Məhkəmə qərarları › İş №1(029)-9/2024

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-9/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-9/2024 24.07.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 33 B/1-də qeydiyyatda olmaqla, Siyəzən şəhəri, H.Aslanov ev 5-də yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Qusar rayonu Düztahir kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus olan, yaşadığı kənddə yerləşən “ehtiyyat hissələri” mağazasında “Milliön” ödəmə terminalının quraşdırılmasına köməklik edəcəyinə yalan vəd verib aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin yanvar-fevral aylarında, Zərərçəkmiş şəxs həmin məqsədlə yuxarıda göstərilən ünvanda 300 manat, 10 gün sonra isə 500 manat məbləğində pul alaraq, cəmi 800 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Zərərçəkmiş şəxs guya ona sahibkarlığa yardım fondunda olan tanışının vasitəsi 50.000 manat məbləğində kredit almağa köməklik edəcəyinə yalan vəd verməklə, aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs özünə məxsus olan "xxxx" ASC məxsus kart hesabına xx.xx.2023-cü il tarixdə 350 manat, xx.xx.2023-cü il tarixdə 1100 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, həmin tarixdə yenidən 500 manat, xx.xx.2023-cü il tarixdə 130 manat, xx.xx.2023cü il tarixdə 110 manat, xx.xx.2023-cü il tarixdə 90 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə isə tanışı Göyçay rayonu, Veysəlli kəndində yaşayan Şahid3 kartı vasitəsi ilə həmin kart hesabına 1700 manat, cəmi isə 5280 manat pul vəsaitini alaraq, yəni etibardan sui- istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə xeyli miqdarda dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə özünü qismən təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2021-ci ilin mart ayında "xxxx" MMC-də mütəxəssis vəzifəsində sınaq müddətində işləmiş, sahibkarla məsləhətlər verməklə onlara köməklik etmişdir. Belə ki, 12 fevral 2022-ci il tarixdə dəqiq adını xatırlamadığı iş yoldaşı ilə birlikdə Qusar rayonu Düztahir kəndinə gəlmiş, orada avtomobil ehtiyyat hissələri mağazasına daxil olmuş, həmin mağazanı işlədən kənd sakini Rüstəmlə tanış olmuşdur. Həmin vaxt Rüstəmə mağazada olan kassa aparatının köhnə olmasını, dəyişdirilməsinin zəruri olmasını bildirmiş, əks təqdirdə vergi əməkdaşları tərəfindən cərimə olunacağını izah etmişdir. Bu vaxt Rüstəmə izah verdikdən sonra 170 manat məbləğində pul almış, xidmət haqqı olmasını söyləmiş, yanında olan əməkdaş müqavilə tərtib edərək Rüstəmə vermişdir. Bundan sonra oradan çıxaraq Siyəzən şəhərinə yaşadığı evə getmiş, əməkdaşdan ayırmış, onunla sağollaşaraq artıq işdən çıxmasını, işləmək istəməməsini ona söyləmişdir. Bundan sonra 2022-ci ilin dekabr ayında özü təkbaşına Qusar rayonu Düztahir kəndinə getmiş, orada Rüstəmin atası Rövşənlə görüşmüş, Rüstəm işdə olmadığından atasına bağladıqları müqaviləyə görə imzanın vurulması üçün pulun iki ay tez ödəməsini xahiş etmiş, beləcə Rüstəmin etibarından istifadə etmişdir. Buna görə Rüstəmlə telefonla danışmış, onu razı salmış, sonuncu atası Rövşənə ona 165 manat pul verməsini söyləmiş, o da həmin pulu almış oradan getmişdir. Bundan sonra 2023-ci ilin yanvar ayında Rüstəmin mağazasına yenidən gəlmiş, onun mağazasında “MilliÖn” aparatının quraşdırmağa köməklik edəcəyini demiş, bunun üçün ondan 300 manat pul almış, lakin sonradan Rüstəmə yenidən zəng edərək bu işin alınmadığını, şirkətin həmin aparatın kəndlərə qoymadığını izah etmiş, həmçinin ona hal-hazırda pulu qaytarmağa imkanının olmamasını söyləmişdir. Həmin gün Rüstəmə sahibkarlara yardım üçün faizsiz kredit almağa kömək edəcəyinə söz vermiş, çünki həmin vaxt Bakı şəhərində yerləşən “X1”nda işləyən, hal-hazırda isə orada işləməyən, təxminən 1 ay müddətdir ki, Almaniya Respublikasına köçmüş tanıdığı “Elçin” adlı şəxsin orada işləməsini bildirmiş, Rüstəmə kömək edəcəyini söyləmişdir. “Sahibkarala yardım fondu”nda xüsusi vəzifəsi olan, bu işlərə köməklik edə bilən şəxsin olmasını söylədikdən sonra bununla bağlı Elçinlə danışmış, o “həll edərik danış, bax nə verirsə köməklik edək” demiş, Rüstəm razılaşmış, o təxminən 70.000 manat məbləğində pul, 35.000 manat atasının 35.000 manat isə öz adına istəmişdir. Bunun üçün Bakı şəhərində Elçinlə danışmış, o razılıq verdikdən sonra zəng edərək Rüstəmə “əmələ gəlir” demiş, bunun üçün Rüstəm ona məxsus "xxxx"a məxsus kartına 21 yanvar 2023-cü il tarixdə 350 manat, 27 yanvar 2023-cü il tarixdə 1100 manat kredit düzəldilməsi üçün pul göndərmiş, sonra isə səhəri gün, yəni 28 yanvar 2023cü il tarixdə 1000 manat, elə həmin gün yenə 500 manat pulu kart hesabına köçürmüşdür. Lakin Rüstəmə söz verdiyi kimi onun üçün kredit rəsmiləşdirməyə kömək edə bilməmiş, buna səbəb Rüstəmin atasının vəzifədə işləməsi və həmin ərəfələrdə Elçinin də işdən çıxması olmuşdur. Buna görə Rüstəmə bunu izah etmiş, həmin vaxt pulu qaytara bilməmiş, 2023-cü ilin fervral ayında Rüstəmdən borc istəmiş, xx.xx.2023-cü il tarixdə Rüstəm 110 manat, xx.xx.2023-cü il tarixdə 90 manat, xx.xx.2023-cü il tarixdə 300 manat və xx.xx.2023-cü tarixdə 130 manat ona pul vermişdir. Rüstəmin razılığına əsasən onun pulunu qaytarmaq üçün “Mersedes” markalı avtomobili tanışı Sumqayıt şəhər sakinin adına keçirmiş, həmin avtomobil Elçinin adında olmasa da sürmək üçün etibarnaməsi olmuş, avtomobilin qiyməti 9200 manat olmuş, oradan 3200 manatı tanışına verdikdən sonra həmin avtomobili satıb sonradan tanışının pulunu qaytarmaq, qalan pulu isə götürüb Rüstəmə vermək istəmişdir. Amma avtomobilin sonradan mühərriki nasaz olduğuna görə sata bilməmiş, bu şəkildə Rüstəmə işinin düzəldilməsi üçün ona verdiyi pulu və aldığı borcu qaytara bilməmişdir. Avtomobili Rüstəmə vermək istəmiş, lakin sonuncu götürməkdən imtina etmiş, Rüstəmdən götürdüyü pulları şəxsi ehtiyaclarına xərcləmiş, Quba şəhərində görüşdən sonra ora gəlmiş Anar adlı şəxsin sonradan 1350 manat məbləğində Rüstəmdən pul götürməsindən xəbəri olmamış, buna görə hətta Rüstəmə irad bildirərək nahaq ona pul verməsini söyləmişdir. O, iş üzrə dəymiş ziyanı tam olaraq ödəmiş, törətdiyi cinayət əməlinə görə səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2014-cü ildən fərdi sahibkarlıqla məşğul olmuş, Qusar rayonu Düztahir kəndində avtomobil ehtiyyat hissələrinin satışını həyata keçirmişdir. 12 fevral 2022-ci il tarixdə mağazasına Əmir, onun atası Akif və adını bilmədiyi başqa bir şəxs gəlmiş, onlar ağ rəngli nömrəsini bilmədiyi “Vaz 2106” markalı avtomobildə olmuş, həmin şəxslərin əynində göy rəngli xüsusi forma olmuş, üzərində formalarının vergi ilə bağlı yazılar yazılmışdır. Həmin şəxslər içəri daxil olaraq özlərini təqdim edərək, Sumqayıt Şimal Dövlət Vergi Xidmətinin əməkdaşları olduqlarını bildirmiş, onlarla söhbət zamanı Əmirin atası Akif adlı şəxs danışarkən mağazada quraşdırlmış kassa aparatına baxaraq “sənin kassa aparatın köhnəlib, bunu dəyişmək lazımdır, amma sənə köməklik edərəm, bunun üçün hər il 170 manat məbləğində pul ödəməlisən” demiş sonuncunun sözündən sonra “kassa qalsın pulu ödəyərəm” demiş, Akif razılıq vermiş, həmin vaxt 170 manat pulu onlara vermiş, sonra ona müqavilə vermiş “problem olsa üzərində olan telefon nömrələri ilə əlaqə saxla” demişlər. Onlar getdikdən təxminən 1 il sonra Təqsirləndirilən şəxs 2023cü ilin yanvar ayında mağazaya tək başına gəlmiş, atası Şahid2la söhbət etmiş, ona müqavilənin vaxtı bitirdiyini, yenidən ödəniş etmək lazım olduğunu söyləmişdir. Bu vaxt atası Rövşənlə telefonla danışmış, məsləhət etdikən sonra Əmirə 170 manat nağd şəkildə pul sayaraq verməsini bildirmişdir. Əmir pulu kassa aparatının dəyişdirlməməsi üçün almışdır. Həmin hadisədən təxminən 20 gün sonra Əmir təkbaşına adi geyimdə mağazaya yenidən gəlmiş, onun tanımadığı avtomobillə kəndə gəlməsini müşahidə etmiş, sürücü avtomobildə əyləşmişdir. Əmir avtomobildən düşərək mağazada “artıq 170 manata əmələ gəlmir, başqa yerlərdən soruşa bilərsən, kassa aparatı 450 manata qalxıb” demiş, bunun üçün Əmirə mağazada yenidən 300 manata pul sayaraq vermiş, Əmir ona “narahat olma müqaviləni sənə gətirib çatdıracam” deyərək yalan vəd vermişdir. Bu vaxt Əmir “mağazanda “milliön” terminalı quraşdırılmasını istəyirsənsə həmin aparatı təşkil edə bilərəm”demiş, ona razılıq vermiş, bunun üçün əlavə 300 manat lazım olacağını söyləmişdir. Hətta aylığı 80 manat təşkil etməsini, 4 ayın pulunu ondan almasını, 3 il aparatın mağazada qalacağını, aparat quraşdıran şirkət tərəfindən aylıq 40 manat yer pulu veriləcəyini, hər göndərilən pulun 2 faizinin isə ona qalacağını söyləmişdir. o, Əmirə razılıq vermiş, 300 manat pulu elə orada vermişdir. Ümumilikdə həmin gün Əmir 600 manat pul almış, bundan sonra oradan getmişdir. Təxminən 10 gün sonra aparatın gətirilməməsini görmüş, Əmirə telefonla zəng edərək “aparatdan nə xəbər var” demiş, Əmir isə “3 illik mümkün olmur, bunun üçün beş illik quraşdırmaq lazımdır, əgər istəyirsənsə əlavə olaraq 500 manat da ödəniş etməlisən” demişdir. Həmin vaxt Əmirə razılığını bildirmiş, həmin günün axşamı Əmir mağazaya gəlmiş, mağazaya daxil olan vaxt orada qonşusu Saleh də olmuş, onunla yaxın olduğundan ona kassadan pulu sayıb Əmirə verməsini demişdir. Həmin vaxt Saleh kassadan pulu sayaraq Əmirə vermiş, hətta həmin hadisə mağazanın video-çəkilişinə düşmüşdür. Bundan sonra Əmir 500 manat məbləğində pulu aldıqdan sonra məsləhət bilmişdir ki, orada olan müşahidə kameralarını yığışdırsın çünki “Milliön” aparatının özünün kameraları olacaq, şirkət gəlib quraşdırcaq. Buna görə də müşahidə kamerasının monitorun mağazadan yığışdırmışdır. Bu vaxt Əmir mağazadan çıxıb getmiş, lakin getməmişdən əvvəl “sahibkarlığa yardım fondunda yaxın adamım var” demiş, adamın adını çəkməmiş, həmin vəzifəli şəxsə ödənişlər edilməsini söyləmiş, orada biznes planın təşkil edilməsi üçün işlərin olduğunu demiş, Əmirin sözünə inanaraq özünün və atasının adına ümumilikdə 50.000 manat faizsiz kredit təşkil etməsini, nə lazımdısa edəcəyini ona bildirmişdir. Həmin vaxt Əmir razılıq vermiş, bundan sonra isə onunla ancaq telefonla əlaqə saxlamağa başlamışdır. Əmirin istifadəsində olan (055),(070)-676-05-03 telefon nömrələri ilə danışarkən ona dediyi "xxxx"a məxsus olan 4127 2081 3210 8209 kartına xx.xx.2023-ci il tarixdə saat 09:04-də 350 manat, xx.xx.2023-cü il tarixdə saat 11:23-də 1100 manat, xx.xx.2023-cü il tarixdə saat 09:44-də 1000 manat, saat 10:01-də 500 manat köçürmüşdür. Bundan başqa Əmirin sözü ilə sonuncunun kartına Göyçay rayonu, Veysəlli kəndində yaşayan Şahid3 tərəfindən həmin gün 1700 manat məbləğində pul göndərilmişdir. Bundan sonra Əmirə xx.xx.2023-cü il tarixdə saat 10:22-də 300 manat, xx.xx.2023-cü il tarixdə saat 08:37-də 110 manat, xx.xx.2023-cü il tarixdə saat 18:40-da 130 manat, xx.xx.2023-cü il tarixdə saat 11:48-də 90 manat əlavə pullar göndərmiş, hər dəfə “narahat olma, sənin kredit məsələn, kassa aparatın və terminal işin həll olunur, kreditlə bağlı müəyyən şəxslərə pulları çatdırmışam, lakin krediti onlar 70.000 manat məbləğində veririlər, sən 50.000 manat məbləğində istədiyinə görə biraz çətinlik yaranır, istəyirsənsə gəl görüşək” demişdir. Bundan sonra 2023-cü ilin fevral ayının sonlarında, qarlı vaxtda Əmirlə görüşmək üçün axşam vaxtı atası Rövşənlə birlikdə Quba şəhərində yerləşən “Asan” Xidmətin yaxınlığında olan restoranda kabinetlərin birində əyləşmiş, ora Əmir, Anar və adını bilmədiyi başqa bir şəxs gəlmiş, onlar adi geyimdə olmuş, həmin vaxt onların danışmadığını görərək atası Rövşən söhbətə başlamış, “50.000 kredit üçün Əmir bizdən pullar alıb, işi düzəldirsinizə düzəldin düzəlmirsə pulları qaytarın” demişdir. Həmin vaxt Anar “siz Əmirlə danışmısınız, sizin işiniz düzələcək, narahat olmayın, heç bir problem yoxdur” demişdir. Həmin vaxt aralarında mübahisə olmuş, çünki Əmir onların yanında əlavə pul istəmiş, o 1100 manat əlavə pul istəyərkən atası Rövşən pulunun olmamasını demişdir. Bundan sonra oradan gedərkən Əmir avtomobilin yanına gələrək həmin şəxslərin Bakıdan gəldiklərini, onlara qonaqlıq verilməsini söyləmiş, Rövşən isə ona qulaq asmayaraq oradan Qusar şəhərinə qayıtmışdır. Onlar oradan çıxıb yolda Qusara gələn zaman atası Rövşənə telefon zəngi gəlmiş, Qusar Rayon İcra Hakimiyyətində məsləhətçi işləyən Zeynal adlı şəxs zəng etmiş, o, “sizin Quba şəhərində görüşdüyünüz şəxslərdən biri Anar adlı şəxs mənim dostumun dostudur, o sizdən incikli gedib, telefonunu verirəm onunla əlaqə saxlayın” demişdir. Bu vaxt atası Rövşən telefonu götürüb Anarla əlaqə saxlamış, o, “narahat olma düzələcək, buna görə də 1350 manat pul göndər demişdir. Razılıq verdikdən sonra Zeynal tapşırdığına görə inanıb həmin şəxsə 1350 manat məbləğində, 15 gün ərzində pul göndərmiş, həmin pulları Anarın kartına göndərmişdir. Anar 2023-cü ilin mart ayının 20-dək işlərin düzələcəyini söyləmiş, bundan sonra Anarla əlaqə saxlamış, lakin 20 mart 2023-cü il tarixdə işin alınmadığını söyləmiş, 01 aprel 2023-cü il tarixdə iş düzələcək demişdir. Sonradan həmin vaxt ərzində Əmir telefonla zəng edərək “işiniz düzəldimi?” deyərək sual vermiş, ona “hələki düzəlmədiyini söyləmiş”, bundan sonra Əmir “onlar düzəldə bilən deyil, gəl mən sənə Sumqayıtdan Coratdan düz-qoş edim, amma notariusun pulunu hazırla ora təxminən 1500 manat pul lazım olacaq” demişdir. Bu vaxt ona “pul yoxdur nə varsa vermişəm, işi düzəltməlisiniz” demişdir. Bundan sonra Anara zəng edərək Əmirə beş mindən çox pul verməsini söyləmiş, amma işinin düzəlmədiyini, həmin pulları sizə verdiyini bildirməsini demiş, Anar isə Əmirin yalan danışdığını 1 manat da olsa pul vermədiyini demiş və telefon danışığı zamanı gəlin “sizin işiniz alınmır, 1350 manatınız qaytarıram” demiş və pulu qaytarmışdır. Əmirlə Sumqayıt şəhərində 2023-cü ilin aprel ayında görüşmüş, o 9000 manatlıq “Mersedes” markalı avtomobili pulun əvəzinə verəcəyini demiş, lakin həmin avtomobil üçün 3000 manat verməli olduğunu söyləmiş, onunla razılaşmayaraq avtomobili satdıqdan sonra nağd şəkildə pulunu qaytarmasını bildirmişdir. Hal-hazırda ona vurulmuş olan maddi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 3 ildir ki, "xxxx" MMC-də mütəxəssis işləmiş, oğlu Əmir ona bəzi vaxtlarda sürücü kimi köməklik etmişdir. 12 fevral 2022-ci il tarixdə Qusar rayonu Düztahir kəndində getmiş, orada mağazaların birində işləyən “Rüstəm” adlı şəxsə məxsus ehtiyyat hissələri mağazasına daxil olmuş, həmin vaxt Əmir yanında olmuş, həm də oğlu sınaq müddətinə çıxmışdır. Mağazada Rüstəm adlı şəxsə sahibkar və vergi ödəyicilərinin hüquqlarının müdafiəsi ilə bağlı işlər gördüklərini, müqavilə bağladığı halda ona bu sahədə köməklik edə biləcəyini söyləmişdir. Həmin vaxt Rüstəmlə razılaşmış, aylıq ona 10 manat ödəniş edəcəyini söyləmiş, bu vaxt o, “bütün ili ödəyərəm, sadəcə mənə köməklik edin” demişdir. Buna görə də ödəniş etdikdən sonra onunla müqavilə bağlamış, müqaviləni hər ikisi imzalamış və sonradan oradan çıxıb getmişlər. Həmin şəxsə kassa aparatını vaxt-vaxtında dəyişdirilməsini, xidmətin düzgün aparılmasını və digər satıcı vəzifələrini izah etmişdir. Bundan bir il sonra sonra oğlu Əmirin həmin mağazaya gedərək oradan müxtəlif bəhanlərlə pul almasından yalnız Qusar RPŞdə onun haqqında ərizə olduqdan sonra xəbər tutmuş, həmin vaxta qədər heçnədən xəbəri olmamışdır. Əmir aldığı pullardan ona verməmiş, həmin MMC-də işləməmiş, Rüstəmdən guya həmin yerdə işləməsini deyərək aldığı pulları yalandan söyləməklə ələ keçirmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2, Şahid3, Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona vurulmuş maddi ziyan ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində dörd azyaşlı uşağı var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlildir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması hallarını Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, İİİ qrup əlil olmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, iş materiallarının tədqiqinə əsaslanaraq hesab edir ki, cərimə cəzası təyin edildiyi təqdirdə cəzanın icrası mümkün olmayacaq. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən peşman olmasını, İİİ qrup əlil olmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs dəymiş zərəri tam aradan qaldırmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Siyəzən şəhəri, H.Aslanov ev 5-də yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Siyəzən rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2023-cü il tarixdə tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Qusar rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 16 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən hazırkı iş üzrə hökm elan olunan tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmalıdır Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən hazırkı iş üzrə hökm elan olunan tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı 10 (on) ay, 08 (səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü nəzərə alaraq hesab edir ki, hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə barəsində ittiham irəli sürülmüş şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv ediməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cüci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il, 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən hökm elan olunan tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı 10 (on) ay, 08 (səkkiz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 01 (bir) il, 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il, 08 (səkkiz) ay, 16 (on altı) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 14 (on dörd) müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin Təqsirləndirilən şəxs üzərinə yaşadığı Siyəzən şəhəri, H.Aslanov ev 5-də yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Siyəzən rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar