Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-90/2021 30.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: X2, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Qusar rayonu Cağar Qışlaq kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, işləməyən, əvvəllər Qusar rayon məhkəməsinin 05.06.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş; Qusar rayon məhkəməsinin 17.04.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3, 29,177.2.2, 177.2.3cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 67.1, 69.3-cü maddələrinə əsasən 02 il 01 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Qusar rayon məhkəməsinin 08.07.2020-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 07 ay 07 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 15.02.2021-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, 05 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qusar rayon məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri süçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 01.08.2021-ci il tarixdə saat 22 radələrində, həmkəndlisi X4 məxsus həmin kənddə yerləşən evinin həyətinə hasardan aşmaqla, oradan isə evin birinci mərtəbəsində yerləşən plastik pəncərəni əli ilə vurub açaraq içəri qanunsuz daxil olaraq, evin mətbəxində yerləşən rəfdə olan pul kisəsinin içərisindəki 300 manat puldan 200 manatını gizli yolla talayaraq oğurlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, zərər çəkmiş Kərəm Qasımov onun həmkəndlisidir, sonuncu ilə münasibətləri yaxşı olmuş, sinif yoldaşıdır, qonşuluqda yaşayırlar. 01.08.2021-ci il tarixdə o, tanışı Fuadın toyunda spirtli içki qəbul etmiş və sərxoş olmuşdur. Həmin gün saat təxminən 22 radələrində sərxoş vəziyyətdə Kərəmin evinə qanunsuz olaraq pəncərədən daxil olmuş, evin mətbəxində yerləşən rəfdə olan pul kisəsindəki 300 manatdan 200 manatını oğurlamışdır. Həmin pulun yarısını özü xərcləmiş, qalanını isə anasına vermişdir. Onun oğurluq etməsindən ailə üzvlərinin və digər şəxslərin xəbəri olmamışdır. Oğurluq edərkən sərxoş olmuş və özündə olmamışdır. Sonradan onu polis əməkdaşları saxlamışlar, o, törətdiyi cinayət əməlini etiraf etmiş və istintaqa cəlb olunmuşdur. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, zərər çəkmiş şəxsə dəymiş zərər tam ödənmiş, həmin şəxsin onra qarşə şikayəti və tələbi yoxdur. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə-trasoloji ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi, həmçinin sinif yoldaşıdır, qonşuluqda yaşayırlar. 01.08.2021-ci il tarixdə qardaşı oğlunun toyu olmuş, o, ailəsi ilə birlikdə Qusar şəhərində yerləşən “Pəri” şadlıq evində toyda iştirak etmiş və evə gec qayıtmışdır. Toyda Təqsirləndirilən şəxs də olmuş, hətta o, toyda Baləhmədlə oynamışdır. Həmin gün o, 400 manat əmək haqqı almış, 100 manatı toya yazdırmış, 300 manatı isə pul kisəsinə qoymuş, pul kisəsini isə mətbəxdəki rəfə qoymuşdur. Evə gələndə evin birinci mərtəbəsinin setkasının çıxarıldığını görmüşdür. Evə girib evin mətbəxində olan rəfdəki pul kisəsinə baxmış, pul kisəsində olan 300 manat puldan 200 manatın oğurlandığını görmüşdür. Həmin vaxt o, Baləhməddən şübhələnmiş, çünki, o, əvvəllər də oğurluğa görə tutulmuşdur. O, həmin gecə Baləhmədin yaşadığı evinə getmiş, oğurluq barədə əvvəlcə onun atası Rafiqə demiş, sonuncu oğlu Baləhmədi çağırmış və həmin şəxs oğurladığı 200 manat pulu qaytarmışdır. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödəmiş, onunla barışmışdır. Odur ki, həmin şəxsin barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Oğlu Baləhməd xəstə olduğundan 9-cu sinifdən çıxmış, əsgərliyə də aparılmamışdır. Zərərçəkmiş şəxs X6 onların qonşusudur. 01.08.2021-ci il tarixdə qonşusu Kərəm ona zəng edərək oğlu Baləhmədin harada olduğunu soruşmuş və onun evindən 200 manat pulun oğurlandığını demişdir. O, da Baləhmədin evdə olduğunun demişdir. Bundan sonra o, Baləhməddən bu barədə soruşmuş, lakin Baləhməd pulu oğurladığını boynuna almamışdır. Daha sonra evə Kərəm gəlmiş, həmin vaxt Baləhməd Kərəmin evindən 200 manat pulu oğurladığını boynuna almışdır. Baləhməd oğurluğu içkili vəziyyətdə və özündə omadığından etdiyini bildirmiş və oğurladığı 200 manat pulu Kərəm Qasımova qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 01.08.2021-ci il tarixdə saat 13 radələrində əri Kərəmlə birlikdə Qusar şəhərində Kərəmin qardaşı oğlu Fuadın toy şənliyində iştirak etmək üçün “PƏRİ” şadlıq sarayına getmişdir. Axşam saat 20 radələrində onlar toydan evə qayıtmış, paltarlarını dəyişib Kərəmin qardaşının evinə getmiş, saat 22 radələrində isə yenidən evə qayıtmışlar. Bu zaman evin birinci mərtəbəsində olan mətbəxin pəncərəsinin torunun yerdə olduğunu, qapı və pəncərənin isə bağlı olduğunu, pəncərəyə baxdıqları zaman pəncərədə izlər görmüşlər. Daha sonra onlar evə daxil olmuş və evin mətbəxində rəfdə saxladıqları 300 manat puldan 200 manatının naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişlər. Bundan sonra o, Kərəmlə birlikdə yaşadıqları ünvandan pulun oğurlanmasında əvvəllər kənddə oğurluq etmiş həmkəndliləri Baləhməddən şübhələnmiş və həmin tarixdə Baləhmədin yaşadığı ünvana getmişlər. Həmin vaxt onlar Baləhəmədin atası Rafiqə evlərindən 200 manat pulun oğurlandığını bildirmiş, bu zaman Rafiq Baləhmədi və arvadını yanına çağırmış, onlara nəsə demiş, Baləhməd Kərəmi evdən küçəyə çağırıb, 200 manat pulu(200 manatlıq əskinazla) evlərinin qarşısında qaytarmış, bundan sonra Kərəmlə birlikdə yaşadığı ünvana qayıtmış, lakin Baləhməd həmkədliləri olduğu üçün, eləcə də pulu onlara qaytardığı üçün şikayət etməmişlər. 05.08.2021-ci il tarixdə isə Kərəm Baləhmədin gələcəkdə də belə oğurluq hadisələri törətməsindən ehtiyat etdiyi üçün bu barədə Qusar RPŞ-nin Samur PB-nə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin İB-nin müstəntiqi X8 tərəfindən Qusar RPŞ-nin Samur PB-nin sahə rəisi İlqar Novruzovun, Qusar rayonu Cağar-qışlaq kəndində yaşayan X2, KTQ-nun inspektoru Elməddin Məhərrəmovun, hal şahidləri X7 və X1 iştirakları ilə tərtib edilmiş 05 avqust 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Qusar rayon Cağar qışlaq kəndində yaşayan X4 məxsus fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı həmin ünvanda dəmir darvaza, daş hasar, həyətində talvar və iki mərtəbəli fərdi yaşayış evi müşahidə olunur. Kərəm Qasımov evin birinci mərtəbəsinin plastik pəncərəsini təqdim edərək həmkəndlisi Təqsirləndirilən şəxs həmin pəncərədən evə daxil olduğunu, daha sonra mətbəxdə yerləşən rəfdən içərisində 300 manat pul olan pul kisəsindən 200 manat pulu oğurladığını bildirərək həmin rəfi və pul kisəsini təqdim etmişdir. Bundan sonra, evin digər otaqlarına baxış keçirilmişdir. Baxış zamanı Kərəm Qasımov qonaq otağında olan divanın və yataq otağında olan rəfin axtarıldığını, dağınıq formada 01.08.2021-ci il tarixdə aşkar etdiyini bildirmişdir. Yaşadığı ünvandan başqa əşyaların oğurlanmadığını qeyd etmişdir. Kərəm Qasımova məxsus yaşayış evinin birinci mərtəbəsinin mətbəxinin pəncərəsindən və yataq otağındakı rəfdən əl-barmaq izləri ekspert-kriminalist tərəfindən Kriminalistik Tədqiqatlar idarəsinə təqdi olunması üçün götürülmüşdür. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan RespublikasıDaxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 13 avqust 2021-ci il tarixli 011-7528-1221 saylı məktubdan görünür ki, təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 04 ədədinin (daktiloskopik xəritəsi Qusar RPŞ-dən daxil olmuş) xx.xx.1993-cü ildə Qusar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət, orta, adsız və çəçələ barmaqlarının əksi ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-trasoloji ekspertizasının 20 sentyabr 2021-ci il tarixli, 3/1452 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” və “b” əlbarmaq izləri, 2 saylı daktilolentin səthindəki “a” və “b” əl-barmaq izləri, 3 saylı daktilolentin səthindəki “a” və “b” əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. -tədqiqata təqdim edilmiş 3 saylı daktilolentin səthindəki “b” əl-barmaq izi, 4-6 saylı daktilolentlərin səthlərindəki yayılmış əl-barmaq izləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdiriləsi üçün yararsızdır. -tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” və “b” əl-barmaq izləri, 2 saylı daktilolentin səthindəki “a” və “b” əl-barmaq izləri Təqsirləndirilən şəxs sol əlinin orta, şəhadət, adsız və çəçələ barmağından qalmışdır. -tədqiqata təqdim edilmiş 3 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən qalmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 sentyabr 2021-ci il tarixli, 3/1452 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 13 sentyabr 2021-ci il tarixli, 115 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs 01.08.2021-ci il tarixdən öncə, 01.08.2021-ci il tarixdə və hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin emosional tipli psixopatik cizgiləri aşkarlanır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs 01 avqust 2021-ci il tarixdən 06 avqust 2021-ci il tarixədək olan müddət ərzində hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Həmin dövrdə onda xasiyyətin emosional tipli psixopatik cizgiləri qeydə alınmışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs həmin müddətdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlik əlaməti aşkar olunmur. B. Xanbabayevdə yalnız xasiyyətin emosional tipli psixopatik cizgiləri müəyyən olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs yalnız xasiyyətin emosional tipli psixopatik cizgilər qeyd olunur. Buna baxmayaraq Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi patologiyadan əziyyət çəkmir. Onun hal-hazırki psxi vəziyyəti məcburi müalicə tədbirinin görülməsini tələb etmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Eqosentrizm, emosional qeyri-sabitlik, hövsələsizlik, inadkarlıq, özünü psixoloji müdafiə etməyə meyillilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təlqinə qapılmağa və özündən uydurmağa meyillilik əlamətləri aşkar olunmadı, lakin özünün psixoloji müdafiəsi ilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X2 Qusar RPŞ-nə yazdığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurladığı 200 manat pulu ona qaytarılmışdır. İş materiallarında olan 05.08.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05.08.2021-ci il tarixdə saat 19:45-də tutulmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin 06.08.2021-ci il tarixli 4(029)- 22/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 24 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, hadisə yerindən götürülmüş, Təqsirləndirilən şəxs məxsus əlbarmaq izləri olan daktilolent iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. Şahid1 və Şahid2 əməllərində Azərbaycan Respublikasının CM-nin 307.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 14.08.2021-ci il tarixli tələbnamədən, Qusar Rayon Məhkəməsinin 05.06.2018-ci il və 17.04.2019-cu il tarixli hökmlərinin və 08.07.2020-ci il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Qusar rayon məhkəməsinin 05.06.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş; Qusar rayon məhkəməsinin 17.04.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3, 29,177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 67.1, 69.3-cü maddələrinə əsasən qəti olaraq 02 il 01 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Qusar rayon məhkəməsinin 08.07.2020-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 07 ay 07 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 15.02.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Qusar rayon İHB-nın Kuzunqışlaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 24.08.2021-ci il tarixli 27 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi, atası Rafik Xanbabayevdən və anası Şahid2 ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Kuzunqışlaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə kafi xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs 01.08.2021-ci il tarixdə saat 22 radələrində, həmkəndlisi X4 məxsus həmin kənddə yerləşən evinin həyətinə hasardan aşmaqla, oradan isə evin birinci mərtəbəsində yerləşən plastik pəncərəni əli ilə vurub açaraq içəri qanunsuz daxil olaraq, evin mətbəxində yerləşən rəfdə olan pul kisəsinin içərisindəki 300 manat puldan 200 manatını gizli yolla talayaraq oğurlaması və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır . Həmin Məcəllənin 83, 83.3.2-ci maddələrinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 iyun 2002-ci il tarixli 2 saylı Qərarının 5-ci bəndinin a) yarımbəndinə əsasən aşağıdakılar əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz: islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan AR CM-nin 49.3, 53.4-cü (köhnə redaksiyada, hazırkı redaksiyada 52-1 ci maddə (azadlığın məhdudlaşdırılması) maddələrinə müvafiq olaraq həmin cəzalar məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxslər. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Qusar rayon məhkəməsinin 17.04.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3, 29,177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 67.1, 69.3-cü maddələrinə əsasən qəti olaraq 02 il 01 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin məhkəmənin 08.07.2020-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 07 ay 07 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 15.02.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Həmin vaxtdan, yəni cəzasının sonu ilə azad olunduğu 15.02.2021-ci il tarixdən bir il müddət keçmədən-yəni məhkumluğu ödənilmədən 01.08.2021-ci il tarixdə hazırkı cinayət əməlini törətmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarına əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs hesab edilə bilmədiyindən ona hazırkı hökmlə cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmamalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini şəxsiyyətini müsbət cəhətdən, məhkumluğunun ödənilməməsini şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini mənfi və müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Çünki, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə oğurluq cinayətlərini törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, sonuncu məhkumluğu ödənilmədən isə hazırkı cinayət əməlini törətmişdir. Bu, isə onun islah olunmadığını, oğurluq cinayətlərini törətməyə meyilli şəxs olmasını təsdiq edir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsə məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1, 132.1.6-cı maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, hadisə yerindən aşkar edilmiş, Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri olan daktilolent iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 55 (əlli beş) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan-yəni 05 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə 55 (əlli beş) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, hadisə yerindən aşkar edilmiş, Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri olan daktilolent iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-90/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-90/2021
30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver