Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-93/2020 01.12.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, xx xxxxxx 1995-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, onun Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinir ona görə ki, o, özgə əmlakını gizli yolla talamaq məqsədi ilə xx xxxxxx 2020ci il tarixdə tanışı Zərərçəkmiş şəxs işlədiyi Qusar şəhərində yerləşən “Pioneer” mağazasına gedərək, orada sonuncudan tualetə getmək bəhanəsi ilə kirayə yaşadığı Qusar şəhəri, Fizuli küçəsi, 34 saylı evin açarlarını götürmüş və sonuncunun işdə olmasından istifadə edərək, Zərərçəkmiş şəxs məxsus “Paşa Bank” tərəfindən verilmiş əmək haqqı plastik ödəmə kartını gizli götürüb, həmin kartı Qusar şəhəri H.Əliyev prospektində yerləşən “KapitalBank”-a məxsus bankomata daxil edərək 277 (iki yüz yetmiş yeddi) manat məbləğində pulu kartın hesabından elektron məlumat daşıyıcılarından istifadə etməklə nağdlaşdırıb, gizli yolla talamaqla oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, Zərərçəkmiş şəxs ilə tanış olmuş və təxminən 7 ay onunla görüşmüşdür. 2020-ci ilin iyun ayında o, Mələyin “Aqrovest” şirkətində merçerdayzer vəzifəsinə işə düzəlməsində köməklik etmiş, hətta Mələk əmək haqqı kartı alanda da kartın şifrəsini təyin edilməsinə kömək etmiş və şifrəni də yadında saxlamışdır. O, xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Mələyə zəng etmiş və sonuncu “PİONEER” marketdə də olduğunu bildirmiş, o, Mələyin yanına getmiş və tualetə getmək istədiyini bildirərək sonuncudan kirayə qaldığı evin açarlarını götürmüş və həmin ünvana getmişdir. O, tualetə getdikdən sonra qonaq otağında stolun üzərində Mələyin pul kisəsini görmüş, həmin pul kisəsinin içərisinə baxdıqda orada Mələyin əməkhaqqı kartı olduğunu görmüş, o, “Paşa Bank”a aid, Mələyin kartını götürmüşdür. Həmin vaxt evdə heç kim olmamışdır. Bundan sonra o, həmin tarixdə saat 12 radələrində Qusar şəhəri H.Əliyev prospektində yerləşən “Kapital Bank”a aid bankomata Mələyin əməkhaqqı kartını daxil etmiş və kartın kodunu yəni “1998” rəqəmlərini daxil etdikdən sonra kartda 277 manat pul olduğunu görmüş, həmin pulun hamısını, 277 manatı kartdan çıxartmış və daha sonra o, həmin kartı Mələyin yaşadığı evə qayıdıb, yenidən pul kisəsinə qoymuş və evdən çıxmışdır. Bundan sonra evin açarını aparıb Mələyə “PİONEER” marketdə vermişdir. Kartdan çıxartdığı pulu da öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə o, Qusar şəhərində Mələklə görüşmüş və Mələk ona əməkhaqqı kartına pul yüklənmədiyini bildirmiş, bu zaman o, gülmüş və Mələyə pulu özünün kartdan çıxardaraq xərclədiyini bildirmişdir. Mələk ondan niyə belə hərəkət etdiyini soruşduqda o, sonuncuya pulu olmadığı üçün kartdan pulu çıxardığını bildirmişdir. O, hətta pulu çıxarması barədə qəbzi də Mələyə göstərmişdir. Mələk ondan kartı haradan götürdüyünü və ondan pulu qaytarmasını tələb etmişdir. O, da bir neçə günə pulu qaytaracağına söz vermiş, lakin sonradan Mələyin zənglərinə cavab verməmiş və sonuncu ondan şikayət etmişdir. O, Zərərçəkmiş şəxs maddi ziyan tam olaraq ödənilmişdir, əməlindən peşmandır, yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2020-ci ilin aprel ayında Qusar şəhərində yerləşən mağazaların birində “Mazalina” şirkətində ekspeditor işləyən Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs ilə tanış olmuş, bundan sonra münasibətləri yaxın olmuş və o, həmin vaxt işsiz olduğundan Natiqdən özü üçün iş tapmasını xahiş etmişdir. Bundan sonra o, Natiqin köməkliyi ilə qida məhsullarının satışı ilə məşğul olan “Aqrovest” şirkətində merçendayzer vəzifəsinə işə düzəlmiş, əmək haqqısı 250 manat təyin edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Qusar şəhəri Kapital Bankın yaxınlığındakı “Pioneer” marketdə işdə olan zaman Natiq onun yanına gəlmiş və yaşadığı evin açarlarını istəmiş, həmin vaxt o, Natiqdən açarları niyə istədiyini soruşduqda sonuncu tualetə getmək istədiyini və yaxınlıqda tualet tapa bilmədiyini bildirmişdir. Buna görə də o, razılıq vermiş və kirayədə qaldığı evin açarlarını Natiqə vermişdir. Təxminən 20 dəqiqədən sonra Natiq geri qayıtmış, açarları ona təhvil vermiş və oradan çıxıb getmişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə o, əmək haqqısını götürmək istəyərkən balansın boş olduğunu görmüş, iş yoldaşlarından öyrəndikdə isə bütün işçilərə əmək haqqının ödənildiyini öyrənmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, işdə olan zaman Natiq yanına gəlmiş və axşam saatlarında küçədə görüşmüş, o, Natiqə karta əmək haqqının yüklənmədiyini demiş, həmin vaxt Natiq gülmüş və ona kartdan 277 manat pulu özünün çıxardığını və ona bu haqda bankomat qəbzini göstərmişdir. Həmin vaxt o, Natiqdən kartdan pulu necə çıxardığını soruşduqda sonuncu ona tualetə gedən günü evə qəsdən getdiyini, kartı da həmin vaxt götürüb, kartın kodunu isə həmin kodu vaxtilə yenicə alınan zaman onun özünün təyin etdiyi üçün bildiyini demişdir. Həmin vaxt o, Natiqdən pulunu tələb etmiş, barəsində polisə şikayət edəcəyini demiş, Natiq isə 1-2 gün vaxt istəmiş, pulu qaytaracağına söz vermişdir. Lakin o, 3 gün gözlədiyinə baxmayaraq Natiq ona pulu qaytarmamış, buna görə də o, Təqsirləndirilən şəxs barəsində polisə şikayət etmişdir. Sonradan Natiq kartından çıxartdığı 277 manat pulu ona tam ödəmişdir, lakin o, Təqsirləndirilən şəxs ilə barışmamışdır. Nəzərə alınmasını məhkəmən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, rəfiqəsi Zərərçəkmiş şəxs ilə birlikdə kirayə ünvan 2 saylı ünvandan yaşayır. Onlar uzun müddət dostluq etmiş, buna görə də bir-birlərinin həyatında baş verən hadisələr barədə xəbərdardırlar. 2020-ci ilin aprel ayında Mələk Qusar şəhərində yerləşən mağazaların birində “Mazalina” şirkətində ekspeditor işləyən Xaçmaz şəhər sakini Natiqlə tanış olmuşdur. Bundan sonra onların münasibətləri yaxın olmuş və Mələk həmin vaxt işsiz olduğundan Natiqdən özü üçün iş tapmasını xahiş etmişdir. Bundan sonra Mələk, Natiqin köməkliyi ilə qida məhsullarının satışı ilə məşğul olan “Aqrovest” şirkətində merçendayzer vəzifəsinə işə düzəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə Mələk işdən qayıdanda əmək haqqını götürmək istəyərkən kartın balansının boş olduğunu gördüyünü, iş yoldaşlarından öyrəndikdə isə bütün işçilərə əmək haqqının ödənildiyini ona demişdir. Həmin vaxt Mələk nə qədər çalışsa da kartdan əmək haqqısını çıxara bilməmiş, kartda problem olduğunu düşünmüşdür. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə Mələk ona, işdən qayıdanda həmin gün özünün yanına Natiqin gəldiyini və kartından 277 manat pulu çıxardığını etiraf etdiyini, hətta Natiqin bu haqda bankomat qəbzini də ona göstərdiyini bildirmişdir. Mələk Natiqdən pulu necə çıxardığını soruşduqda isə Natiq ondan tualetə getmək üçün evin açarlarını götürən zaman kartı da həmin vaxt götürdüyünü bildirmişdir. Natiq kartdan çıxartdığı 277 manat pulu vaxtında qaytarmadığına görə Mələk onun barəsində polisə şikayət etmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs xx xxxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 277 manat məbləğində pulu ona qaytarılmış və Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Xaçmaz rayonu İcra Hakimiyyəti başçısının Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 3736 saylı xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası Cavad Məmmədovdan, anası Zəbirə Məmmədovadan və bacısı Əminə Məmmədovadan ibarətdir. Cinayət işinin materiallarında olan Xaçmaz rayonu İcra Hakimiyyəti başçısının Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət X4 Bölmələrini İdarəetmə Birliyi “Xaşmaz Rayon Mərkəzi Xəstəxansı” X5 914 saylı xx xxxxxxxx 2020-ci il tarixli məhktubdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz RMX-da həkim-narkoluqun və həkim-psixiatrı qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması barədə xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 12:30 radələrində Xaçmaz şəhərində müəyyənləşdirilərək saxlanılmış və xx xxxxxxx 2020-ci il tarixdə saat 13:30-da Qusar RPŞ-yə gətirilmişdir. Cinayət işinin materiallarında olan qətimkan tədbiri seçmək haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, xx xxxxxxx 2020-ci il tarixdə saat 11:00-da tutulmadan azad edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin, şahidin ifadələri, eləcə də işdə olan digər mötəbər sübutlarla ona tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş maddi zərəri tam ödəməsini cəzasını yüngülləşdirilən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxsə dəymiş maddi ziyanın tam ödənilməsini və işin digər hallarını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış “Kapital Bank” tərəfindən təqdim olunmuş 01 (bir) ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə dəymiş 277 (iki yüz yetmiş yeddi) manat maddi ziyanın çəkmiş şəxs Zərərçəkmiş şəxs tam ödənilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərcləri yoxdur. Mülki iddia olmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3- 1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsindəki 54 saylı evini axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xaçmaz rayonun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədət dəyişdirilmədən saxlanılsın. İş üzrə dəymiş 277 (iki yüz yetmiş yeddi) manat maddi ziyanın çəkmiş şəxs Zərərçəkmiş şəxs tam ödənilməsi nəzərə alınsın. Hökmün icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(029)-93/2020
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-93/2020
01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver