Məhkəmə qərarları › İş №1(029)-94/2020

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-94/2020

17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-94/2020 17.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs , xx xxxxx 1987-ci il tarixdə Masallı rayonunun Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, işləməyən, Masallı rayonunun Ərkivan qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, onun Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, qanunsuz olaraq hüquq verən rəsmi sənəd hazırlamış və həmin saxta sənəddən bilə-bilə istifadə etmişdir. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan şəxs vasitəsilə 2019-cu ilin oktyabr ayının ortalarında X1 şəhərində özünə AF125793 seriya nömərli “BE CE” dərəcəli saxta sürücülük vəsiqəsini istifadə etmək məqsədilə hazırlatmış, daha sonra hüquq verən həmin saxta sənəddən istifadə edərək xx xxxx 2020-ci il tarixdə, təxminən saat 07 radələrində idarə etdiyi “Renault” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Qusar rayonu ərazisində yerləşən “Samur” keçid məntəqəsindən Rusiya Federasiyasına keçərkən həmin saxta sürücülük vəsiqəsini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təqdim etmiş, bununla da hüquq verən saxta rəsmi sənəd hazırlatdırıb həmin sənəddən bilə-bilə istifadə etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadə verərək göstərmişdir ki, o, heç bir işlə məşğul olmur, “BC” dərəcəli sürücülük vəsiqəsi olsa da həmin sürücülük vəsiqəsi ilə sürücü kimi özünə iş tapa bilməmiş, qoşqulu yük avtomobilində sürücü işləmək üçün özünə “BCE” dərəcəli sürücülük vəsiqəsi düzəltdirmək istəmişdir. xx xxxxxxx 2019-cu il tarixdə Rusiya Federasiyasına getmiş və Moskva şəhərində olan zaman orada özünə “BCE” dərəcəli sürücülük vəsiqəsi düzəltdirmək məqsədi ilə orada əvvəllər tanımadığı, iri tonnajlı yük avtomobili idarə edən bir şəxslə görüşərək bu barədə ona bildirmiş, adını bilmədiyi həmin şəxs də hansısa tanışı vasitəsilə ona “BCE” dərəcəli sürücülük vəsiqəsi düzəltdirə biləcəyini demiş və bunun üçün 20.000 Rus rublu lazım olacağını demiş, o, da həmin şəxslə razılaşdıqdan sonra özünə məxsus olan AF125793 seriya nömərli “BC” dərəcəli sürücülük vəsiqəsinin surətini, şəxsiyyət vəsiqəsinin surətini və 01 ədəd fotoşəklini həmin şəxsə vermiş, “BCE” dərəcəli sürücülük vəsiqəsi hazırladıqdan sonra ona 20.000 Rus rublu verəcəyini demişdir. Həmin şəxs də onunla razılaşmış və təxminən 2-3 gündən sonra ona “BCE” dərəcəli sürücülük vəsiqəsi düzəldib verəcəyini demiş, həmin vaxtdan təxminən 2-3 gün keçdikdən sonra o, Moskva şəhərində həmin şəxslə görüşərək ona 20.000 Rus rublu pul vermiş, həmin şəxs də üzərində ona aid məlumatlar əks olunan, AF125793 seriya nömərli “BE CE” dərəcəli saxta sürücülük vəsiqəsi vermişdir. Bundan sonra o, Azərbaycan Respublikasına qayıtmış və həmkəndlisi Loğman adlı şəxslə görüşərək ona məxsus olan, Rusiya Federasiyasına yük aparıb-gətirən yük avtomobillərindən birində köməkçi sürücü kimi işə götürməsini xahiş etmiş, Loğman da ona etiraz etməmiş, daha sonra isə o, Loğmana məxsus olan “Renault” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobildə köməkçi sürücü kimi işə başlamışdır. Bundan sonra xx xxxx 2020-ci il tarixdə “Renault” markalı avtomobilin sürücüsü ilə Cəlilabad rayonunun Göytəpə qəsəbəsindən avtomobilə çiyələk yükləyərək X1 şəhəri istiqamətində yola çıxmış, xx xxxx 2020-ci il tarixdə təxminən saat 07 radələrindən sonra isə Qusar rayonuna çatmış və “Renault” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ilə birlikdə Qusar rayonu ərazisində yerləşən “Samur” keçid məntəqəsinə çatdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşları sənədləri yoxlayarkən o, sərhəddi keçmək məqsədilə üzərində olan AF125793 seriya nömərli “BE CE” dərəcəli saxta sürücülük vəsiqəsini təqdim etmiş, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həmin sürücülük vəsiqəsinin saxta olduğuna şübhə edildiyindən ondan götürülmüş və bu barədə müvafiq sənədləşmə aparmışlar. Hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirir, törətdiyi əməlin ictimai təhlükəli əməl olmasını tam dərk etməklə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı, məhkəmə iclasında elan olunmuş şahid ifadələri, məhkəmə ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla ona tam sübuta yetirilmişdir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, o, 2011-ci ildən etibarən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində gizir kimi hərbi xidmətə başlamışdır. Belə ki, ilkin olaraq hərbi xidmətinə Dövlət Sərhəd Xidmətinin Füzuli rayonunda yerləşən N saylı hərbi hissəsində başlamış, xx xxxxxx 2011-ci il tarixdə xidmətini davam etdirmək üçün “Heydər Əliyev adına X6” sərhəd nəzarəti şöbəsinə göndərilmiş, bir müddət orada xidmət etdikdən sonra xx xxxxxx 2020-ci il tarixdən Qusar rayonu Samur qəsəbəsində, Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” X4 leytenant hərbi rütbəsində birinci sərhəd nəzarəti bölməsinin zabit nəzarətçisi kimi xidmətə başlamış, hazırda da həmin yerdə xidmətini davam etdirir. O, xx xxxx 2020-ci il tarixdə saat 20:00-dan xx xxxx 2020-ci il tarixdə saat 09:00-dək “Samur” X4 Rusiya Federasiyası istiqamətində nəqliyyat vasitələrinin “Çıxış” xəttində “Sənədlərin yoxlanışı” sərhəd naryad xidmətinə təyin olunmuş, xx xxxx 2020-ci il tarixdə saat 07:58 radələrində xidmətdə olan zaman Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində hərəkət edərək sərhəddi keçmək istəyən “Renault” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün sənədlərini yoxlayan zaman avtomobildə iki sürücü olduğunu görmüş, belə ki, sürücülərdən bir əsas, digəri isə köməkçi sürücü olmuşdur. O, əsas sürücünün sənədlərini yoxlayan zaman onun bütün sənədlərinin qaydasında olduğu müəyyən olunmuş, daha sonra isə həmin avtomobildə ikinci sürücü kimi olan, sonradan adını öyrəndiyi, Massalı rayon sakini Təqsirləndirilən şəxs özünə məxsus olan sənədləri ona təqdim etmiş, o, da Vüsalın sənədlərinə baxış keçirən zaman onun təqdim etdiyi, AF125793 seriya nömərli “BE CE” dərəcəli sürücülük vəsiqəsinin saxta olmasına şübhə etmiş, ona görə də dərhal “Növbə başçısı” vəzifəsində xidmət aparan, kapitan Şahid2 məlumat vermiş, Asım Bağışov da Təqsirləndirilən şəxs təqdim etdiyi AF125793 seriya nömərli “BE CE” dərəcəli sürücülük vəsiqəsinə baxış keçirən zaman onun saxta olduğunu bildirmiş, sonra isə Təqsirləndirilən şəxs AF125793 seriya nömərli, saxta olmayan “BC” dərəcəli sürücülük vəsiqəsinin olduğu da müəyyən olunmuşdur. Daha sonra hər iki sürücülük vəsiqəsi Vüsaldan götürülmüş və həmin gün saat 08:08 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq barəsində müvafiq araşdırma aparılmağa başlanmış, şifahi sorğu zamanı da Təqsirləndirilən şəxs Rusiya Federasiyasına getmək istədiyini və bu məqsədlə də sərhəddi asanlıqla keçmək üçün həmin saxta sürücülük vəsiqəsini hazırlatdığını və ondan istifadə etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək həmin faktı təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 08:45-də 24 (iyirmi dörd) saat müddətə qədər inzibati qaydada tutulub saxlanılmışdır. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 18:37-də Azərbaycan Resublikası CM-nin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli qətimkan tədbiri seçmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə saat 11:47-də tutulmadan azad edilmişdir. Cinayət işinin materiallarında olanAzərbaycan Respublikası DİN Baş Əməliyyat və X2 tərəfindən verilmiş 012-15324-1220 saylı xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Samur DSBM-dən Rusiya Federasiyası istiqamətində ölkə hüdudlarını tərk etmək istəyərkən məhdudiyyət siyahısında olması səbəbindən dövlət sərhədindən buraxılmayaraq geri qaytarılması aşkar edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Resublikası DİN Baş Dövlət X8 tərəfindən verilmiş 314-2431-1220 saylı xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2018-ci il tarixdə AF-125793 saylı “BC” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin məhkəmə-texniki ekspertizası üzrə xx xxxxxx 2020-ci il tarixli, 5/471-5/478 saylı ekspert rəyindən görünür ki,-Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs adına olan AF125793 seriya nömərli “BE CE” dərəcəli sürücülük vəsiqəsinin blankı texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və axın printerlə çap edilmişdir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs adına olan AF125793 seriya nömərli “BE CE” dərəcəli Azərbaycan Respublikasının sürücülük vəsiqəsinə oxşar tədqiqat obyekti müqayisəli tədqiqat aparmaq üçün təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan AF125793 seriya nömərli “BC” dərəcəli Azərbaycan Respublikasının sürücülük vəsiqəsi çap üsuluna və texnoloji, fiziki-kimyəvi mühafizə vasitlərinə görə fərqlənirlər. Tədqiqata təqdim edilmiş AF125793 seriya nömərli “BE CE” kateqoriyalı sürücülük vəsiqəsinin və AF125793 seriya nömərli “BC” dərəcəli sürücülük vəsiqəsinin hazırlanmasında axınlı printerlərdə istifadə olunan rəngləyici maddələrdən istifadə olunmuşdur. Tədqiqata təqdim edilmiş AF125793 seriya nömərli “BE CE” dərəcəli sürücülük vəsiqəsinin və AF125793 seriya nömərli “BC” dərəcəli sürücülük vəsiqəsi materiallarının fiziki xüsusiyyətlərinə görə öz aralarında fərqlənirlər. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqata təqdim edilmiş sürücülük vəsiqəsinin hazırlanma vaxtını müəyyən etmək mümkün olmadı. Cinayət işinin materiallarında olan Azərbaycan Resublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 5/471-5/478 saylı ekspetiza xərclərinə dair bildirişdən görünür ki, həmin ekspertiza üzrə aparılmış tədqiqatın dəyəri 120 (bir yüz iyirmi) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Masallı RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 1937 nömrəli arayışdan görünür ki, Qafarov X3 rayonu Ərkivan qəsəbəsində qeydiyyatdadır və həmin qəsəbədə yaşayır. İş materiallarında olan Masallı RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Masallı RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 1936 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi xx xxxxxx 1947-ci il təvəllüdlü anası Maral Qafarovadan, xx xxxx 1972-ci il təvəllüdlü qardaşı Məmməd Qafarovdan, xx xxxx 1976-cı il təvəllüdlü bacısı Səadət Qafarovadan, xx xxx 1980-ci il təvəllüdlü bacısı Günel Qafarovadan və xx xxxxxx 1973-cü il təvəllüdlü qardaşı Vidadi Qafarovdan ibarətdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları qiymətləndirərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxs X5 cəza təyin edilməsi məsələsini müzakirə edərkən ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş cinayət işinin materiallarına əlavə edilmiş AF125793 seyiya nömrəli “BE CE” dərəcəli saxta sürücülük vəsiqəsi iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia olmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinib, 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə xx xxxx 2020-ci il tarixdə inzibati qaydada tutulduğu 01 (bir) gün, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, cəmi 03 (üç) gün müddət nəzərə alınmaqla təyin olunmuş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 1700 (bir min yeddi yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödəsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs alınıb VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAR (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesaba ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş, cinayət işinin materiallarına əlavə edilmiş AF125793 seyiya nömrəli “BE CE” dərəcəli saxta sürücülük vəsiqəsi iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar