Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-93/2025 28.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Qusar şəhər sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onu Qusar rayonu Hil kənd orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə düzəltmək üçün müsahibə mərhələsini keçməyə köməklik göstərəcəyini yalandan vəd verərək, Zərərçəkmiş şəxs ünvan 3 ünvanda yerləşən evdə “Rabita Mobile” mobil tətbiqi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 17:33-də 1000 manat, xx.xx.2024-cü il tarixdə, saat 09:36-da 200 manat, xx.xx.2024-cü il tarixdə, saat 13:02-də 250 manat, xx.xx.2024-cü il tarixdə, saat 18:03-də 50 manat, xx.xx.2024-cü il tarixdə, saat 17:36-da 50 manat, xx.xx.2024- cü il tarixdə, saat 11:39-da 100 manat, xx.xx.2024-cü il tarixdə, saat 11:51-də 50 manat pul olmaqla vahid niyyətlə cəmi 1700 manat məbləğində pulu "xxxx" ASC-nə aid 4127-2093-0877-7546 nömrəli plastik bank kartına köçürülməsinə nail olmuş, lakin Zərərçəkmiş şəxs aldadaraq vədinə əməl etməyib özgənin əmlakını qanunsuz ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq İdarəsində işləmiş, işsiz olan şəxslərin işə düzəlməsində iştirak etmişdir. Bir nəfər yaxın tanışı ona müraciət edərək Kair adlı şəxsi məktəbə işə düzəltmək lazım olduğunu bildirmiş, o, isə Təhsil Nazirliyində tanışı olduğunu nəzərə alaraq həmin şəxslə danışıb Kairi işə düzəltmək istəmişdir. Bu məqsədlə Kairdən pul almış, həmin şəxs pulu onun bank kartına göndərmişdir. Lakin, sonradan pulun məbləği ilə bağlı narazılıq yaranmış və Kair onun barəsində polisə şikayət etmişdir. Daha sonra isə o, Kairdən aldığı pulun hamısını geri qaytarmışdır. Əvvəllər onun barəsində Şirvan şəhərində dələduzluqla bağlı iş olmuş, o, ziyanı ödəmiş və barəsində olan cinayət işinə xitam verilmişdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazmi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, ona dəymiş zərər aradan qaldırılmaqla ziyanı ödənilmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, onlar barışmışlar. Ona görə də, həmin halların nəzərə alınmasını xahiş edir. Bundan başqa, o, təyin edilmiş məhkəmə baxışı iclaslarında iştirak edə bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılaraq yekun qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2024-cü ilin əvvəllərində Qusar rayonu Hil kənd orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi vakant olduğundan işə qəbulla bağlı sənədləri təqdim etmiş, 2024-cü ilin aprel-may aylarında test imtahanında iştirak etmiş və uğurla həmin mərhələni keçmişdir. 2024-cü ilin iyul ayın sonlarında Quba-Xaçmaz Regional Təhsil şöbəsində baş tutacaq müsahibə mərhələsini keçmək üçün dost-tanışları vasitəsi ilə kömək axtarmağa başlamışdır. Həmin vaxt Qusar rayon sakini Şahid2 vasitəsi ilə Bakı şəhər sakini Təqsirləndirilən şəxslə tanış olmuş və sonuncu ona Qusar rayonu Hil kənd orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə düzəltmək üçün müsahibə mərhələsini keçməyə köməklik göstərəcəyini vəd vermişdir. Bundan sonra o, “Rabita Mobile” mobil tətbiqi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 17:33-də 1000 manat, xx.xx.2024-cü il tarixdə, saat 09:36-da 200 manat, xx.xx.2024-cü il tarixdə, saat 13:02-də 250 manat, xx.xx.2024-cü il tarixdə, saat 18:03-də 50 manat, xx.xx.2024-cü il tarixdə, saat 17:36-da 50 manat, xx.xx.2024-cü il tarixdə, saat 11:39-da 100 manat, xx.xx.2024-cü il tarixdə, saat 11:51-də 50 manat pul olmaqla vahid niyyətlə cəmi 1700 manat məbləğində pulu Təqsirləndirilən şəxs qardaşı Şahid1 məxsus "xxxx" ASC- nə aid 4127-2093-0877-7546 nömrəli plastik bank kartına köçürmüş, Təqsirləndirilən şəxs isə qısa müddət ərzində onun işini həll edəcəyinə söz vermiş, lakin o, Quba-Xaçmaz Regional Təhsil şöbəsində baş tutacaq müsahibə mərhələsində kəsilmişdir. Bundan sonra dəfələrlə Təqsirləndirilən şəxs öz pulunu tələb edən zaman sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmış və buna görə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində ərizə ilə Qusar RPŞ-nə müraciət etmişdir (i/v 39-40). İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına verdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş, o, həmin şəxsi bağışlamış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, nəzərə alınmasını xahiş edir (i/v 52). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Həmin şəxsin barəsində əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi olmuş, xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir (i/v: 33-34). İş materiallarında olan AZE 18212016 və AZE 18211989 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü Əkbər və xx.xx.2015-ci il təvəllüdlü Onur adlı iki azyaşlı uşaqları var (i/v 67-68). Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Beləliklə, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı zərər çəkmiş şəxsə dəymiş zərəri tam ödəyərək həmin şəxslə barışıq əldə etməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanda yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, həmin şəxs zərər çəkmiş şəxslə barışaraq ona dəymiş zərəri tam aradan qaldırmış, himayəsində iki azyaşlı uşaqları var. Bundan başqa, CM-nin 58.1-ci maddəsinin mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə eyni zamanda qeyd edir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə) xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışsa da və dəymiş ziyanı tam ödəsə də, hazırkı iş üzrə həmin əsasla cinayət məsuliyyətindən azad oluna və barəsində olan cinayət təqibinə xitam verilə bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanda yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin, cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №1(029)-93/2025
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-93/2025
28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver