş, o, da onu yerə yıxmış, sonra onları ayırmışlar, həmin vaxt Ceyhunu da tutmuşlar. Mübahisə vaxtı orda 10 nəfərdən çox adam olmuş, səs küyü ətrafdakılar eşitmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “KAFE 13” adlanan kafeni işlətmişdir. 20 iyun 2022-ci il tarixdə, saat 21 radələrində işdə olan zaman kafeyə adları sonradan ona məlum olan Rəşad Xamuradov və Cehyun Xanmuradov sərxoş halda kafeyə müştəri kimi gəlmişlər. Onlar gəlib bir masa arxasında əyləşib pivə sifariş vermiş və kafedə işləyən ofisiant Ləman adlı xanım onlardan sifarişi qəbul etmiş, həmin şəxslər pivə içəndən sonra daha da sərxoş hala düşərək ona-buna xüsusən də onlara qulluq edən Ləmana söz atmağa başlamışlar. Buna görə də kafedə işləyən Şixqayıb onlardan kafedən çıxıb getməsini tələb etmiş, bundan sonra onlar bar masasının yanına gəlib hesabı ödəmiş, hesabı ödəyəndə bar masası arxasında barmen işləyən Dadaşbalaya söz atmağa başlamışlar, sonuncuya “çurban” deyərək nalayiq ifadələrlə təhqir etməyə başlamış, kafedə olan bəzi müştərilər çıxıb getmişlər. Kafedə işlədiyi üçün Dadaşbalaya sataşmışlar. Dadaşbala və o, həmin şəxslərə etiraz edərək ayıb iş görmədiklərini deyərək onlardan bir daha kafeni tərk etmələrini tələb etmişlər. Ceyhun və Rəşad küçəyə çıxanda onlar kafeyə gələn adının sonradan Evrik olduğunu bildiyi şəxslə mübahisələri düşmüş və onlar Evriki küçəyə çıxarıb, hər ikisi Evriki əl-qol zərbələri ilə döyməyə başlamışlar. Bu zaman Şixqayıb və kafeyə müştəri qismində gələn tanışı Taleh onları aralamış, bundan sonra Rəşad və Ceyhun Dadaşbalanı görmüş və yaxınlaşıb bir daha sataşmağa başlamışlar. Dadaşbalaya yenə uca səslə “çurban” adlandıraraq nalayiq ifadələrlə təhqir etmiş, bu zaman Şixqayıb və Taleh, Rəşad və Ceyhunu sakitləşdirmək istəmiş, lakin onlar tutulan iradlara məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişlər. Bu zaman Rəşad qəflətən yumruq zərbəsi ilə Dadaşbalanın üzündən vurmuş, yumruğu Dadaşbalanm burnuna dəymişdir. Eyni zamanda Ceyhun da birinci dirsəyi ilə Dadaşbalam sifətindən vurmuş, daha sonra əl-qol zərbələri ilə döyməyə başlamış, Şiqayıb və Taleh müdaxilə edərək onları ayırmış, Dadaşbala onlardan uzaqlaşdırmışdır. Bundan sonra o, polis çağırmış və post patrul xidmətinin əməkdaşları gəlib Rəşad və Ceyhunu şöbəyə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, idarə etdiyi “VAZ 21071” markalı, **-XB-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 20 iyun 2022-ci il tarixdə, saat 20 radələrində tanımadığı iki nəfər şəxsi Qusar rayonu Balaqusar kəndi yolunda yerləşən “KAFE 013” adlanan kafeyə aparmış, həmin şəxslər ondan küçədə gözləməsini xahiş etmişlər. O, kafenin qarşısında müştəriləri gözlədiyi zaman əvvəldən tanıdığı Ceyhun və sonuncunun qohumu Rəşad küçəyə sonradan adının Evrik olduğunu bildiyi şəxslə birlikdə kafedən çıxmışlar, orada onların arasında mübahisə düşmüş, onlar hər ikisi Evriki əl-qol zərbələri ilə döyməyə başlamışlar. Bu zaman o və kafedə işləyən Şixqayıb, digər kənar tanımadığı şəxslər Ceyhun və Rəşadı aralamışlar. Bundan sonra X9 görmüş və yaxınlaşıb bir daha sataşmağa başlamış, sonuncuya hər kəsin gözü qarşısında uca səslə “çurban” adlandıraraq nalayiq ifadələrlə təhqir etməyə başlamışlar. Bu zaman onunla Şixqayıb, Rəşad və Ceyhunu sakitləşdirmək istəmiş, lakin onlar buna məhəl qoymayaraq öz xuliqanlıq hərəkətlərini davam etdirmişlər. Daha sonra Rəşad qəflətən yumruq zərbəsi ilə Dadaşbalanı üzündən vurmuş və yumruğu Dadaşbalanın burnuna dəymiş, eyni zamanda Ceyhun da birinci dirsəyi ilə Dadaşbalanı çənəsindən vurmuş, sonra əl-qol zərbələri ilə döyməyə davam etmişdir. Ona görə də onunla Şixqayıb, eləcə də orada olan tanımadığı şəxslər müdaxilə edərək onları ayırmışlar. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid X5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 20 iyun 2022-ci il tarixdə, saat 21 radələrində o, işdə olan zaman kafeyə iki nəfər müştəri gəlmiş, onlar kafeyə gələndə artıq sərxoş halda olmuşlar. Həmin şəxslərin adlarının Rəşad və Ceyhun olduqlarını sonradan bilmişdir. Onlar gəlib bir masa arxasında əyləşib pivə sifariş vermiş və kafedə işləyən ofisiant Ləman onlara sifarişi çatdırmışdır. Həmin şəxslər pivə içəndən sonra daha da sərxoş hala düşərək ona-buna xüsusən də onlara qulluq edən Ləmana söz atmağa başlamışlar. Buna görə də o, həmin şəxslərdən kafedən çıxıb getməsini tələb etmiş, bundan sonra onlar bar masasının yanına gəlib hesabı ödəmiş, bar masası arxasında barmen işləyən Dadaşbalaya söz atmağa başlamışlar, sonuncuya “çurban” deyərək nalayiq ifadələrlə təhqir etməyə başlamışlar. Kafedə işlədiyi üçün Dadaşbalaya sataşmış, sonuncu və Anelya onlara etiraz edərək ayıb iş görmədiklərini deyərək onlardan bir daha kafeni tərk etmələrini tələb etmiş, kafedə səs-küy yaranmış, bəzi müştərilər kafedən çıxıb getmişlər. Ceyhun və Rəşad küçəyə çıxanda kafeyə gələn adının sonradan Evrik olduğunu bildiyi şəxslə mübahisələri düşmüş və onlar Evriki küçəyə çıxarıb, hər ikisi əl-qol zərbələri ilə döyməyə başlamışlar. Bu zaman o və kafeyə müştəri qismində gələn tanışı Taleh onları aralamış, bundan sonra Rəşad və Ceyhun Dadaşbalanı görmüş və yaxınlaşıb bir daha sonuncuya sataşmağa başlamışlar. Dadaşbalanı yenə də uca səslə “çurban” adlandıraraq nalayiq ifadələrlə təhqir etməyə davam etmişlər. Bu zaman o və Taleh, Rəşad və Ceyhunu sakitləşdirmək istəmiş, lakin sonuncular onların sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişlər. Bu zaman Rəşad qəflətən yumruq zərbəsi ilə Dadaşbalanı üzündən vurmuş və yumruq Dadaşbalanm burnuna dəymişdir. Eyni zamanda Ceyhun da birinci dirsəyi ilə Dadaşbalanı sifətindən vurmuş, daha sonra əl-qol zərbələri ilə döyməyə başlamışdır. Bu zaman o və Taleh müdaxilə edərək onları ayırmış, Dadaşbalanı onlardan uzaqlaşdırmışlar. Bundan sonra Anelya Ağabalayeva polis çağırmış və post patrul əməkdaşları gəlib Rəşad və Ceyhunu sakitləşdirərək şöbəyə aparmışlar. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid X5 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğu eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 227 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol gözün alt qapağının 2 ədəd xətti sıyrıqları, burnun uc hissəsinin şişkinliyi və qançırı küt əşyanın (əşyaların) təsirindən xx.xx.2022-ci il tarixdə yumruq və əl zərbələri ilə vurulması nəticəsində əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aid olmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 281 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sinəsinin sol tərəfinin yuxarı şöbəsindəki sıyrıq küt əşyanın təsirindən, xx.xx.2022-ci il tarixdə döyülmə nəticəsində əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aid olmuşdur. Cinayət işinin materiallarında olan 21 iyun 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Qusar şəhəri C.Qurbanov küçəsində yerləşən “KAFE 13” adlanan kafenin qarşısına baxış keçirimiş, kafenin yerləşdiyi tikili bir mərtəbədən tikilib, birinci mərtəbəsində “Köhnə Dostlar” kafesi yerləşir, tikilinin altında (padvalda) “KAFE 13” kafesi yerləşir. Bundan başqa kafenin sağ tərəfində “Avto Yuma” məntəqəsi yerləşir. Baxış keçirilən tikilinin sağ tərəfində aralarında bir yol olmaqla X11 yerləşir. Baxış zamanı Zərərçəkmiş şəxs2 20 iyun 2022-ci il tarixdə saat 22 radələridə X4 və Təqsirləndirilən şəxs tərəfindən döyüldüyü yeri göstərmişdir. Həmin yer “KAFE 13” kafenin qarşısında yerləşir. Baxış zamanı kafedə sınmış və zədələnmiş yerlər müşahidə olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış və baxış keçirilmiş diskdən görünür ki, kafenin qarşısında iki-üç şəxsin mübahisə etdiyi, bir neçə şəxsin onları sakitləşdirməyə çalışdığı görünür. Səs yazısı qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan 24 iyun 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə baxış zamanı video yazının üç hissədən ibarət olduğu müəyyən olunmuşdur. Birinci video yazısına baxdıqda monitorun yuxarı sol küncündə xx.xx.2022-ci il tarixi, həftənin birinci günü yazılıb. Monitorun aşağı sol tərəfində CAMERA4 yazılıb. Video görüntü çəkilişdə qeyd olunmuş vaxtın, yəni 22:41:26-cı saniyəsində başlayır. İlk saniyələrində “013” adlı kafenin qarşısı, yəni həyəti çəkilir. Orada 10 ədəd müxtəlif markalarında olan avtomobillərin saxlanıldığı və bir neçə nəfər şəxsin də olduğu müşahidə olunur. Çəkilişin 22:43:01-ci saniyəsində “013” adlı kafedən iki nəfər birbirini yaxalarından tutaraq həyətə çıxırlar, bundan sonra bir neçə nəfər şəxs də kafedən bayra çıxdıları müşahidə olunur. 22:44:01-ci saniyəsində iki nəfə şəxs çıxıb C.Qurbanov küçəyə tərəf gedirlər orada onlar bir nəfərin üstünə düşüb onu əl-qol zərbələri ilə döydüyünü müşahidə olunur. 22:44:25-ci saniyəsində iki nəfər bir-birinin üstünə əl-qol ataraq dalaşırlar və hər ikisi yerə yıxılır. Bir nəfər ayaq üstə olan şəxs yerdə olan dalaşanlardan birini ayağa qaldırmaq istəyir. Bundan sonra iki nəfər şəxs yenə bir nəfəri döydüyü müşahidə olunur. Sonra ətrafda olan şəxslər müdaxilə edərək dalaşanları ayırırlar. 22:46-cı dəqiqəsində həmin şəxslər kafeyə tərəf, yəni kafe 013 qarşısına qayıdırlar və kafenin qarşında söhbət edirlər. 22:48:01-ci saniyəsində X7 və X1 tanınan şəxslər onların qarşısında dayanmış Zərərçəkmiş şəxs2la söhbət etdikləri müşahidə olunur. Onların yanında Şahid1 və Şahid2 da dayandığı müşahidə olunur. Bu zaman kafedən Anelya Ağabalayeva da çıxır və həmin şəxslərə yaxınlaşır. Video çəkilişin 22:49:30-cu saniyəsində üzündə saqqal olan, başında isə qara kepka olan Rəşad Xanmuradov qəflətən yumruq zərbəsi ilə onunla söhbət edən Zərərçəkmiş şəxs2 sifətindən vurur, eyni zamanda Ceyhun Xanmuradov da sağ qolun dərsəyi ilə Zərərçəkmiş şəxs2 çənəsindən vurur, daha sonra Rəşad və Ceyhun Xanmuradovlar hər ikisi Zərərçəkmiş şəxs2 əl-qol zərbələri ilə döyməyə başlayırlar. Bu zaman Şahid1 və Şahid2 dalaşanları ayırırlar, bir nəfər isə Zərərçəkmiş şəxs2 həmin yerdən uzaqlaşdırır.Videoçəkiliş 22:51-ci dəqiqəsində sona yetir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli, protokollaşdırma nömrəsi 04620 olan alkotestrdən çıxarışdan görünür ki, həmin tarixdə saat 00:02-də Təqsirləndirilən şəxs qanında alkoqolun konsentrasiyası 2.086 faiz promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan 22 sentyabr 2022-ci il tarixli “cinayət işinin ayrıca icraata ayrılması barədə” qərardan görünür ki, X2 barəsində Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 221.2.2-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 29 iyul 2022-ci il tarixli 1409/07-22 saylı məktubdan görünür ki, xx.xx.1995-ci il tarixdə Qusar rayonu Quturğan kəndində anadan olmuş, Qusar rayonu Balaqusar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ərizələrindən görünür ki, onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbləri yoxdur, onunla barışmışlar, onlara dəymiş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, Azərbaycan Vətən Müharibəsi X3 Qusar rayon şöbəsində üzvü kimi qeydiyyatdadır. İş materiallarında olan qətimkan tədbiri seçmək barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispoziyasında qeyd olunur ki, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edildi ki,Təqsirləndirilən şəxs bir qrup şəxs şəklində kafedə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, barmen işləyən Zərərçəkmiş şəxs2 heç bir səbəb olmadan ucadan nalayiq ifadələrlə təhqir etmiş və onu zor tətbiq edəcəyi ilə hədələmiş, Zərərçəkmiş şəxs1 qarşı həmin kafenin qarşısında heç bir əsaslı səbəb olmadan şəxslərin gözü qarşısında ona qarşı nalayiq ifadələr işlədərək özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək əl zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq sağlamlığa zərər vurmayan qəsdən dərəcəsi təyin edilməyən zərər yetirmiş, daha sonra isə qərəzli hərəkətlərini davam etdirərək, Zərərçəkmiş şəxs2 yenidən həmin kafenin qarşısında heç bir səbəb olmadan nalayiq ifadələrlə təhqir etmiş, ictimai qaydanı kobud surətdə pozmuş, özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək xuliqanlıq etmişdir. Məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CMnin 221.2.1 və 221.2.2-ci maddələri ilə düzgün tövsif edilmiş, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onlara dəymiş ziyanı ödəməsini Cinayət Məcəlləsinin 59.1.12, 59.13-cü maddələrinə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Vətən Müharibəsi X3 üzvü olmasını, Vətən Müharibəsinin iştirakçısı olmasını, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə cəzanı yüngülləşdirən digər hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyəti səciyyələndirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş zərəri tam aradan qaldırmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin, tələbinin olmamasını, Vətən Müharibəsi X3 üzvü olmasını, Vətən Müharibəsinin iştirakçısı olmasını, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 221.21 və 221.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların (azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzası) hər hansı birinin təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyinəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Əksinə, məhkəmə iclasında müəyyən olundu ki, zərər çəkmiş şəxslərə dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə aradan qaldırılmış, zərərçəkmiş şəxslərlə barışmış, sonuncuların ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişlər. Həmçinin, Təqsirləndirilən şəxs Vətən Müharibəsi X3 üzvüdür, Vətən Müharibəsinin iştirakçısıdır, törətdiyi əməlindən səmimi peşman olmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq islah işləri cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş görüntülər 01 ədəd DVD kompakt disk Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 10 (on) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 01(bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli aylıq qazancından dövlət nəfinə ilk məbləğ tutulan vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş görüntülər 01 ədəd DVD kompakt disk Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar