Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-91/2020 10.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru,1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1999-cu il tarixdə Qusar rayonu Aşağı Kalunxur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Qusar rayonu Aşağı Kalunxur kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, onun Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, xx xxxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrində Qusar rayonu Aşağı Kalunxur kəndin kənarında aralarında yaranmış mübahisə zamanı Qusar rayonu Yuxarı Kalunxur kənd sakini Zərərçəkmiş şəxs burnuna yumruqla vuraraq, ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş yekun protokol üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Qusar rayonu Aşağı Kalunxur kəndində yaşayır. xx xxxxxxx 2020-ci il tarixdə saat 16 radələrində anası Tamila Hasanbəyova kəndin qırağında bağ sahəsində olan zaman bağın girişində yerləşən qoz ağacını Qusar rayonu Yuxarı Kalunxur kəndində yerləşən Zərərçəkmiş şəxs və onun əmisi oğlu Sərxan çırpıb qozları yığmağa başlamışdır. Həmin vaxt anası onlara həmin ağacın onlara məxsus olduğunu və qozların yığmamasını demişdir. Buna baxmayaraq qozları yığmağa başlamış və onun anasına nalayiq sözlər demişdir. O, bundan xəbər tutub həmin yerə getmişdir. O, da Alimə və Sərxana qoz ağacının onlara məxsus olduğunu ağacdan qozların yığmamalarını demişdir. Bu vaxt onlar mübahisə etmiş və Alim ona söhbəti kənarda həll etməyini təklif etmişdir. O, öz maşına minmiş, Alimdə yanında əyləşmiş və hadisə yerindən 20 metrə qədər uzaqlaşmışdır. O, maşını idarə edərkən Alim maşının sükanına əl atıb maşını sağa çəkmiş və o, dərhal maşını saxlamışdır. Onlar ikisi də maşından düşərək dalaşmağa başlamışdır. Bağ sahəsində olan anası, Sərxan və digər qohumları onların dalaşdıqlarını görmüş və hadisə yerinə gələrək onları ayırmışdır. Həmin gün saat 20:30 radələrində Zərərçəkmiş şəxs ona zəng edərək yaşadığı Yuxarı Kalunxur kəndinə gəlməyi demişdir. O, idarə etdiyi maşınla Yuxarı Kalunxur kəndinə getmiş kənddə yolun qırağında Alimin onu gözlədiyini görmüşdür. Alim maşına əyləşib kənddən uzaqlaşmasını demiş, o da həmin yerdən 100 metr qədər uzaqlaşmışdır. O, maşını saxladıqda Alim maşından düşmüş və ona da maşından düşməyini demişdir. O, Alimə sakit danışmağı təklif etmiş lakin Alim razılaşmamış və maşında yumruq və təpiklə onu vurmuşdur. Sonra o, maşından düşmüş, qarşılıqlı olaraq dalaşmış, bir-birlərini yumruq və təpiklə vurmuşlar. O, hadisə yerindən qaçıb uzaqlaşan zaman Alim onun maşınında əyləşib onun maşınını işə salmağını istəmiş, lakin maşın işə düşməmişdir. O, evə gəldikdən sonra əmisi oğlu Şahid2 gedib onun maşınını evə gətirmişdir. O, hal-hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır, sonuncunun ondan heç bir şikayəti və tələbi yoxdur, törətdiyi əməlindən peşmandır, barəsində olan cinayət təqibinin icraatına xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə ərizə təqdim edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Qusar rayonu, Yuxarı Kalunxur kəndində ailəsi ilə yaşayır. xx xxxxxxx 2020-ci il tarixdə saat 16 radələrində əmisi oğlu Şahid4 ilə Qusar rayonu Aşağı Kalunxur kəndinə getmiş, yolun qırağında olan qoz ağacında olan qozları yığmağa başlamışdır. Onlar qozları yığan zaman Şahid1 onlara yaxınlaşıb həmin qoz ağacının ona məxsus olduğunu və qozları yığmamağı demişdir. O, da buna məhəl qoymayaraq qozları yığmağa davam etmişdir. Onlar getmək istəyən vaxt Təqsirləndirilən şəxs onlara yaxınlaşmış və ona “Sən mənim anama söymüsən” demişdir. O, da onun anasını söymədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onunla dalaşmaq istədiyini görmüş və ona kənara getməyini təklif etmişdir. Onlar maşına əyləşmiş, Emin maşını bərk sürdüyündən maşını saxlamağını tələb etmişdir. Lakin Emin maşını saxlamadığından o, maşının sükanına əl atıb maşını sağa yönəltmişdir. Həmin vaxt Emin maşını saxlamış və onlar ikisi də maşından düşərək bir biri ilə qarşılıqlı dalaşmışlar. Hadisə yerinə gəlmiş Sərxan, Tamilla və digər şəxslər onları ayırmışlar. Həmin gün saat 20:30 radələrində Emin Asanbeyov ona zəng edərək görüşmək istədiyini demişdir. Onlar Qusar rayonu Yuxarı Kalunxur kəndin qırağında görüşdük. Emin görüşə öz maşını ilə gəlmiş, onlar maşınla kənddən 100-150 metr kənara getmiş, maşından düşmüş, Emin onun üstünə hücum çəkmiş və yumruqla onun burnundan vurmuş, sonra o, qaçıb hadisə yerindən evə qayıtmışdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinin icraatına xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə ərizə təqdim edir. İş materiallarında olan məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 539 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər-burun sümüyünün sol tərəfinin sınığı, sol göz orbiti ətrafının, sol qulaq seyvanın yuxarı hissəsinin qançırları, sol almacıq nahiyəsinin, burnun üstünün, sol dirsəyin arxa səthinin, sol çiynin yan səthinin, sağ dirsəyin arxa səthinin sıyrıqları, sol dirsəyin arxa səthin şişkinliyi küt və bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə vəşəraitdə, yəni xx xxxxxxx 2020-ci il tarixdə yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəmə işüzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması onun öz ifadəsi, zərər çəkmiş şəxsin ifadəsi, ekspert rəyi və məhkəmə baxışında tədqiq olunmuş işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsəməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək törətdiyi cinayət əməlindən peşman olduğunu və zərər çəkmişşəxs Zərərçəkmiş şəxs ilə barışdığını göstərərək, cinayət məsuliyyətindən azad edilməklə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs da məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələbi olmadığını bildirmiş vəTəqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx xxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Qusar rayonu İcra Hakimiyyəti başçısının Gilah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 139 saylı xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası Şahid1 və qardaşı Aqil Asabnəyovdan ibarətdir. Cinayət işinin materiallarında olan Qusar rayonu İcra Hakimiyyəti başçısının Gilah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Odur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs kimi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut yoxdur. Mülki iddia olmadı. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 40.2.2, 43.3, 321.2.1, 347 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(029)-91/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-91/2020
10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver