Məhkəmə qərarları › İş №1(029)-91/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-91/2025

01.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-91/2025 01.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1989-cu il tarixdə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Nizameyeviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Nizameyeviç xx.xx.2025-ci il tarixdə, gecə saat təxminən 02 radələrində Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “İskra” adlı kafeyə dostları ilə birlikdə gəlmiş, onlar müştərilər üçün nəzərdə tutulmuş ümumi zalda əyləşmiş və pivə spirtli içkisi sifariş vermişlər, bir müddət sonra Şahid2 ünvansız nalayiq ifadələr səsləndirmiş, buna görə onların yanına Şahid1 yaxınlaşaraq öz iradını bildirmiş, Şahid2 və Şahid1 spirtli içkinin təsiri altında digər masanın yanında söhbət etmiş, söhbətlərini yekunlaşdırdıqdan sonra Şahid2 özünün əyləşdiyi masaya qayıtmış, Şahid1 isə kafenin icarədarı olan Şahid3 ilə söhbət etməyə davam etmiş, onların yanına Zərərçəkmiş şəxs yaxınlaşmış və Təqsirləndirilən şəxs ilə söhbət etməyə başlamış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol əli ilə itələyərək divanın üzərinə yıxmış, Zərərçəkmiş şəxs oradan durmaq istədikdə isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi də vuraraq onun sağlamlığına “burnun şişkinliyi, qançırı və burnun üstünün sıyrıqı ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığı” ilə ifadə olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Nizameyeviç təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2025- ci il tarixdə saat 23 radələrində işdən çıxaraq Qusar şəhərində yerləşən “Qusar” restoranına getmiş, orada dostu Dənizin ad günü olmuş, ad günü münasibətilə Dəniz digər dostu Şahid2la birlikdə orada oturmuş, onlar onu gözləmiş, getdikdən sonra birlikdə spirtli içki qəbul etmiş, saat 12 radələrində “Qusar” restoranını bağlamış, oradan duraraq Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “İSKRA” adlanan kafeyə getmiş və müştərilər üçün nəzərdə tutulmuş ümumi zalda əyləşmişlər. Orada oturduqdan sonra pivə sifariş vermiş, Dəniz 30 dəqiqə oturduqdan sonra çıxıb getmiş, o da Şahid2la birlikdə orada qalmışdır. Bir qədər sonra, yəni xx.xx.2025-ci il tarixdə gecə saat təxminən 02 radələrində tanımadığı və adı ona sonradan məlum olan Şahid1 adlı şəxs Şahid2la ayaq üstə mübahisə etdiklərini görmüşdür. Onlara tərəf yaxınlaşaraq nə baş verdiyini soruşmuş, həmin vaxtı kafeni işlədən Şahid3 Şahid1 öz yanına çəkərək onunla söhbət etməyə başlamışdır. Bu zaman Şahid1 yanında olan Zərərçəkmiş şəxs ilə Şahid2 da mübahisə etdiyi görmüş, spirtli içkinin təsiri altında olduğundan Zərərçəkmiş şəxs, Şahid2la rəftarı xoşuna gəlməmiş və onu sol əli ilə itələmiş və o, divanın üstünə yıxılmışdır. Bu vaxtı Zərərçəkmiş şəxs qalxmaq istəyərkən yumruq zərbəsi ilə onun sifət nahiyyəsinə 1 dəfə vurmuş, bundan sonra qayıdıb başqa bir masada əyləşmişdir. Törətdiyi cinayət əməlinə görə səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Nizameyeviç Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində dostları ilə birlikdə Qusar şəhərində “Meydan” adlı restorana ad gününü qeyd etmək üçün getmiş, orada yemək yeyib spirtli içki qəbul etdikdən sonra saat təxminən 22-23 radələrində restorandan çıxmış, həmin vaxtı dostu Şahid1 ilə pivə içməyə qərar vermiş və Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “İskra” adlı kafeyə getmişlər. Müştərilər üçün nəzərdə tutulmuş ümumi zalda əyləşmiş, spirtli içki olan pivə sifariş vermiş, onlardan başqa digər masalarda da müştərilər əyləşmiş, bu zaman yan masada oturan tanımadıqları şəxsin ortalığa etdiyi söyüşü Şahid1 eşidib onlar tərəfə masaya yaxınlaşaraq iradını bildirmişdir. Bundan sonra onların arasında söz mübahisəsi yaranmış, həmin vaxtı kənarda olan şəxslər onları sakitləşdirməyə çalışmış, özü spirtli içkinin təsirində olduğundan baş verənləri dəqiq xatırlamır. Onlar mübahisə edə-edə başqa bir masanın yaxınlığına gəlib çatmış, o da həmin masanın yanına gəlmiş, Şahid1 başqa bir nəfər şəxslə söhbət etmişdir. Adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs və tanımadığı başqa bir nəfərlə söhbət etmişdir. Lakin, Şahid1 həmin vaxtı başqa şəxslə söhbət etdiyi üçün onu görməmiş, həmin şəxslərlə söhbət edən zaman sağ tərəfində dayanan Təqsirləndirilən şəxs onu sol əli ilə divana tərəf itələmiş və o, divanın üzərinə yıxılmışdır. Oradan durmaq istəyərkən onun sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi ilə vurmuş, bundan sonra ətrafda olan şəxslər onları kənarlaşdırmışdır. Hal-hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 02 radələrində əvvəldən tanıdığı Təqsirləndirilən şəxs ilə Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “İskra” adlı kafedə oturmuş, müştərilər üçün nəzərdə tutulmuş ümumi zalda əyləşib spirtli içki olan pivə içmiş, onlardan başqa digər masalarda da müştərilər əyləşmişlər. Bu zaman yan masada oturan tanımadığı, adı ona sonradan məlum olan Şahid1 əyləşdiyi masanın yanına gələrək öz aralarında bir-birlərinə söyüşlə danışmaqlarını irad bildirmişdir. O, Şahid1 içkili olduğunu görüb hər hansı bir hadisə və narazılıq yaranmamasından ötrü ona “get işinlə məşğul ol, öz masanda əyləş” demişdir. Bundan sonra Şahid1 yanına gələn tanımadığı bir nəfər şəxs onun qolundan tutub əyləşdiyi masadan uzaqlaşdırmışdır. Bununla da Şahid1 ilə söhbəti yekunlaşmış, daha sonra həmin şəxsin əyləşdiyi masadan kənarda başqa bir masanın yaxınlığında başqaları ilə mübahisə etdiyini görmüş, lakin buna heç bir əhəmiyyət verməmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs həmin masaya tərəf yaxınlaşmış, lakin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs adlı şəxsi vurmasını görməmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs gələrək əyləşdiyi masada oturmuş, daha sonra isə oradan durub yaşadığı evə qayıtmış, bundan sonra baş verənlərlə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 və Şahid3 ifadəsindən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin Qusar rayon şöbəsinin məhkəmə-tibbi ekspertiza üzrə xx.xx.2025-ci il tarixli, 206 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlərburnun şişkinliyi, qançırı və burunun üstünün sıyrıqı ilə müşaiyət olunan burun sümüyünün yerdəyişən sınığı küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yumruq zərbəsi ilə vurulma nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Nizameyeviç ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, təqsirləndirilən şəxs hadisənin baş vermə səbəbini, mexanizmini, yerini və digər xüsusatları qeyd etmişdir İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Nizameyeviç ilə barışmış, ona qarşı şikayət və tələbi olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizameyeviç əvvəllər məhkum olunmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Nizameyeviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Nizameyeviçin törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 127.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Nizameyeviç həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs Nizameyeviçin zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması hallarını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Nizameyeviçin törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Nizameyeviçin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cümlədən onun barəsində işdə olan və ayrıayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Nizameyeviç azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Nizameyeviçə cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, səmimi ifadə verməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Nizameyeviçə cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs Nizameyeviçə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs Nizameyeviçə zərərçəkmiş şəxsin şikayət və tələbi olmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Nizameyeviçin üzərinə yaşadığı Qusar şəhəri, sahil, ev 151-də yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Nizameyeviçin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Nizameyeviçin barəsində təyin ediləcək cəzanın növünü nəzərə alaraq hesab edir ki, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Nizameyeviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə ekspertiza xərci, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Nizameyeviçin Azərbaycan Respublikasının CM-nin 127.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək,01 (bir) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Nizameyeviçin üzərinə yaşadığı Qusar şəhəri, sahil, ev 151də yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Nizameyeviç cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Nizameyeviçin seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs Nizameyeviçin yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar