Məhkəmə qərarları › İş №1(029)-96/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-96/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-96/2021 21.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs və mülki iddiaçı: Zərərçəkmiş şəxs, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1999-cu ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Belə ki, o, fərdi sahibkar Zərərçəkmiş şəxs sahibliyində olan, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş vergi ödəyicisinin obyektinin olduğu yer üzrə uçota alınması haqqında 20.04.2015-ci il tarixli, **********2 nömrəli arayışı ilə qeydiyyata alınmış, Qusar şəhəri, Sahil küçəsində yerləşən “Pioneer” Tikinti materialları satışı obyektində Zərərçəkmiş şəxsla aralarında bağlanmış 10.07.2019-cu il tarixli əmək müqaviləsi və ona etibar olunmuş əmlakın mənimsənilməsinə yol verməməklə öz əmək funksiyalarını layiqincə yerinə yetirməsini tam məsuliyyəti ilə öz üzərinə götürməsi məqsədi üçün tam maddi məsuliyyət barədə eyni tarixli müqaviləyə əsasən rəsmi olaraq 10.07.2019-cu il tarixdən 20.05.2021-ci il tarixədək, faktiki olaraq isə 03.03.2021-ci il tarixədək xəzinədar vəzifəsində işləyərkən əmək funksiyalarına uyğun olaraq ona həvalə olunmuş əmlakı, mal və materialları, pul vəsaitlərini qoruyub saxlamalı, malın satış məbləğini mağazanın xəzinəsinə mədaxil etməli olduğu halda, bunu etməyərək ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaqdan ibarət cinayətkar niyyətinə uyğun olaraq 2020-ci ilin təxminən aprel ayından (istintaqla dəqiq müəyyən edilməyən gündən) 27.02.2021-ci il tarixədək olan dövr ərzində maddi məsul şəxs olmaqla ona inanılıb tapşırılmış kassadan ayrı-ayrı vaxtlarda, müxtəlif məbləğlərdə olan pul vəsaitlərini şəxsi ehtiyacları üçün götürüb xərcləmiş, daha sonra törətdiyi əməli gizlətmək məqsədi ilə işlədiyi mağazanın müdiri Şahid2 ilə aralarında gündəlik qeydlər edilib imzaları ilə təsdiqlənən hesabat dəftərində obyektin kassasından götürdüyü pul vəsaitlərinin məbləğlərinə uyğun olaraq kassa məbləğini az yazmaqla, cəmi borc məbləğini isə qəsdən şişirdib guya həmin məbləğlərin borc məbləğlərinə aid olduğunu bildirməklə 20.910,40 manat (iyirmi min doqquz yüz on manat qırx qəpik) məbləğində pul vəsaitlərini vahid niyyətlə götürüb mənimsəməklə talamış, sonra isə işlədiyi obyektin kassasından götürdüyü pulların bir hissəsini borc məbləğlərinə daxil etmiş, digər hissəsinin əvəzində isə cəmi məbləğləri məqsədli şəkildə şişirtdiyi borc məbləğlərini hesabata aidiyyəti olmayan qaralama dəftərində özü üçün yazmış və 02.03.2021-ci il tarixdə fərdi sahibkar Zərərçəkmiş şəxs baş mühasibi işləyən Şahid1 ona məxsus olan obyektlərin borc siyahılarını yoxlayarkən onun şişirtdiyi məbləğin üstü açıldığı üçün “Pioneer” Tikinti materialları satışı obyektinin xəzinədarı kimi ondan borcluların adlı siyahısını tələb etdikdə, törətdiyi əməli gizlətmək məqsədi ilə mağazaya olan borcların cəmi məbləğini qəsdən şişirdərək yazdığını, kassadan götürüb özü üçün xərclədiyi pulu mənimsədiyini etiraf etmiş, 03.03.2021-ci il tarixdə obyektdə aparılan təhvil-təslim zamanı ona etibar olunmuş kassadan pulları özünə götürməsi nəticəsində hesabat üzrə verdiyi borc məbləği 77594.70 manat olduğu halda, faktiki borc 56684.30 manat müəyyən olunmaqla, çatışmazlıq isə 20.910,40 manat təşkil etməklə, “Pioneer” Tikinti materialları satışı obyektinin kassasında olan pul vəsaitlərinin qorunub saxlanılmasına maddi məsul şəxs olmaqla qeyd olunan obyektə həmin məbləğdə maddi ziyan vurduğu pulun cəmi 8.000 (səkkiz min) manatını ödəsə də, 12.910,40 manat (on iki min doqquz yüz on manat qırx qəpik) məbləğdə olan hissəsini isə qaytarmamış, bununla da öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş cəmi 20.910,40 manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş, mülki iddianı etiraf etmiş və ifadə verərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, 2019-cu ilin iyul ayından Zərərçəkmiş şəxs məxsus “Pioneer” Tikinti materialları satışı obyektinin xəzinədarı vəzifəsində işləmiş, aylıq əmək haqqı 250 manat təşkil etmişdir. Həqiqətən də, o, borcları olduğundan, həmçinin pay torpaq sahəsini öz adına keçirmək üçün 2020-ci ilin aprel ayından 2021-ci ilin fevral ayınadək olan dövrdə işlədiyi obyektin kassasından ittiham aktında göstərilən məbləğdə pullar götürmüş, həmin pullarla borclarını ödəmiş, eləcə də, torpaq sahəsini adına keçirmişdir. Sonradan baş mühasib ona zəng edərək obyektə borcu olan şəxslərin siyahısını istəmiş, o, isə hesabatda əksiklik olduğunu demiş, lakin borcları səhv hesabladığını deməmişdir. O, torpaq sahəsini satıb kassadan götürdüyü pulun 8000 manat hissəsini ödəmiş, Zərərçəkmiş şəxs 4000 manat da ödəməsini demiş, lakin, həmin pulu ödəyə bilməmişdir. Gələcəkdə pulun qalan hissəsini də işləyib ödəyəcəkdir. Mülki iddianı da etiraf edir, həmin pulun ondan tutulmasına etiraz etmir, lakin 129 manat dövlət rüsumunun ondan tutulmasına razı deyildir. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs həmçinin hazırda pulu olmadığından zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəmədiyini, həmin şəxsin ondan şikayətçi olduğunu göstərərək barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 10.07.2019-cu il tarixdə Qusar şəhərində fəaliyyət göstərən fərdi sahibkar Zərərçəkmiş şəxs ilə əmək müqaviləsi bağlamaqla həmin şəxsə məxsus “Pioneer” Tikinti materialları satışı obyektində xəzinədar kimi işə qəbul olunmuş, həmin işə götürülərkən onunla tam maddi məsuliyyət barədə müqavilə bağlanılmışdır. Funksional vəzifələrinə özünə həvalə olunmuş əmlakın, mal və materialların, pul vəsaitlərinin qorunub saxlanılması, malın satış məbləğinin mağazanın xəzinəsinə mədaxil olunmasından ibarət olmuşdur. Özündən başqa işçi kimi orada mağaza müdiri Şahid2, ekspeditor Şahid4 Şixsəyid oğlu, mühafizəçi X3 və fəhlələr olmuşlar. Fərdi sahibkar Zərərçəkmiş şəxs məxsus obyekt və müəssisələrin mühasibatlıq işini, hesabatlara onun yaxın adamı, qohumu kimi baş mühasib Şahid1 nəzarət etmişdir. Hər günün sonunda özü xəzinədar kimi obyektdə yığılan pullar barədə qeydlər aparıb mağaza müdiri Şahid2 hesabat vermişdir. Belə ki, gün ərzində mağazanın dövriyyəsi, satılan mallardan əldə olunan, eləcə də kassada qalan məbləğlər, borc məbləği və digər ödənişlər barədə hər gün müvafiq dəftərdə qeyd edilmiş, sonra hesabat aparılmışdır. Hər hesabat apardıqdan sonra dəftərin səhifələri özü, bəzi hallarda isə Şahid2 tərəfindən imzalanmışdır. Bu dəftərdəki yazılar, “Gəlir” sözünün qarşısındakı gündəlik satılan mallardan əldə olunub müdiriyyətə təhvil verilən məbləğlər, “Xərc” sözünün qarşısındakı xərclərin məbləği, “Borc” sözünün qarşısındakı borc məbləği, “Kassa” sözünün qarşısındakı kassada qalan məbləğlər, “Qəpik” sözünün qarşısındakı qəpiklərin məbləği, “Kredit” sözünün qarşısındakı kredit məbləği, “Post terminal” sözünün qarşısındakı plastik kartla edilən ödənişlər və həmin yazıların altında qeyd edilən, Şahid2 qaytarılan məbləğlərə dair rəqəmlər, dəftərin 1-ci vərəqinin ön və arxa tərəfində, 2-ci vərəqinin ön tərəfində, 3-cü vərəqinin ön və arxa tərəfində, 4-cü vərəqinin ön tərəfində, həmin vərəqin arxa tərəfində sağda, 5-ci vərəqinin ön və arxa tərəfində, 6-cı vərəqinin ön və arxa tərəfində, 7-ci vərəqinin ön və arxa tərəfində, 8-ci vərəqinin ön tərəfində, 9-cu vərəqinin arxa tərəfində, 10-cu vərəqinin ön və arxa tərəfində, 11-ci vərəqinin ön və arxa tərəfində, 12-ci vərəqinin ön və arxa tərəfində, 13-cü vərəqinin ön və arxa tərəfində, 14-cü vərəqinin ön və arxa tərəfində, 15-ci vərəqinin ön və arxa tərəfində, 16-cı vərəqinin ön tərəfində solda, həmin vərəqin arxa tərəfində, 17ci vərəqinin ön tərəfində, 18-ci vərəqinin ön və arxa tərəfində, 19-cu vərəqinin ön və arxa tərəfində, 20-ci vərəqinin ön və arxa tərəfində, 21-ci vərəqinin ön və arxa tərəfində, 22-ci vərəqinin ön və arxa tərəfində, 23-cü vərəqinin ön və arxa tərəfində, 24-cü vərəqinin ön və arxa tərəfində, 25-ci vərəqinin ön və arxa tərəfində, 27-ci vərəqinin ön və arxa tərəfində, 28-ci vərəqinin ön və arxa tərəfində, 29-cu vərəqinin ön tərəfində olan imzalar özü tərəfindən yazılmışdır. Bəzi vərəqlər sonradan hesabat aparıldığından, yaddan çıxdığından imzalanmamışdır. Həmin dəftərin səhifələrində “Kompüter” sözünün qarşısında olan gündəlik dövriyyəni, “Endirim” sözünün qarşısında olan güzəşt məbləğini əhatə edən kompüter göstəricilərinə dair rəqəmlər, özü işə gələnə kimi Şahid2 tərəfindən mağazadan satılan malların əvəzində götürdüyü pulların hesabatı barədə dəftərin səhifələrinin sağ tərəfində olan rəqəmlər, dəftərin 15-ci vərəqinin arxa tərəfində olan “post terminal 60,0” yazıları, dəftərin 4-cü vərəqinin arxa tərəfində solda, 16-cı vərəqinin ön tərəfində sağda, 29-cu vərəqinin arxa tərəfində və 30-cu vərəqinin ön tərəfində olan imzalar isə Şahid2 tərəfindən yazılmışdır. Bu dəftərdə özü işə gələnə kimi Şahid2 tərəfindən mağazadan satılan malların əvəzində götürdüyü pulların hesabatını bəzi hallarda özü yazmışdır. Eləcə də dəftərin 5-ci vərəqinin arxa tərəfində, 6-cı vərəqinin ön tərəfində, 8-ci vərəqinin ön və arxa tərəfində, 10-cu vərəqinin ön tərəfində, 14-cü vərəqinin ön tərəfində, 15-ci vərəqinin arxa tərəfində, 20-ci vərəqinin arxa tərəfində, 22-ci vərəqinin ön və arxa tərəfində, 23-cü vərəqinin ön və arxa tərəfində, 25-ci vərəqinin ön tərəfində, 29-cu vərəqinin arxa tərəfində, 30-cu vərəqinin ön tərəfində “Kompüter” sözünün qarşısında olan gündəlik dövriyyəni, “Endirim” sözünün qarşısında olan güzəşt məbləğini əhatə edən kompüter göstəricilərinə dair rəqəmləri də özü yazmışdır. Bu dəftərdə “Borc” sözünün qarşısındakı borc məbləği, “Kassa” sözünün qarşısındakı kassada qalan məbləğləri, “Qəpik” sözünün qarşısındakı qəpiklərin məbləğini topladıqda kassanın faktiki qalıq məbləği alınmışdır. Beləliklə də, həmin dəftərdə yazılar, gündəlik satılan mallardan əldə olunub müdiriyyətə təhvil verilən məbləğlər, xərclər, borc məbləği, kassada qalan məbləğlər, qəpiklərin məbləği, kredit məbləği, plastik kartla edilən ödənişlər və mağaza müdiri Şahid2 qaytarılan məbləğlər özü tərəfindən, gündəlik dövriyyəni, güzəşt məbləğini əhatə edən kompüter göstəriciləri və özü işə gələnə kimi Şahid2 tərəfindən mağazadan satılan malların əvəzində onun tərəfindən götürülmüş pulların hesabatı isə Şahid2 tərəfindən yazılmışdır. Bu dəftər əsasında hər gün özü ilə mağaza müdiri Şahid2 arasında hesabat aparılmışdır. Hər gün satılan mallardan əldə olunan pullardan müəyyən qədər hissəsini Şahid2 müdiriyyətə çatdırması üçün təhvil verib həmin məbləği də dəftərdə qeyd etmişdir. “Pioneer” Tikinti materialları satışı obyektində xəzinədar vəzifəsində işlədiyi müddətdə, 2020-ci ilin təxminən aprel ayından 27.02.2021-ci il tarixədək özünə etibar olunmuş kassadan heç kimə xəbər etmədən müəyyən məbləğdə pullar götürüb öz şəxsi məqsədləri üçün xərcləmişdir. Maddi cəhətdən ehtiyacı olduğundan, obyektin kassasında olan özünə etibar olunmuş pulları öz şəxsi məqsədləri üçün xərcləyib, daha da qazanıb götürdüyü pulları yerinə qoyacağını, heç kimin də bunu bilməyəcəyini fikirləşmişdir. Obyektin kassasında çatışmazlığı yaranmış 20.910,40 manat (iyirmi min doqquz yüz on manat qırx qəpik) məbləğində pul özünün məsuliyyətində olmuş, həmin pulun hamısını hissə-hissə obyektin kassasından götürüb öz şəxsi məqsədləri üçün xərcləyərək mənimsəmiş, hər dəfə kassadan pulu götürdükdə, mühasib tərəfindən hesabat aparılarkən kassada heç bir çatışmazlıq faktı aşkar olunmaması üçün borc məbləğlərini qəsdən şişirtmişdir. Qeyd olunan dəftərdə kassadan götürdüyü pulların məbləğinə uyğun olaraq kassa məbləğini azaldıb, əvəzində borc məbləğini qəsdən artıq yazmış, yəni həqiqətdə olan borc məbləğini əsassız olaraq artıq qeyd etmişdir. Özündə qaralama kimi ayrıca dəftər də olmuşdur. Bu dəftərdə borc məbləğlərini toplayıb özü üçün qeydiyyat aparmışdır. Həmin dəftəri sahibkar Zərərçəkmiş şəxs təhvil vermiş, o da bildiyi qədər cinayət işinin materiallarına əlavə edilməsi üçün təqdim etmişdir. Bu dəftərin hesabata aidiyyəti olmamış, həmin qaralama dəftərdə borc məbləğlərini hesablayıb, sonra isə ora özünün kassadan götürdüyü məbləğləri də borc kimi yazmış, eləcə də götürdüyü pulların digər hissəsinin əvəzində borc məbləğlərini toplayarkən onları qəsdən artırmışdır ki, cəmi olan məbləğ artsın. Bu yolla da kassadan götürdüyü pulun məbləğini yekun borc məbləğlərinə daxil etmişdir. Həmin cəmi borc məbləğini Şahid2la aralarında apardıqları hesabat dəftərində qeyd etmiş, kassadan götürdüyü pulun məbləğinə uyğun olaraq cəmi borc məbləğlərini artırıb kassa məbləğini isə azaltmışdır. Həmin qaralama dəftərdə olan bütün rəqəmlər, qeydlər özü tərəfindən yazılmışdır. Bu dəftərin nömrələnmiş vərəqlərində, yəni tarix yazılmış vərəqlərində sol tərəfdə “Pioneer” Tikinti materialları satışı obyektinə borclu olan vətəndaşların borclarını hissə-hissə yazmış, sağ tərəfində obyektə borclu olan restoran, firmaların, digər obyektlərin borclarını, aşağı tərəfində isə obyektdən mal alan şəxslərin verdikləri avans məbləğlərini qeyd etmişdir. Həmin vərəqlərin orta tərəfində vətəndaşların cəmi borcları və obyektlərin cəmi borclarını düzgün olaraq deyil, şişirdərək toplamış, borcların cəmi məbləğindən isə avans məbləğlərini çıxmışdır. Alınmış məbləğ isə borcların cəmi məbləği olmuşdur. Bu borc məbləğini də Şahid2la aralarında olan hesabat dəftərinə köçürtmüşdür. Bu dəftərin sol tərəfdəki səhifələrinin sol, sağ və aşağı hissələrində cədvəllər yazmışdır. Sol hissədəki cədvəlin “-” işarəsinin alt hissəsində vətəndaşların qaytardıqları borc məbləğlərini, “+” işarəsinin alt hissəsində isə vətəndaşların aldıqları borc məbləğlərini qeyd etmişdir. Bu səhifələrin sağ hissəsindəki cədvəlin “-” işarəsinin alt hissəsində obyektlərin qaytardıqları borc məbləğlərini, “+” işarəsinin alt hissəsində isə obyektlərin aldıqları borc məbləğlərini yazmışdır. Bu səhifələrin aşağı hissəsindəki cədvəlin “-” işarəsinin alt hissəsində qaytardığı avans məbləğlərini, “+” işarəsinin alt hissəsində isə aldığı avans məbləğlərini yazmışdır. Hər səhifədəki cədvəllərdə olan hesablamaları aparıb növbəti günün borc məbləğlərini qeyd etmişdir. Yazdığı borc məbləğləri dəyişdiyi halda, onları dairəyə almışdır. Həmçinin “Pioneer” Tikinti materialları satışı obyektinin kassasından götürdüyü pulun əvəzində borcların cəmi məbləğlərini şişirtmişdir. Belə ki, vətəndaşların, obyektlərin həqiqi borclarını topladıqda alınmış məbləğ ilə özünün yazdığı cəmi məbləğ düzgün olmamışdır. Qəsdən cəmi borc məbləğini artıq yazmışdır. Obyektin kassasından götürdüyü pulun bir hissəsinin məbləği cəmi borc məbləğlərinin içərisində olmuşdur. Eləcə də kassadan götürdüyü pulun digər hissəsini qaralama dəftərində obyektlərin borclarının içərisində yazıb cəmi məbləğ ilə toplamışdır. Belə ki, dəftərin 1-8-ci, 11-ci vərəqlərinin ön tərəflərində obyektlərin borclarının sırasında aşağıda yazdığı 2500 manat, 9, 10-cu vərəqlərinin ön tərəfində yazdığı 2600 manat, 12, 13-cü vərəqlərinin ön tərəfində 2650 manat, 14-20-ci vərəqlərinin ön tərəfində 2700 manat, 21-ci vərəqinin ön tərəfində 2750 manat, 22, 23-cü vərəqlərinin ön tərəfində 2800 manat, 24, 25-ci vərəqlərinin ön tərəfində 2810 manat, 26-30-cu vərəqlərinin ön tərəfində 2920 manat özünün kassadan götürdüyü pulun bir hissəsi olmuşdur. Hər dəfə kassadan pul götürüb qaytardıqda bu məbləği dəyişmişdir. Belə ki, bu dəftərin 8-ci vərəqinin arxa tərəfində sağdakı cədvəlin “+” işarəsinin alt hissəsində kassadan götürdüyü 100 manat pulu, 10-cu vərəqin arxa tərəfində sağdakı cədvəlin “-” işarəsinin alt hissəsində kassaya qaytardığı 100 manat pulu, 11-ci vərəqinin arxa tərəfində sağdakı cədvəlin “+” işarəsinin alt hissəsində kassadan götürdüyü 150 manat pulu, 13-cü vərəqinin arxa tərəfində sağdakı cədvəlin “+” işarəsinin alt hissəsində kassadan götürdüyü 50 manat pulu, 20-ci vərəqinin arxa tərəfində sağdakı cədvəlin “+” işarəsinin alt hissəsində kassadan götürdüyü 50 manat pulu, 21-ci vərəqinin arxa tərəfində sağdakı cədvəlin “+” işarəsinin alt hissəsində kassadan götürdüyü 100 manat pulu, həmin cədvəlin “-” işarəsinin alt hissəsində kassaya qaytardığı 50 manat pulu, 23-cü vərəqinin arxa tərəfində sağdakı cədvəlin “+” işarəsinin alt hissəsində kassadan götürdüyü 10 manat pulu, 25-ci vərəqinin arxa tərəfində sağdakı cədvəlin “+” işarəsinin alt hissəsində kassadan götürdüyü 110 manat pulu yazmışdır. Belə ki, dəftərin 30-cu vərəqində yekun olaraq kassadan götürdüyü pulun bir hissəsini 2920 manat kimi qeyd etmiş, kassadan götürdüyü qalan pulun məbləğini isə borc məbləğlərinin cəminə qəsdən daxil etmişdir. Bu yolla da “Pioneer” Tikinti materialları satışı obyektində işlədiyi müddətdə özünə etibar olunmuş kassadan götürdüyü pulu heç kimə demədən öz şəxsi məqsədləri üçün götürüb xərcləmişdir. Öz-özünə güman etmişdir ki, hansısa yolla bunu bağlayacaq və törətdiyi işin üstü də açılmayacaq. Götürdüyü həmin pulun bir hissəsini rüsum və digər qanuni ödənişləri ödəmək üçün Quba rayonu Digah kəndində mərhum anası Rübabə Pirmətovaya məxsus olmuş 0.13 ha və mərhum nənəsi İzzət Hüseynovaya məxsus olmuş 0.13 ha pay torpaq sahələrini öz adına rəsmiləşdirib 2020-ci ilin təxminən yay aylarında çıxarışlarını almışdır. Həmin torpaq sahələrini öz adına rəsmiləşdirmək üçün işlədiyi obyektin kassasından müxtəlif vaxtlarda pul götürmüş, eləcə də kassadan götürdüyü pulun digər hissəsini isə başqa şəxsi məqsədləri üçün xərcləmiş, borclarını qaytarmışdır. Təxminən 02 mart 2021-ci il tarixdə baş mühasib Şahid1 istifadəsində olan “050 358-68- 60” saylı mobil telefon nömrəsindən onun istifadəsində olan “070 500-09-26” saylı mobil telefon nömrəsinə zəng edib mağazaya borcluların adlı siyahısını verməsini istəmiş, özü isə ona siyahının qarışıq olduğundan həmin vaxt yaza bilməyəcəyini demişdir. Şahid1 siyahını yazmasını yenidən tələb etdikdə, özü də ona yazıb bu barədə məlumat verəcəyini bildirmişdir. Bundan sonra Şahid1 mobil telefon nömrəsinə zəng edib “Pioneer” Tikinti materialları satışı obyektinin kassasından müxtəlif vaxtlarda hissə-hissə olmaqla, cəmi təxminən 21.000 (iyirmi bir min) manat pul götürüb özü üçün xərclədiyini, götürdüyü pulu borc kimi yazdığını etiraf edərək geri qaytaracağına vəd vermişdir. Şahid1 ondan borcluların adlı siyahısını yazıb verməsini istədikdə, həmin siyahını yazmağa başlamışdır. Dəftərdə borcluların siyahısını yazıb dəftərin fotoşəklini çəkərək “whatsapp” mobil tətbiq proqramı vasitəsi ilə Şahid1 mobil telefon nömrəsinə göndərmiş, sonra isə bu dəftər iş yerində qalmışdır. Bu dəftərdə olan borcları topladıqda borcların faktiki məbləğini şişirtdiyi hiyləsi müəyyən edilmişdir. Bunun da səbəbi kassadan özbaşına götürdüyü pulun məbləğinə uyğun olaraq borcların cəmi məbləğini qəsdən şişirtməsi olmuşdur. 03.03.2021-ci il tarixdə özü ilə mağaza müdiri Şahid2 arasında təhvil-təslim aparılan zamanı müəyyən olunmuşdur ki, kassada borc məbləğləri üzrə çatışmazlıq vardır. Kassada yaranmış həmin çatışmazlıq 20.910,40 manat təşkil etmişdir. Bu zaman kassadan pulu heç kimə demədən götürüb öz şəxsi məqsədləri üçün xərclədiyini, borcların ümumi məbləğini şişirdib artıq yazdığını, geri qaytaracağını ona da bildirmişdir. Ona görə də artıq işə gəlməməsi bildirilmiş, bu səhvləri üzündən işdən kənarlaşdırılmışdır. Kassadan sonuncu dəfə 26.02.2021-ci il tarixdə özü üçün 110 manat pul götürüb şəxsi məqsədləri üçün xərcləmişdir. Kassaya maddi məsul, cavabdeh şəxs özü olduğundan yaranmış 20.910,40 manat məbləğində çatışmazlıq onun üzündən yarandığından, öz üzərinə götürərək ödəyəcəyini bildirmişdir. Kassada borc məbləğləri üzrə pulun çatışmazlığı aşkar edildikdən sonra ayrı-ayrı vaxtlarda Şahid2 müxtəlif məbləğlər olmaqla, cəmi 8.000 manat pulu ödəmiş, çatışmayan 12.910,40 manat (on iki min doqquz yüz on manat qırx qəpik) pulu isə maddi imkanı olmadığı üçün qaytarmamışdır. “Pioneer” Tikinti materialları satışı obyektinin 2021-ci ilin yanvar ayı üzrə olan kassa dövriyyəsi cədvəlini özü kompüter sistemi vasitəsi ilə yazmış, cədvəlin sağ tərəfində olan hesablama rəqəmlərini də özü yazmışdır. Həmin cədvəlin üzərində yazılan “Yanvar 2021” əlyazması isə Şahid2 tərəfindən yazılmışdır. 2021-ci fevral və mart ayları üzrə olan cədvəlləri Şahid2 yazmışdır. Əvvəllər bu cədvəlləri Şahid2 əlyazma ilə yazmış, təxminən 3-4 ay o, kompüter sistemi vasitəsi ilə yazmış, sonradan isə yenidən Şahid2 yazmışdır. Bu cədvəllər özü ilə Şahid2 arasında olan gündəlik haqq-hesabın aparılmasına dair dəftər əsasında yazılmışdır. Hesabat da bu formada davam etmişdir. Kassa dövriyyəsi cədvəllərində əvvəlki günün “Faktiki qalıq” bölməsində olan məbləğ ilə növbəti günün “Nağd satış” bölməsində yazılmış kompüter göstəricisi, “Təzə borcdan” və “Köhnə borcdan” bölmələrində yazılmış qaytarılan borc məbləğləri, “Kreditdən” bölməsində yazılmış kredit ödənişləri toplanılmış, həmin məbləğdən “Təhvil verilib” bölməsində yazılmış gündəlik satılan mallardan əldə olunub müdiriyyətə təhvil verilən məbləğlər, “Xərclər” bölməsində qeyd edilmiş xərclərin məbləği, “Pos terminal” bölməsində qeyd edilmiş plastik kart vasitəsi ilə edilən ödənişlər çıxıldıqdan sonra alınmış məbləğ “Qalıq” bölməsində qeyd edilmişdir. “Faktiki qalıq” bölməsində isə hesabatda olan borc məbləğləri ilə real olaraq kassada qalmış pulların, qəpiklərin faktiki cəmi qeyd edilmişdir. Faktiki qalıq ilə hesabat qalığı arasında olan fərq isə “Fərq” bölməsində qeyd edilmişdir. “Endirim” bölmələrində isə güzəşt məbləğləri yazılmışdır. Kompüter göstəricisi güzəşt məbləği çıxıldıqdan sonra alınan məbləği əks etdirdiyindən, hesablama zamanı həmin məbləğ cəmi məbləğdən yenidən çıxılmır. Cədvəlin sağ tərəfində və aşağı hissəsində sağda isə ay üzrə yaranmış ümumi fərq məbləği yazılmış, fərq artıqlıq və ya əskikliyi göstərmişdir. “Pioneer” Tikinti materialları satışı obyektində işlədiyi müddətdə hər ay üzrə xırda məbləğlərdə artıqlıq və əskikliklər yaranmış, bu da adi haldır. Obyektin kassasından götürdüyü pulun həmin fərqə aidiyyəti olmamış, çünki kassadan götürdüyü pul cəmi borc məbləğində əks olunmuş, kassadan götürdüyü məbləğlərə uyğun olaraq borcun cəmi məbləğini artırıb, kassa məbləğini isə az yazmış, bu da hesabatda üzə çıxmamışdır. Lakin, baş mühasib Şahid1 tərəfindən “Pioneer” Tikinti materialları satışı obyektinə borcluların adlı siyahısı yoxlanılarkən, özünün obyektin kassasından pulları götürüb borc məbləğlərini qəsdən şişirtməsi üzə çıxmışdır. Kassada borc məbləğləri üzrə yaranmış 20.910,40 manat məbləğ isə özünün səhvi üzündən yaranmış, məsuliyyətini dərk etmişdir. Həmin pulun 8.000 manatını qaytardıqdan sonra qalan hissəsini də qaytaracağı barədə 17.05.2021-ci il tarixdə iltizam yazıb imzalamış, 2021-ci ilin dekabr ayının sonunadək ödəyəcəyini bildirsə də, imkanı olmadığından ödəyə bilməmişdir. Bu əməli özü tək törətmiş, heç kimin bu işdə hər hansı bir iştirakı, rolu, məsləhəti, ideyası olmamış, məsuliyyətdən qorxduğu üçün bu barədə heç kimə də heç bir söz deməmişdir. Güman etmişdir ki, mərhum anasının adına Quba rayonu Digah kəndində olan torpaq sahəsini satıb obyektin kassasından götürdüyü pulu ödəyər, heç kim də tutuduğu əməldən xəbərdar olmaz. Lakin, təəssüf ki, bu işin üstü açılmış və həmin şəxslərin yanında öz etibarını itirmişdir. İşlədiyi obyektin kassasındakı 20.910,40 manat məbləğində pulun çatışmazlığı özünün məsuliyyətindədir. Özünə göstərilmiş inam və etibarı doğrultmamış, səhv əməli ilə işlədiyi “Pioneer” Tikinti materialları satışı obyektinə 20.910,40 manat məbləğdə maddi ziyan vurmuşdur. Məsuliyyətini boynuna alıb peşimançılıq hissi keçirmişdir. Törətdiyi hərəkətlərə görə çox peşman olmuş, atası və anasının vəfat etmələrini, cinayəti törətməsini səmimi etiraf etdiyini, dəymiş ziyanın bir hissəsini ödəməsini, qadınlığını nəzərə alaraq haqq-ədalətlə ona bu işdə köməklik göstərilməsini xahiş etmişdir. İşləyib həmin çatışmazlığı da qeyd olunan obyektə ödəyəcəkdir. Əgər ödəmək fikri olmasa idi, əvvəlki hissəsini də ödəməzdi. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxs və mülki iddiaçının, şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs ona məxsus “Pioneer” Tikinti Materialları obyektində xəzinədar vəzifəsində işləmişdir. İşlədiyi müddətdə özünü bacarıqlı işçi kimi aparmışdır. Onun xətrini öz övladı kimi çox istəmişdir. 2021-ci ilin əvvəllərində baş mühasib obyektdə yoxlama apararkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs obyektə borcu olan şəxslərin borclarını qəsdən şişirdib və obyektin 20910 manatını mənimsəmişdir. Obyektə olan borc 50910 manat olduğu halda, həmin şəxs onu 70910 manat kimi göstərmişdir. Həmin fakt aşkar olunduqdan sonra o, dəfələrlə Lamiyəyə götürdüyü pulları qaytarmasını tələb etmiş, həmin pulun 8000 manat hissəsini qaytarmış, qalan hissəsini isə qaytarmamışdır. Hazırda o, qalan 12910 manat pulu tələb edir. Lamiyə onun pulunu qaytarmasa həbs olunsun, qaytarsa isə həbs olunmasını istəmir. Odur ki, Təqsirləndirilən şəxs barəsində qanuni cəza təyin edilməsini həmçinin mülki iddiası təmin edilməklə həmin şəxsdən onun xeyrinə 12910,40 manat məbləğində pulun, həmçinin mülki iddianı vermək üçün ödədiyi 129 manat pulun tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. O, fiziki şəxs Zərərçəkmiş şəxs baş mühasibi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Qusar şəhəri Sahil küçəsində yerləşən mağazada xəzinədar vəzifəsində işləmişdir. 2021-ci ilin mart ayında o, mağazalara olan borcları təhlil etmək qərarına gəlmiş və bu məqsədlə Təqsirləndirilən şəxs obyektə olan borcların siyahısını tələb etmişdir. Lamiyə əvvəlcə ona işinin çox olduğunu bildirmiş, o, isə işlərini saxlamasını və siyahını verməsini tələb etmiş, bundan sonra Lamiyə “vatsap” vasitəsilə borc kitabının şəklini ona göndərmişdir. Borcları təhlil edərkən məlum olmuşdur ki, Lamiyə 50910 manat məbləğində borcu şişirdərək 70910 manat göstərmişdir. Sonradan Lamiyə etiraf etmişdir ki, qalan 20910 manat fərqi o, kassadan özü üçün götürüb xərcləmişdir. Məlum olmuşdur ki, Lamiyə həmin pulların bir hissısini 1-2 nəfərə borc kimi vermiş, bir hissəsini torpağa xərcləmiş, qalan hissəsini isə digər yerlərə xərcləmişdir. Lamiyə həmin pulların 8000 manat hissəsini qaytarmış, 12910 manat hissəsini isə qaytarmamışdır. O, bu barədə obyektin sahibi Zərərçəkmiş şəxs bildirmiş, sonuncu isə bu barədə prokurorluğa şikayət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. O, Zərərçəkmiş şəxs məxsus “Pioneer” Tikinti Materialları mağazasının müdiri işləyir. Təqsirləndirilən şəxs tanıyır, həmin şəxs həmin mağazada xəzinədar işləmişdir. O, hər səhər işə gələndə pulu əllə yazıb Lamiyəyə vermiş, Lamiyə isə axşamlar yığılan pulları, o cümlədən qaytarılan borc pulları ona vermişdir. Sonradan onlar pulu siyahı ilə tutuşdurub qeydlər aparmışlar. Baş mühasib Cahangir deyənə qədər onun Lamiyənin kassadan pul götürməsindən xəbəri olmamışdır. Baş mühasib borc dəftərini gəlib götürmüş, sonradan bildirmişdir ki, borclar 20910 manat artıq göstərilmiş və həmin məbləğdə pul mənimsənilmişdir. Lamiyə həmin pulları götürdükdən sonra həmin pullar hesabınqa borcları şişirtmiş, dəftərə artıq yazmış, ona görə o, bu barədə şübhələnməmiş, yalnız sonradan bu barədə bilmişdir. Lamiyə sonradan etiraf etmişdir ki, həmin pulları o, götürmüş, özü üçün sürücülük vəsiqəsi, torpaq sahəsi almışdır. Lamiyə həmin pulun 8000 manat hissəsini qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. O, Zərərçəkmiş şəxs hüquq məsləhətçisi işləyir. 2021-ci ilin mart ayında məlum olmuşdur ki, Zərərçəkmiş şəxs məxsus “Pioneer” Tikinti Materialları obyektində 20910 manat məbləğində əksiklik yaranmışdır. Bu barədə Mübariz ona bildirmiş və məlum olmuşdur ki, obyektin xəzinədarı Təqsirləndirilən şəxs həmin pulları götürüb, əvəzində obyektə olan borcları artıq yazmışdır. Sonradan həmin şəxslə görüşərək pulu qaytarması tələb olunmuş, Lamiyə iltizam verərək bildirmişdir ki, 2021-ci ilin dekabr ayına kimi pulu qaytaracaqdır. Növbəti gün isə pulu qaytara bilmədiyini bildirmişdir. Sonradan Lamiyə həmin pulun 8000 manat hissəsini qaytarmış, qalan hissəsini isə indiyədək qaytarmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şixsəyid oğlu Şahid3la analoji ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs onun ögey bacısıdır. Ataları bir, anaları isə ayrıdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus “Pioneer” Tikinti Materialları obyektində xəzinədar işləmişdir. Hazırda o, özü Bakı şəhərində yaşayır. Hər dəfə Qusar şəhərinə gələndə həmin obyektin müdiri Elxandan bacısını soruşmuş, Elxan isə Lamiyəni tərifləmişdir. 2021-ci ilin mart ayında isə obyektin sahibi Zərərçəkmiş şəxs ona demişdir ki, bacısı Lamiyə obyektdən pul götürmüşdür. O, bu barədə Lamiyədən soruşduqda sonuncu ona demişdir ki, borc dəftərində səhvlər etmişdir. Bacısı həmin pulları işləyib qaytaracaqdır. Bacısının qadın olmasını nəzərə alaraq ona köməklik olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun bacısıdır. Onların ataları eyni, anaları isə fərqli olmuşlar. Lamiyə ilə aralarına qohum kimi normal münasibətlər vardır, əvvəllər heç bir mübahisə, münaqişə və ya ədavətləri olmamışdır. X7 2015-ci ildə dünyasını dəyişmişdir. Lamiyənin anası isə 2014-cü ildə vəfat etmişdir. Lamiyənin anası dünyasını dəyişdikdən sonra o, azyaşlı olduğu üçün özü onu və atasını Bakı şəhərinə, öz evinə aparmışdır. Həmin vaxt Lamiyə tam orta təhsil almış, onlarla birlikdə yaşamışdır. Lakin o, 18 yaşına çatdıqda artıq tək yaşayacağını, onun həyatına qarışmamasını demişdir. Ona təhsilini davam etdirməsini məsləhət görsə də, o, tam orta məktəbi bitirdikdən sonra onun sözlərinə əhəmiyyət verməmiş, öz həyatını sərbəst formada, istədiyi kimi yaşamağa davam etmişdir. O, bir müddət Bakı şəhərində ərzaq dükanında kassir işləmiş, sonra isə Qusar şəhərinə getmək istədiyini demişdir. Özü ona birlikdə yaşamalarını məsləhət görsə də, fikrindən dönməmiş, Qusar şəhərinə köçüb orada yaşamışdır. Buna baxmayaraq Lamiyə ilə aralarında heç bir mübahisə, münaqişə və ya ədavətləri olmamışdır. Lamiyə ünvan 2 ünvanında yerləşən ata evlərində tək yaşamış, özü də ailə üzvləri ilə birlikdə ona mütəmadi olaraq baş çəkmişlər. O, Qusar şəhərində yerləşən “RAA market”də satıcı işləmiş, sonradan “Pioneer” Tikinti materialları satışı obyektində xəzinədar işləmişdir. Bacısı Təqsirləndirilən şəxs “Pioneer” Tikinti materialları satışı obyektində xəzinədar vəzifəsində işlədiyi müddətdə həmin obyektin kassasından pul vəsaitlərini özünə götürmüşdür. Özünün əvvəllər bu barədə məlumatı olmasa da, 2021-ci ilin mart ayının əvvəllərində “Pioneer” Tikinti materialları satışı obyektinin sahibi Zərərçəkmiş şəxs onun mobil telefon nömrəsinə zəng edib bu barədə məlumat vermişdir. Bu zaman bilmişdir ki, bacısı Təqsirləndirilən şəxs həmin obyektdə işlədiyi müddətdə ayrıayrı vaxtlarda kassadan özünə pul götürüb xərcləmişdir. Onun Zərərçəkmiş şəxs vurduğu maddi ziyan deməsinə görə 20.910,40 manat təşkil etmişdir. Bu barədə ona Zərərçəkmiş şəxs demişdir. O, Lamiyənin vurduğu maddi ziyanın ödənilməsini istəmişdir. Bundan sonra Lamiyə mərhum anası və nənəsinə məxsus olmuş, sonradan öz adına rəsmiləşdirdiyi Quba rayonu Digah kəndində yerləşən torpaq sahələrini satmışdır. Özü də ona çatışmazlığı ödəməsi üçün təxminən 1600 manat məbləğində maddi yardım etmişdir. Bundan sonra Lamiyə “Pioneer” Tikinti materialları satışı obyektinin kassasında olan çatışmazlığın 8000 manatını ödəmiş, qalan hissəsini isə maddi vəziyyəti yaxşı olmadığından ödəyə bilməmişdir. Bacısı Təqsirləndirilən şəxs bu obyektin kassasından pul götürməsi, həmin pulları hansı təyinat, məqsədlər üzrə xərcləməsi barədə heç bir məlumatı olmamışdır. Bildiyinə görə Təqsirləndirilən şəxs işlədiyi obyektin kassasından pulu özü tək götürmüş, bu işdə ona tapşırıq, göstəriş verən, köməklik göstərən şəxs olmamışdır. Lamiyə özü də ona bu barədə nə isə deməmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 17.09.2021-ci il tarixli, 9/5816 saylı rəyindən görünür ki, 01.02.2021-ci il tarixdən 02.03.2021-ci il tarixədək haqq-hesab aparılmış, 40 vərəqdən ibarət olmaqla, 30 vərəqindən istifadə edilmiş dəftərin 1-ci vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “45766,10” məbləği arasında fərq 7052,00 təşkil edir, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “35405,10” məbləği arasında 8500,00 fərq vardır. Həmin dəftərin 2-ci vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “45961,0” məbləği arasında fərq 10358.2 təşkil edir, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “35688,10” məbləği arasında 8500,00 fərq vardır. Dəftərin 3-cü vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “45382,20” məbləği arasında fərq 10000,00 təşkil edir, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “35725,10” məbləği arasında 8500,00 fərq vardır. Dəftərin 4-cü vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “46216,20” məbləği arasında fərq 10000,7 təşkil edir, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “35789,10” məbləği arasında 8500,00 fərq vardır. Dəftərin 5-ci vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “47164,20” məbləği arasında fərq 9999.4 təşkil edir, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “35688,10” məbləği arasında 8500,00 fərq vardır. Dəftərin 6-cı vərəqinin ön tərəfində sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “35759,10” məbləği arasında 8500,00 fərq vardır. Dəftərin 7-ci vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “47284,90” məbləği arasında fərq 10000,00 təşkil edir, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “35759,10” məbləği arasında 8500,00 fərq vardır. Dəftərin 8-ci vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “47743,90” məbləği arasında fərq 10000,00 təşkil edir, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “36002,10” məbləği arasında 8500,00 fərq vardır. Dəftərin 9-cu vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “47820,80” məbləği arasında fərq 10000,4 təşkil edir, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “34026,10” məbləği arasında 8500,00 fərq vardır. Dəftərin 10-cu vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “48960,30” məbləği arasında fərq 11147,00 təşkil edir, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “34046,10” məbləği arasında 8500,00 fərq vardır. Dəftərin 11-ci vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “48744,50” məbləği arasında fərq 10111,00 təşkil edir, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “34146,10” məbləği arasında 8500,00 fərq vardır. Dəftərin 12-ci vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “49027,50” məbləği arasında fərq 9993,00 təşkil edir, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “34353,10” məbləği arasında 8500,00 fərq vardır. Dəftərin 13-cü vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “48899,50” məbləği arasında fərq 10000,00 təşkil edir, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “34755,10” məbləği arasında 8500,00 fərq vardır. Dəftərin 14-cü vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “48516,90” məbləği arasında fərq 10000,5 təşkil edir, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “35062,50” məbləği arasında 8490,00 fərq vardır. Dəftərin 15-ci vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “47523,0” məbləği arasında fərq 10265,00 təşkil edir, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “35212,50” məbləği arasında 8500,00 fərq vardır. Dəftərin 16-cı vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “47302,0” məbləği arasında fərq 10000,00 təşkil edir, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “35212,50” məbləği arasında 8500,00 fərq vardır. Dəftərin 17-ci vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “48098,00” məbləği arasında fərq 10000,00 təşkil edir, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “35287,50” məbləği arasında 8500,00 fərq vardır. Dəftərin 18-ci vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “48250,0” məbləği arasında fərq 11241,00 təşkil edir, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “35357,50” məbləği arasında 8500,00 fərq vardır. Dəftərin 19-cu vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “46878,00” məbləği arasında fərq 10000,7 təşkil edir, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “35377,50” məbləği arasında 8500,00 fərq vardır. Dəftərin 20-ci vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “45441,40” məbləği arasında fərq 8758,00 təşkil edir, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “35418,50” məbləği arasında 8500,00 fərq vardır. Dəftərin 21-ci vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “46750,0” məbləği arasında fərq 10000,00 təşkil edir, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “35468,50” məbləği arasında 8500,00 fərq vardır. Dəftərin 22-ci vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “45350,00” məbləği arasında fərq 10000,00 təşkil edir, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “35539,50” məbləği arasında 8500,00 fərq vardır. Dəftərin 23-cü vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “45501,50” məbləği arasında fərq 9990,00 təşkil edir, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “35579,50” məbləği arasında 8500,00 fərq vardır. Dəftərin 24-cü vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “45849,50” məbləği arasında fərq 10.000,00 təşkil edir, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “35589,50” məbləği arasında 8500,00 fərq vardır. Dəftərin 25-ci vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “46349,50” məbləği arasında fərq 10.000,00 təşkil edir, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “35539,50” məbləği arasında 8500,00 fərq vardır. Dəftərin 26-cı vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “45672,30” məbləği arasında fərq 9753.4 təşkil edir, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “35649,50” məbləği arasında 8500,00 fərq vardır. Dəftərin 29-cu vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “43802,20” məbləği arasında fərq 10.000,00 təşkil edir, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “36063,50” məbləği arasında 8500,00 fərq vardır. Dəftərin 30-cu vərəqinin ön tərəfində solda yazılmış məbləğlərin cəmi ilə həmin vərəqin orta hissəsində yazılmış “43849,20” məbləği arasında fərq 10.200,00, həmin vərəqdə sağda yazılmış məbləğlərin cəmi ilə vərəqin orta hissəsində yazılmış “36063,50” məbləği arasında 8500,00 fərq vardır. Borcluların siyahısı barədə tərtib edilmiş, 38 vərəqdən ibarət olmaqla, 03 vərəqindən istifadə edilmiş dəftərin 1, 2, 3-cü səhifələrində 149 adda olan borc məbləğlərinin cəmi 58.431,6 təşkil edir, həmin məbləğ ilə dəftərin 3-cü səhifəsində sağ tərəfdə yazılmış “79.918,60” məbləği arasındakı fərq 21.487,00 təşkil edir. 03.03.2021-ci il tarixdə “Pioneer” Tikinti materialları satışı obyektinin kassasının faktiki qalıq məbləği “79.949,0” manat olduğu (obyektin 2021-ci ilin mart ayı üzrə kassa dövriyyə cədvəlinə əsasən) və həmin tarixli hesabat üzrə Təqsirləndirilən şəxs kassadan mağaza müdiri Şahid2 2.354,30 manat məbləğdə pulu təhvil verdiyi halda, bundan sonra hesabat üzrə qalmış cəmi borc məbləği ilə faktiki borc məbləğlərinin arasında 20.910,40 (iyirmi min doqquz yüz on manat 40 qəpik) manat məbləğində fərq yaranmışdır. İş materiallarında olan dəftər məlumatlarının və audit rəyinin düzgünlüyü istintaq tərəfindən nəzərə alındıqda Tikinti materialları mağazasının satıcı-xəzinədarı Təqsirləndirilən şəxs 20.910,40 (iyirmi min doqquz yüz on manat 40 qəpik) manat pul vəsaitinin çatışmazlığı müəyyən edilmişdir. Sonradan yaranmış çatışmazlıqdan 8.000,00 manat məbləğində ödənilmiş, nəticədə Təqsirləndirilən şəxs 12.910,40 (on iki min doqquz yüz on manat 40 qəpik) manat məbləğində çatışmazlığı qalmışdır. Azərbaycan Respublikası Auditorlar palatasının üzvü, sərbəst auditor X4 tərəfindən tərtib olunmuş 21.05.2021-ci il tarixli audit hesabatı iş materialları ilə qismən uyğunluq təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17.09.2021-ci il tarixli, 9/5816 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş vergi ödəyicisinin obyektinin olduğu yer üzrə uçota alınması haqqında 20.04.2015-ci il tarixli, **********2 nömrəli arayışının surətindən görünür ki, Zərərçəkmiş şəxs məxsus Qusar şəhəri, Sahil küçəsində yerləşən tikinti materialları mağazası qeydiyyata alınmışdır. İş materiallarında olan 10.07.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs fiziki şəxs Zərərçəkmiş şəxs tərəfindən xəzinədar vəzifəsinə işə qəbul edilmiş və onun əmək funksiyaları ona həvalə olunmuş əmlakın, mal və materialların, pul vəsaitlərinin qorunub saxlanması, malın satış məbləğinin mağazanın xəzinəsinə mədaxil edilməsindən ibarət olmuşdur. İş materiallarında olan işəgötürən Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 10.07.2019-cu il tarixli tam maddi məsuliyyət müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs ona etibar edilmiş əmlakın oğurlanmasına, itkisinə, xarab olmasına səbəb ola bilən hallar barədə işəgötürənə vaxtında məlumat vermək; ona etibar edilmiş maddi əmlakın mədaxili, məxarici və qalığı barədə hesabatları tərtib və təqdim etmək; ona etibar edilmiş əmlakın inventarizasiyasında iştirak etmək öhdəliklərini üzərinə götürmüşdür. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə 20.05.2021-ci il tarixli, 34X/21 saylı əmrin surətindən görünür ki, tikinti materialları satışı obyektində xəzinədar vəzifəsində işləmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndində nəzərdə tutulmuş əmək vəzifəsini kobud şəkildə pozmuş, nəticədə mülkiyyətçiyə xeyli miqdarda maddi ziyan vurmuşdur. ƏM-nin 70-ci maddəsinin “ç” bəndi əsas tutularaq fiziki şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında 10.07.2019-cu il tarixdə bağlanılmış əmək müqaviləsi 20.05.2021-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs 17.05.2021-ci il tarixli iltizamından görünür ki, Zərərçəkmiş şəxs ilə aralarında bağlanılmış əmək müqaviləsinə əsasən ona məxsus “Pioneer” Tikinti materialları satışı obyektində xəzinədar vəzifəsində işlədiyi müddətdə kassadan heç kimə məlumat vermədən mənimsədiyi həmin puldan 8000 manatını Zərərçəkmiş şəxs qaytarmışdır, qalanını isə 2021-ci ilin dekabr ayının sonuna kimi qaytaracağını öhdəsinə götürmüşdür. İş materiallarında olan Təqsirləndirilən şəxs və Şahid2 tərəfindən imzalarla təsdiq edilmiş 03.03.2021-ci il tarixli təhvil-təslim sənədindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən mağaza müdiri Şahid2 2.354,30 manat məbləğində nağd pul təhvil verilmiş, hesabat üzrə qalmış cəmi borc məbləği 77.594,70 manat olduğu halda, faktiki cəmi borc məbləği isə 56.684,30 manat olmuşdur. İş materiallarında olan 01.02.2021-ci il tarixdən 02.03.2021-ci il tarixədək haqqhesab aparılmış 40 vərəqdən ibarət dəftərdən görünür ki, dəftərin nömrələnmiş vərəqlərində, yəni tarix yazılmış vərəqlərində sol, sağ və aşağı tərəflərdə məbləğlər qeyd edilmiş, həmin vərəqlərin orta tərəfində isə hesablama əməliyyatları aparılmışdır. Bu dəftərin sol tərəfdəki səhifələrinin sol, sağ və aşağı hissələrində isə cədvəllər yazılmışdır. İş materiallarında olan borcluların siyahısı barədə tərtib edilmiş, 38 vərəqdən ibarət dəftərdən görünür ki, dəftərin 1, 2, 3-cü səhifələrində 149 adda borc məbləğləri qeyd edilmiş, dəftərin 3-cü səhifəsində sağ tərəfdə borcların cəmi məbləği kimi “Yekun 79.918,60”, həmin yazının yuxarı hissəsində isə “58.431,60” yazılmışdır. İş materiallarında olan “Pioneer” Tikinti materialları satışı obyektinin 2021-ci ilin mart ayının 1-dən 3-dək olan dövrü əhatə edən kassa dövriyyəsi cədvəlindən görünür ki, 03.03.2021-ci il tarixdə obyektin kassasının faktiki qalıq məbləği 79.949,0 manat olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Auditorlar palatasının üzvü, sərbəst auditor X4 tərəfindən tərtib olunmuş 21.05.2021-ci il tarixli audit hesabatından görünür ki, 03.03.2021-ci il tarixdə “Pioneer” Tikinti materialları satışı obyektinin kassasında hesabat üzrə 79.949 manat (yetmiş doqquz min doqquz yüz qırx doqquz) pul vəsaiti olmalı olduğu halda, obyektin xəzinədarı Təqsirləndirilən şəxs tərəfindən ondan 2.354,30 manat (iki min üç yüz əlli dörd manat otuz qəpik) nağd pul və 56.684,30 manat (əlli altı min altı yüz səksən dörd manat otuz qəpik) borcların siyahısı mağaza müdiri Şahid2 təhvil verilmiş, nəticədə “Pioneer” Tikinti materialları satışı obyektinin xəzinədarı Təqsirləndirilən şəxs öhdəsində 20.910,40 manat (iyirmi min doqquz yüz on manat qırx qəpik) pul vəsaitinin çatışmazlığı faktı müəyyən edilmişdir. Sonradan Təqsirləndirilən şəxs bu çatışmazlıqdan 8.000 (səkkiz min) manat məbləğində pulu ödəmiş, qalan 12.910,40 manat (on iki min doqquz yüz on manat qırx qəpik) çatışmazlığın ödənilməsini təmin etməmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 05 oktyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, cinayət işinin materiallarına əlavə olunmuş 01.02.2021-ci il tarixdən 02.03.2021-ci il tarixədək haqqhesab aparılmış, 40 vərəqdən ibarət olmaqla, 30 vərəqindən istifadə edilmiş dəftər; 01.01.2021-ci il tarixdən 28.02.2021-ci il tarixədək haqq-hesab aparılmış, 38 vərəqdən ibarət olmaqla, 30 vərəqindən istifadə edilmiş dəftər; borcluların siyahısı barədə tərtib edilmiş, 38 vərəqdən ibarət olmaqla, 03 vərəqindən istifadə edilmiş dəftər; Təqsirləndirilən şəxs və Şahid2 tərəfindən imzalarla təsdiq edilmiş 03.03.2021-ci il tarixli təhvil-təslim sənədi; Təqsirləndirilən şəxs çatışmazlığı barədə tərtib edilmiş 03.03.2021-ci il tarixli akt; “Pioneer” Tikinti materialları satışı obyektinin 2021-ci ilin yanvar, fevral ayları üzrə və mart ayının 1-dən 3-dək olan dövrü əhatə edən kassa dövriyyəsi cədvəlləri iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 06 oktyabr 2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qırarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X10in Qusar rayon Xidmət Nümayəndəliyinin 30.07.2021-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs şöbədən sosial müavinət, təqaüd almır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba Rayon X1 29.07.2021-ci il tarixli, 1294 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon PNRM-nə müraciət etməmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” X10 10.08.2021-ci il tarixli, 1277/08-21 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsə müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 26.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar RİHB-nin Qusar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli 1720 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 evdə yaşayır. İş materiallarında olan Qusar RİHB-nin Qusar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs 12910,40 manat məbləğində maddi ziyanın və 129,00 manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs “Pioneer” Tikinti materialları satışı obyektinin xəzinədarı kimi öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş cəmi 20.910,40 manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talaması və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.14-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun dəymiş zərəri qismən ödəməsini cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, qadın olmasını, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 3 ünvanda yerləşən evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olmuş, dəymiş zərəri qismən aradan qaldırmışdır, qadın olmaqla ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunur. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alaraq həmin şəxsin barəsində əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, həmin şəxs dövlət orqanlarında, yerli özünüidarə orqanlarında hər hansı vəzifə tutmamış, konkret peşəsi yoxdur və hər hansı digər fəaliyyətlə məşğul olmamışdır. Onun “Pİoneer” Tikinti Materialları obyektində işlədiyi xəzinədar vəzifəsi isə rəhbər vəzifə olmamış, onun hər hansı peşə və ya digər fəaliyyəti ilə bağlı olmamışdır. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs barəsində əlavə cəza kimi müəyyən müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını düzgün və əsaslı hesab etmir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş 01.02.2021-ci il tarixdən 02.03.2021-ci il tarixədək haqq-hesab aparılmış, 40 vərəqdən ibarət olmaqla, 30 vərəqindən istifadə edilmiş dəftərin; 01.01.2021-ci il tarixdən 28.02.2021-ci il tarixədək haqq-hesab aparılmış, 38 vərəqdən ibarət olmaqla, 30 vərəqindən istifadə edilmiş dəftərin; borcluların siyahısı barədə tərtib edilmiş, 38 vərəqdən ibarət olmaqla, 03 vərəqindən istifadə edilmiş dəftərin; Təqsirləndirilən şəxs və Şahid2 tərəfindən imzalarla təsdiq edilmiş 03.03.2021-ci il tarixli təhvil-təslim sənədinin; Təqsirləndirilən şəxs çatışmazlığı barədə tərtib edilmiş 03.03.2021-ci il tarixli aktın; “Pioneer” Tikinti materialları satışı obyektinin 2021-ci ilin yanvar, fevral ayları üzrə və mart ayının 1-dən 3-dək olan dövrü əhatə edən kassa dövriyyəsi cədvəllərinin surətləri iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 100 (yüz) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.4.3-cü maddəsinə əsasən mülki iddiaçı verdiyi iddianı müdafiə etmək məqsədi ilə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət işinə əlavə və məhkəmə iclasında tədqiq edilməsi üçün sübutlar və materiallar təqdim etmək hüququnu həyata keçirir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-181.1.2-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2, 181.2.1-181.2.4-cü maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; itirilmiş gəlirin ödənilməsini; mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 181.3, 181.3.1-181.3.4-cü maddələrinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; zərər çəkmiş şəxsin dəfninə; sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 354.1, 354.1.2, 354.1.3-cü maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması kimi qərarlardan biri əks etdirilir. Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianı müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, həmin iddia əsaslıdır və tam sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən həqiqətən də, Zərərçəkmiş şəxs 20910,40 (iyirmi min doqquz yüz on manat qırx qəpik) manat məbləğində maddi zərər vurması, həmin pulun 8000 manat hissəsini qaytarması, qalan 12910,40 manat hissəsini isə qaytarmadığı onun özünün etiraf ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxs və mülki iddiaçının, şahidlərin ifadələri ilə və cinayət işinin materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. Odur ki, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 12910,40 (on iki min doqquz yüz on manat qırx qəpik) manat məbləğində pul vəsaiti, həmçinin dövlət rüsumu kimi ödənilmiş 129,00 manat pul tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 89, 179, 181, 183, 344-347, 351-353, 354, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 4 ünvanda yerləşən evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getrməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş 01.02.2021-ci il tarixdən 02.03.2021-ci il tarixədək haqq-hesab aparılmış, 40 vərəqdən ibarət olmaqla, 30 vərəqindən istifadə edilmiş dəftərin; 01.01.2021-ci il tarixdən 28.02.2021-ci il tarixədək haqq-hesab aparılmış, 38 vərəqdən ibarət olmaqla, 30 vərəqindən istifadə edilmiş dəftərin; borcluların siyahısı barədə tərtib edilmiş, 38 vərəqdən ibarət olmaqla, 03 vərəqindən istifadə edilmiş dəftərin; Təqsirləndirilən şəxs və Şahid2 tərəfindən imzalarla təsdiq edilmiş 03.03.2021-ci il tarixli təhvil-təslim sənədinin; Təqsirləndirilən şəxs çatışmazlığı barədə tərtib edilmiş 03.03.2021-ci il tarixli aktın; “Pioneer” Tikinti materialları satışı obyektinin 2021-ci ilin yanvar, fevral ayları üzrə və mart ayının 1-dən 3-dək olan dövrü əhatə edən kassa dövriyyəsi cədvəllərinin surətləri iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində məhkəmə xərсləri tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs vurulmuş zərərin əvəzi kimi 12910,40 (on iki min doqquz yüz on manat qırx qəpik) manat, dövlət rüsumu kimi ödənilmiş 129 (yüz iyirmi doqquz) manat məbləğində pul vəsaiti tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar