Məhkəmə qərarları › İş №1(029)-95/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-95/2025

12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-95/2025 12.11.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, yol hərəkəti qaydalarını pozmuş, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Qusar rayonu ərazisindən keçən 184-cü km-də texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi “Mersedes Benz” mikroavtobus markalı 90-JP- 440 dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu istiqamətindən Bakı şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır") üstünlük yol nişanının tələblərini pozaraq yəni, üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini gözləməli və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib, idarə etdiyi avtomobillə, Quba rayonu istiqamətindən gələn Şahid idarə etdiyi “Volsfagen Passat” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Volsfagen Passat” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sol əlinin 5-ci darağ sümüyünün yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, “X1 Voleybol Klubu” MMC-nə məxsus “Mersedes Benz” mikroavtobus markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Mersedes Benz” mikroavtobus markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu “şahdağ” istirahət mərkəzindən çıxıb Bakı şəhərinə qayıtmışdır. Həmin günü saat 14 radələrində idarə etdiyi avtomobillə Bakı-Quba- Dağıstan sərhədi avtomobil yoluna çıxmazdan əvvəl “Stop” işarəsi yazılan yerdə avtomobili saxlamış və Quba istiqamətində avtomobilin olmadığını görüb hərəkətə başlayaraq, avtomobili Bakı-Quba-Dağıstan sərhədi avtomobil yoluna çıxarıb Bakı istiqamətində idarə edərkən Quba istiqamətindən gələn “Volsfagen Passat” markalı **-CL- *** dövlət qeydiyyat nişanlı avtomobil qarşı tərəfi ilə idarə etdiyi avtomobilin sol arxa yan tərəfi ilə toqquşmuşdur. Bundan sonra o, avtombili hadisə yerində saxlamışdır. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Həmin vaxt o, hər hansı bir xəsarət almamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etmiş, özünü təqsirli bilmiş, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 30 dekabr 2024-cü il tarixdə saat təxminən 14 radələrində tanışı Şahid məxsus “Volkswagen Passat” minik markalı 77-CL- 409 dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərindən, Xudat şəhərinə doğru getmişlər. Həmin vaxt Vasif idarə etdiyi avtomobili Bakı-Quba-Dağıstan avtomobil yolunun Qusar rayonu ərazisindən keçən 184-cü kilometrliyi ilə üzü Xudat istiqamətində hərəkət hissəsinin sağ tərəfi ilə saatda 80-90 km sürətlə idarə etmişdir. O, həmin vaxt qarşı tərəfdə oturmuşdur. Bu zaman Qusar istiqamətindən ikinci dərəcəli yoldan əsas yola “Mersedes Benz” markalı mikroavtobusun dayandığı görmüş, həmin mikroavtobusun dayandığı hərəkət zolağında “Stop” işarəsi olmuşdur. Vasif idarə etdiyi avtomobillə həmin “Mersedes Benz” markalı mikroavtobusa çatmağa təxminən 65-70 metr qalmış, həmin avtomobil Vasifin idarə etdiyi avtomobilin hərəkət zolağına çıxmış və Vasif idarə etdiyi avtomobilin qarşı tərəfi ilə “Mersedes Benz” markalı mikroavtobusun sol arxa tərəfi ilə toqquşmuşdur. Bundan sonra o xəsarət aldığı üçün Qusar MRX-na müraciət etmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs ifadəsinə uyğun eyniməzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyi Publik hüquqi şəxsin Qusar rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 24 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəıyyən edilmiş xəsarət-sol əlinin 5-ci darağ sümüyünün yerdəyişən sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə, xx.xx.2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 15 aprel 2025-ci il tarixli 8/860 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən ““Mersedes Benz” mikroavtobus markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” üstünlük nişanının ) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən: hərəkət üçün təhlükə yaranan anda “Volkswagen Passat” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən müvafiq olaraq 64,5-77,7 metr kiçik məsafədə olmasını istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Şahid hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda “Volkswagen Passat” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən müvafiq olaraq 64,5-77,7 metr böyük məsafədə olmasını istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Şahid hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan 707 saylı DYP postunda videogörüntüyə baxış keçirilən zaman Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Qusar rayonu ərazisindən keçən 184-cü kilometliyində, Qusar istiqamətindən Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz” mikroavtobus markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Stop” nişanını gözləmədən Bakı-Quba-Dağıstan avtomobil yoluna çıxması və Quba istiqamətindən hərəkət hissəsinin sağ zolağı ilə düzünə hərəkət edən Şahid idarə etdiyi “Volswagen Passat” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması müəyyən edilmişdir. İş materiallarından görünür ki, iş üzrə “Mersedes Benz” mikroavtobus markalı **-JP- *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2033-cü il tarixə kimidir. İş materiallarından görünür ki, 30 dekabr 2024-cü il tarixli 315 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktı ilə Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən edilmişdir. İş materiallarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Binəqədi rayon məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı üçün xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətlərinin olması və həmin cinayət əməllərinin təqsirləndirilən şəxs tərəfindən ehtiyyatsızlıqdan törədilməsi tam təsdiq olunur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, həqiqətən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə qeyd edilən maddi hüquq normalarını və cinayət işinin bütün hallarını məcmu halda nəzərə alaraq, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qanununun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1. Aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.11. cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda 43.1. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda 175.2. Qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. 175.5. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və « Mersedes Benz” mikroavtobus markalı **- JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalı, 708 saylı DYP postunda video müşahidə kameraları vasitəsi ilə “Mersedes Benz” mikroavtobus markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Volswagen Passat” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması qeydə alınmasını əks etdirən 01 (bir) ədəd Kompakt Disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar Rayon Polis Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və « Mersedes Benz” mikroavtobus markalı **- JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın, “Mersedes Benz” mikroavtobus markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Volswagen Passat” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması qeydə alınmasını əks etdirən 01 (bir) ədəd Kompakt Disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar Rayon Polis Şöbəsinə göndərilsin. Qərar elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar